L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   34   35   36   37   38   39   40   41   ...   74

 
125 
Kəskin  PN-lə  müqayisədə  kəskin  TİN  zamanı  bakteriuriya  olmur,  sidiyin 
əkintisi sterildir, pielonefrit üçün xarakterik olan rentgenoloji əlamətlər yoxdur. 
Kəskin TİN zamanı KBÇ üçün xarakterik olan mərhələli gediş qeyd edilmir. 
Sonuncuda azotemiya oliqouriya yarandıqdan sonra artmağa başlayır, kəskin TİN 
zamanı isə azotemiya KBÇ-nın inkişafına qədər və ya poliuriya fonunda yaranır. 
Müalicə.  Kliniki  əlamətlərin  aşkarlığı  və  KBÇ-nın  inkişafı  mərhələsində 
yataq  rejimi  tətbiq  edilir.  Xəstəliyin  yaranmasına  səbəb  olan  etioloji  faktorun 
təsirinin  qarşısı  alınır  və  dərman  maddəlisinin  təyini  kəsilir.  Böyrək 
hemodinamikasını yaxşılaşdıran terapiya tətbiq edilir (heparin, eufillin, persantin, 
trental,  nikotin  turşusu,  rutun),  interstisial  toxumanın  ödemini  azaltmaq 
(furosemidin yüksək dozası – 500 mq/sut və yumaqcıq filtrasiyasının həddən artıq 
azalması  zamanı  prednizolon),  həmçinin  antioksidantlar  (vitamin  E,  unitiol, 
dimefosfon,  essensiale),  antihistaminlər  (tavegil,  dimedrol,  diazolin  və  b.), 
mübadilə  proseslərini  yaxşılaşdırmaq  (ATF,  kokarboksilaza),  elektrolit 
pozğunluqlarını korreksiya edən preparatlar. Ağır hallarda, yəni yüksək azotemiya, 
oliqouriya  və  aparılan  müalicənin  effektiv  olmaması  zamanı  hemodializ 
göstərişdir.  
Xroniki tubulointerstisial nefrit 
Xroniki  tubulointerstisial  nefritə  uşaqlarda  kəskin  TİN-dən  fərqli  olaraq 
daha  tez-tez  rast  gəlinir.  Bir  çox  hallarda  xroniki  TİN  təsadüfən,  keçirilmiş  hər 
hansı bir xəstəliklərdən sonra və ya uşağı hər hansı bir müəssisəyə qəbulu zamanı 
sidiyin  kontrol  müayinəsində  diaqnoz  qoymaq  olar.  Xroniki  TİN  -in 
formalaşmasında  müxtəlif  təkanverici  faktorlar  iştirak  edir:  böyrək  toxumasının 
disembriogenezi,  sidik  sistemi  orqanlarının  anomaliyaları,  sitomembran
 
stabilliyinin  pozulması,  atopik  reaksiyalar,  hipoimmun  vəziyyətlər,  makrofaq-
faqositar 
sistemin 
eliminasiya 
funksiyasının 
pozulması, 
böyrəklərin 
hemodinamikasının  və  urodinamikanın  (yüksək  hərəkətlilik,  böyrək  damarlarının 
anomaliyaları).  Xroniki  TİN  –  polietioloji  xəstəlikdir  və  onun  əsas  xüsusiyyəti 


 
126 
beyin  maddənin  ara  toxumasının  sklerozlaşma  ilə  nəticələnən,  abakterial  qeyri-
destruktiv iltihabıdır.  
Uşaqlarda  xroniki  TİN-in  inkişafına  çox  zaman  metabolik  pozğunluqlar 
(maddələr  mübadiləsinin  istənilən  pozğunluğu  nəticəsində  sidiklə  metabolitlərin 
yüksək  ekskresiyası),  infeksiya  (vərəm  intoksikasiyası,  leptospiroz,  yersinioz, 
xroniki  aktiv  hepatit  və  s.),  dərman  maddələrinin  uzun  müddət  qəbulu  (analgin, 
asetilsalisil  turşusu,  fenasetin,  indometasin,  epilepsiyaəleyhinə  və  vərəməleyhinə 
maddələr)  səbəb  olur.  Dərman  maddələri  böyrək  toxumasına  bilavasitə  toksiki 
(açetilsalisil  turşusu)  və  ya  prostaqlandin  sintezini  ingibə  etməklə  (indometasin) 
təsir göstərir. 
Patoloji  prosesin  əsasında  interstisial  toxumanın  proqressivləsən  sklerozu, 
kanalcıqların sıxılması və atrofiyası, yumaqcıqların ikincili zədələnməsi durur. 
Xroniki  TİN  -i  yalnız  morfoloji  olaraq  təyin  etmək  olar.  Morfoloji 
mənzərədə  kanalcıq  epitelinin  distrofiyası  və  kanalcığın  bir  hissəsinin  atrofiyası 
aşkar edilir. Beyin və qabıq maddənin stromasında kifayət qədər yayılmış çapıqlar, 
çoxlu sayda limfoid infiltratlar müşahidə edilir. Yumaqcıqlar işıq mikroskopunda 
dəyişəksiz olur.   
Klinika. Xəstəliyin başlanğıcı kliniki əlamətlərinə görə bəsitdir. Böyrəklərdə 
patoloji  proses  inkişaf  etdikcə,  zəiflik,  tezyorulma,  intoksikasiya  simptomları, 
solğunluq,  qarın  və  qurşaqda  ağrılar  müşahidə  edilir.  Poliuriya  xarakterikdir. 
Sidiyin  müayinəsində  mülayim  proteinuriya  (1-2  q/sut),  mikrohematuriya, 
abakterial  leykosituriya  qeyd  edilir.  Xəstəlik  tədricən  proqressivləşir,  getdikcə 
anemiya  və  mülayim  ləbil  hipertenziya  inkişaf  edir.  Dismetabolik  xroniki  TİN 
zamanı sidikdə kristallar aşkar edilir. Kanalcıq funksiyalarının pozulması getdikcə 
dərinləşir,  b2-mikroqlobulinin  səviyyəsi  yüksəlir,  sidiyin  xüsusi  çəkisi  azalır, 
böyrəklərin  qatılaşdırıcı  funksiyası  pozulur.  Funksional  kanalcıq  pozğunluqları 
yaranır:  sekretor  və  ekskretor  funksiyalar  zəifləyir,  turşuluq
 
titri,  ammonyakın 
ekskresiyası  azalır.  


 
127 
Böyrəklərin  osmotik  qatılaşdırma  xassəsi  azalır.  Kanalcıq  disfunksiyası 
natriumun  reabsorbsiyasının  azalması  və  natrium,  kalium  və  digər  duzların 
ekskresiyasının artması ilə özünü göstərir. Yumaqcıq filtrasiyası saxlanır. Xəstəlik 
uzun  illər  gedə  bilər.  Böyrəklərin  sidiyi  normal  qatılaşdırma  xassəsi  getdikcə 
zəifləyir.  Bu  halı  çox  vaxt  nefrogen  diabet  adlandırırlar,  çünki  artan  sidik  ifrazı 
polidipsiyasiyaya  gətirib  çıxarır.  Böyrəklərin  kanalcıq  asidozu  artır  və  bununla 
əlaqədar  kalsium  itkisi  də  yüksəlir.  Kliniki  olaraq  bu  vəziyyət  sümüklərin 
kövrəkliyinə, osteodistrofiyaya gətirib çıxarır. Belə uşaqların boy artımı zəifləyir. 
Sonucda  “duzitirən  böyrək”  sindromu  inkişaf  edə  bilər  –  duzun  tükənməsi, 
hipotenziya,  kollaps  ehtimalı  artır  –  bu,  böyrəküstü  vəz  çatmamazlığı  mənzərini 
xatırladır. 
Xəstəliyin proqressivləşməsi böyrək funksiyalarının tədricən azalmasına və 
müvafiq kliniki mənzərisi ilə gedən böyrək çatmamazlığına gətirib çıxarır. Xroniki 
böyrək  çatmamazlığının  uşaqlarda  inkişafı  üçün  on  illiklər  keçməlidir,  lakin 
analgetik  böyrək  patoloji  halında  XBÇ-ı  daha  erkən,  xəstəliyin  başlanğıc 
əlamətlərindən 4-7 il sonra yarana bilər.  
Diaqnostika.  Xroniki  TİN  üçün  sidik  sindromuna  qədər  uzun  latent  dövr, 
limfositar  xarakterli  leykosituriya,  poliuriya,  hipostenuriya,  b2-mikroqlobulin 
ekskresiyasının  yüksəlməsi  xarakterikdir.  Metabolik  mənşəli  xroniki  TİN-in 
diaqnostikasında aşağıdakılar əhəmiyyətli hesab edilir: 
-  xəstənin anamnezində allergik diatezin olmasa; 
-  çəkidən artıq olan hallarda; 
-  dizurik pozğunluqlar; 
-  oksalat-kalsium kristaluriyası, sidikdə etanolamin, çiliatin aşkar edilməsi; 
HBs-antigeninemiya  ilə  müşayiət  olunan  xroniki  hepatit  fonunda  və  ya 
qaraciyər  sirrozu  fonunda  yaranan  xroniki  TİN  qaraciyər  xəstəliyinin  2  yaşdan  5 
yaşa  qədər  çəkməsi,  zəif  sidik  sindromu,  sidiyin  xüsusi  çəkisinin  azalmsı  və 
yumaqcıq  filtrasiyasının  mülayim  –  60  ml/dəq.  qədər  azalması,  b2-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə