L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi


Hiporeflektor  sidik  kisəsi  (



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

 
132 
Hiporeflektor  sidik  kisəsi  (və  ya  sidik  kisəsinin  hiporeflektor 
disfunksiyası)  nadir  və  böyük  porsiyalarla  sidik  ifrazı  ilə  maşayiət  edilir, 
sidiyin  orta porsiyası  normadan  çoxdur,  qalıq  sidiyin  miqdarı  da  böyükdür. 
Enurez adətən olmur.  
Enurez  –  sidik  kisənin,  arzu  edilməyən  və  ya  münasib  olmayan 
şəraitdə  qeyri-iradi  olaraq  boşaldılmasıdır.  Enurez  üç  yaşdan  yuxarı 
uşaqlarda  patoloji  hal  kimi  sayılır  və  populasiyadan  aslı  olaraq  6  –  15% 
hallarda rast gəlir. Ümumiyyətlə gecə və gündüz enurezi ayırd edilir. 
Gecə enurezinin təsnifatı. 
II. Yaranma vaxtına görə:  
1.  anadangəlmə başlayan birincili gecə enurezi; 
2.  hər hansı bir təkanverici faktordan sonra yaranan ikincili enurez; 
III.  Zədələnmənin səviyyəsindən aslı olaraq: 
1.  Sidik sisteminin anadangəlmə və qazanılma patologiyası: 
1.1. 
 Sidik 
yolları 
və 
cinsiyyət 
orqanlarının 
quruluş 
anomaliyaları. 
2.2. 
 Sidikçıxarıcı yollarının infeksiyaları. 
2.  Sinir sisteminin patologiyası: 
2.1. Sidik ifrazının spinal tənzimləmə mərkəzlərinin patologiyası: 
 
Sidik kisəsinin hiperreflektor tipli neyrogen disfunksiyası. 
 
 Sidik kisəsisinin hiporeflektor tipli neyrogen disfunksiyası. 
2.2. Sidik ifrazının serebral tənzimləmə mərkəzlərinin patologiyası:  
Nevrozabənzər forma: gecə yuxusu patologiyası (irsi profundosomniya) 
sidik 
ifrazının 
serebral 
tənzimləmə 
mərkəzlərinin 
rezidual-üzvi 
çatmamazlığı,  vazopressinin  dövrü  ritminin  dəyişməsi  ilə  gedən  hipofizin 
neyroendokrin disfunksiyası. 
  Psixi  xəstəliklər:  intellektin  müxtəlif  dərəcədə  pozulma-sı,  şizofreniya, 
gecə tutmaları ilə gedən epilepsiya 


 
133 
  Psixogen  xəstəliklər:  patoxarakteroji  sidik  saxlamama  (aktiv  və  passiv 
etiraz  reaksiyası),  nevrotik  tipli  sidik  saxlamama  (sistem  nevrozlar  rupuna 
aid edilir), nevrotik pollakuriya sindromu 
2.3.  Qarışıq  forma,  kliniki  olaraq  ya  gecə  yuxusu  pozğunluğunun 
üstünlüyü,  və  ya  sidik  kisəsinin  neyrogen  disfunksiyasının 
üstünlüyü ilə müşahidə edilir.  
Bundan əlavə enurez aşağıdakı xəstəliklərin simptomu ola bilər: 
1)  nevroz; 
a. 
nevrozabənzər vəziyyətlər; 
b. 
uroloji patologiyanın nəticəsində; 
c. 
onurğa beynin patologiyasında; 
d. 
yuxarıda qeyd edilən halların birlikdə olması zamanı; 
 
 Cədvəl 6.   
 Uşaqlarda sidik ifrazı aktının sutkalıq ritmi və həcmi  
 
Göstərici 
Qızlar (yaşla) 
 
Oğlanlar (yaşla) 
 
4-7 
8-11  12-
14 
4-7 
8-11  12-14 
Sutka  ərzində  sidik  ifrazının 
sayı 
6-7 
5-6 
4-6 
5-7 
5-6 
4-5 
Sidik kisəsinin həcmi, ml: 
 
minimum 
maksimum 
orta 
 
 
68 
161 
130 
 
50 
235 
155 
 
115 
270 
197 
 
63 
135 
107 
 
46 
272 
140 
 
140 
325 
190 
 
Müayinə metodları kimi urofloumetriya, profilometriya, farmakosisto-
metriya, sidik kisəsinin USM-dən istifadə edilir. 
Müalicə. Aşağıdakı müalicə kompleksi tövsiyə olunur: 
Hiporeflektor tip neyrogen disfunksiya zamanı: 


 
134 
1.  Məcburi sidik ifrazı rejimi (hər 2-3 saatdan bir). 
2.  Dəniz suyu vannalrı. 
3.  Adaptogen  preparatlarla  kurs  müalicə  (jen-şen,  eleutrekokk,  cır 
limon, zamanixa, çəhrayı rodiola, buların hər birindən yaşa 2 damcı 
olmaqla günün birinci yarısında) 
4.  Qlisin – peroral 10 mq/kq sutkada, 1 ay müddətinə. 
5.  Fizioterapiya: 
–  prozerin, kalsium xlor ilə elektroforez; 
–  sidik kisəsi nahiyəsinə ultrasəs; 
–  sidik kisəsinin stimulyasiyası; 
Hiperreflektor tip neyrogen disfunksiya zamanı: 
1.  Valeryan, pion kökü, pustırnik preparatları. 
2.  Belladona preparatları ( belloid, bellataminal). 
3.  Pikamilon 5 mq/kq sutkada 1 aylıq. 
4.  Pantoqam peroral 0,025 mq gündə 4 dəfə, 2-3 ay. 
5.  Desmopressin, 
6.  Melipramin, 
7.  Psixoterapiya, 
8.  Fizioterapiya: 
–  sidik kisəsi nahiyəsinə atropin, papaverinlə elektroforez; 
–  maqnitoterapiya; 
–  sidik kisəsi nahiyəsinə ultrasəs; 
–  sidik kisəsini zəifləmək metodikası üzrə elektrostimulyasiya; 
Enurez zamanı bundan əlavə təyin olunmalıdır: 
–  diqqətin yayındırılması, sakit vəziyyət; 
–  uşağın  diqqətini  probleminə 
yönəltməmək,  danlamamaq, 
cəzalandırmamaq; 
–  yuxunu  daha  dərin  etmək  məqsədilə  yatmazdan  qabaq  isti  vanna 
qəbul  etmək,  gecə  1  tab.  suprastin  (desensibilizəedici)  qəbul 
etmək; 


 
135 
–  sedativ psixoterapiya; sedativ otlar; 
–  sakitləşdirici refleksoterapiya; 
–  müalicəvi  idman  hərəkətləri,  bel  əzələrini,  qarın  presini 
möhkəmləndirmək üçün; 
 
Reflüks nefropatiya 
Sidik  kisəsi-sidik  axarı  reflüksu  fonunda  yaranan  ən  ağır  böyrək 
patologiyası sayılır.  
Reflüks  nefropatiya  -  sidik  kisəsi-sidik  axarı  reflüksu  fonunda 
yaranan xəstəlik olub, böyrək parenximasının fokal və yayılmış sklerozu ilə 
xarakterizə edilir. XBT-10 görə bu patologiya reflüksla əlaqəli olan tubulo-
interstitisial nefritin bir qrupuna aiddir.  
RN  formalaşmasında  əsas  rolu  böyrək  ləyənində  təzyiqin  artması 
nəticəsində  sidiyin  oradan  geriyə,  böyrəyin  toplayıcı  sisteminə  qayıtması 
oynayır.  
Patogenez.  Böyrək  parenximasının  an  ağır  zədələnməsi  məhz  erkən 
yaşlı  uşaqlarda  müşahidə  edilir.  Sidik  kisəsi-sidik  axarı  reflüksu  olan 
xəstələrin  demək  olar  ki,  60-70%-də  parenximanın  sklerozlaşması  qeyd 
edilir. Yüksək risk qrupuna, məhz 1 yaşına  qədər uşaqlar (40%) aiddir.  Bu 
hal  ilk  növbədə  həmin  yaşda  böyrək  daxili  reflüksun  yüksək  rast  gəlmə 
tezliyi  ilə  əlaqədardır.  Bu  isə  öz  növbəsində  məməcik  aparatının 
yetkinsizliyi  və  yüksək  ləyəndaxili  təzyiqin  olması  ilə  əlaqədardır. 
Yenidoğulmuşlarda  isə  RN  20-40%  halda  müəyyən  edilir.  Bunun  da  30-
40%-i  böyrəkləri  displaziyası  (hipoplaziya,  seqmentar  hipoplaziya,  kistoz 
hipoplaziya)  
Klinika.  Kliniki  əlamətlər  çox  zaman  infeksiyanın  qoşulması  zamanı 
qeyd  edilir.  Bu  zaman  sidik  sisteminin  infeksiyası  əlamətləri  müşahidə 
edilir:  intoksikasiya,  ağrı  sindromu,  sidik  sindromu  (leykosituriya,  s əhər 
proteinuriyası). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə