L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   25   26   27   28   29   30   31   32   ...   74

 
96 
angiotenzin  II-nin  əsas  təsir  etdiyi  yer,  genişlənməsi  hesabına  yumaqcıq 
daxili hemodinamikanın korreksiyası ilə özünü göstərir. 
Nefrotik  formalı  xəstələrə  hipoproteinemiyanı  kompensə  etmək 
məqsədilə plazma və ya albumin vurmaq məqsədəuyğundur.  
Heparinterapiya.  Kəskin  qlomerulonefrit  zamanı  heparin  təyini 
məqsədə  uyğundur.  Heparin  təkcə  qanın  koaqulyasiyasını  və  fibrin 
trombların  əmələ  gəlməsini  tormozlamır,  eyni  zamanda  qanın  özlülüyünü 
azaldır, trombositlərin aqreqasiya və adgeziyasının qarşısını alır.   
Heparin  histamin  və  bradikininlə  stimulə  olunan  damar  keçiriciliyini 
aşağı  salır  və  nəticədə  qanın  özlülüyü  azalır.  Bununla  o,  qan  cərəyanını 
sürətləndirir,  stazın  yaranmasının  qarşısını  alır  ki,  bu  da  qlomerulonefritin 
müalicəsində heç də az əhəmiyyət kəsb etmir. Heparin bir sıra endogen və 
ekzogen  maddələrlə  kompleks  birləşmələr  əmələ  gətirmək  qabiliyyətinə 
malikdir.  Məsələn  o,  kompliment  sisteminin  bəzi  komponentlərini  özünə 
birləşdirməklə  onun  aktivliyini  azaldır.  T-  və  B-  limfositlərin  üzərindəki 
mənfi  yüklənməni  çoxaltmaqla,  onlar  arasındakı  əlaqəni  pozur,  buna 
müvafiq  olaraq  immunoqlobulinlərin  əmələ  gəlməsi  azalır.  O,  həmçinin 
histamin  və  serotonini  də  özünə  birləşdirir.  Heparin  böyrəküstü  vəzidə 
aldosteronun yüksələn miqdarını (normal səviyyəyə təsir etmir) infibə edir. 
O,  parathormonun  aktivliyini  yüksəldir,  adrenalini  birləşdirir.  Təkcə 
heparinin  təyini  və  ya  kuranillə  müştərək  təyini  böyrək  funksiyalarının 
gecikmiş pozğunluqlarının qarşısını alır. 
 
Heparin  aldosteron  və  hialuronidazanın  aktivliyini  azaldır, 
böyrəklərdə  mikrosirkulyasiyanın  yaxşılaşdırır.  Preparatı  hər  kq  çəkiyə 
150-200  V  olub,  4-6  saatdan  bir  d/a,  1-1,5  ay  müddətinə  yeridilir.  Sonra 
inyeksiyaların  sayı  saxlanılmaqla  doza  azaldılır.  Heparinin  dozasını 
azaldarkən  antiaqreqantların  təyini  məsləhətdir,  çünki  əks  təqdirdə 
«heparinin kəsilməsi sindromu» əmələ gələ bilər. 
 Antiaqreqantlardan  Curantyli  (hər  kq  çəkiyə  3-5  mq  sutkalıq 
dozada),  əgər  effekt  olmasa  və  xəsətliyin  uzungedişli  formasında 


 
97 
İbuprofeni (hər kq 5-10 mq) və İndometacini (hər kq çəkiyə 3 mq sutkalıq 
dozada) sutkada 3 dəfə təyin olunur.  
Nefrotik  sindrom  zamanı  əsas  medikamentoz  müalicənin  effekt 
vermədiyi  hallarda  hormonal  terapiya  təyin  edilir  ki,  bu  da  prednizolonun 
4-6  həftə  ərzində  günün  birinci  yarısında,  iki  qəbula,  2  mq/kq/sut  olmaqla 
təyinindən ibarətdir. Sonradan prednizolonun dozasını 1,5 mq/kq, 1 mq/kq, 
0,5  mq/kq/sut  hesabı  ilə  tədricən  azaltmaqla,  4  həftəlik  növbələşən 
kurslarla  köməkçi  terapiyaya  keçilir.  Hormonal  terapiya  (Prednisoloni  ya 
Metilpred) ümumən 3-3,5 ay davam etməlidir (sxem 5). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kəskin  qlomerulonefrit  keçirmiş  hər  uşaq  beş  il  müddətinə  həkim 
nəzarəti altında olmalıdır. Bu dövrdə profilaktik peyvəndlər əks göstərişdir. 
Nefrotik  və  qarışıq  forma  keçirmiş  xəstələrin  isə  daim  dispanser 
nəzarətinə  ehtiyacı  vardır  və  onlar  15  yaşa  çatandan  sonra  terapevtin 
nəzarətinə keçirilirlər. 
Dispanser  müşahidə  5  il  ərzində  aparılır.  İlk  6  ay  ərzində  xəstə  2 
ayda  1  dəfədən  az  olmayaraq,  sonrakı  3  il  ərzində  isə  6  ayda  1  dəfə 
nefroloqun  qəbulunda  olmalıdır.  Bu  zaman  xəstədə  qanın  biokimyəvi 
Kəskin qlomerulonefrit zamanı hormonal terapiyanın protokolu. 
I sxem 
2 mq/kq/g 
 
 
1,5 mq/kq/g/a 
 
0,5 mq/kq/g/a 
0,25 mq/kq/g/a 
 
0,25 mq/kq/g/a 
0,5 mq/kq/g/a 
1 mq/kq/g/a 
 
 
II sxem 
2 mq/kq/g 
 
2 mq/kq/g/a 
 
1 mq/kq/g/a 
 
1,5 mq/kq/g 
Sxem 5. 
Hər bir sütun 1 həftəyə bərabərdir
 


 
98 
müayinəsi,  böyrəklərin  USM-i,    sidiyin  ümumi  və  Niçeporenko  üsulu  ilə  
müayinəsi aparılır.  
Aparılan müalicənin effektivliyinin meyarları və nəticə.  
Kliniki:  arterial  təzyiqin  tam  normallaşdırılması,  hiperhidratasiya, 
dizuriya,  bel  nahiyəsindəki  ağrıların  (əgər  bu  ağrılar  olarsa)  aradan 
qaldırılması, bədən temperaturunun normallaşdırılması və s.  
Laborator:  sidik  çöküntüsünün  2  həftə  ərzində    yaxşılaşması, 
sonradan  isə  1  ay  müddətində  tam  normallaşması,  azot  birləşmələrinin 
(onların miqdarı artarsa) normallaşması. 
 Xəstəliyin  sürəkli  (uzunsürən)  gedişi  də  (1  aydan  çox  olmaqla 
rekonvalessensiyanın  olaması)  mümkündür  ki,  bu  formanı  xroniki 
qlomerulonefritlə  diferensasiya  etmək  lazımdır.  15%  hallarda  KBÇ-ı 
inkişaf edir. Xəstəlik yalnız 1% halda ölümlə nəticələnə bilər.   
Xəstəliyin 
profilaktikası
kəskin 
və 
xronik 
streptokokk 
xəstəliklərinin qarşısını almaqdan ibarətdir. 
Proqnozu vaxtında müalicə olunarsa, yaxşıdır. 
 
 
Xroniki qlomerulonefrit 
Xroniki  qlomerulonefrit  (XQN)  çox  zaman  kəskin  qlomerulonefritin  tam 
sağalmaması nəticəsində yaranır. Bizim məlumatlarımıza əsasən 2118 nefrotik 
sindromlu xəstədən 1288 –ində xəstəliyin kəskin gedişinə rast gəlinib, XQN-in  
nefrotik  formasına  isə  830  xəstədə,  bunlardan  da  35-ində  nefrotik  sindrom 
revmatoid artritin ikincili forması kimi müşahidə olunub. 
Bu,  diffuz  qlomerulonefritin  elə  formasıdır  ki,  bu  zaman  sidikdə  olan 
dəyişikliklər  (mikrohematuriya  və  albuminuriya)  bir  ildən  artıq,  ödem  və 
hipertoniya  kimi  əlamətlər  isə  3-5  aydan  çox  cəkir.  Bizim  məlumatlarımıza 
əsasən  2118  nefrotik  sindromlu  xəstədən  1288  –ində  xəstəliyin  kəskin  gedişinə 
rast  gəlinib,  XQN-in  nefrotik  formasına  isə  830  xəstədə,  bunlardan  da  35-ində 
nefrotik sindrom revmatoid artritin ikincili forması kimi müşahidə olunub. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə