L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə68/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
Oyuna hazırlıq
: Oyunçular dairə boyunca düzülüb əl-ələ 
tuturlar. Bir nəfər aparıcı təyin edilir. Aparıcı dairənin içərisində 
dayanır. 
Oyunun gedişi
: Müəllimin komandası ilə oyunçular dairə 
boyunca hərəkət etməyə başlayır. Onlar sağa, sola addımlayır, 
addımların sürətini artırıb-azaldırlar, yavaş addım, tez-tez addım, qaçış, 
aşağı oturmaqla yeriş (qaz yerişi) və s. hərəkətlər edirlər (Müəllim 
sayır və hansı hərəkətləri etmək lazım olduğunu işarə ilə bildirir). 
Müəllimin komandası ilə bütün oyunçular dayanırlar və bədənlərinin, 
qollarının, qıçlarının vəziyyəti ilə hər hansı bir fiqur (idman növləri 
üzrə: boksçunun duruşu, qaçan adamın vəziyyəti, qapıçının duruşu və 
s.) göstərirlər. Bu vaxt aparıcı gəzişir və alınmış vəziyyətlərə 
(fiqurlara) baxır, hansı oyunçunun «fiquru» (yaratdığı vəziyyət) 
aparıcının daha çox xoşuna gəlirsə, o, həmin oyunçuya yaxınlaşır və 
adını çəkir. Onlar yerlərini dəyişirlər. Oyun müəyyən vaxt (8-10 dəq.) 
ərzində keçirilir. Ən yaxşı fiqur yaratmış oyunçular qalib gəlirlər. 
Metodik göstərişlər
: Oyun zamanı şagirdlərin nə kimi «fiqurlar» 
yaratmalı olmaları müəllim tərəfindən əvvəlcə təsvir edilməli və 
göstərilməlidir. 
Qozalar, palıdlar, qozlar 
 


119 
Oyuna hazırlıq
: Şagirdlər cərgəyə düzülüb 1-2-3 sayırlar. Birlər 
birinci, ikilər – ikinci, üçlər isə üçüncü dairəyə düzülürlər. Oyunçulara 
şərti olaraq adlar qoyulur. Bir nömrəli oyunçular «Qozalar», iki 
nömrəlilər «Palıdlar», üç nömrəlilər isə «Qozlar olurlar.
 
Üç nəfər 
aparıcı təyin edilir. Onlar istədikləri yerdə. 
 
Oyunun gedişi
: Müəllim şərti adları («qozalar», «palıdlar») 
növbə ilə çağırırlar. Çağırılmış oyunçular başqa dairəyə qaçıb yerini 
dəyişdirməyə çalışır. Aparıcılar isə bu zaman qaçıb, boş yerlərdən 
birini tuturlar. Kim dairə tuta bilmirsə, aparıcı sayılır. Dairələrdə özünə 
yer tutmuş aparıcıya həmin yerdən çıxmış oyunçunun şərti adı verilir. 
Boşalmış yer o zaman tutulur ki, oyunçuya dairəyə daxil olub, əl-ələ 
tutmuş olsun. Oyunda aparıcı rolunda heç oynamamış (yaxud 
başqalarına nisbətən az oynamış) oyunçular qalib sayılırlar. Bu zaman 
birinci dəfə təyin edilmiş aparıcıların ilk oyunları nəzərə alınmır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə