L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə19/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   15   16   17   18   19   20   21   22   ...   190

 

 

51 



Bunu fürsət sayan Osmanlı imperiyası yenidən müharibəyə baĢladı, Azərbaycanın 

çox  hissəsini,  o  cümlədən  Naxçıvan,  Ġrəvan,  Qarabağ,  ġirvan,  Təbriz,  Marağa 

bölgələrini iĢğal etdi [95]. Azərbaycanda Osmanlı inzibati idarəçiliyi tətbiq edildi, 

əhali üzərinə qoyulan vergilər artırıldı, zorla sünniliyin yayılmasına baĢlandı. Buna 

cavab olaraq, Osmanlı ağalığına qarĢı XVI əsrin sonu  - XVII əsrin əvvəlində xalq 

mübarizəyə  qalxdı.  Tarixə  Cəlalilər  hərəkatı  kimi  daxil  olmuĢ  bu  xalq-azadlıq 

mübarizəsinin  ən  görkəmli  qəhrəmanı  Koroğlu  idi.  O,  sadə  insanların  xilaskarı, 

özbaĢınalıqlar edən, qəddarlıqları ilə nifrət doğuran paĢaların, xanların qənimi kimi 

sevilir, xalq intiqamçısı kimi haqqında nəğmələr qoĢulur, dastanlar yaradılırdı. 

I ġah Abbas ciddi islahatlar keçirərək mərkəzi hakimiyyəti möhkəmlətdi, 

odlu silahla təchiz edilmiĢ çoxsaylı nizamlı ordu yaratdı. Səfəvi dövlətinin itirilmiĢ 

torpaqlarını  geri  aldı.  1639-cu  ildə  bağlanmıĢ  sülh  müqaviləsi  Səfəvi  -  Osmanlı 

müharibələrinə  son  qoydu  [96].  Torpaqlarımızda  əmin-amanlıq  bərpa  edildi. 

Azərbaycanın Rusiya  və  digər Avropa  ölkələri ilə, həmçinin Hindistanla  iqtisadi-

ticarət əlaqələri geniĢləndi. 

XVII 


əsrin  son onilliklərində  ġərqlə  Qərb arasında  ticarət əlaqələrinin 

istiqamətinin  dəyiĢib  okeanlara  yönəlməsi,  Böyük  Ġpək  yolunun  əhəmiyyətini 

tədricən itirməsi Səfəvi dövlətinin gəlirlərinin azalmasına gətirib çıxardı. Dövlətin 

xarici  ticarətində  mühüm  rol  oynayan  erməni  və  hind  tacirlərinin  qəsdən  qızıl,  gümüĢ 

sikkələri gizlədərək dövriyyədən çıxarmaları maliyyə vəziyyətini daha da ağırlaĢdırdı. 

XVIII əsrin baĢlanğıcında vergilərin artırılması, bəylərbəyilərin və saray məmurlarının 




 

 

52 



özbaĢınalığının və rüĢvətxorluğunun geniĢ miqyas alması, Ģiə ruhanilərin dövlət iĢlərinə 

müdaxiləsinin güclənməsi və sünniliyin təqibi ümummilli sosial-iqtisadi böhrana səbəb 

oldu.  ġirvanda,  Dağıstanda,  Səfəvi  dövlətinin  Ģərq  əyalətlərində  etiraz  çıxıĢları 

gücləndi [97]. 

Əfqanların Ġsfahanı tutması, I Pyotrun yürüĢü nəticəsində Qafqazın Xəzərsahili 

bölgələrinin  itirilməsi  Səfəvi  dövlətinin  tənəzzülünü  dərinləĢdirdi.  Osmanlı  dövləti  də 

vəziyyətdən  yararlanaraq  Cənubi  Qafqazın  böyük  hissəsini  ələ  keçirdi.  Yurdumuzun 

talan  edilməsi,  ağır  vergilər  qoyulması  və  onların  qəddarlıqla  toplanması  etiraz 

çıxıĢlarını gücləndirdi. Görkəmli sərkərdə və bacarıqlı siyasətçi olan Nadir  xan ƏfĢar 

qısa müddət ərzində dağınıq qüvvələri bir araya toplayaraq güclü ordu yaratdı, əfqanları, 

rusları,  osmanlıları  Səfəvi  dövləti  hüdudlarından  qovub  çıxardı.  1736-cı  ildə  özü  Ģah 

taxtına  çıxdı,  Mərkəzi  Asiyaya,  Hindistana  uğurlu  yürüĢlər  etdi.  Nadir  Ģah  güclü 

mərkəzləĢdirilmiĢ dövlət yaratmağa, Ģiə və sünni məzhəbləri arasında qarĢıdurmaya son 

verməyə  çalıĢırdı  [98].  Lakin  onun  1747-ci  ildə  sui-qəsd  nəticəsində  öldürülməsi  ilə 

yaratdığı böyük imperiya dağıldı, Azərbaycanda müstəqil və yarımüstəqil feodal dövlətləri 

(xanlıq, sultanlıq, məliklik) meydana gəldi. 

Azərbaycanın cənubunda yaradılan xanlıqlar içərisində Urmiya xanlığı daha 

güclü idi. Bu xanlığın əsasını qoymuĢ Fətəli xan ƏfĢar Təbrizi tutdu və XVIII əsrin 50-ci 

illərdə  Cənubi  Azərbaycanın  çox  hissəsini  öz  hakimiyyəti  altında  birləĢdirdi.  ġimali 

Azərbaycan torpaqlarının birləĢdirilməsi  uğrunda isə ġəki, Quba  və Qara-bağ  xanları 

mübarizə aparırdılar. XVIII əsrin 60-80-ci illərində Qubalı Fətəli xan daha böyük uğur 

qazanmıĢ, Azərbaycanın Ģimal-Ģərq bölgələrini vahid dövlətdə birləĢdirmiĢdi [99]. 




 

 

53 



Lakin ġimali Qafqazda öz mövqeyini addım-addım möhkəmləndirən Rusiya-

nın və Ġranda hakimiyyəti ələ keçirən Qacarlar sülaləsindən olan hökmdarlarının açıq 

müdaxilələri  Azərbaycanda  hadisələrin  inkiĢafının  təbii  axarını  pozdu.  Ġran  Cənubi 

Azərbaycanı,  Rusiya  ġimali  Azərbaycanı  iĢğal  etməyə  giriĢdi.  Azərbaycan  xalqı  öz 

azadlığını  qorumaq  üçün  çox  böyük  əzmlə  mübarizə  aparırdı.  Gəncəli  Cavad  xanın 

düĢmənin üstün qüvvələrinə qarĢı son nəfəsinədək igidliklə döyüĢməsi, Zaqatalada və 

Bakıda  Qafqazdakı  rus  ordusuna  baĢçılıq  edən  generalların  öldürülməsi  xalqımızın 

qəhrəmanlıq salnaməsinin Ģanlı səhifələridir. 

XVI-XVIII  əsrlərdə  Azərbaycan  mədəniyyəti  daha  da  inkiĢaf  etdi.  Səfəvi 

dövründə ədəbiyyat və incəsənət üzrə görkəmli xadimlər yaĢayıb-yaradırdılar. Öz ana 

dilində gözəl əsərlər yaradan Ģairlərimiz Xətai, Həbibi, Füzuli və baĢqaları xalqımıza 

baĢucalığı  gətirmiĢlər.  Onların  arasında  böyük  mütəfəkkir  Ģair  Füzuli  xüsusilə 

fərqlənmiĢ,  öz  lirikası  ilə  dünya  ədəbiyyatının    korifeyləri  sırasına  yüksəlmiĢdir.  

Dövrününböyük  miniatür  ustası  Kəmaləddin  Behzad  Təbrizdə  təkrarsız  əsərlər 

yaratmıĢdır.

 

I  ġah  Ġsmayıl  onun  yaradıcılığına  çox  yüksək  qiymət  vermiĢ,  onu 



zəmanənin  nadiri,  rəssamların  ustadı  adlandırmıĢdı.  XVI  əsr  Təbriz  rəssamlıq 

məktəbinin  banisi    Sultan    Məhəmməd  hazırda dünyanın məĢhur muzeylərini bəzəyən 




 

 

54 



gözəl miniatür rəsmlər yaratmaqla özünə əbədi Ģöhrət qazanmıĢdır [100].  XVII-XVIII 

əsrlərdə  Təbriz,  ġamaxı,  Gəncə  və  digər  Ģəhərlərimiz  böyük  sənətkarlıq  və  ticarət 

mərkəzləri olmaqla yanaĢı, elm və mədəniyyətin inkiĢafında da mühüm rol oynayırdılar.  

Vaqif və  Vidadinin  ədəbi yaradıcılığı bu dövrdə Azərbaycan poeziyasını yeni zirvələrə 

ucaltdı.  ġəkidə  Xan  sarayı,  ġuĢa  qalası,  Ġrəvanda  Göy  məscid  və  Sərdar  sarayı 

möhtəĢəm memarlıq nümunələri idilər.

 

1828-ci  ildə  Türkmənçay  müqaviləsi  bağlanması  nəticəsində  vətənimiz  və 



xalqımız qəti Ģəkildə iki hissəyə parçalandı. Araz çayından cənubdakı torpaqlar Ġranmın 

hakimiyyəti altında qaldı, Ģimal torpaqlarımız isə Rusiyanın müstəmləkəsinə çevrildi. 

Çarizm  komendant  idarə  üsulu  tətbiq  etdi.  Rus  hərbiçilərinin  həyata  keçirdiyi  bu 

idarəçilik  milli  və dini  hissləri  təhqir etməsi, özbaĢınalıqları  və rüĢvətxorluğu,  vergi  və 

rüsumları  artırması  ilə  bütün  xalqın  nifrətini  qazandı.  ġimali  Azərbaycan  torpaqlarına 

Ġrandan  və  Osmanlı  dövlətindən  ermənilərin  köçürülməsi  xüsusən  Qarabağ,  Ġrəvan  və 

Naxçıvan bölgələrində demoqrafik vəziyyəti dəyiĢdi, [101] yerli azərbaycanlı əhalinin 

güzəranına mənfi təsir göstərdi. 




Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə