L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   39   40   41   42   43   44   45   46   ...   74

 
143 
uretranın  xarici  səthi  mexaniki  təsirə  məzur  qalır  ki,  bu  da  uropatogen 
mikrobların keçməsinə şərait yaradır. 
İnfeksiyalaşmanın  hematogen  yolla  yoluxması  nadir  hallarda  olur  və 
ən çox sepsis və apostematoz nefrit zamanı mümkün olur. 
Limfogen 
yolla 
infeksiyalaşma 
məsələsi 
mübahisəlidir. 
Mikroorganizmlərin  limfogen  miqrasiyası  barədə  bir  hipoteza  vardır  ki, 
burada  mikroorqanizmlərin  bağırsaqdan  mezenteral  limfa  düyünlərinə, 
oradan da qan damarlarına translokasiyası güman olunur.  
Sistit. Xitam olunmanın  SYİ-nın inkişafına təsiriBəzi ölkələrdə adət 
olaraq  oğlan  uşaqlarının  xitam  edilməsi  onlarda  sidik  sistemi 
infeksiyalarının  rastgəlmə  tezliyini  xeyli  azaltmışdır.  Bu  da  xitam  zamanı 
uropatogen  mikroorqanizmlərin  rezervuarı  olan  prepusial  kisənin  kəsilməsi 
ilə əlaqədardır. 
Sidik  kisəsində  infeksiyanın  inkişafı,  uropatogen  bakteriyanın  sidik 
kisəsinə düşməsi hər zaman iltihabi proseslə müşayiət olunmur. 
Sidik  yaxşı  qidalı  mühit  olmasına  baxmayaraq,  sağlam  uşaqlarda 
uretranın  distal  hissəsi  istisna  olmaqla  sidik  sistemi  sterildir.  Sidik 
ifrazınının  mikrobları  mexaniki  yolla  yumasından  başqa,  sidik  kis əsinin 
selikli qişasının tamlığını qoruyan bir sıra faktorlar vardır. Keçid epitelinin 
hüceyrə qatı mukopolisaxarid (hidrofil qlikozaminqlikan) səthi ilə örtülüdür. 
Mukopolisaxarid  qatı  bakteriyaların  uroepiteli  ilə  əlaqəsinə  mane  olur  və 
onların  adgeziyasını  çətinləşdirir.  Ekzogen  mexaniki  və  kimyəvi  təsirlər 
mukopolisaxarid  qatını  dağıda  bilər.  Lakin,  eyni  zamanda  bu  qat  sutka 
ərzində bərpa olunur və öz xüsusiyyətlərini saxlayır. 
Normada  sidik  kisəsində  bakteriyalar  15  dəqiqə  ərzində  məhv  olur. 
Qalıq sidiyin miqdarı artdıqca, sidik kisəsinin yerli müdafiəsi kəskin azalır. 
Məlumdur  ki,  sidik  kisəsinin  tez-tez  boşalması  zamanı  orada  bakteriyaların 
konsentrasiyası bir neçə dəfə azalır ki, bundan da SSİ-nın profilaktikasında 
istifadə olunur. Yalnız 4-5 yaşa kimi uşaqlarda fizioloji sidik kisəsinin tam 


 
144 
boşalması  müşahidə  olunur.  Bu  hal  adətən,  xroniki  qəbizlikdə  müşahidə  də 
olunur. 
Sidiyin  antimikrob  xüsusiyyəti  onun  yüksək  osmolyarlığı,  aşağı  PH, 
sidik  turşusu  və  üzvi  turşuların  yüksək  miqdarı  ilə  əlaqədardır.  Bu 
xüsusiyyətlər  südəmər  uşaqlarda  aşağı  olduğuna  görə,  onların  SSİ-na  qarşı 
həssaslığı  da  xeyli  artır.  Normal  sidikdə  olan  uromukoidlər  və 
oliqosaxaridlər  bağırsaq  çöplərinin  mannozaya  həssas  ştammlarının 
uroepiteliyə 
adheziyasına 
mane 
olur. 
İnkişaf 
anomaliyalarında 
mikroorqanizmlər birbaşa sidik kisəsinə düşə bilər (kisə uşaqlıq boynu, kisə 
bağırsaq svişlərində). 
İnfeksiyanın  böyrək  parenximasında  inkişafı.  Normada  bakteriyaların 
sidik  axarlarına  və  oradan  da  ləyənə  keçməsinə  sidik  axarlarının  aşağı 
istiqamətli  peristaltikası  və  sfinkterlər  mane  olur.  Bu  faktorların  pozulması 
və  ya  istənilən  başqa  sidik  axarlarının  dilatasiyasına  səbəb  olan  normal 
urodinamika  pozğunluqları  mikroorqanizmlərin  qayıdan  transportunu 
asanlaşdırır. 
Böyrək  parenximasında  infeksiyanın  inkişafı  eyni    zamanda  O  və  K 
antigenlərə və R-fimbriy E.Coli ya qarşı antibakterial antitellərin sintezi ilə 
müşayət  olunur.  Qan  zərdəbənda  antitellərin  konsentrasiyası  böyrək 
parenximasında  iltihab  və  büzüşmə    ocaqlarının  əmələ  gəlməsi  ilə  birbaşa 
əlaqəlidir. 
Antitel  sintezi  ilə  yanaşı  faqositoz  da  aktivləşir.  Damardaxili 
qranulositlərin  aqreqasiyası  və  ödemin  nəticəsi  olaraq  gələcək  skleroz 
sahəsinin  əsasını  qoyan  işemiya  əmələ  gəlir.  IgG  və  IgA-nın 
konsentrasiyasının  artması  komplbmentin  əmələ  gəlməsini  stimulə  edir  ki, 
bu  da  öz  növbəsində  iltihab  mediatorların  aktivliyini  artırır.  Lokal 
iltihablaşma  infeksiyanın  ocaqdan  kənara  yayılmasına  və  inkişafına  mane 
olur.  Böyrək  kanalcıqların  mənfəzində  iltihabın  təsiri  altında  O

radikallarının  əmələ  gəlir.  Həmin  radikallar  isə  nəinki  bakteriyalara,  eləcə 
də tubulyar hüceyrələrə toksik təsir göstərir. 


 
145 
Böyrək  məməcikləri  və  beyin  qatı  mikrob  iltihabi  prosesə  daha  çox 
cəlb  olunur.  Bu  da  qabıq  qatla  müqayisədə  burada  aşağı  intensivlikli  qan 
axını,  aşağı  PH,  yüksək  osmolyarlıq  və  daha  yüksək  osmolyarlıg  və  daha 
yüksək  azot  konsentrasiyası  ilə  izah  olunur.  Sadalanan  faktorlar 
leykositlərin  hemotaksisi  zəiflədir  və  bakteriyaların  inkişafı  üçün  əlverişli 
şərait  yaradır.  Məlumdur  ki,  tam  formalaşmış  immun  reaksiyaya  malik 
olmayan  yenidoğulmuşlarlda  böyrək parenximasında gələn infeksion proses 
septik  gedişli  generalizasiyaya  meyllidir.  Belə  yaş  qrupunda,  böyrəkdə  qan 
axınının aşağı olması böyrək büzüşməsinin inkişafına meyllilik yaradır. 
Uşaqlarda  SYİ-ı  çoxlu  risk  faktorları  olan  xəstəliklər  qrupuna  aiddir. 
Endogen  risk  faktorları  arasında  ilk  2  il  ərzində  uşaqlarda  aparıcı  faktor 
sidik yollarının inkişaf anomaliyasıdır,  əsasən də sidik kisəsi-sidik axarı və 
pielorenal reflüksu. Yaş artdıqca ekzogen ətraf mühitin ekoloji pozğunluğu, 
rasional  olmayan  qidalanma,  ailədə  və  uşağın  əhatəsində  olan  xronik 
infeksiyalar, stress vəziyyətlər kimi risk faktorlarının rolu da artır. 
  Uşaqlarda SYİ-nin endogen risk faktorları: 
1.  III (B), IV (AB) qan qrupu 
2.  HLA-antigen B
13
, A
 2
-A
 10
, A
 II
-A
 19
, B
 13
-B
 15
, A
 2 
-B
16
, A
9
-B
13.
 
3.  erkən yaş 
4.  sidik yollarının inkişaf anomaliyaları 
5.  urogenetal sahənin inkişaf anomaliyası (kisə uşaqlıq yolu və kisə 
bağırsaq svişləri) urogenetal sinus 
6.  yüklənmiş  irsiyyət  (ailədə  və  ya  qohumlarda  inkişaf 
anomaliyaları,  mübadilə  nefropatiyası  və  böyrək  daşı  xəstəliyi 
olan  uşaqların olması) 
7.  yarımçıqdoğulma 
8.  MSS-nin  perinatal  zədələnməsi  nəticəsində  sidik  kisəsinin 
neyrogen disfunksiyalası 
9.  bətndaxili infeksiyalar 
10.  konstitusiya anomaliyaları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə