L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə16/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   12   13   14   15   16   17   18   19   ...   190

 

 

40 



 

 

 



 

 



 

 

41 



Erkən orta əsrlərdə Azərbaycan Sasani Ģahlarının təcavüzünə məruz qaldı. 

Azərbaycanın cənubu  -  Adurbadaqan III əsrin  ortalarında  Sasani dövlətinə qatıldı  və 

caniĢinlər-  mərzbanlar  tərəfindən  idarə  edilməyə  baĢlandı  [72].  Albaniya  da  III  əsrin 

60-cı  illərində  Sasani  imperiyasına  tabe  edildi.  Lakin  burada  yerli  hökmdarların 

hakimiyyəti 510-cu ilədək qalmaqda idi. Albaniya hökmdarları Sasani Ģahlarından asılı 

olsalar  da,  daxili  iĢlərində  sərbəst  idilər  [73].  Sasani  dövləti  Azərbaycanın  Ģimalında 

mövqelərini möhkəmlətmək, özünə etnik dayaq yaratmaq məqsədi ilə buraya, xüsusən 

də AbĢerondan Dərbəndə kimi Xəzərsahili bölgəyə çoxlu irandilli tayfalar köçürdü. Bu 

tayfaların qalıqları olan tatlar indi həmin yerlərdə yaĢamaqdadırlar. 

Yeni  eranın  ilk  əsrlərində  ġimali  Qafqazdan  Azərbaycana  və  Ġranın  içərilərinə  köçəri 

tayfaların  yürüĢləri  geniĢ  miqyas  aldı.  I—II  əsriərdə  alanlar,  sonrakı  yüzilliklərdə  isə 

davamlı surətdə müxtəlif türk tayfaları: hunlar, barsillər, bulqarlar, sabirlər, xəzərlər və b. 

 

 

 



 

 

 




 

 

42 



axınlar etdilər. Sasani Ģahlarının əmrilə imperiyanın Ģimal hüdudlarını qorumaq üçün bir 

neçə  müdafiə  xətti  -  BeĢbarmaq,  ġirvan  (Gilgilçay  boyunca)  və  öz  möhtəĢəmliyi  ilə 

seçilən Dərbənd sədrləri inĢa edildi, Çıraqqala, Dərbənd qalaları ucaldıldı [74]. 

Azərbaycan əhalisinin qüvvəsi ilə yaradılan bu müdafiə tikililəri silsiləsi o 

dövrün  əzəmətli  memarlıq  abidələri  kimi  sonrakı  nəsilləri  heyran  qoysa  da,  çoxsaylı 

türk  axınlarının  qarĢısını  ala  bilmədi.  Erkən  orta  yüzilliklərin  baĢlanğıcında  türk 

tayfalarının kütləvi surətdə Azərbaycan ərazisində məskunlaĢması davam etdi. Həm türk 

axınları, həm də Azərbaycanın Ģimalının və cənubunun 4 əsrə qədər Sasani imperiyası 

tərkibində  qalması,  hətta  bir  kustakın  tərkibində  inzibati  vahidə  çevrilməsi  ölkəmizdə 

yaĢayan  tayfaların  yaxınlaĢmasına,  çeĢidli  əlaqələrin  geniĢlənməsinə  və 

möhkəmlənməsinə  imkan  verdi.  Əzəldən  ölkəmizdə  yaĢayan  və  yeni  gələn  türk 

tayfalarının  qaynayıb-qarıĢması  nəticəsində  Azərbaycan  türk  dilinin  yaranması 

sürətləndi, Azərbaycan xalqının formalaĢmasında mühüm irəliləyiĢ baĢ verdi. 

Sasani dövründə çəltikçilik, ipəkçilik və pambıqçılıq kimi yeni təsərrüfat sahə-

ləri  əhalinin  iqtisadi  həyatında  mühüm  rol  oynamağa  baĢladı.  Suvarma  Ģəbəkələri 

geniĢləndi, yeni kanallar, arxlar çəkildi. Sənətkarlıq sahələri xeyli inkiĢaf etdi. Neft, duz 

hasilatı, mis, dəmir emalı, qızıl, gümüĢ alınması artdı. 

 



 

 

43 



Mədəniyyət səhnəsində də mühüm irəliləyiĢ oldu. V əsrin əvvəlində alban əlif-

bası  yaradıldı.  Xristian  dininə  aid  kitablar  alban  dilinə  tərcümə  edildi  [75].  Vilayətlərdə 

məktəblər açıldı. VII əsrdə tarixçi Moisey Kalankatuklu "Albaniya tarixi" əsərini, Ģair 

Dəvdək öz ölməz elegiyasını yazdı. Erkən orta əsrlərin baĢlanğıcında albanlar qədimdən 

iĢlətdikləri  Ay  təqviminin  yerinə  GünəĢ  təqvimindən  istifadəyə  keçdilər.  Bu  dövrdə 

Azərbaycanda  xristianlıq  dini  yayılmağa  baĢladı.  Lakin  ölkəmizin  cənubunda 

atəĢpərəstliyə, Ģimalında bütpərəstliyə sitayiĢ çox güclü olaraq qaldı. Türk axınlarının 

çoxalması ilə Göy allahı - Tanrıya sitayiĢ də əhəmiyyətli yer tutmaqda idi. 

Sasani  imperiyasının  əsarətində 

olan  xalqların  azadlıq  mübarizəsi,  Bizansla, 

Türk  xaqanlığı  ilə  uzun  sürən  müharibələr, 

daxili çəkiĢmələr bu dövləti zəiflətdi. 628-ci 

ildə  xəzərlərin  yürüĢü  Albaniyada  Sasani 

ağalığına  son  qoydu.  Albaniya  mərzbanı 

Ġrana  qaçdı.  Belə  əlveriĢli  vəziyyətdən 

Girdiman  vilayətində  hökmranlıq  edən 

Mehranilər  sülaləsi  istifadə  etdi  və  öz 

hakimiyyətini  bütün  Albaniyaya  yaymağa 

baĢladı.  Bu  sülalənin  ən  görkəmli 

nümayəndəsi  CavanĢir  VII  əsrin  30-cu 

illərində  ərəblərin  hücumlarını  dəf  etmək 

üçün Sasani Ģahına yardım etdi, ərəblərə qarĢı 

döyüĢlərdə qəhrəmanlıqlar göstərdi [76]. 

CavanĢir  Ġran  ordusu  ilə  birlikdə 

ərəblərə qarĢı 7 ildən artıq igidliklə vuruĢdu 

və  paytaxt  Mədain  ərəblər  tərəfindən 

mühasirəyə  alındıqdan  sonra  Albaniyaya 

döndü. O, öncə qarətçilik məqsədilə ölkəmizə 

soxulmuĢ  Ġran  feodallarını  qovdu,  ərəblərə 

qarĢı  mübarizəni  davam  etdirdi.  Nəhavənd 

döyüĢündən  sonra  ərəb  ordusu  Azərbaycana 

daxil  oldu.  Yerli  əhali  inadla  müqavimət 

göstərsə  də,  döyüĢlərdə  ərəblər  qalib  gəl-

dilər.  643-cü  ildə  Ərdəbildə  Azərbaycan 

mərzbanı  ərəb  sərkərdəsi  ilə  sülh  bağlayaraq 

tabe  oldu,  xərac  verməyi  öhdəsinə  götürdü. 

Daha sonra ərəb ordusu Muğana, ġirvana hücum etdi, Dərbəndə çatdı. Dərbənd hakimi 

ġəhriyar xilafətin hakimiyyətini qəbul etdi. Əvəzində xəlifə əlində silah tutub keçidin 

müdafiəsində duran dərbəndliləri vergi ödəməkdən azad etdi [77]. 

Vəziyyətin  son  dərəcə  ağır  olmasını  nəzərə  alan  CavanĢir Bizansla  ittifaqa 

girdi. Bizans imperatorunun yardımı ilə Gürcüstan sərhədindən  Hun  qapısı  (Dərbənd) 



 

 

44 



və Araz çayına kimi bütün Albaniyanın hökmdarı oldu. Xəzərlərin hücumlarının qarĢısını 

almaq  üçün  xaqanın  qızı  ilə  evləndi.  VII  əsrin  60-cı  illərində  xilafətdə  hakimiyyəti 

zorla ələ keçirən Müaviyənin iĢğalçılıq cəhdlərinin gücləndiyi bir Ģəraitdə CavanĢir öz 

siyasi xəttini dəyiĢməli oldu. O, ərəblərin ölkəmizə yeni yürüĢlərini önləmək məqsədilə 

iki  dəfə  xilafətin  paytaxtına  səfər  etdi  və  xilafətə  tabe  olmaq  əvəzində  Albaniyanın 

daxili müstəqilliyini qoruyub saxladı, xəracın miqdarının üçdə bir qədər azaldılmasına 

nail oldu [78]. 

CavanĢir hakimiyyətdə olduğu yarım əsr ərzində yenilməz və cəsur sərkərdə, 

müdrik və çevik diplomat, bacarıqlı və tədbirli dövlət baĢçısı kimi Ģöhrət qazanmıĢdı. 

O, zəmanəsinin 4 ən böyük dövləti ilə də normal əlaqələr yaratmağı, vətənimizi yadelli 

basqınlarından qorumağı bacarmıĢdı. O, yurdumuzu abadlaĢdırmaq üçün gecə-gündüz 

çalıĢmıĢ,  paytaxt  Bərdəni  çiçəklənən  Ģəhərə  çevirmiĢdi.  Alimləri,  Ģairləri,  memarları, 

mahir  sənətkarları  öz  sarayına  toplayaraq  himayəsinə  götürmüĢdü.  Ona  görə  də, 

CavanĢirin  bizanspərəst  feodalların  sui-qəsdi  nəticəsində  öldürülməsi  ölkədə 

ümumxalq kədərinə çevrilmiĢdi. 

CavanĢirin öldürülməsindən sonra Azərbaycanın Ģimal hissəsi - Aran uğrunda 

Ərəb-Bizans-Xəzər  rəqabəti  qızıĢdı.  Ərəb  xilafəti  rəqiblərini  sıxıĢdıraraq  Aranda 

möhkəmləndi,  Mehranilər  sülaləsinin  hakimiyyətinə  son  qoydu.  Bütün  Azərbaycanı 

xəlifənin  təyin  etdiyi  əmir  idarə  etməyə  baĢladı.  Lakin  ərəblər  Azərbaycanda  qəti 

möhkəmlənmək üçün 150 ilə qədər Xəzər xaqanlığı ilə qanlı müharibələr  aparmalı 

oldular [79]. 

Xilafət çox böyük  iqtisadi  və  hərbi-strateji əhəmiyyətə  malik Azərbaycanda 

öz  hakimiyyətini  möhkəmləndirmək  üçün  Ġslam  dinindən  kəsərli  vasitə  kimi  istifadə 

etdi.  Yeni  din  düzənlik  bölgələrdə,  iri  Ģəhərlərdə  nisbətən  sürətlə  yayılırdı.  Dağlıq 

bölgələrdə, xüsusən xristianlığın sabitləĢdiyi Albaniyada (ərəb ağalığı dövründə bütün 

ġimali  Azərbaycan  -  Aran  (Arran),  Qarabağın  dağlıq  hissəsi  isə  Albaniya  (Aqvan) 

adlanırdı)  isə  Ġslamın  yayılmasına  ciddi  cəhd  göstərilmirdi.  Xristianlığın,  xilafətin 

düĢmən  münasibət  bəslədiyi  Bizansda  hakim  olan  diofizi  məzhəbindən  fərqli, 

monofizi  məzhəbinə  qulluq  etməsini  qabardan  erməni  kilsəsi  705-ci  ildə  alban 

kilsəsini  özünə  tabe  etməyə  nail  oldu.  Nəticədə  Albaniyanın  xristian  əhalisinin  bir 

qismi müsəlmanlığı qəbul etdi, bir qismi isə erməni kilsəsinin təsiri ilə mədəni-ideoloji 

baxımdan assimilyasiyaya məruz qaldı - qriqorianlaĢdı [80]. 

Xilafət Azərbaycanda özünə etnik dayaq yaratmaq üçün Ərəbistan, Suriya və 

Ġraqdan on minlərlə ailəni buraya köçürdü. Köçürülənlər sonrakı yüzilliklərdə yerli əhali 

ilə qaynayıb-qarıĢsa da,  müasir  Azərbaycan  ərazisində  çoxsaylı ərəb  adlı  toponimlərin 

olması, bunun izlərini özündə saxlamaqdadır. 

Xilafətin soyğunçu vergi siyasəti, ərəb məmurlarının özbaĢınalığı və qəddar-

lığı,  yerli  feodalların  mülklərinin  və  imtiyazlarının  məhdudlaĢdırılması,  zorakı  ərəb-

ləĢdirmə siyasəti əhalinin maddi vəziyyətini ağırlaĢdırır, milli heysiyyatını alçaldırdı. 

Bunlar  da,  öz  növbəsində,  ərəb  ağalığına  qarĢı  ümumxalq  nifrətini  coĢdururdu. 

Azərbaycanda Xilafət əleyhinə ilk böyük üsyan VIII əsrin ortalarında baĢ verdi [81]. 



Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə