110
Əgər kortikosteroidlərə qarşı tam və qismən rezistentlik baş verərsə,
sitostatik preparatların (leykeran, siklofosfamid) təyin olunması yaxşı effekt
verir. Leykeran sutkada hər kq çəkiyə 0,15-0,2 mq, siklofosfamid isə 2-4 mq
təyin edilir. Bu doza xəstəxana şəraitində 3-6 həftə, sonralar isə 6-12 həftə
ərzində saxlayıcı dozada verilir. Adətən, leykeranla müalicə kortikosteroid
preparatlar ilə eyni vaxtda aparılır.
Sitostatiklər əks cisimlərin əmələ gəlməsini azaldır, lakin ciddi
ağırlaşma (sümük iliyinin aplaziyası, hepatit) təhlükəsini nəzərə alaraq bu
preparatları ən ağır hallarda istifadə etmək və hər iki gündən bir qanın
kliniki müayinəsini aparmaq lazımdır.
Tez-tez proqresssivləşən və hormonrezistent formalı nefrotik sindrom
zamanı çiklofosfamid və metilprednizolonla “puls-terapiya”-nın aparılması
Hormonrezistent forma zamanı həmçinin çiklosporin (Sandimmun –
Neoral) preparatı təyin olunur. Bu preparat podosit hüceyrələri səviyyəsində
təsir göstərir və onu böyrək bioptatı müayinəsindən sonra təyin etmək
lazımdır. Çiklosporin preparatı hormonrezistent formalı nefrotik sindrom
zamanı prednizolonun 1 mq/kq/sut dozada 1 ay ərzində təyini fonunda
verilir. Bundan sonra prednizolonla terpiya kursu günaşırı formada davam
etdirilir. Çiklosporinin uzun müddət təyini AT yüksəlməsi və qanda
kreatininin səviyyəsinin artması gətirib çıxara bilər.
Bəzi müəlliflər qlomerulonefritin hematurik və kortikosteroid
terapiyaya rezistent nefrotik formalarında aminoxinolin preparatlarından
(delagil, plakvenil, xloroxin və s.) istifadə edilməsini təklif edirlər. Bu
preparatlar 6 ay müddətinə verilir. Preparetların qəbulundan oyanıqlıq, qarın
ağrıları, qaşınma, narahatlıq olarsa, onların verilməsi bir neçə müddətə
dayandırılır.
Bu preaparatların qəbulu zamanı saçların ağarması, göz dibi
tərəfindən dəyişikliklər müşahidə edilir, belə hallarda bu preparatların
qəbulu dayandırılır. Ürək fəaliyyətini artıran dərmanlar, anabolik hormonlar
və kompleks müalicədə istifadə edilə bilər.
111
Qıcolmalar zamanı əzələyə 25%-li maqnezium sulfat məhlulu vurulur.
Daxilə çoxlu maye, əsasən, qələvi məhlulları (2-3%-li natrium-
hidrokarbonat məhlulu) təyin olunur, cünki bunlar uremik asidozu azaldır.
Hemodializ, hemosorbsiya kimi müasir müalicə üsullarından istifadə
edilməlidir.
Sürətləproqressivləşən ekstrakapilyar qlomerulonefrit
Qlomerulonefritin bu formasına nisbətən nadir hallarda rast gəlinir.
Çox zaman onu həm də bədxassəli adlandırırlar ki, bu da patoloji prosesin
aqressiv gedişi ilə və xəstənin 6-8 ay ərzində, nadir halda 1-1,5 ildən sonra
ölümü ilə nəticələnir.
Etiologiya: Ədəbiyyatlarda streptokokk etiologiyalı olması qeyd
edilir. Xəstəliyə daha çox 13-15 yaşarası, az-az hallarda isə 7-12 yaşarası,
yəni yeniyetmə dövründə rast gəlinir.
Patogenez: Sürətləproqressivləşən QN inkişaf mexanizmi demək olar
ki, digər formaların inkişaf mexanizmi ilə eynidir. Yəni burda da
qlomerulyar bazal membrana qarşı antitellərin yaranması ilə əlaqəlidir.
Klinika: Xəstəlik adi, KQN-in nefrotik, hematurik və hipertonik
sindromla gedən formasını xatırladır. Əgər adi nefritdə xəstəyə yataq rejimi,
pəhriz və simptomatik müalicə təyin etdikdən 5-7 gün sonra, hətta daha tez
bir vaxtda, oliqouriyanın poliuriya ilə əvəz olunmasına qədər və xəstəliyin
ikinci həftəsindən başlayaraq, AT-in normallaşması, ödemlərin azalması və
yox olması müşahidə edilirsə, sürətləproqressivləşən nefrit zamanı isə
adətən bu hal qeyd edilmir. Bəzən bir qədər yaxşılaşma olsa da, əksər
hallarda bütün əsas simptomlar davamlı olaraq qalır və qanda azot
birləşmələrinin səviyyəsi diurezin yaxşılaşmasına baxmayaraq, yüksək
olaraq qalır.
Gedişinə görə iki forması ayırd edilir:
1) aqqressiv;
112
2) remitəedən (müvəqqəti yaxşılaşan);
Aqressiv forma zamanı xəstənin ümumi vəziyyətində heç bir
yaxşılaşma olmur, ümumi kliniki müayinələr, qan və sidiyin biokimyəvi
müayinəsində prosesin yüksək aktivliyi müəyyən edilir.
Xəstəliyin bu formasında böyrəklərin filtrasiya funksiyası azalır,
kanalcıqlarda suyun reabsorbsiyası bir qədər artır. Qatılaşdırıcı funksiya
izostenuriyaya yaxındır.
Remitəedən forma zamanı simptomların intensivliyi daha az nəzərə
çarpır. Müasir müalicə üsullarının köməyi dövrü olaraq yaxşılaşma əldə
etmək olur, ayrı-ayrı hallarda isə xəstəliyi hətta, latent gedişli formaya
çevirmək də olur. Bu zaman xəstələrin yaşını 1,5 ilə qədər artırmaq olur.
Remitəedən forma öz gedişatına görə qarışıq formaya yaxındır.
Diaqnoz
Xəstəliyin diaqnozu kliniki müşahidələrə əsasən qoyulur.
Müalicə
1. Yataq rejimi;
2. Pəhriz – duzsuz yeməklər verilir, lakin ionoqramma nəzarət altında
olur.
İnfeksiya ocaqlarının aşkar edilməsi zamanı antibiotiklər təyin edilir.
Qlükokortikosteroidlər heç bir effekt vermir, AT isə daha da davamlı olaraq
yüksək qalır. Belə bir fikir də yürüdülür ki, hormonlar hətta xəstəliyin
proqressivləşməsinə gətirib çıxarır.
Müalicədə immunodepressantlar, həmçinin antikoaqulyantlar istifadə
edilir.
Müasir zamanda xəstəliyin bu formasının terapiyasında puls-terapiya,
hemodializ və plazmoferezin tətbiqi yüksək effekt almağa imkan yaradır.
Dostları ilə paylaş: |