L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə75/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   227
Muteherrik ve eylenceli oyunlar

Topun dairə boyunca ötürülməsi 
 


126 
 Oyuna hazırlıq:
Oyunçular dairə boyunca düzülürlər. Qolları 
yana qaldırıb qollararası seyrəltməklə bir addım geriyə atılırlar. Sonra 
bir-iki saymaqla iki komandaya ayrılırlar. Hər komandadan bir nəfər 
kapitan seçilir. Kapitanlar dairənin qarşı tərəflərində üz-üzə dayanırlar. 
Hər kapitana bir voleybol topu verilir. 
 
 Oyunun gedişi
: Müəllim komandası ilə kapitanlar topu sağ 
tərəfdə dayanmış yaxın komanda yoldaşlarına ötürürlər. Onlar da topu 
tutub növbəti yoldaşa atırlar. Bu qayda ilə top bir də kapitana gəlib 
çıxını qədər dairə boyunca ötürürlər. Kapitan topu alan kimi onu yuxarı 
qaldırır. Bunu hansı komanda daha tez edirsə, həmin komandaya bir 
xal verilir. Oyun yenidən başlayır. Oyun 2-3 dəfə təkrar edilir. Axırda 
hansı komandanın xalı çox olarsa, həmin komanda udmuş hesab 
olunur.
 
Metodik göstərişlər
: 1. Uşaqlara doldurulmuş toplar verilsə daha 
yaxşı olar. 2. Sinifdə uşaqların sayı çox olduqda da iki dairə təşkil edib 
oyunu keçirmək olar. 
Gecə və gündüz 
 
(Sürətlə qaçmaq üçün oyun) 
 
Oyuna hazırlıq
: Meydançanın ortasında bir xətt çəkilir və iki 
hissəyə ayrılır. Hər hissənin axırında «şəhərcik» cızılır. Orta xətdən 
«şəhərciyə» qədər 15-30 m məsafə olmalıdır. Oyunçular iki 
komandaya ayrılırlar. Komanda orta xəttin hər iki tərəfində bir 
addımlıq məsafədə durub, arxalarını orta xəttə tərəf çevirirlər. 
«Şəhərciklər» hər komandanın qabaq tərəfində olur. Püşk üzrə 
komandalardan biri «Gündüz», o biri isə «Gecə» olur. 
 
Oyunun 
gedişi

Müəllim orta xəttin yanında durub 
gözlənilmədən komandalardan birinin adını deyir. Adı çəkilən 
komandanın oyunçuları öz «şəhərciklərinə» tərəf qaçır və tez onun 
içərisinə doluşmağa çalışırlar. Digər komandanın oyunçuları isə tez 
dönüb qaçanları qovur və onlara toxunmağa çalışırlar. Tutulmuş 
oyunçular sayılır, qeydə alındıqdan sonra bütün oyunçular öz yerlərinə 
qayıdırlar, oyun yenidən başlayır. Oyun çağırışların miqdarı hər 


127 
komanda üçün eyni olmaqla 4 dəfə aparılır. Axırda daha çox oyunçu 
tutulmuş komanda qalib gəlir.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə