87
diferensial diaqnostikası mümkün olmadıqda əsaslandırıla bilər. Bu hal çox
vaxt xəstənin punksion nefrobiopsiyadan imtina etməsi və ya onun aparıla
bilməməsi zamanı baş verir. Belə olduğu təqdirdə isə QKS-lər təyin oluna
bilər, bu sxem eynilə xroniki qlomerulonefrit zamanı diaqnoz dəqiqləşənə
kimi aparılır (terapiya ex juvantibus).
Rejim: hematuriyanın, EÇS-in və ödemin azalmasına qədər yataq
rejimi təyin edilir (orta hesabla 4-5 həftə).
Dietoterapiya: Ödemlərin azaldılması və AT normallaşdırılması
məqəsdilə ilk 3-6 həftə ərzində, bəzən isə daha çox müddətə, bütün
hormonal terapiya ərzində xörək duzu verilmir. Nefritik formada xörək
duzu 3-4 həftədən sonra 1-2 q təyin edilir. 2-ci həftədən xəstənin ümumi
vəziyyəti yaxşılaşdıqca, zülal (kəsmik, süd, suda qaynadılmış balıq və s.)
və yağlar, müalicədən 5-6 həftə sonra isə gündə 3 q xörək duzu təyin edilir.
Verilən zülal orqanizmi desensibilizə edir, onun reaktivliyini artırır
(30-75 q miqdarında).
Ekstraktiv (ədviyyat, ət bulyonu, duza və hisə verilmiş məhsullar və s.)
maddələr qida rasionundan çıxarılır. Sutka ərzində uşağa verilən mayenin həcmi
sutkalıq diurezə görə hesablanır. Diurez yüksələrsə, qidaya Kaliumla zəngin
məhsullar əlavə edilir. Anurik fazada hipokaliemiya olduğundan kalium duzları
ilə zəngin qidaların verilməsi əks göstərişdir. Hiperkaliemiyanın ilk
əlamətlərindən dodaqların və dilin paresteziyasını, ağır hallarda isə reflekslərin
zəifləməsini, ürək fəaliyyətinin dayanmasını göstərmək olar. Ona görə də,
hiperkaliemiya qorxusu olduqda, maye, meyvə va tərəvəz şirələri şəklində yox,
çay, su, qlükoza məhlulu şəklində verilməlidir. Poliurik fazada isə əksinə,
kalium duzlarını əlavə olaraq daxilə də vermək lazımdır. Bu duzların çox
hissəsi orqanizmdən sidik vasitəsilə xaric olur. Bundan başqa oliqoanurik
fazada hipermaqnezemiya, hipermanqanemiya təhlükəsi də meydana çıxa
bilər. Manqan duzlarının artması ürəyin və tənəffüs orqanlarının
fəaliyyətinin pozulması ilə özünü büruzə verir.
Heyvanı zülalların qəbulu 1-1,5 q/kq-a qədər məhdudlaşdırılır
88
Sxem 4
Kəskin qlomerulonefrit – ümumi müalicə sxemi
Su və duza kəskin məhdudiyyət
Zülala orta dərəcədə
məhdudiyyət
Simptomatik terapiya
Natriuma
məhdudiyyət
Sidikqovucu
maddələr
AÇFİ
Kalsium antoqonisti
Hipotenziv preparatlar
QSİƏP
Qlükokortikosteroidlər
Heparin
Sidikqovucular
Ürək qlikozidləri
qanqlioblokatorlar
ETİOLOGİYA
A qrup β-hemolitik streptokokk
группы А
Penisillin
Pəhriz
Ödemlər
Hpiertenziya
Qabarıq
proteinuriya
Nefrotik sindrom
Hipertenziya
Böyrək
eklampsiyası
Böğulma,
ağciyərlərin ödemi
89
Antibakterial terapiya: 3-6 həftə ərzində antibakterial preparatlar
(penisillin, ampisillin, eritromisin, sefalosporinlar və s.) təyin edilir.
Antibiotiklər əsasən streptokokklara yüksək həssaslığı və daha az
nefrotoksikliyi ilə seçilir. Onların təyin etməkdə məqsəd xəstəliyin
yaranmasına səbəb olan infeksiyaya qarşı mübarizədir.
Qlomerulonefritin yaranmasında streptokokk infeksiyasının əsas rol
oynadığını nəzərə alsaq, penisillin və ya yarımsintetik penisillinlər yaşa
görə təyin oluna bilər. Xüsusilə, KQN-in nefritik formasında,
qlükokortikoidlərlə terapiya zamanı antibiotiklər daha aktiv şəkildə təyin
olunmalıdır. Antibiotiklər 1-1,5-2 ay ərzində təyin olunmalıdır.
Xroniki infeksiya ocaqlarının olması və hormonal terapiyanın davam
etməsi zamanı antibiotiklər fasilələrlə təyin oluna bilər. Yadda saxlamaq
lazımdır ki, uzunmüddət antibiotikoterapiya disbakterioza və şərti-patogen
mikrofloranın aktivləşməsinə gətirib çıxara bilər. Belə fəsadlar yaranarsa,
biopreparatlar təyin olunmalıdır.
Antihistamin
terapiya:
Kəskin
nefritin
müalicəsi
zamanı
desensibilizəedici preparatlara geniş yer verilir. Kalsium duzları
desensibilizəedici xassəyə malik olmaqla yanaşı hamçinin diuretik təsir
göstərir, damar keçiriciliyini, qan təzyiqini, hematuriyanı azaldır. Vena
daxilinə 20%-li qlükoza məhlulu təyin edilir. Bu, qanla toxumalar
arasındakı osmotik tarazlığı tənzimləyir, toxumalardan mayenin qana
keçməsinə səbəb olur, hətta diuretik təsir göstərir. Qlükoza böyrək
toxumasını qidalandırır, damarları genəldir, koro-nar qan dovranını
yaxşılaşdırır
(ürək
çatişmazlığı
zamanı
qlükozanın
vurulması
əksgöstərişdir).
Diuretiklər: Böyük olmayan ödemlər və nefritik xarakterli ödemlər
zamanı diuretiklərin təyini məsləhət görülmür. Belə ki, duzsuz pəhriz və
yataq rejimi ödemlərin çəkilməsinə kifayət edir. Nefrotik xarakterli
ödemlər zamanı isə 3 qrup diuretiklərdə istifadə edilir:
I. İlgək diuretikləri (natriumuretiklər): furosemid, hipotiazid, ureqit və
s. Onlar karboanhidraza fermentini blokada edir və Na və suyun
Dostları ilə paylaş: |