L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

 
140 
III-V  dərəcəli  pielorenal  reflüks  zamanı  xəstəliyin  ilk  6  ay  ərzində  birinci 
dəfə  residiv  vermə  ehtimalı  86%  olur.  Anamnez  və  müayinələrində 
etiologiyası  məlum  olmayan  qızdırma  keçirmiş  2  yaşa  qədər  uşaqlarda  PN-
in olma ehtimalı daha çoxdur. 
Bir qrup uşaqlarda bir yaşa kimi urosepsis kimi ağırlaşma inkişaf ed ə 
bilər. 
Etiologiya 
Sidik  yollarının  infeksiyaları  (SYİ)  və  qızdırmalı  uşaqlarda  bakterial 
etiologiyalı infeksiyaların tezliyi 2,2-9% olur. Əgər infeksiya törədicisi kimi 
E.Coli  bakteriyası  aşkar  edilirsə,  letal  sonluq  ehtimalı  yüksək  olur  (10-
12%).  PN-i  çox  zaman  E.Coli  törədir  (90%-ə  qədər).  E.Coli  törədicisinin 
ifrazı  uşaqların  yaşından  (kiçik  yaşda  daha  çox),  yaşadığı  regiondan, 
antibakterial  maddələrin  istifadə  genişliyindən  asılıdır.  Enterococcus  və 
Staphylococcus  törədicilərinin    payı  isə  azdır  (10-20%).  SSİ-nı  daha  da  az 
törədən  törədicilər  isə  Pseudomonas  aeruginoza,  Proteus,  Klebsiella  və  s. 
aiddir.  Hospital  mikroflora  tərəfindən  törədilən  PN  isə  daha  ağır  gedişli, 
qabarıq  simptomatika  ilə  və  sonra  daha  tez-tez  böyrək  büzüşməsinə  gətirib 
çıxarır. 
Obstruktiv  PN-in  etiologiyasında  bətn  daxili  virusların  da  rolu  qeyd 
olunur.  Bunlara koksaki, qrip, paraqrip, RS-viruslar, adenovirusalar, 1 və 2 
tip sadə  herpes virusları,  sitomeqaloviruslar  aiddir.  
Xlamidiya,  uroplazma  və  mikoplazma,  urogenital  xlamidioz, 
uroplazmoz və  mikosıst də plazmoz vulvit, vulvovagenit, uretritə səbəb ola 
bilir. Bu da uropatogen flora ilə infeksiyaşmaya şərait yaradır. Məlumdur ki, 
xroniki  pielonefritli  uşaqların  62%-də  mikst  infeksiya  –  virus-bakterial, 
mikoplazma, bakterial-mikoplazma və s. infeksiyalaşma olur (cədvəl 7). 
Sidik yollarının göbələklə zədələnməsi immun defisitli uşaqlarda daha 
çox  rast  gəlinir.  Bundan  başqa  yarımçıq  doğulmuşlarda,  hipotrofiyalı, 
bətndaxili  infeksiyalaşmış,  inkişaf  qüsurlu,  uzun  müddət  immunosupressiv 


 
141 
müalicə  alan  uşaqlar  risk  qrupuna  daxildir.  Bəzən  də  bakteriyalarla 
göbələklərin assosiasiyası da müşahidə olunur. 
Cədvəl 7. 
Uşaqlarda pielonefritin etioloji strukturu 
Mikroorqanizm 
Tezliyi, %  Mikroorqanizm 
Tezliyi, % 
E. coli 
40-60 
Streptococcus spp. 
4-10 
Klebsiella pneumonie  7-20 
Enterococcus spp.  
2-5 
Proteus  mirabilis  et 
rettg 
9-16 
Pseudomonas 
aerugen 
2-7 
Digər mikroblar 
10-12 
Enterobacter spp 
5-15 
Mikrob assosasiyaları  10-15 
Staph. 
aureus 
et 
saprofit 
5-14 
 
Patogenez  
PN-də mikrofloranın xarakterinə təsir edən faktorlar: 
1.  Uşağın yaşı 
2.  Cinsi 
3.  Uşağın anadan olma vaxtında hestasiya yaşı 
4.  Xəstəliyin müddəti 
5.  İnfeksiyalaşma şərait (xəstəxana daxili, xarici) 
6.  Anatomik obstruksiya və ya funksional yetişməzlik 
7.  Uşaq orqanizminin rezistentliyi 
8.  Bağırsağın mikrobiosinozun vəziyyəti 
9.  Yaşayış regionu 
10. 
Ailənin maddi vəziyyəti 
11. 
Sidiyin əkilmə metodları 
infeksiyalaşma yolları: 
1.  Qayıdan - galxan yolla 
2.  Hematogen yolla 
3.  Limfogen yolla 


 
142 
Çox  vaxt  sidik  yolarına  infeksiya  qayıdan  yola  daxil  olur, 
mikroorqanizmlər  uretradan  keçir.  Bələ  yoluxma  mikroorqanizmlərin 
uropatogenliyindən  asılıdır.  Qayıdan  yol  adətən  kiçik  yaşlı  qız  uşaqlarında 
gigiyena  qaydalarına  riayət  etmədikdə  baş  verir.  Sidik  kisəsinin 
kateterizasiyası da qayıdan infeksiya yoluna səbəb ola bilər.  
Qayıdan 
yolla 
infeksiyanın 
inkişaf 
etməsinə 
uropatogen 
mikroorqanizmlərin  kolonizasiyası  səbəb  olur.  Mikroblar  uşaq  yolunun 
girəcəyində,  periuretral  sahədə,  prepusial  kisə  və  uretranın  distal 
hissələrində kolonizasiya edirlər.  
Normada  qızlarda  uropatogen  floranın  kolonizasiya  etməsinə 
laktobakteriyalardan  ibarət  normal  vaginal  mikroflora  mane  olur.  Normal 
vaginal  mikroflorada  laktobakteriyalar  vaginal  PH-ı  azaldan  süd  turşusu 
ifraz  edirlər  ki,  bu  da  uropatogen  miktobların  inkişafı  üçün  olan  şəraiti 
pisdir. 
Bundan 
başqa 
uropatogen 
mikrofloraya 
eyni 
zamanda 
laktobakteriyaların əmələ gətirdikləri H
2
O
2
-də mane olur.  
Normal  mikrofloranın  pozulmasının  səbəbi  sağlam  qızlarda 
laktobakteriyaların persistensiya yaratmasına səbəb olan estrogen defisitidir. 
Uşaqlıq  yolunda  və  periuretral  sahədə  olan  lokal  IgA  sekresiyası  da 
kolonizasiyaya  mane  olan  şərtlərdəndir.  Residivləsən  PN  zamanı  sekretor 
IgA azalır, lizosim sekresiyası pozulur. Yenidoğulmuşlarda sidikdə sekretor 
IgA-nın  səviyyəsi  çox  aşağı  olur.  Bu  da  yenidoğulmuşlarda  SSİ-nin 
yaranması riskini artırır. Mikrobların periuretral sahədən uretraya keçməsinə 
normada onları yuyub aparan didik axını mane olur.  
Beləliklə, sidik ifrazı nə qədər tez-tez və  miqdarı çox olarsa, qayıdan 
yola infeksiyalaşma riski bir o qədər azalır. Qızlarda uretranın qısa olması, 
sidik  ifrazi  zamanı  turbulentlik  bakteriyaların  sidik  kisəsinə  keçməsini 
asanlaşdırır  və  belə  qızlada  PN-in  inkişafına  yerli  immunitetin 
zəiflənməsindən  başqa  qızların  vaxtından  tez  cinsi  əlaqədə  olması  da 
mikroorqanizmlərin uretraya düşməsinə səbəb ola bilər. Cinsi  əlaqə zamanı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə