L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   24   25   26   27   28   29   30   31   ...   74

 
93 
toxuma  damar  genəldən  hormonları-kininləri  dağıdır.  Beləliklə,  bu  fermentin 
farmakoloji inhibasiyası
 
angiotenzin II-nin orqan və sistem sintezini blokada edir 
və sirkulyasiyada, toxumalarda kininləri toplayır.
   
Kliniki olaraq bu effektlər özünü belə göstərir: 
-  əsasında  böyrək  və  lokal  ümumi  periferik  müqavimətin  enməsi  duran  qabarıq 
hipotenziv təsir   
-  lokal  böyrək  angiotenzin  II-nin  olduğu  çıxarıcı  böyrək  arteriolasının 
genişlənməsi hesabına yumaqcıqdaxili hemodinamikanın korreksiyası 
Son  illər  ədəbiyyatda  AÇFİ-unun  rolu  aktiv  müzakirə  olunur.Onu 
böyrəklərin  sürətli  sklerozlaşmasını  təmin  edən  angiotenzin  effektlərinin  aradan 
qaldırılması  ilə  əlaqələndirirlər.  Bütün  AÇFİ-ının  böyrəyə  təsiri  praktik  olaraq 
eynidir. Olduğu kimi saxlanılan böyrək funksiyası və uzunmüddətli (aylar, illər) 
AÇFİ-larının qəbulu böyrəklərdə qan təchizatını artırır, qanda kreatinin miqdarını 
yumaqcıq filtrasiyasının artması hesabına dəyişmir və ya cüzi azaldır.  AÇFİ ilə 
müalicənin erkən vaxtlarında (ilk həftə) qanda kreatininin və kaliumun cüzi artimi 
müşahidə oluna bilər, lakin yaxın günlərdə bu hal dərman kəsilməsə belə öz özünə 
normallaşır.  
 
AÇFİ-ları  qabarıq  antiproteinurik  xüsusiyyətə  malikdirlər.  Onlar  nisbətən 
təhlükəsiz dərman preparatları qrupuna daxildirlər və əks təsirlər onların istifadəsi 
zamanı  adətən  az  müşahidə  olunur.  AÇFİ-ın  daha  təhlükəli  ağırlaşması 
hipotoniyanın  yaranması  hesab  olunur.  Hipotoniyanın  yaranma  riski  daimi  ürək 
çatışmamazlıqı  olan  xəstələrdə  daha  çoxdur.  Klinisist  üçün  vacib  olan  AÇFİ-
larının  qəbulu  zamanı  hipotoniyanın  düzgün  proqnozlaşdırılması  hesab  olunur.  
Bu  məqsədlə  preparatın  ilk  kiçik  dozasının  hipotenziv  effekti  qiymətləndirilir 
(enalapril-2,5 mq; ramnipril-1,25 mq, lizinopril 5-10 mq, perindopril (prestarium) 
-2-4  mq,  xinapril-2,6  mq,  silazopril  -1  mq-  sutkalıq  doza)  Bu  dozaya  qabarıq 
hipotenziv  reaksiya  preparatlarla  uzunmüddətli  müalicə  zamanı  hipotoniyanın 
yaranmasını proqnozlaşdıra bilər. Hipotenziv reaksiyanın olmaması isə gələcəkdə 
müalicə zamanı hipotoniyanın yaranma riskini xeyli azaldır. 
       Hipotenziv aktivliyinə görə kalsium antaqonistləri yüksək effektli preparatlar 
qrupuna  aid  edilir.
 
Onların  üstünlüyü  təsir  müddətinin  uzun  olması,  yaxşı 


 
94 
mənimsənilmə və toxuma spesifikliyidir. 
       Kalsium  antaqonistlərinin  hipotenziv  təsir  mexanizmi  arteriolaların 
genişlənməsi və yüksəlmiş ümumi periferik müqavimətin enməsi ilə əlaqədardır. 
Са

 ionlarının hüceyrə daxilinə keçməsini tormozlama nəticəsində. Preparatların 
eləcə  də  endotel  hormonunun  –  endotelinin  vazokonstriktor  effektini  blokada 
etmək  xüsusiyyəti  də  sübut  olunmuşdur.  Digər  hipotenziv  maddələrdən  üstün  
cəhətləri onların antisklerotik və antiaqreqasion xüsusiyyətləridir. 
Onlar  böyrəklərdə  qan  təchizatını  artırır  və  natriurez  yaradırlar.  
Müşahidələr göstərir ki, nifedipin yumaqcıqdaxili təzyiqə təsir etmədiyi və ya onu 
artırdığı halda,  verapamil hidroxlorid və diltiazem yumaqcıqdaxili hipertenziyanı 
azaldır.  Bununla  əlaqədar  olaraq  nefrogen  hipertoniyanın  müalicəsində  kalsium 
antoqonistləri  preparatlarından  üstünlük  verapamil  və  diltiazemə  verilir.  Bütün 
kalsium antaqonistlərinə böyrək hipertrofiyasını azaldan, mezangium metabolizm 
və  proliferasiyasını  zəiflədən  və  nəticədə  QN  və  XBÇ-nın  proqressivləşmə 
tempini zəiflədən nefroprotektiv effekt xasdır  
Uzunmüddətli  təsirə  malik  və  fasiləsiz  azad  olunan    Nifidepin  qanda 
preparatın  uzun  müddət  və  stabil  konsentrasiyada  qalmasını  təmin  edir  və  buna 
görə də əlavə təsirlərə malik deyil (ürək və böyrək üçün arzuolunmaz hallar hesab 
olunan taxikardiya, aritmiya, sifətin qızarması, hiperkatexolaminemiya) və böyrək 
hipertoniyasının  müalicəsində  məsləhət  görülə  bilər.
 
Verapamil  bradikardiya  və 
atrioventrikulyar  blokada  verə  bilər.  Verapamil  qəbulu  zamanı  tez  tez  qəbizlik 
müşahidə olunur.
 
Hipotoniya zamanı, sinus düyünü zəifliyi zamanı, qabarıq ürək 
çatışmamazlıqında Ca antaqonistləri qəbulu əks göstəriş hesab olunur. 
 β  –    blokatorlar  böyrək  hipertoniyasının  müalicəsində  təyin  olunurlar. 
Onlar  böyrək  qan  təchizatını  və  böyrək  funksiyalarını  azaltmırlar.  Onların 
uzunmüddətli qəbulu zamanı diurez və Na ekskresiyası başlanğıcda olduğu kimi 
saxlanılır. Preparatların yüksək dozaları ilə müalicə zamanı isə renin- angiotenzin 
sistemi blokada olunur və hiperkaliemiya yarana bilir.Onlar qabarıq bradikardiya, 
atrioventrikulyar  blokada,  bronxial  astma  və  ağır  bronxoabstruktiv  xəstəliklər 
zamanı  əks  göstəriş  hesab  olunurlar.    Təsir  müddətinə  görə  β-blokatorları  qısa 
təsirli  (propranolol,  oksprenolol,  metprolol),  orta  (pindolol)  və  uzun  (atenolol, 


 
95 
betaksolol, nadolol) olmaqla 3 qrupa bölürlər.  
α-  blokatorlardan  ən  geniş  yayılanı  prazozin  və  doksasozindir.  Onlar 
böyrəklərdə  qan  təchizatını,  yumaqcıq  filtrasiyasının  miqdarını  artırırlar, 
hipolipidemik xüsusiyyətə malikdirlər və elektrolit metabolizminə az təsir edirlər. 
Yuxarıda  sadalanan  xüsusiyyətləri  nəzərə  alaraq  bu  preparatları  XBÇ-da  təyin 
etmək məqsədəuyğun hesab olunur. 
  Nəticədə  qeyd  etmək  lazımdır  ki,  böyrək  hipertenziyasının  müalicəsi  üçün 
monoterapiya və ya kombinasiya şəklində göstərilən dərman spektrləri AT-ə ciddi 
nəzarəti təmin edir, XBÇ və kardioloji və damar mənşəli ağırlaşmaların qarşısını 
alır.  
 
Hipotenziv preparatların qruplara bölünməsi nisbi xarakter daşıyır, belə ki, 
maddələrin  çoxu  mürəkkəb,  damar  genəlməsi  də  daxil  olmaqla  qarışıq  təsirli 
xarakter daşıyır. Dozalanma hər zaman fərdi qaydada AT-i nəzarətdə saxlamaqla 
aparılıb.      Uşaqlarda  kəskin  QN-in  ilk  günlərində  hipertenziya  olduqda  və 
hemodinamik  dəyişikliklər  bir  qayda  olaraq  hiperkinetik  hipertonik  krizi 
xatırlatdıqda  dibazol  və  eufillinin  istifadəsi  məqsədəuyğun  sayılır.  Hipertonik 
ensefalopatiya simptomları müşahidə olunduqda isə maqnezium sulfat vurulur.  
  Yuxarıda  sadalanan  maddələrdən  böyrək  AH-nın  müalicəsində  AÇFİ  və 
kalsium  kanalı  blokatorlarının  (kalsium  antaqonistləri)  istifadəsinə  daha 
geniş  yer  verilir.  Bu  iki  qrupdan  olan  maddələr  böyrək  hipertoniyası  üçün 
xarakterik  tələblərə  tam  cavab  verir  və  xüsusilə  qeyd  etmək  lazımdır  ki, 
nefroprotektikiv  təsirə  malikdir.  AÇFİ-nın  farmokoloji  effektləri  iki 
formada  özünü  göstərir.  Bir  tərəfdən  onlar  çox  güclü  vazokonstriktor  olan 
angiotenzin  I-in  angiotenzin  II  çevrilməsinin  qarşısını  alır,  digər  tərəfdən 
isə  toxumaların  damargenəldici  hormonu  –  kinininləri  məhv  edirlər. 
Müvafiq  olaraq,  angiotenzinçevirici  fermentin  ingibə  etməklə  angiotenzin 
II-nin  sistem  və  orqan  sintezini  blokada  edir  və  toxumalarda, 
sirkulyasiyada kininlərin miqdarını artırır.  
Kliniki  olaraq  bu  effektlər  kəskin  hipotenziv  təsirlə  müşayiət  olunur 
ki,  bunun  da  əsasında  ümumi  və  yerli,  periferik  böyrək    müqavimətinin 
azalması,  efferent  (çıxarıcı)  böyrək  arteriolasının  –  lokal  böyrək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə