L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi


Qlomerulonefrit xəstələrinin reabilitasiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   30   31   32   33   34   35   36   37   ...   74

 
113 
Qlomerulonefrit xəstələrinin reabilitasiyası 
Vacib tibbi-sosial problem olan reabilitasiyanın müxtəlif aspektlərinin 
hazırlanması  işi  ilə  dünyanın  bir  çox  ölkəsinin  alimləri  məşğuldur.  Hələ 
1967-ci  ildə  ÜST-nın  ekspert  komitəsinin  iclasında  reabilitasiyanın  əsas 
məqsədi  açıqlanmışdır:  xəstənin  yüksək  dərəcədə  funksional  aktivliyini 
təmin  etmək.  Reabilitasiya  çətin  bir  prosses  olub,  özündə  tibbi,  sosial, 
ictimai,  iqtisadi,  psixo-emosional  bərpa  kimi  aspektləri  cəmləşdirir. 
Respublikamızda  reabilitasiya  məsələləri  poliklinika,  ev  və  ailə  şəraitində 
daha az öyrənilmişdir. Qeyd  etmək vacibdir ki, uşaqların psixoloji, emosial 
reabilitasiyası məsələrinin öyrənilməsi daha önəmlidir. Çünki  uzun müddət 
xəstə olan uşaqlar özlərini yaşıdları arasında “özgə” kimi hiss edirlər. 
Son  illər  həm  böyük,  həm  də  uşaqlar  arasında  daxili  orqanların 
müxtəlif  xəstəliklərinin  bərpa  müalicəsinə  böyük  diqqət  ayrılır.  Sonuncular  
arasında  böyrək  və  sidikçıxarıcı  yolların  xəstəlikləri  olan  uşaqlar  xüsusi 
vacib  yer  tutur  ki,  bu  da  həmin  xəstəliklərin  torpid,  residiv  gedişə  meylli 
olması  ilə  izah  olunur.  Bütün  bunlar  böyrək  xəstəlikləri  olan  uşaqlar  üçün 
daha  səmərəli  və  effektiv  terapiya  metodlarını  işləyib  hazırlamağı  zəruri 
edir  ki,  bu  da  nəinki  pataloji  prosesin  qalıq  əlamətlərini,  həmçinin  bununla 
bağlı funksional pozğunluqları aradan götürməyə imkan verir. 
Nefroloqlar  tərəfindən  böyrək  patalogiyası  olan  uşaqların  etaplı 
müalicə  sistemi  hazırlanmışdır.  Bu  sistemdə  əsas  yer  müxtəlif  müalicə-
reabilitasiya  müəsisələrinə  ayrılır  ki,  burada  da  böyrəklərin  həm  yüngül, 
həm  də  ciddi  funksional  pozğunluqlarının  qarşısını  alan  ayrı-ayrı 
reabilitasion tədbirlər həyata keçirilir. 
Böyrək  xəstəlikləri  zamanı  bərpaedici  müalicə  tədbirləri  pediatrik 
xidmətin  müxtlif  müəsisələrində  həyata  keçirilir:  poliklinika,  stasionar, 
hemodializ  mərkəzləri,  ixtisaslaşdırılmış  uşaq  baxçaları,  yerli  nefroloji 
sanatoriya və kurortlarda. 
Reabilitasion  müalicə  kompleks  terapiyanın  vacib  mərhələsi  olmaqla 
uşaqlara  sağlamlaşdırıcı,  medikamentoz,  profilaktik  tədbirlərin  həyata 


 
114 
keçirilməsi  şəklində  istifadə  edilir.  Aparılan  reablitasion  tədbirlərin  effekti 
özünü davamlı kliniki sağalma dövrünün saxlanması ilə göstərir. 
Nefroloqların  praktiki  təcrübəsində  qarşılaşdıqları  əsas  problem  XBÇ 
inkişafının  qarşısını  almaq,  proqram  üzrə  hemodializin  aparılmasına  ehtiy-
yacı olan əstələrin sayını azaltmaqdır.  
Reablitasiya tədbirlərin həyata keçirilməsi zamanı əsas məsələ uşaqda  
xəstəliyin gedişinin fərdi xüsusiyyətlərini nəzərə almaqdan ibarətdir ki, bura 
əsasən  onun  immunoloji  reaktivliyi,  böyrək  funksiyalarının  pozulma 
dərəcəsi,  qaraciyərin,  mədə-bağırsaq  traktı,  ürək-damar  sisteminin 
funksional 
vəziyyəti 
aiddir. 
Məsələn, 
müşahidələr 
göstərir 
ki, 
qlomerulonefritin  nefrotik  forması  aşkar  edilən  ayrı-ayrı  xəstələrin 
qaraciyərində  lipidtənzimləyici  funksiya  pozulur.  Uşaqların  əsassız  olaraq 
uzun  müddət  hərəki  aktivliyinin  məhdudlaşdırılması  şəraitində,  onların 
ürək-damar  sisteminin  adi  fiziki  yüklənmələrə  qarşı  tolerantlılığı  aşağı 
düşür. Ona görədə, böyrək patologiyası olan xəstənin reabilitasiyasının əsas 
prinsiplərindən  biri  elə  bir  rejimin  yaradılmasıdır  ki,  həmin  patalogiya 
zamanı xəstəyə maksimum hərəki aktivliyə icazə verilsin.  
Uşaqların  reabilitasiyası  və  dispanser  müşahidəsi  qlomerulonefritin 
gediş forması nəzərə alınmaqla aparılır. Pasientlərin əksəriyyətində xəstəlik 
onillərlə  gedişə  malik  ola  bilər  ki,  bu  dövrdə  də  xəstələrin  əksəriyyətinin 
əmək  qabiliyyəti  müəyyən  qədər  normal  saxlanır.  Ona  görədə  tövsiyələr 
əsasən  prossesin  mərhələsindən,  xəstəliyin  simptomlarının  aktivliyindən, 
prosesin gedişindən və ağırlaşmaların tezliyindən aslıdır. 
Sadalanan göstəriciləri sxemləşdirərək bu nəticəyə gəlmək olar ki, heç 
bir  ağırlaşması  olmayan  və  sidik  tərəfdən  təcrid  edilmiş  dəyişilikləri  olan 
xəstələr tamamilə işqabiliyyətlidirlər, yalnız kliniki təzahürlər mərhələsidə - 
iş  və  hərəkət  məhdudlaşdırılır.  Bu  zaman  həkim  yalnız  sidiyin  ümumi 
müayinəsinin  nəticələrinə  əsaslanmamalıdır,  belə  ki,  o  uzun  müddət  stabil 
olaraq  “pis”  qala  bilər.  Xəstənin  ümumi  vəziyyətini  kompleks  olaraq 
qiymətləndirmək lazımdır.  


 
115 
Sidik sisteminin infeksiyası olan xəstələr adi fiziki yükləməni icra edə 
bilərlər,  lakin  həddən  artıq  fiziki  yükləmə  olmaz.  Onlara  həddən  artıq 
soyuma  əks  göstərişdir.  Yoluxucu  xəstələrlə  təmas  minimuma  endirilmə-
lidir. 
Nefrotik  sindromlu  xəstələrin  fiziki  yükləmələri  məhdudlaşdırılır. 
Böyrək funksiyalarının saxlanması  şərti  ilə gedən nefritik sindromlu  kəskin 
qlomerulonefritdən  sonra  xəstələrə  xüsusi  müalicəvi  idman  göstərişdir, 
ümumi  qrupda  idman  dərslərindən,  həmçinin  yüksək  fiziki  yüklə  əlaqəli 
əmək dərslərindən azad edilir. Yalnız qlomerulonefritin nefrotik forması  ilə 
xəstələnən  uşaqlar  istisna  təşkil  təşkil  edir.  Yaxşı  olar  ki,  belə  uşaqlar 
xəstəliyin  başlamasından  keçən  bir  il  ərzində  evdə  təhsil  alsın.  Erkən  yaşlı 
uşaqlar məktəbəqədər müəssisələrə getməməlidirlər. 
Hər  bir  qrup  üçün  ayrı-ayrılıqda  müalicəvi-sağlamlaşdırıcı 
reabilitasion  tədbirlər  planı  işlənib  hazırlanmalıdır  ki,  bu  da  onların  həyata 
keçirilməsi  üçün  aparılan  müayinələrin  nəticələrinə  əsaslanmalıdır. 
Dispanser  müayinələrin  aparılması,  müalicə  və  reabilitasion  tədbirlər 
taktikasının  seçilməsi  hər  bir  konkretləşdirilmiş  halda  xəstənin  ümumi 
vəziyyətinə və xəstəliyin gediş xüsusiyyətlərinə söykənməlidir. 
QN-in  reabiliyasiya  məsələlərinə  həsr  edilmiş  işlər  arasında  əsas  yeri 
stasionar  şəraitdə  bərpaedici  müalicə  tədbirlərinin  aparılmasına  aid 
materiallar  tutur.  Xəstəliyin  patogenetik  müalicəsi  (hormonların, 
immunodepressantların,  antikoaqulyantların  və  s.)  ilə  yanaşı  xəstələrdə  su-
duz  mübadiləsinin  korreksiyasına,  hiperazotemiyanın  azaldılmasına,  ürək-
damar 
sistemi 
pozğunluqlarının 
aradan 
qaldırılmasına, 
hüceyrə 
metabolizminin  aktivləşdirilməsinə  böyük  diqqət  ayrılır.  Bərpa  terapiyası 
metodlarından  biri  kimi  xəstələrə  xüsusi  pəhriz  təyin  edilir  ki,  bu  da 
böyrəklərin funksional “məşqinə” kömək edir. 
QN-in  iltihabi  prossesinin  sönməsi  dövründə  müalicəvi  qidalanma 
böyük  əhəmiyyət  kəsb  edir.  Pəhriz  hər  bir  konkret  xəstəyə 
üyğunlaşdırılmalıdır.  O  əsasən  ödem  sindromunun  qabarıqlığına,  arterial 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə