L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə36/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   32   33   34   35   36   37   38   39   ...   190

 

 

104 



Azərbaycan  kəndində  qarĢılıqlı  yardım  adətləri  iməcilik,  əvrəz-avariz  və 

baĢqa  adlarla  tanınmıĢdısa  da,  onlar  məzmun,  məqsəd  və  mahiyyət  etibarilə  bir-

birinə  yaxın  və  oxĢar  olmuĢlar.  Adətən  bu  köməkliklər  təsərrüfat  iĢləri  üçün, 

vəsaitin çatıĢmaması və iĢin təcili görülməsi üçün lazım olan iĢçi qüvvəsinin azlığı, 

qoĢqu qüvvəsinin yoxluğu və s. ilə bağlı olurdu. Adətə görə köməkliklər nadir və 

zəruri  hallarda  təĢkil  edilərdi.  Belə  ki,  birgə  iĢ  üçün  köməyə  ehtiyacı  olan  Ģəxs 

kəndin ağsaqqalı ilə  məsləhətləĢib, iĢin  görülməsi  müəyyən olunan  gün  haqqında 

qohum-əqrəbaya, məhəllə adamına, bəzən də kənd camaatına xəbər verirdi. Xəbər 

verilmiĢ  adamlar  həmin  gün  (iməcilik  və  ya  əvrəz  günü)  iĢləməyə  gələrdilər. 

Ġmkanı olub, köməyə gəlməmək el arasında qəbahət sayılardı. 

Əvrəz çox canlı və iĢgüzar Ģəraitdə baĢlanıb, iĢ gününün sonunadək davam 

etdirilirdi. Adətə görə əvrəz iĢtirakçıları həmin gün iĢə daha tez çıxmağa və ya öz 

əməkləri  ilə  baĢqalarından  fərqlənməyə  çalıĢırdılar.  Əvrəzin  belə  iĢgüzar  xüsu-

siyyətini  özündə  əks  etdirən  bəzi  ifadələr  xalq  arasında  indi  də  iĢlənməkdədir. 

Məsələn,  biri  tələsik  yemək  yeyərkən  ona:  "Nə  olub?  Əvrəzdir  bəyəm"  deyirlər. 

Bunun əksinə olaraq, ləng yol gedən adama isə "biyara getmirsən ki" və ya "Elə bil 

biyara  gedir"  ifadəsilə  müraciət  edilir.  Dilimizdə  iĢlədilərək  məsəl  halına  çev-

rilmiĢ  həmin ifadələrin  məna  və  məzmunu əvrəzin tam könüllülük əsasında  keçi-

rildiyini bir daha sübut edir. 

ġübhəsiz, əvrəzəçağırma adətən, görüləcək iĢdən və onun xüsusiyyətindən 

asılı olurdu. Deyildiyi  kimi,  əvrəz görüləcək  iĢin qurtarıb-qurtarmamasından asılı 

olmayaraq, əksər hallarda bir gün davam edirdi. Axı, yoxsul kəndlinin bir gündən 

artıq  Ģumlanacaq  torpaq  sahəsi  və  ya  da  bir  neçə  günə  görüləsi  elə  baĢqa  iĢi  də 

olmurdu. 

Adətə  görə  əvrəzi  təĢkil  edən  Ģəxs  iĢtirakçılara  nahar  verərdi.  Daha 

imkanlı kəndli isə əvrəzçilər üçün hətta qoyun da kəsərdi. Lakin çox kasıb ailələrə 

əvrəzə gedənlər özləri ilə yeməklərini də aparardılar. 

Əkinçilikdə 

ayrı-ayrı 

təsərrüfat 

iĢlərinin 

köməklik 

məqsədilə 

görülməsində  onun  iĢtirakçılan  özünəməxsus  məna  və  məzmun  daĢıyan  bir  sıra 

adət və Ģərtlərə də əməl etməli olurdular. Daha doğrusu, iĢin xüsusiyyətindən asılı 

olaraq bəzən bəhsəgirmə, ĢərtləĢmə-mərcləĢmə və sair maraqlı yarıĢ və əyləncələr 

də keçirilərdi. Məsələn, Ģum əvrəzi zamanı kimin kotanı tez iĢə çıxıb "qarabas" (ilk 

Ģırım)  açardısa,  həmin  kotanın  rəncbərinə  hörmət  əlaməti  olaraq  nahar  zamanı 

qoyunun döĢ ətindən bozbaĢ verilərdi. Yaxud ona əl dəsmalı bağıĢlanardı. Adətən, 

əvrəzdə  kəl  sınağı  da  keçirilərdi.  Bununla  da  əvrəzdə  iĢtirak  edən  kotanların  ən 

qüvvətli kəlləri müəyyənləĢdirilərdi. Bu cür bəhs zamanı daha güclü hesab edilən 

kəllər  kotanın  dib  boynuna  qoĢulardı.  Beləliklə  də  kotanı  bir  cüt  kəl  çəkməli  idi. 

ġərtləĢmə zamanı qalib kəl müəyyən olunmadıqda kotanın təkərləri də çıxarılardı. 

ġərtə  görə  kotanı  çəkməyə  gücü  çatmayıb  dizini  yerə  qoyan  kəl  məğlub  hesab 

edilərdi. Qalib kəlin belinə əvrəzdə kəsilən qoyunun dərisi atılardı. Həmin dəridən 

isə  kəl  üçün  boyun  yastığı  tikilərdi.  Əvrəzdə  keçirilən  kəl  sınağı  həmkəndlilər 




 

 

105 



arasında böyük marağa səbəb olardı. 

Adətən,  köməkliklər  bəzi  təsərrüfat  iĢlərində,  xüsusilə  ot  çalımı,  taxıl 

biçini  və  dərz  daĢınmasında  daha  tez-tez  təĢkil  olunardı.  Əkinçilikdə  mövsümi 

xarakter  daĢıyan  bu  əmək  proseslərini  vaxtında  və  təcili  həyata  keçirmək  üçün 

birgə  iĢçi  qüvvəsi  tələb  olunurdu.  Əkinçilərin  dediyi  kimi  "Biçində  gecikən 

uduzur". Ona  görə də  əvrəzə çağırıldıqda  taxıl biçməyi bacaran hər bir kəndli bu 

iĢdə öz qonĢusuna və ya həmkəndlisinə, xüsusilə bu iĢin öhdəsindən gələ bilməyən 

ailələrə əlindən gələn köməyi edirdi. 

Bu  birgə  iĢdə,  biçin  və  dərzin  daĢınması  zamanı  onun  iĢtirakçıları  öz 

yoldaĢlarından diribaĢlıqları ilə seçilməyə çalıĢırdılar. Adətə görə, ilk dərzi biçmiĢ 

biçinçiyə, yaxud dərzi sahədən xırmana birinci gətirən arabaçıya hədiyyə verilərdi. 

Bəzi hallarda biçin əvrəzi daha təntənəli keçirilərdi. Belə ki, kəndin və ya 

məhəllənin  ən  yaxĢı  biçinçisi  burada  tanınardı.  Biçinə  dəvət  olunmuĢ  biçinçilər, 

zurnaçılar tərəfindən ifa olunan "Cəngi" sədası altında eyni vaxtda iĢə baĢlardılar. 

Kim ilk dərzi hamıdan tez əkin sahibinin qarĢısına qoysaydı, əvrəzin qalibi, kəndin 

ən  yaxĢı  biçinçisi  hesab  olunardı.  Qalibə  hədiyyə,  xələt,  xonça  verilərdi.  Əvrəz 

qohumluq  münasibətlərinə  görə  də  təĢkil  edilərdi.  Əgər  belə  köməyə  qız  evinin 

zəruri  ehtiyacı  olardısa,  niĢanlı  oğlan  kəndin  cavanlarını  əvrəzə  çağıraraq 

qayınatasının  otunu  çaldırar,  taxılını  biçdirər  və  ya  dərzini  daĢıtdırardı.  Əvrəz 

zamanı  baĢqalarından  fərqlənməkdən  ötrü  oğlanın  -  gələcək  bəyin  qoluna  qız 

evindən  göndərilmiĢ  qırmızı  dolaq  bağlanardı.  Əvrəz  iĢtirakçılarına  yemək  oğlan 

evi tərəfindən verilərdi. 

Əkinçilikdə  qohumluq  münasibətlərinə  əsaslanan  belə  köməklik  forması 

talıĢlar arasında da mövcud olmuĢdur. Əgər qayınataya taxıl biçmək, ot çalmaq və 

baĢqa iĢlər üçün köməklik lazım olardısa, niĢanlı oğlanın evinə xəbər göndərilərdi 

ki,  "filan  gün,  adam  götürüb  iĢləməyə  gəlsinlər".  Belə  köməklik  talıĢlarda  "yeznə 

köməkliyi" ("zomoa ko") adlanırdı. 

Köməketmə  bəzən  kənd  icmasının  ümumi  istifadəsi  üçün  zəruri  olan 

mühüm  təsərrüfat  iĢlərinin  görülməsi  zamanı  da  həyata  keçirilərdi.  Suvarma 

kanallarının  çəkilməsi  və  ya  təmiri,  dəhnə  və  bəndlərin  tikilməsi  və  sair  böyük 

zəhmət və iĢçi qüvvəsi tələb edən iĢlərdə də həmkəndlilər belə bir adətdən istifadə 

edərdilər. Bəzən elə  olurdu ki,  su kanalı  və  arxlardan  kəndin ancaq bir  məhəlləsi 

istifadə  edirdi.  Lakin  lazım  gəldikdə  kəndin  baĢqa  məhəllələrindən  gəlib  həmin 

məhlənin su kanallarının təmir və ya təmizlənməsinə kömək edirdilər. 

ġübhəsiz  ki,  qədimdən  öz  məzmunu  və  mahiyyəti  etibarilə  könüllülük 

əsasında  xalqın  bir-birinə  göstərdiyi  təmənnasız  kömək  adət  Ģəklini  alaraq  əvrəz 

adı  ilə  təĢəkkül  tapmıĢ  və  formalaĢmıĢdır  və  bu,  xalqımızın  təsərrüfat  həyatında 

əsrlər boyu yaĢayaraq, qalıq halında da olsa, dövrümüzə qədər gəlib çatmıĢdır. 

Yeri  gəlmiĢkən  qeyd  etmək  lazımdır  ki,  əvrəz  Azərbaycanda  həm  də 

mükəlləfiyyətlərdən  biri  kimi  tanınmıĢdır.  Daha  doğrusu,  bəy  və  mülkədarlar 

xalqın  bu  adətindən  sui-istifadə  edərək,  onu  özləri  üçün  bir  istismar  vasitəsinə 



Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə