137
Sidik sistemi orqanlarının iltihabi xəstəlikləri.
Pielonefrit
Uşaqlarda sidik sistemi orqanlarının iltihabi xəstəlikləri içərisində
böyrək və sidik yollarının mikrob-iltihabi zədələnməsi 70-80%-dir. Bunların
da əksər hissəsini pielonefrit və sistit xəstələri təşkil edir.
Təsnifat. N10. Kəskin tubulointerstitsial nefrit; bura daxilidir: kəskin
pielonefrit;
N11. Xroniki tubulointerstitsial nefrit; bura daxildir: xroniki: -
infeksion interstitsial nefrit – pielit- pielonefrit;
N11.0. Qeyri-obstruktiv
xroniki pielonefrit, refluksla əlaqəli;
N11.1. Xroniki obstruktiv pielonefrit;
Pielonefrit (PN) – böyrəklərin qeyri-spesifik infeksion-iltihabi
xəstəliyi olub, əsasən kasa-ləyən sistemi, kanalcıq və interstisiyanın
zədələnməsi ilə müşahidə edilir. Uşaqlarda, xüsusən erkən yaşında PN çox
zaman hər hansı infeksion xəstəliyin bir əlaməti kimi meydana çıxır.
Pielonefritn təsnifatı
Cədvəl
Formasına görə
Aktivliyinə görə
Mərhələsi
Böyrək funksiyaları
1. Kəskin PN
1. Aktiv mərhələ
2. Simptomların geriyə
inkişafı dövrü
3. Tam klinik-laborator
remissiya
İnfiltrativ
Sklerotik
1.Böyrək
funksiyaları
saxlanıb
2.Böyrək
funksiyaları
pozulub
2. Xroniki PN
birincili
qeyri-obstruktiv,
ikincili obstruktiv və
ya dismetabolik:
a) residivləşən
b) latent
1. Aktiv mərhələ
2. Hissəvi klinik-laborator
remissiya
3. Tam
klinik-laborator
remissiya
1.Böyrək
funksiyaları
saxlanıb
2.Böyrək
funksiyaları pozulub
3. XBÇ
138
Cədvəldə verilən təsnifatla yanaşı pielonefrit zədələnmiş böyrəklərin sayına
görə
birtərəfli və
ikitərəfli, yaranma şəraitinə görə
birincili və
ikincili ola bilər.
Birincili PN diaqnozu o zaman qoyulur ki, müayinənin gedişində
mikroorqanizmlərin böyrək toxumasında fiksasiyasına gətirib çıxaran heç bir
faktoru aşkar etmək mümkün olmur, yəni infeksion-iltihabi proses lap əvvəldən
sağlam orqanda inkişaf edir. İkincili PN inkişafına isə bu və ya digər faktorlar
səbəb olur. O öz növbəsində
obstruktiv və
qeyri-obstruktiv olmaqla iki formada
qeyd edilir. İkincili obstruktiv PN urodinamikanın üzvi (anadangəlmə, irsi və
qazanılma) və funksional pozğunluqları zamanı yaranır. İkincili qeyri-obstruktiv
PN dismetabolik pozğunluqlar, hemodinamik pozğunluqlar, immunodefisit
vəziyyətlər, endokrin dəyişikliklər zamanı əmələ gəlir.
Xroniki gedişli pielonefrit simptomların 6 aydan çox saxlanması və ya bu
müddət ərzində ən azı iki residivin olması ilə xarakterizə olunur və bir qayda
olaraq ikincili pielonefrit zamanı müşahidə edilir. Məhz buna görə xroniki
pielonefrit gediş xarakterinə görə latent və residivləşən olur. Residivləşən gediş
zamanı kəskin PN klinikasını (sidik və ağrı sindromu, ümumi intoksikasiya
simptomu) xatırladan bir neçə kəskinləşmə periodları qeyd edilir. Latent gediş isə
sidik sindromunun müxtəlif dərəcədə intensivliyi ilə müşahidə edilə bilər.
Pielonefritin aktivliyi kliniki simptomların, qan və sidik müayinələrində olan
dəyişikliklərin məcmusuna görə müəyyənləşir:
Kliniki simptomlar:
– qızdırma, üşütmə;
– ağrı sindromu;
– dizurik əlamətlər (sistitlə müştərək).
Sidiyin müayinəsi:
– bakteriuriya > 100 000 mikrob 1 ml-də;
– leykosituriya < 4000 Niçeporenkoya görə.