L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   37   38   39   40   41   42   43   44   ...   74

 
136 
RN-nın aşağıdakı gediş variantları ayırd edilir: 
–  sidik  sisteminin  residivləşən  infeksiyası  şəklində,  tez-tez 
kəskinləşmələr,  qarında  ağrı,    qabarıq  intoksikasiya,  leykosituriya, 
proteinuriya; 
–  mülayim  proteinuriya,  hematuriya,  intoksikasiya  simptomları 
olmadan müşahidə edilən mülayim  leykosituriya; 
Hipertenziya  əlamətlərini  xəstəliyin  gecikmiş  mərhələrində  aşkar 
etmək olar. 
Diaqnostika. Sidiyin biokimyəvi müayinəsində oksaluriya, kalsiuriya, 
uraturiya  təqribən  80%  hallarda,  qlükozuriya  –  34%  halda,  ammonyak  və 
titrlənnən turşuların səviyyəsinin enməsi – 90% halda aşkar edilir ki, bu da 
kanalcıqlardakı disfunksiyaya və mübadilə pozğunluqlarına sübutdur. 
USM  və  sistoqramma-də  böyrək  ölçülərinin  kiçilməsi,  dinamikada 
böyüməsinin  ləngiməsi,  əyri-yürü  konturlar,  parenximanın  çətinliklə 
diferensasiya  edilən  hiperexogen  sahələr  ləyən  exo-siqnalının  genişlənməsi 
aşkar edilir.  
Doppleroqrafik  müayinə  zamanı  böyrək  qan  dövranın  azalması 
müşahidə edilir.  
Müalicə
Konservativ 
terapiya 
sidik 
kisəsinin 
neyrogen 
disfunksiyasında olduğu kimidir. Əgər konservativ müalicə (6-12 ay) effekt 
verməzsə,  xüsusilə  3  dərəcəli  reflüks  zamanı  cərrahi  əməliyyat  göstəriş 
sayılır. 
 
 
 
 
 
 
 
 


 
137 
Sidik sistemi orqanlarının iltihabi xəstəlikləri. 
 Pielonefrit 
Uşaqlarda  sidik    sistemi  orqanlarının  iltihabi  xəstəlikləri  içərisində 
böyrək və sidik yollarının mikrob-iltihabi zədələnməsi 70-80%-dir. Bunların 
da əksər hissəsini pielonefrit və sistit xəstələri təşkil edir. 
Təsnifat. N10.  Kəskin tubulointerstitsial nefrit; bura daxilidir: kəskin 
pielonefrit;  N11.  Xroniki  tubulointerstitsial  nefrit;  bura  daxildir:  xroniki:  - 
infeksion  interstitsial  nefrit  –  pielit-  pielonefrit;  N11.0.  Qeyri-obstruktiv 
xroniki pielonefrit, refluksla əlaqəli; N11.1. Xroniki obstruktiv pielonefrit; 
Pielonefrit  (PN)  –  böyrəklərin  qeyri-spesifik  infeksion-iltihabi 
xəstəliyi  olub,  əsasən  kasa-ləyən  sistemi,  kanalcıq  və  interstisiyanın 
zədələnməsi  ilə  müşahidə  edilir.  Uşaqlarda,  xüsusən  erkən  yaşında  PN  çox 
zaman hər hansı infeksion xəstəliyin bir əlaməti kimi meydana çıxır.   
Pielonefritn təsnifatı 
Cədvəl  
Formasına görə 
Aktivliyinə görə 
Mərhələsi 
Böyrək funksiyaları 
1. Kəskin PN 
1. Aktiv mərhələ 
2. Simptomların geriyə 
    inkişafı dövrü 
3. Tam klinik-laborator 
    remissiya 
İnfiltrativ  
Sklerotik 
1.Böyrək 
funksiyaları 
saxlanıb 
2.Böyrək 
funksiyaları 
pozulub  
2. Xroniki PN 
birincili  
qeyri-obstruktiv,
  
ikincili  obstruktiv  və 
ya dismetabolik: 
a)  residivləşən 
b)  latent 
 
1.  Aktiv mərhələ 
2.  Hissəvi  klinik-laborator 
remissiya 
3.  Tam 
klinik-laborator 
remissiya 
1.Böyrək 
funksiyaları 
saxlanıb 
2.Böyrək 
funksiyaları pozulub 
3. XBÇ 
 


 
138 
Cədvəldə verilən təsnifatla yanaşı pielonefrit zədələnmiş böyrəklərin sayına 
görə birtərəfli və ikitərəfli, yaranma şəraitinə görə birincili və ikincili ola bilər. 
Birincili  PN  diaqnozu  o  zaman  qoyulur  ki,  müayinənin  gedişində 
mikroorqanizmlərin  böyrək  toxumasında  fiksasiyasına  gətirib  çıxaran  heç  bir 
faktoru  aşkar  etmək  mümkün  olmur,  yəni  infeksion-iltihabi  proses  lap  əvvəldən 
sağlam  orqanda  inkişaf  edir.  İkincili  PN  inkişafına  isə  bu  və  ya  digər  faktorlar 
səbəb olur. O öz növbəsində obstruktiv və qeyri-obstruktiv olmaqla iki formada 
qeyd  edilir.  İkincili  obstruktiv  PN  urodinamikanın  üzvi  (anadangəlmə,  irsi  və 
qazanılma)  və    funksional  pozğunluqları  zamanı  yaranır.  İkincili qeyri-obstruktiv 
PN  dismetabolik  pozğunluqlar,  hemodinamik  pozğunluqlar,  immunodefisit 
vəziyyətlər, endokrin dəyişikliklər zamanı əmələ gəlir. 
Xroniki gedişli pielonefrit simptomların 6 aydan çox saxlanması və ya bu 
müddət  ərzində  ən  azı  iki  residivin  olması  ilə  xarakterizə  olunur  və  bir  qayda 
olaraq  ikincili  pielonefrit  zamanı  müşahidə  edilir.  Məhz  buna  görə  xroniki 
pielonefrit  gediş  xarakterinə  görə  latent  və  residivləşən  olur.  Residivləşən  gediş 
zamanı  kəskin  PN  klinikasını  (sidik  və  ağrı  sindromu,  ümumi  intoksikasiya 
simptomu) xatırladan bir neçə kəskinləşmə periodları qeyd edilir. Latent gediş isə 
sidik sindromunun müxtəlif dərəcədə intensivliyi ilə müşahidə edilə bilər. 
Pielonefritin aktivliyi kliniki simptomların, qan və sidik müayinələrində olan 
dəyişikliklərin məcmusuna görə müəyyənləşir: 
Kliniki simptomlar
–  qızdırma, üşütmə; 
–  ağrı sindromu; 
–  dizurik əlamətlər (sistitlə müştərək). 
Sidiyin müayinəsi
–  bakteriuriya > 100 000 mikrob 1 ml-də; 
–  leykosituriya < 4000 Niçeporenkoya görə. 
 


 
139 
Qanın müayinəsi
–  anemiya; 
–  leykositoz, çubuqnüvəli hüceyrələrə yerdəyişmə ilə; 
–  EÇS artması. 
 Bundan  əlavə  infeksion  agentin  böyrəyə  daxil  olma  yollarına  görə 
hematogen,  enən  yol  (daha  tez-tez),  qalxan  yol  (daha  seyrək)  və  limfogen 
pielonefrit təsnif edilir.  
Xroniki pielonefritin nəticəsi: 
  Böyrəyin ikincili büzüşməsi; 
  Pielonefroz. 
Epidemiologiya:  PN  yenidoğulmuşun  həyatının  ilk  günlərindən  artıq 
aktual ola bilir. Vaxtında doğulmuş yenidoğulmuşlarda PN rastgəlmə tezliyi 
1%,  yarımçıqdoğulmuşlarda  4-25%-dir.  Çəkisi  1000  qramdan  az  olan 
yenidoğulmuşlarda  1  il  ərzində  PN-in  əmələ  qəlmə  ehtimalı  xeyli  yüksək 
olur.  Narkotik  asılılıqlı  analardan  doğulan  uşaqlarda  isə  PN-ə  yüksək 
həssaslıq olur (14%-ə kimi). 
PN  həyatın  ilk  aylarında  həm  qız,  həm  oğlan  uşaqlarında  eyni 
intensivlikdə rast gəlirsə, artıq 1 yaşına yaxın və ondan yuxarı yaşlarda qız 
uşaqlarında  PN  oğlanlara  nisbətdə  daha  çox  qeyd  olunur.  Yenidoğulmuş 
oğlan  uşaqlarında  isə  PN-ə  4  dəfə  çox  rast  gəlinir.  Ümumiyyətlə,  PN  3-7 
yaşa qədər qızlarda 7-9%, oğlanlarda isə 1,6-2%  arasında  tərəddüd edir. 
Erkən  yaşlı  uşaqlarda  PN-in  yaranmasında  sidik  yollarının  inkişaf 
anomoliyaları  ilə  əlaqədar  meydana  çıxan  pielorenal  reflüks  (ləyən-böyrək 
reflüksu)    əsas  yer  tutur.  Pielorenal  reflüks  1  yaşdan  kiçik  PN-i  olan 
uşaqlarda  50%  rast  hallarda  gəlir.  Xəstəliyin  başlamasından  bir  ilə  kimi 
müddətdə  PN-in  residiv  vermə  ehtimalı  qızların  30%-də,  beş  ilə  kimi 
müddətdə  isə  50%  təşkil  edir.  Oğlanlarda  PN-in  residiv  vermə  ehtimalı  il 
ərzində  daha  az,  15-20%  qeyd  edilir.  Bəzi  müəlliflərin  məlumatlarına  görə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə