L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

 
116 
hipertenziya  və  böyrəklərin  funksional  vəziyyətinə  görə  müəyyənləşdirilir. 
Müalicəvi  qidalanma  həm  xəstəyə,  həm  də  həkimə  xəstəliyin 
proqressivləşməsinin və XBÇ inkişafının qarşısını almağa kömək etməlidir. 
Xüsusilə,  rasionda  natrium,  mayenin  miqdarına,  həmçinin  zülalın 
kəmiyyət  və  keyfiyyətinə  ayrılmalıdır.  Müəyyənləşdirilib  ki,  çoxlu  zülal 
yükləmələri  proteinuriyanı  artırır  və  əksinə  olaraq  proteinemiyanın 
səviyyəsinə  az  təsir  göstərir.  Böyrək  funksiyalarının  yaxşı  halında  və 
kəskinləşmə olmayan dövrdə müalicəvi qidalanma fizioloji normalara uyğun 
aparılır.  Pəhrizdəki  məhdudiyyət  daha  çox  keyfiyyət  xarakteri  daşıyır, 
nəinki  kəmiyyət.  Süfrə  hipoxlorid  olmalıdır.  Ət,  balıq  bulyonları,  hisə 
verilmiş  ərzaqlar,  ədviyyat  məhdudlaşdırılır.  Tərəvəz  və  meyvə  xörəkləri 
daha  xeyirlidir.  Xəstəliyin  nefrotik  və  qarışıq  formalarının  ağırlaşması 
zamanı  duzsuz,  az  zülallı  yeməklər  məsləhət  görülür.  Belə  hallarda  zülalın 
yeməkdəki  miqdarı  kəskin  qlomerulonefritli  xəstələrlə  müqayisədə  tədricən 
artırılır.  Xörək  duzu  qəbulunun  ciddi  surətdə  məhdudlaşdırılması  müddəti 
arterial 
təzyiqin 
dərəsinə, 
ödemlərin 
qabarıqlılığına, 
həmçinin 
qlukokortikoid terapiyasının müddətinə görə hesablanır. 
Dietoterapiya,  əsas  qida  inqridiyentləri  olan  vitamin  və  mineral 
duzların  fizioloji  normala  uyğun  rasiona  daxil  edilməsinə  əsaslanır. 
Müalicəvi  qidalanma  yalnız  arterial  təzyiqin  yüksək  olması,  lipid  və  zülal 
mübadiləsinin,  böyrək  funksiyasının  pozulması  zamanı  təyin  olunur.  Qida 
rasionunun  tərkibinə  iltihabəleyhinə  və  antisklerotik  xüsusiyyətə  malik 
ərzaqlar  (bitki  yağı,  kələm,  kartof,  çuğundur,  yunan  qabağı,  boranı, 
qarabaşaq və yulaf yarması) daxil edilir. Rasiondan isə ekstraktiv maddələr, 
efir yağları, hisə verilmiş ərzaqlar, kəskin ədvalar, şorabalar çıxarılır. 
Kəskin  QN  keçirmiş  uşaqların  əksəriyyətinin  ev  şəraitində  xüsusi 
medikamentoz 
müalicəyə 
entiyyacı 
olmur. 
İstisna 
halı 
kimi 
qlukokrtikoidlərlə və sitostatiklərlə müalicə olunan və nefroloji şöbədən evə 
yazıldıqdan  sonra  həmin  preparatlarla  müalicənin  davam  etdirilməsi 
tövsiyytə olunan pasientlər təşkil edir. 


 
117 
Qeyd  edilən  preparatlarla  müalicəni  ambulator  şəraitdə  davam 
etdirmək  olar.  Belə  uşaqların  əhval-ruhiyyəsi  qənaətbəxş  sayılır.  Böyük 
yaşlı  uşaqlar  məktəbə  gedə  bilərlər.  Lakin,  onlara  əlavə  istirahət  günü 
məsləhət  görülür.  Ambulator  müalicə  müddətində  isə  müntəzəm  olaraq 
sidiyin və qanın müayinəsi aparılmalıdır. 
Xəstələrin effektiv reabilitasiyası tədbirlərindən biri kimi və xəstəliyin 
residivlərinin  profilaktikası  kimi  valideyn,  pasient  və  sahə  pediatrının 
istənilən interkurrent xəstəliyə qarşı ciddi yanaşmasını  göstərmək lazımdır, 
Belə  ki,  nəhz  bu  infeksiyalar  qlomerulonefritin  inkişafında  etioloji  faktor 
rolunu oynayır. Xəstəliyi “ayaq üstə” keçirməyə icazə vermək olmaz. Məhz 
bundan sonra sidiyin və qanın ümumi müayinəsi mütləqdir.  
Bir  sözlə  qlomerulonefritli  xəstə  uşaqların  reabilitasiya  tədbirlərinə 
orqanizmin  pozulmuş  funksiyalarını  normallaşdırmaq  və  yaxşılaşdırmaq, 
sağalma dövrünü qısaltmaq daxildir.  
Əgər  qlomerulonefritli  xəstə  uşaqların  müalicə  tədbirləri  iltihabi 
prossesi söndürməyə və ləğv etməyə, orqanlardakı morfoloji dəyişikləri yox 
etməyə  yönəlmişdirsə,  bundan  fərqli  olaraq  reabilitasiya  tədbirləri 
orqanizmin  reaktivliyini  və  funksional  vəziyyətini  bərpa  etməyə 
istiqamətlənmişdir.  Reabilitasiyanın  məqsədlərinə  həmçinin  patoloji 
refleksləri  yox  etmək  və  uşağın  psixoloji  sferasını  normallaşdırmaq  aiddir. 
Bir  çox  müəliflər  xəstələrdə  rekonvalessensiya  dövründə  qoruyucu  rejimin, 
MBT  və  müalicəvi-sağlamlaşdırıcı  tədbirlərin  tətbiqi  zamanı  yüksək 
reabilitasion effekt aldıqlarını müşahidə etmişlər. 
Dispanser  qeydiyyat  sahə  həkimi  və  nefroloq  tərəfindən  aparılır, 
müayinələrin  tezliyi  xəstəliyin  davam  etmə  müddətindən  və  residivlərin 
tezliyindən  aslı  olaraq  müəyyənləşdirilir.  Reabilitasiya  və  dispanser 
müşahidəyə  uşaqların  pediatr-nefroloq,  LOR-həkim,  stomatoloq  tərəfindən 
birgə  müayinəsi  daxildir.  İxtisas  həkimlərinin  konsultasiyası  göstərişlərə 
əsasən  aparılmalıdır:  LOR-orqanların  vəziyyətinə  -  otolorinqoloqun 
nəzarəti; ağız boşluğunun sanasiyasına - stomatoloqun nəzarəti; 


 
118 
Allergik  xəstəlikləri  olan  uşaqlar  daha  uzunmüddətli  dispanser 
müşahidədə  olmalıdırlar,  bu  zaman  allerqoloq  və  nefroloq  birgə  olaraq  
fərdi  müalicə  proqramı  tərtib  edirlər. 
Bir  çox  böyrək  patologiyalarının  asanlıqla  xroniki  formaya  keçə  
bilməsini  nəzərə  alaraq  dispanser  müşahidə  və  müayinələr  çox  diqqətlə  
aparılmalıdır.  Buna    görə    də    əsas    məsələ    böyrəklərin    latent    iltihabının  
subklinik    əlamətlərini    nəzərdən    qaçırmamaqdır,    xəstədə    əmələ    gələn  
pastozluğa,  intoksikasiya  əlamətlərinə,  AT  səviyyəsinə,  sutkalıq  diurezə  
diqqət  verilməlidir.  
Xroniki    böyrək    patologiyalarının    profilaktikasında    əsas    məsələ  
kəskin  respirator  xəstəlik  fonunda  yaranan  nefropatiyalı  xəstə  uşaqların  
qeydiyyatı    və    müşahidəsidir.  Bu  zaman    birinci    dəfə    yaranan    sidik 
sindromunun    sonradan    residivlərinin    yaranması,    “uzun  sürən”    xarakter  
alması  diqqəti  cəlb  etməlidir.  Erkən  yaşlı  uşaqlarda  bu  bir  növ  böyrək  
və    sidik    çıxarıcı    yolların    anadangəlmə    patologiyasının    skrininq-testi  
hesab  edilir.  
  
QN-li xəstələrin dispanserizasiya dövründə fitoterapiya aparılması məsləhət 
görülür. 
QN  li  uşaqların  müalicəsi  zamanı  “qoruyucu  müalicə”  prinsipinə  riayət 
etmək  məsləhət  görülür,  belə  ki,  kimyəvi  preparatların  geniş  istifadəsi  xəstəliyin 
gedişini ağırlaşdırıb ağır fəsadlar qoya bilər.
  
Bizim  fikrimizə  görə  müalicənin  müvəffəqiyyəti  seçilən  mürəkkəb  dərman 
toplusu  ilə  deyil,  xəstənin  xüsusiyyətləri  və  xəstəliyin  gedişini,  əsas  və  yanaşı 
gedən  xəstəlikləri  nəzərə  alaraq    dərman  bitkilərinin  hər  bir  xəstəyə  uyğun  fərdi 
seçilməsinə  əsaslanır.    Fitoterapiya  təyin  edilən  zaman  aşağıdakı  sualları 
cavablandırmaq  mütləqdir:  xəstə  üçün  bu  hal  hazırda  məqsədəuyğundurmu,  bu 
mərhələdə müalicə bazis terapiyanın əsas metodu və ya komponenti hesab olunur.
 
Dərman  bitkilərinin  müalicəvi  təsirləri  nəzərə  alınmaqla  seçilməsi,  toplunun 
tərkibinin  yığılması,  uşağın  yaşı,  xəstəliyin  dövrü  və  prosesin  aktivliyi  nəzərə 
alınmaqla  dozalanmanın  təyin  edilməsi  və  müalicə  kursunun  qeyd  olunması 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə