L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   32   33   34   35   36   37   38   39   ...   74

 
119 
vacibdir.
 
Fitoterapiyaya  maraq  təsadüfi  deyil.  Buna  zəruri  səbəb  dərman  xəstəliyi 
problemidir.    Mürəkkəb  dərman  ağırlaşmaları  zamanı  xəstələrdə  adətən  davamlı 
böyrək funksiyası pozgunluqları qalır. Kimyəvi terapiya əsas olmadığı hallarda da 
istifadə oluna bilir. Fitoterapiyanın kimyəvi terapiya üzərində bir sıra üstünlükləri 
vardır.  Adətən  dərman  bitkiləri  təkamüldə  bitkilərin  hüceyrəvi  quruluşunun 
kimyəvi  strukturu  ilə  insanınkındakı  oxşarlıqla  əlaqədar  orqanizmə  fizioloji  təsir 
göstərir. Kimyəvi yolla sintez olunmuş dərmanlar
 
çox hallarda orqanizm üçün yad 
hesab olunur, yüksək aktivliyə malikdirlər, lakin mürəkkəb molekul strukturlarını 
kəskin pozurlar, bəzən  isə  daha da  aktiv  canlı  hüceyrə  üçün toksik  hesab  olunan 
birləşmələrin  yaranmasına  səbəb  olurlar.  Fitoterapiyanın  üstünlüklərindən  biri  də 
orqanizmə  müalicəvi  təsirin  genişliyidir,  belə  ki,  dərman  bitkiləri  kimyəvi 
tərkiblərinə  görə  çox  zəngindirlər.  Dərman  bitkilərinin  müalicəvi  təsiri  onlarda 
insan  orqanizminə  daxil  olan  zaman  bu  və  ya  digər  fizioloji  effekt  verən  bioloji 
aktiv  maddələrin  olması  ilə  əlaqədardır.  Bitkilərdə  olan  alkaloidlər,  vitaminlər, 
fitonsidlər,  efir  yağları,  mineral  duzlar,  fermentlər  kimi  kimyəvi  maddələr-
maddələr  mübadiləsinə,  orqanizmin  bütün  orqan  və  sistemlərinin  funksional 
vəziyyətinə müsbət təsir edir, onun müqavimətini artırır.  
 
QN-in uzunsürən gedişi ilə əlaqədar çox hallarda qaraciyərin, mədə bağırsaq 
traktının  funksional  pozğunluğu  müşahidə  olunur,  orqanizmdə  allergik  fon 
yüksəlir,  böyrəklərin  funksional  qabiliyyəti  enir.  Bununla  əlaqədar  olaraq 
orqanizmə  əks  təsiri  minimal,  müalicəvi  təsiri  isə  aydın  olan  bitki  tərkibli 
maddələrin  təyin  olunması  məqsədəuyğun  hesab  olunur.
 
Adətən  onlar  əks  təsir 
göstərmirlər
 
və xəstələr tərəfindən yaxşı mənimsənilirlər.
 
 
Uzun  illər  ərzində  tərəfimizdən  hətta  kimyəvi  terapiyanın  lazımi  nəticə 
vermədiyi  hallarda  uşaqların  dərman  bitkiləri  ilə  müalicəsi  sahəsində  müəyyən 
təcrübə  toplanılmışdır.  Bir  qayda  olaraq  fitoterapiya  kimyəvi  müalicənin  effekt 
verməməsi və ya az effekt verməsi ilə əlaqədar stasionar müalicə dövründə təyin 
olunur.  
 
Xəstəliyin  gedişini  nəzərə  alaraq  fitoterapiya  təyin  olunan  zaman  biz 


 
120 
kimyəvi  terapiyanın  tez  dəyişdirilməsinə  çalışmırdıq.  Kimyəvi  dərmanların  tam 
kəsilməsi  davamlı klinik laborator remissya  
zamanı  fitoterapiyanın  daim 
aparılası, kəsilmə sindromu və hematuriyanın olmaması məqsədilə verilən dərman 
bitkiləri müalicə sxeminə daxil edilməsi zamanı baş verir. 
    
Bütün  xəstələrə  fitoterapiya  aşağıdakı  bitkilərlə  başlanılır:  boymadərən, 
qarğıdalı saçağı, dazıotu, gictikan, cəfəri, qarağat yarpağı, bağayarpağı, kalendula, 
tozağacı yarpağı, albalı saplağı, yemişan çiçəyi, biyan kökü və.s. 
  
Təkrari kurslar 
1-1,5  ay  ərzində  residiv  əleyhinə  müalicə  və xəstəliyin  kəskinləşmə  ehtimalı  çox 
olan yaz-payız aylarında interkurrent xəstəliklərin qoşulmaması məqsədilə aparılır.
 
Paralel olaraq da yanaşı gedən xəstəliklərin müalicəsi aparılmalıdır.
 
 
Nəticədə  qeyd  etməliyik  ki,
 
qlomerulonefritli  xəstələrin  xüsusən  də  xronik 
formalarda  fitoterapiyası  təqdirə  layiq  hesab  olunur,  çünki,  fitoterapiyadan  
nefrologiyada  ümumi  istifadə  olunan  müalicə  metodları  nəticə  vermədikdə  və 
kimyəvi  müalicənin  əks  təsirlərini  aradan  qaldırmaq  məqsədilə  istifadə  etmək 
mümkündür.
 
Xəstəliyin  erkən  mərhələlərində  fitoterapiyadan  istifadə  onun 
effektivliyini  daha  da  artırır.Dərman  bitkiləri  xəstəliyin  kəskin  dövründə  bazis 
terapiya və sağalma, reabilitasiya dövründə müalicənin əsas metodu  ola bilərlər.
  
Daha    məqsədəuyğun    olaraq    keçirilmiş    qlomerulonefrit  
xəstəliyindən    sonrakı    6-12-18-24    aylarda    uşaqların    gündüzlər    olmaqla  
qospitilizasiyası  aprılmalıdır.  Uşaqların  hər  gecə  ailəsi  ilə  birgə  olması  
onların    emosinal    vəziyyətinin    yaxşılaşmasına    və    deməli    müalicəsinə  
müsbət    təsir    göstərir.  Gündüz    stasionarında    yaz-payız    dövrü    üçün  
planlaşdırılır    və    keçirilmiş    respirator    infeksiyalardan    sonra    yarana  
biləcək    ağırlaşma    və    kəskinləşmələri  vaxtında  aşkar    etməkdən    ötrü  
müyinələr    aparılır.      QN  keçirmiş    xəstələrin    dispanser    qeydiyyatı  və  
aparılan müşahidələr  onu  göstərir ki, uşaqlarda  nefropatiyalar  daha  çox  
anasının    hamiləliyi    nefropatiya    ilə    ağıraşarsa,    həmçinin    az  çəki    ilə   
doğulanlar,  tez-tez  xəstələnən,  dizembriogenez  əlamətləri  olan  uşaqlarda   
rast  gəlinir.  Belə  uşaqlar  böyrək  patologiyasına  görə  risk  qrupuna   aid  
edilməlidirlər.    


 
121 
Tubulointerstisial nefrit 
Tubulointerstitsial  nefrit  (TİN)  –  böyrək  stromasında  hüceyrə  arası  toxumanın 
abakterial  qeyri-spesifik  iltihabıdır,  kanalcıqların,  qan  və  limfa  damarlarının 
zədələnməsi  ilə  xarakterizə  edilir.  İstənilən  yaşda  müşahidə  edilə  bilər,  hətta 
yenidoğulmuşlarda  belə  qeyd  edilir.  TİN-in  uşaqlarda  risk  faktorlarına  aiddir: 
qeyri-qənaətbəxş anamnez,  hiperkristalluriya,  böyrək  displaziyası,  allergik diatez, 
infeksion və dərman intoksikasiyası.  
Xəstəliyin yaranma səbəbləri bunlar aiddir: 
1. Dərman  preparatlarının  istifadəsi:  antibiotiklər(penisillin,  ampisillin, 
metisillin,  karbenisillin,  sefalosporinlər),  sulfanilamidlər,  qeyri-steroid 
iltihabəleyhinə maddələr (indometasin, brufen), barbituratlar, analgetiklər 
(analgin, amidopirin). 
2. Zərdab, vaksinlərin yeridilməsi. 
3. Kimyəvi maddələrin təsiri. 
4. Ağır metal duzları ilə, xüsusi ilə qurğuşun, kadmiumla intoksikasiya. 
Qeyd  edilən  preparatların  dozası  deyil,  onların  qəbulu  müddəti  və  bu 
preparatlara qarşı həssaslığın  yüksəlməsi TİN-in inkişafında  əsas  əhəmiyyət  kəsb 
edir. Uşaqlarda TİN böyrək toxumasının disembriogenezi, sidik yollarının inkişaf 
qüsurları, oksalat və urat mübadiləsinin pozulması fonunda inkişaf edə bilər. 
TİN-in kəskin və xroniki formaları ayırd edilir. 
 
Kəskin tubulointerstisial nefrit 
Kəskin  tubulointerstisial  nefrit  abakterial  destruktiv  olmayan  immun 
tubulointerstisial  iltihabi  xəstəlikdir.  Bir  çox  müəlliflər  bu  patologiyaya  dərman 
maddələrinin yeridilməsinə qarşı orqanizmin ümumi reaksiyaları zənciri içərisində 
ağır  böyrək  reaksiyası  kimi  baxırlar.  Müəyyən  edilib  ki,  aktiv  ferment  sisteminə 
malik  olan  böyrəklər,  qaraciyər  kimi  dərman  və  başqa  kimyəvi  maddələrin 
metabolizmini aktivləşdirmək qabiliyyətinə malikdir, bu isə bəzən onun özünə belə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə