L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   28   29   30   31   32   33   34   35   ...   74

 
107 
kimi  hallarla  ozünü  büruzə  verir.  Sonralar  belə  xəstələrdə  ürək-damar 
çatmamazlığı inkişaf edir. 
Bu formada ödemlər, adətən bütün bədəndə müşahidə olunur, eləcə də 
assit,  proteinuriya  qeyd  olunur.  Bu  forma  zamanı  retinit,  böyrək  və 
qaraciyər  funksiyasının  pozulması.  qalıq  azotun  artması  nəzərə  çarpır. 
Böyrək  catmamazlığı  tez  inkişaf  edir.  Xəstəliyin  gedişi  dalğavaridir. 
Interkurrent  xəstəliklər,  soyuqlama  kəskinləşməyə  səbəb  ola  bilər. 
Sakitləşmə zamanı ödemlər müvəqqəti itir, uşağın ümumi vəziyyəti və qanın 
biokimyəvi tərkibi yaxşılaşır. 
Bu  formada  xronik  böyrək  çatmamazlığı  tədricən  bədəndə  şişlərin 
çəkilməsi,  albuminuriya  və  hematuriyanın  azalması  fonunda  ozünü  büruzə 
verir. Bu zaman xəstə kəskin arıqlayır (ödemlərin çəkilməsi ilə əlaqədar). 
Hematurik  forma  daimi  hematuriya  ilə  səciyyələnir,  belə  ki,  ödem  və 
hipertonik sindrom az nəzərə çarpır. 
Gizli  xronik  nefrit  zamanı  simptomlar  az  nəzərə  çarpır.  Bu  nefritdən 
sonra uşağın sidiyində daimi olaraq mikrohematuriya və azacıq proteinuriya 
müəyyən  edilir.  Bəzən  belə  hal  dispanser  müayinəsi  zamanı  aşkar  olunur. 
Xəstə  özünü  yaxşı  hiss  edir,  lakin  sidiyin  müayinəsi  zamanı  zülal  izləri  və 
hər  görmə  sahəsində  10-15-ə  qədər  eritrositlərin  olması  diaqnozu  təsdiq 
edir.  Əksər  hallarda  8-10  ildən  sonra  xronik  böyrək  çatmamazlığı  inkişaf 
edir. 
Bəzən  xronik  nefrit  zamanı  həqiqi  uremiya  baş  verə  bilər.  Bu  zaman 
xəstədə  iştahanın  tamamilə  itməsi,  yanğı,  yuxusuzluq,  ağızdan,  sidikdən  və 
nəcisdən  aseton  iyinin  gəlməsi,  sonralar  agrılar,  başgicəllənmə,  qıcolmalar, 
temperaturun  enməsi,  tənəffüsün  tezləşməsi,  soporoz  və  komatoz  hallar 
meydana çıxır. Azotemik uremiyaya asidoz vs azotemiya səbəb olur. Qanda 
qahq  azotun,  sidik  turşusunun,  sidik  cövhərinin,  kreatininin  artması  və 
qələvi ehtiyatının azalması aşkar edilir. 
Qarışıq forma zamanı bütün səciyyəvi əlamətlər nəzərə çarpır. Dəri və 
selikli  qişaların  solğunluğu,  pastozluq,  ödemlər,  distrofiya,  adinamiya, 


 
108 
iştahanın  azalması,  dispepsiya  qeyd  olunur.  Bəzən  baş-ağrıları, 
başgicəllənmə,  yuxunun  pozulması,  tezyorulma,  arterial  təzyiqin  tranzitor 
qalxması kimi hallara da təsadüf edilir. Uzun-müddətli arterial hipertenziya 
sol  mədəciyin  hipertrofiyası  və  kəskin  damar  çatışmazlığına  və  ya  beyin 
damarlarının  spazmına  səbəb  ola  bilər.  Sidik  sindromu  qeyri-selektiv 
proteinuriya şəklində (sutkada 2-3 q) özünü büruzə verir. Bu zaman kiçik və 
iri  dispersli  zülalların  süzülməsi,  eləcə  də  hematuriya  müşahidə  edilir. 
Sidiyin  çöküntüsündə  hialin,  dənəli  və  digər  silindrlər,  eləcə  də  böyrək 
epitelləri nəzərə çarpacaq dərəcədə diqqəti cəlb edir. Böyrək filtrasiyası orta 
dərəcədə  azalır.  Kanalcıqların  funksiyasının  pozulması  özünü  büruzə  verir. 
Qarışıq  forma  zamanı  böyrəyin  funksiyası  müəyyən  müddət  pozulur.  Lakin 
sonradan böyrək çatışmazlıgı inkişaf edə bilir. Bunu qanda sidik cövhərinin 
8,3 mmol/1-dən, kreatininin 0,1 mmol/1-dən çox olması, eləcə də yumaqcıq 
filtrasiyasının normadan 25%-ə qədər azalması sübut edir. 
Diferensial diaqnostika 
Xroniki  QN-i  kəskin  QN-in  uzun  sürən  formaları,  xroniki  pielonefrit, 
idiopatik  nefrotik  sindrom,  irsi  nefrit  və  böyrəklərin  polikistozu  ilə 
differensasiya etmək lazımdır. 
Müalicə 
Xroniki  qlomerulonefritin  terapiyasında  əsas  məqsəd  xəstəlirin 
ömrünü uzatmaq, onları dializ-böyrək transplantasiya proqramına köçürülmə 
vaxtından  maksimal  ayırmaqdır.  Belə  xəstələrə  uzun  müddət  yataq  rejimi 
təyin  etmək  lazım  deyil.  Ödem  olduqda  və  arterial  qan  təzyiqi  artdıqda, 
mayenin,  xörək  duzunun  miqdarını  azaltmaq  lazımdır.  Poliuriya  dovründə 
belə  hal  kompensator  xarakter  daşıdığı  üçün  mayenin  miqdarını  azaltmaq 
lazım gəlmir. Oliqouriya zamanı isə mayenin miqdarı mütləq azaldılmalıdır. 
Əks  əqdirdə,  hidremiya  və  su  intoksikasiyası  qorxusu  olur,  bəzən  isə  ürək 
çatışmazlığı , agciyər ödemi baş verə bilər. Maye xəstənin əvvəlki gün sutka 
ərzində ifraz etdiyi sidiyin miqdarı və əlavə olaraq 200-300 ml (ekstrarenal 
yolla  –  agciyərlər,  tər  və  s.  vasitasilə  itirilən  mayenin  həcmi  qədər)  verilir. 


 
109 
Nefrotik formada (böyrəyin funksiyası pozulmadıqda) xəstəyə zülal (süd, ət, 
balıq,  yumurta,  kəsmik  və  s.)  çəkinin  hər  kq-a  1,5-2  q  təyin  edilir.  Böyrək 
çatişmazlığı  zamanı  isə  zülallar  azaldılır  (hər  kq  çəkiyə  I  q).  Vaxtaşırı 
olaraq  yüksüzləşdirmə  günləri  təyin  etmək  lazımdır.  Xəstəyə  kalsium 
preparatları, A, C, B qrup vitaminləri, lipotrop preparatlar (liprimar, lipoyev 
turşusu  və  s.)  verilməlidir.  Nefrotik  formada  ödemə  qarşı  bitki  mənşəli 
diuretiklərin təyini məsləhətdir. Bu məqsədlə bitki dəmləmələrindən (böyrək 
çayı.  ayıqulağı,  tozağacı,  çöl  qatırquyruğu,  mərsin  yarpaqları,  qarğıdalı 
saçaqları,  sərv  ağacı  meyvələri  və  s.)  istifadə  olunur.  Lakin  bunların 
sidikqovucu  effekti  azdır.  Ödem-albuminurik  formada  elacə  də  diuretik  
preparatlar  işlətmək  məqsədəuyğundur.    Sidikqovucuları  ürək  preparatları 
ilə  eyni  vaxtda  təyin  etmək  məsləhətdir.  Xroniki  nefrotik  formada 
kortikosteroidlər  (onlar  akscisimlərin  sintezini  zəiflədir,  komplement 
əleyhinə  təsir  göstərir,  histaminin  əmələ  gəlməsini  azaldır  və  s.)  verilir. 
Prednizolon  sutkada  hər  çəkiyə  2mq/kq/sut  dozada  4-6  həftə  aşağıda 
göstərilən  sxem  ilə  verilir,  sonra  isə  doza  tədricən  azaldılır.  Prednizalonla 
müalicə  zamanı  kalium  preparatları,  eləcə  də  kaliumla  zəngin  qida  (qabaq, 
kartof, düyü, kişmiş, qaysı və s.) verilməlidir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Z- 
Z+ 
2 mq/kq/sut 
2 mq/kq/sut 
1 mq/kq/sut 
0,5 mq/kq/sut 
0,25 mq/kq/sut 
I sxem  
II sxem 
2 mq/kq/sut 
2 mq/kq/sut  
1 mq/kq/sut 
0,5 mq/kq/sut 
0,25 mq/kq/sut 
Hər bir sütun 1 həftəyə bərabərdir,   Z – zülal  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə