L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə29/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   25   26   27   28   29   30   31   32   ...   56

1. “Könlümə düşdü”, “könlümə köçdü” ifadələrinin oxşar və fərqli xüsu siy -
yətlərini müəyyənləşdirin.
Müəllimin nəzərinə! “Könlümə düşdü” ifadəsi frazeoloji birləşmə, “könlü -
mə köçdü” ifadəsində məcazi mənalı feil işlənmişdir ki, bu da bədii
təsvir vasitəsinin yaradılmasına xidmət edir. 
2. “Çəkdi o yerlərə çəmən, çay məni” misrasının mənasını izah edin. “Çə -
mən, çay məni çəkdi” nə deməkdir?
3. “Meşənin özündən əsər qalmayıb” misrası ilə şair nə demək istəyir?
“Maşuk meşəsi” şeiri üzrə:
1. “Ağaclar dırmaşıb dəcəl uşaqtək
Dağın zirvəsinə yamacla, yolla” misralarının mənasını izah edin. 
2. 1-2-ci tapşırıqlar yerinə yetirilir.
3. Meşə göylə necə “bəhsə girə” bilər?
4. “Sağ əlini başına çəkmək” nə deməkdir?
5. “Bığını çeynəmək” frazeoloji birləşməsinin mənasını izah edin (1-ci
tapşırıq).
6. “Maral duzağıdır meşə başabaş, Nə güllə səsi var, nə bir səksəkə”
misrasının mənasını izah edin. 
Şeir İstiqamətləndirilmiş oxu üsulu ilə səsli oxunurMüəllim hər qrupa
müvafiq şeir üzrə suallar təqdim edir. Suallar təqribən belə ola bilər:
“Fəryad” şeiri üzrə:
1. Şeir nə üçün “Fəryad” adlanır?
2. İlk iki bənddə şair nədən bəhs edir?
3. “Bir qatar tərpəndi qəmimə düşmən” misrasını necə başa düşürsünüz?
Söhbət hansı qatardan gedir?
4. Nə üçün şair meşə haqqında “qorxulu nağıllar” eşidir?
5. Şair nəyə heyrətlənir?
6. Şeirin ideyası nədir?
“Maşuk meşəsi” şeiri üzrə:
1. Şair meşəni necə təsvir edir?
2. Bu şeirdə şair nəyə heyrətlənir? (II, IV bəndlər)
3. Şairi əsəbiləşdirən nədir? 
4. Şair nə arzulayır?
5. Şeirin ideyası nədən ibarətdir?
Fəndaxili üfüqi inteqrasiya 
(Oxu – st. 2.2.1; Dinləmə – st. 1.1.1)
. Şeirin
məzmunu üzərində işə keçməzdən əvvəl qruplar şeirləri deklamasiya yolu ilə
təqdim edir. Yaxşı olar ki, hər bəndi bir şagird oxusun. Hər bir şeir səslən -
84
III 
BÖLMƏ
Çap üçün deyil


dirilər kən qruplardan biri təqdim edən, digəri dinləyici rolunda çıxış edir.
Nəzərə almaq lazımdır ki, 1-ci şeirdə ton, əhvali-ruhiyyə bənddən-bəndə
keçdikcə dəyişir: həsrət – intizar – narahatlıq – qorxu qarışıq heyrət. 2-ci şeir -
də isə daha çox şən əhvali-ruhiyyə, rahatlıq vardır.
Şeiri səsləndirən şagirdlər səs çaları, ton və tembrdən istifadə etməklə bu
əhvali-ruhiyyəni yaratmağa çalışmalıdırlar.
Hər bir şeir təqdim edildikdən sonra dinləyən tərəf şeirdəki əhvali-ruhiyyəni
müəyyən etməli və bunun məzmuna nə dərəcədə uyğun gəldiyini bildirməlidir.
Daha sonra hər bir qrupun nümayəndələri şeirin məzmununu nəql etməli,
dərsin əvvəlində verilmiş sualları cavablandırmalıdırlar. Beləliklə, bütün sinif
hər iki şeirin məzmunu ilə tanış olur. 
Sinkveyn üsulu ilə şeirlərdəki fikirlər ümumiləşdirilir:
“Fəryad” şeiri üzrə:
“Maşuk meşəsi” şeiri üzrə:
85
ANA TƏBİƏT
Çap üçün deyil


Yazı
(St. 3.1.3 ) 
Şagirdlərə tapşırılır ki, hər iki şeirdə haqqında danışılan meşəni
təsəvvürlərində canlandırsınlar. Bununla bağlı konkret suallar verilə bilər: 
– Sizcə, 1-ci şeirdə meşəyə gəlmiş adam burada nə gördü?
– 2-ci şeirdə meşənin təsvirinə nə əlavə edərdiniz? Meşəni gözəlləşdirən
nədir?
4-cü tapşırıq. Qarışıq tipli (təsviri, nəqli, mühakimə) mətn yazmaq üçün plan
qurmaq tək lif olunur. Plan bütün sinif üçün eyni olduğuna görə iş kollektiv şəkildə
icra edilə bilər:
1. Bir neçə il əvvəl müəllifin yolu bir meşəyə düşmüşdü... (nəqli)
2. Gözəl meşənin təsviri – flora və faunası. (təsviri)
3. Bu yaxınlarda müəllif yenidən həmin yerlərə səyahət etdi. (təsviri)
4. Qırılmış meşənin təsviri, əvvəlki meşə ilə müqayisə. (nəqli)
5. Meşələri məhv etmək olmaz. (mühakimə)
6. Ətraf mühitin qorunmasında meşələrin rolu. (mühakimə)
Dil qaydaları
(St. 4.1.2) 
5-ci tapşırıq “feili sifət” mövzusunun təkrarına xidmət edir. Eyni
bənddə iki dəfə təkrar olunan “görməmişəm” sözləri əvvəlcə tələffüz (sözlər -
dəki vurğunun yeri) baxımından müqayisə olunur. Qrammatik baxı m dan mü -
qa yisə zamanı müəyyən olunur ki, sonuncu misradakı “görməmişəm” feili
xə bər, ikinci misradakı – ismi xəbərdir. Daha sonra bundan əvvəlki dərsdə
əldə olunmuş məlumatlardan çıxış edən şagirdlər ikinci misradakı “görmə mi -
şəm” sözünün sifət, yoxsa  feili sifət olduğunu müəyyənləşdirirlər.
6-cı tapşırıq dil qaydalarına keçid xarakteri daşıyır. Mətndə iki feil göy rəng -
lə göstərilmişdir. Bunlardan birincisi nəqli keçmiş zamanda işlənmiş feildir
(cümlədəki əsas hərəkətdir). İkincisi cümlədəki əsas hərəkət deyil və necə?
sualına cavab verir.
Feili bağlama haqqında məlumat  mənimsədildikdən sonra 7-ci tapşırıq
ye rinə yetirilir. Bu tapşırığın məqsədi feili bağlama şəkilçilərini müəyyən ləş -
dir məkdir. Şə kil çilər müəyyənləşdirildikdən sonra istənilən feildən feili bağ -
lama düzəltmək tapşırıla bilər. 
8-ci tapşırıq suallar əsasında feili bağlamanın hərəkəti necə izah etdiyini
müəyyənləşdirməyə xidmət edir. Bunu sual verməklə yerinə yetirmək olar.
9-cu tapşırıqda təsriflənən feilləri feili bağlamaya çevirib cümləni dəyişmək
tələb olunur; nümunə: 
1. Koroğlu dəliləri başına topladı, dağlara çəkildi.
Koroğlu dəliləri başına toplayıb (toplayaraq) dağlara çəkildi.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
86
III 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə