L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   35   36   37   38   39   40   41   42   ...   74

 
128 
mikroqlobulinemiya ekskresiyasının artması, böyrək funksiyalarının tədricən, lakin 
proqressiv azalması ilə xarakterizə edilir.  
Böyrək  displaziyası  zamanı  yaranan  xroniki  TİN  isə  daha  erkən 
hipertenziyanın  və  böyrək  funksiyalarının  pozulması  ilə  xarakterizə  edilir.  XQN 
fonunda yaranan xroniki TİN çox vaxt KRVİ və antibiotik qəbulu zamanı yaranır, 
onun  üçün  sidiyin  xüsusi  çəkisinin  azalması,  b2-mikroqlobulin  ekskresiyasının 
xeyli  artması,  osmotik  qatılaşdırma  funksiyasının    azalması  xarakterikdir. 
Pielonefrit zamanı yaranan xroniki TİN üçün tez-tez KRVİ fonunda və antibiotik 
qəbulundan  sonra  proqressivləşmə  xarakterikdir,  qeyri-oliqourik  böyrək 
çatmamazlığı şəklində gedir.  
Tubinfeksiyalaşmış və vərəm xəstələrində, xüsusən üç il və daha artıq çəkən 
hallarda  böyrəklərin  interstisial  zədələnməsi  ehtimalını  nəzərə  almaq  lazımdır. 
Praktiki olaraq vacib olan böyrəklərdə membranolitik proseslərin aşkar edilməsidir 
ki,  bu  da  sidik  sindromu  inkişaf  edənə  qədər  fosfolipiduriya  və  oksalaturiyanın 
müəyyən edilməsinə əsaslanır. 
Müalicə.  Maddələr  mübadiləsinin  pozulmasının  korreksiyası  məqsədi  ilə 
pəhrizin  təyin  ediləsi.  İstənilən  etiologiyalı  xroniki  TİN  zamanı  böyrəklərin 
kanalcıq  aparatını  qıcıqlandıran  məhsullar  rasiondan  çıxarılır:  obliqat  allergenlər, 
şirniyyatlar,  şoraba,  hisə  verilmiş  məhsullar;  kəskin  dada  malik  otlar  (sarımsaq, 
soğan  və  s.).  Sutkalıq  qəbul  olunan  mayenin  həcmi  1  l/m
2
-dən  az  olmamalıdır. 
Sidiyin qələvi reaksiyası zamanı qızıl boya otu (1-2 tab/sut yeməyə qədər) və ya 
metilen abısı (0,05-0,1 q sutkada 2 dəfə) bir ay ərzində məsləhət görülür.  
Mikrosirkulyasiyanı  yaxşılaşdırmaq  məqsədi  ilə  trental,  kurantyli 
(dipiridamol),  hüceyrə  membranının  stabilləşdirmək  üçün  –  vitamin  E  və  A, 
unitiol, essensiale, vitamin B6, dimefosfon təyin etmə olar. Hüceyrənin metabolik 
müdafiəsi  məqsədi  ilə  xəstəyə  koferment  preparatları  (karnitin  xlorid,  lipoy 
turşusu, fosfaden, lipamid, vazelip, liprimar və s.) yaşa müvafiq dozalarda verilir.  
Antisklerotik terapiya – 4-aminoxinolin qrup preparatlar (delagil, xloroxin, 
plakvenil)  5-10  mq/kq/sut  dozada  8-10  həftə  təyin  edilir.  Aloe,  ronidaza,  lidaza 


 
129 
böyrək  nahiyəsinə  ionoforez  zamanı  (6-10  seans)  və  ya  hər  kurs  üçün  ə/d  10-12 
inyeksiya təyin edilir. 
KRVİ zamanı məsləhət görülür: lizosim 2-10 mq/kq sutkada 2 dəfə, 10 gün 
ərzində  (neyrtofillərin  faqositar  funksiyasını  yaxşılaşdırır),  interferon,  reaferon, 
anaferon, sikloferon, imunofan, immunoaktivin və s. Xronki infeksiya ocaqlarının 
sanasiyası  aparılır,  uşağı  soyuqdan  və  böyük  fiziki  yüklənmədən  qorumaq 
lazımdır.  Tez-tez kəskinləşmə xroniki kediştə hemosorbsiya aparılır. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
130 
Sidik kisəsinin neyrogen disfunksiyası 
Sidik  kisəsinin  neyrogen  disfunksiyası  (SKND)  dedikdə  –  sidik 
kisəsinin  rezervuar  və  evakuator  funksiyasiyalarının  müxtəlif  formada 
pozulması  başa  düşülür.  Səbəb  kimi  sidik  ifrazı  requlyasiyasının  müxtəlif 
səviyyələrdə  (baş  beyin  qabığı,  onurğa  beyni,  periferik  sinir  sistemi) 
pozulması əsas götürülür.  
Sidik kisəsi və uretra sfinkterinin fəaliyyəti bir-birilə sıx əlaqəsi olan 
tsiklik  funksiyaların  fəaliyyəti  ilə  tənzimlənir.  Bu  funksiyalar  iki  fazadan 
ibarətdir:  toplanma  fazası  və  boşalma  fazası;  cəm  şəklində  isə  bu  fazalar 
vahid bir “miksion tsikl”-i təşkil edir. Uşaqlarda sidik ifrazı aktının sutkalıq 
ritmi və həcmi yaşa görə dəyişir (cədvəl 6). 
Toplanma  fazası.  Sidik  kisəsinin  rezervuar  funksiyası  detruzor  və 
uretra  sfinkterinin  bir-birilə  dəqiq  qarşılıqlı  əlaqəsi  sayəsində  həyata 
keçirilir.  Toplanma  fazasında  sidik  kisəsinə  sidik  toplanır  və  bu  zaman 
detruzor passiv vəziyyətdə olur. Eyni vaxtda sfinkter  aparatı sidik kisəsinin 
çıxışını  blokada  edir,  beləliklə,  uretral  müqavimət  sidik  kisəsinin  daxili 
təzyiqini dəfələrlə üstələyir. 
Boşalma  fazası.    Detruzorun  iradi  yığılması  xarici  sfinkterin 
boşalması ilə müşayiət edilir ki, bu da sidik kisəsinin çox da böyük olmayan 
təzyiq  altında  boşalmasına  gətirib  çıxarır.  Neonatal  dövrdə  və  erkən  yaşlı 
uşaqlarda  sidik  ifrazı  qeyri-iradi  olur,  bu  aktı  idarə  edən  refleks  qövsü 
onurğa və orta beyin səviyyəsində qapanır.  
Patogenez.  SKND-nın  formalaşmasında  iştirak  edən  faktorları 
aşağıdakı şəkildə qruplaşdırmaq olar: 
–  sidik  ifrazını  tənzimləyən  spinal  mərkəzlərin  supraspinal 
tormozlanmasının  çatışmamazlıqı; 
–  sidik ifrazı aktını idarə edən sistemlərin qeyri-sinxron inkişafı; 
–  vegetativ sinir sisteminin disfunksiyası; 
–  neyroendokrin disfunksiya; 


 
131 
–  reseptor həssaslığının pozulması; 
–  detruzor bioenergetikasının pozulması; 
Sidik  kisəsinin  həcmindən  aslı  olaraq  SKND-nın  növbəti  variantları 
ayırd edilir:  
–  normoreflektor əgər, sidik kisəsinin həcmi normaldırsa; 
–  hiporeflektor –  sidik kisənin həcmi yuxarı həddən çoxdur; 
–  hiperreflektor – aşağı hədən aşağı; 
Klinika.  SKND-nın  simptomlarını  şərti  olaraq  3  qrupa  bölünür:  1) 
sidik  kisəsi  xəstəliyinin  yalnız  neyrogen  etiologiyalı  olması;  2)  SKND-ı 
ağırlaşmalarının  simptomları  (sistit,  pielonefrit,  sidik  kisəsi-sidik  axarı 
reflüksu,  hidronefroz;  3)  çanaq  orqanlarının  neyrogen  mənşəli 
zədələnməsinin kliniki simptomları (yoğun bağırsaq, anal sfinktor); 
Simptomaların rastgəlmə tezliyi aşağıdakı kimidir: 
1)  enurez – 74,5%; 
2) imperativ çağırışlar – 68,3%; 
3) sidiyin imperativ saxlaya bilməmə - 67,8%; 
4) pollakuriya – 60,4%; 
5) sidik kisəsinin səhərki effektiv həcminin artması – 18,6%; 
6) böyük porsiyalarla sidik ifrazının çətinləşməsi – 3,6%; 
İmperativ çağırışlar zamanı uşaqlar periodik olaraq işəmək istəyində 
olurlar, lakin heç bir sidik ifraz olunmur. 
Pollakuriya  –  sidik  ifrazı  tezliyinin  artmasıdır,  bu  zaman  onların 
arasındakı interval 1,5-2 saata enir və sidik kisəsinin həcmi azalır.  
1,5-2%  hallarda  sidik  ifrazı  aktının  pozğunluqları  enkoprez  ilə 
müşayiət  edilir.  Bu  hal  düz  bağırsağın  da  yanaşı  olaraq  innervasiyasının 
pozulmasını göstərir.  
Hiperreflektor  sidik  kisəsi  (və  ya  sidik  kisəsinin  hiperreflektor 
disfunksiyası)  tez-tez,  kiçik  porsiyalarla  sidik  ifrazı  kimi  xarakterizə  edilir 
(bu  zaman  orta  porsiya  normadan  az  olur).  Əksər  hallarda  enurez  də  aşkar 
edilir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə