117
Oyuna hazırlıq
: Oyunun qaydaları şagirdlərə izah edilir.
Onlardan üç nəfər aparıcı seçilir. Bunlardan biri sərginin «müdiri»,
ikisi isə «tamaşaçı» rolunu ifa edir.
Sonra oyunda iştirak edənlər (aparıcılardan başqa) meydançaya
dağılışırlar. Onlar öz duruşları ilə hansı şəkli təsvir edəcəkləri haqqında
bir-biri ilə, yaxud «müdirlə» məsləhətləşirlər. Hər hansı bir şəkli bir,
iki və ya üç nəfər təsvir edə bilər. Məsələn, xizək sürənin, at çapanın,
futbolçunun, boksçunun, qılınc oynadanın və b. idmançıların əsas çıxış
vəziyyətlərini təsvir etmək (yamsılamaq) olar.
Uşaqlar müəllimin işarəsi ilə meydançanın kənarına düzülüb
düşündükləri hadisəni təsvir edirlər. Hamı hazır olduqdan sonra
müdirin «üç-dörd» komandası ilə hamı bir səslə deyir: «Sərgi açıqdır».
Oyunun gedişi
: Bütün şəkillər hazır olduqdan sonra və müdir
sərgini açdıqdan sonra tamaşaçılar şəkillərin arası ilə gəzişirlər.
Tamaşa 16 saniyə davam edir. Sonra müdir ikinci dəfə komanda verir:
«üç-dörd». Bu zaman oyunda iştirak edənlər «Sərgi bağlıdır» - deyə
azad vəziyyəti alır və öz yerlərində dayanırlar. Tamaşaçılar üç şəklin
adını çəkirlər. Ən yaxşı şəkli təsvir etmiş oyunçular aparıcı olur,
əvvəlki aparıcılar isə oyunçulara qoşulurlar.
Dostları ilə paylaş: