L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   40   41   42   43   44   45   46   47   ...   74

 
146 
11.  hipotrofiya və başqa qidalanma pozğunluqları 
12.  oğlanlarda pülüyün quruluş xüsusiyyətləri 
13.  raxit və raxitəbənzər xəstəliklər 
14.  mədə-bağırsaq  sistemində  funksional  və  üzvi  pozğunluqlar 
(qəbzlik, bağırsağın disbiozu, malabsorbsiya sindromu) 
15.  I və II-li immunodefisit hallar 
16.  uşağın cinsi 
17.  qızlarda estrogen defisiti 
18.  dismetabolik nefropatiyalar 
19.  periuretral floranın dəyişilməsi 
20.  tubulointerstial komponentli glomerulonefrit 
21.  endokrin xəstəliklər 
22.  uşaqda iş yaxınlığında xronik infeksiya ocağın olması 
23.  dəmir defisitli anemiya 
  Uşaqlarda SSİ-nin ekzogen risk faktorları: 
1.  yaşayış ərazisində ekopolyutantların yüksək konsentrasiyası 
2.  üşütmə, kəskin və xroniki stress vəziyyətləri 
3.  ana  və  atanın  pis  vərdişləri  (alkoqol,  siqaret,  narkomaniya, 
toksikomaniya) 
4.  ananın  yaxşı  olmayan    akuşer-ginekoloji  anamnezi  (genital, 
iltihabi,  xəstəliklər,  hormonal  pozğunluq,  endometrioz, 
hestozlar,  hamiləliyin  kəsilmə  qorxusu,  uşaq  salma,  doğuşun 
patoloji gedişi). 
5.  anada pielonefrit 
6.  süni qidalanma 
7.  düzgün olmayan qidalanma 
8.  interkurrent 
xəstəliklər, 
əsasən 
residivləşən 
bağırsaq 
infeksiyaları, tez-tez  KRVİ  
9.  xarici  cinsiyyət  orqanların  qeyri  spesifik  xəstəlikləri  (vulvit, 
vulvovaginit, balanit, balanopastit). 


 
147 
10.  transuretral tibbi manipulyasiyalar 
11.  qurd  invaziyaları 
12.  uzunmüddətli antibakterial müalicə 
13.  masturbasiya 
14.  erkən cinsi həyat 
15.  onurğanın ano-genetal sahəsinin zədələnməsi. 
Klinika 
Uşaqlarda  SYİ-nın  kliniki  göstəriciləri  uretrit,  sistit  və  pielonefrit 
şəklində  biruzə  verir.  Uşaqlarda  izolə  olunmuş,  yəni  ayrı-ayrı  uretrit,  sistit 
və  pielonefrit  patologiyaları  az  rast  gəlir.  Onlar  çox  zaman  müştərək  qeyd 
olunur. İzolə olunmuş uretrit nadir hallarda və adətən, böyük yaşlı uşaqlarda 
müşahidə  olunmur.  Adətən  SYİ-rı  özünü  sistit  və  pielonefrit  şəklində 
göstərir.  Infeksion  iltihabi  prosesə  sidik  sistemin  bütün  orqanlarının  cəlb 
olunması  da  mümkündür.  Belə olduqda  eyni  zamanda  sistit  və  pielonefritin 
hər ikisinin simptomları müsahibə oluna bilər. 
Yenidoğulmuşlarda  və  erkən  yaşlı  uşaqlarda  sidik  yolları 
infeksiyalaşmaya  daha  çox  meylli  olur.  Bu  anatomo-fizioloji  xüsusiyyətlər 
(qısa və enli uretra, ləyənin böyrəyə nisbətən yuxarı yerləşməsi,  əyilmiş və 
hipotonik  sidik  axarları,  sinir-əzələ  aparatının  formalaşmaması)  və  yaşa 
uyğun immunodefisit hal ilə bağlıdır. Məlumdur ki, İgG sintezi 2-3, İgA isə 
5-7 yaşa kimi tam formalaşır. 
Yenidoğulmuşlarda  və  erkən  yaşlı  uşaqlarda  SYİ-nın  klinik  gedişi 
qeyri-spesifik  intoksikasiya  simptomlarının  üstünlüyü  ilə  gedir:  qızdırma, 
dərinin  avazıması  və  ya  mərmər  şəkildə  olması,  süstlük,  iştahın  azalması, 
qusma və qaytarma, çəkinin kifayət qədər artmaması və itirilməsi, diarreya. 
Erkən  yaşlı  uşaqlarda  SYİ-nın  yeganə  simptomu  temperaturun  yüksəlməsi 
(qızdırma)  də  ola  bilər.  Uşaqlarda,  həyatın  birinci  ilində  dizuriyaya 
ekvivalent  olaraq  sidik  ifrazı  zamanı  və  ya  ondan  sonra  narahatlıq  və  ya 
ağlama,  sifətin  qızarması,  “inildəmə”,  qasıq  nahoyyəsində  gərginlik,  az 


 
148 
porsiyalara  sidik  ifrazı,  zəiflik,  sidik  şırnağının  fasiləliyi  və  s.  müşahidə 
edilir. 
1,5-2  yaşa  kimi  sidik  sisteminin  aşağı  hissələrinin  infeksiyası  zamanı 
sidik  ifrazının  pozğunluqları  perinatal  ensefalopatiyanın  nəticəsində  əmələ 
gələ  bilər  ki,  bu  zaman  da  sidik  ifrası  zamanı  ağrı  simptomu  az  informativ 
hesab olunur. 
4-5 və yuxarı yaşlı uşaqlar heç zaman belə ağrılardan şikayət etmirlər, 
amma dəqiq müayinə zamanı beldə, böyrək proyeksiyasında ağrını müəyyən 
etmək mümkündür.  
Böyük  yaşlı  uşaqlarda  intoksikasiya  simptomları  ilə  yanaşı  lokal 
simptomları da aşkar etmək mümkündür: 
1.  qarında və beldə ağrılar; 
2.  qabırğa onurğa küncündə palpasiyada ağrılar; 
3.  sağrı üzərində ağrılar və dizuriya; 
Diaqnostika:  SYİ-ı  olan  uşaqların  müayinəsi  zamanı  daha  az  invaziv 
və yüksək həssaslıqlı müayinə metodlarına üstünlük vermək lazımdır. 
Yenidoğulmuşlarda və 2 yaşa kimi uşaqlarda diaqnoz qoymaq çətinlik 
törədir: 
1.  SYİ-nın  manifestasiyası  erkən  yaşlı  uşaqlarda  spesifik  olmur  (SYİ 
bəzən 
qızdırmanın 
bir 
səbəbi 
kimi 
unudulu 
bilir. 
Yenidoğulmuşlarda  SYİ  bakteriyemiya  və  meningitlə  assosiasiya 
oluna bilər. 
2.  İdeal təmiz sidik yenidoğulmuşlarda və erkən yaşlı uşaqlara, yalnız 
invaziv  metodda  alına  bilər.  Sidik  kisəsinin  transuretral 
kateterizasiyası və ya punksiyası vasitəsilə. 
3.  SYİ-ı  aşkar  edilən  erkən  yaşlı  uşaqların  çox  hissəsində  sidik 
yollarının inkişaf anomaliyalarına rast gəlinir. Buna görə də hər 2-3 
yaşlı  uşaqda səbəbsiz  qızdırma  zamanı  inkişaf  anomaliyasını  inkar 
etmək  lazımdır.  Buna  görə  də  “Amerika  Pediatrlar  Assosiasiyası” 
və  “Avropa  pediatrlar-nefrologlar  assosiasiyası”  erkən  yaşlı 


 
149 
uşaqlarda,  səbəbsiz  qızdırma  zamanı  sidik  müayinəsinin  vacib 
olduğunu  deyirlər.  Belə  ki,  qızdırma  çox  tez-tez  patoloji  prosesə 
böyrək  parenximasının  qoşulmasının  və  pielonefritin  inkişafının 
göstəricisi olur. 
SYİ-nın laborator-diaqnostik müayinə üsulları. 
Sidiyin  kultural  müayinəsi  –  Amerika  pediatrlar  assasiasiyasının 
qərarına  əsasən  sidiyin  kultural  aparılmalıdır.  Punksiya  ilə  alınmış  sidikdə 
aparılmalıdır.  Punksiya  ilə  alınmış  sidikdə  bakteriyaların  inkişafı  100% 
SYİ-nı təsdiqləyə bilər. Yalnız belə üsullar həm peşəkar personal tələb edir, 
həm də uşaqlarda kifayət qədər narahatlıq yaradır. 
Təsdiq olunmuşdur ki, aralığın yaxşı yuyulmasından sonra sidik ifrazı 
zamanı  təmiz  qaba  toplanan  sidiyi  də  müayinə  etmək  mümkündür.  Belə 
üsulla  toplanmış  sidikdə  kulturanın  inkişaf  etməməsi,  dərhal  SYİ 
diaqnozunu  inkar  edir.  Belə  üsulla  toplanan  sidiyin  həssaslığı  88,9%, 
spesifikliyi  isə  95%  olur.  Bu  üsulun  çatışmayan  cəhətə  xüsusində  uşaq 
həyatının  həddindən  çox  olmasıdır.  Yadda  saxlamaq  lazımdır  ki,  1  aylıq 
uşaqlarda  SYİ  zamanı  sidiyin  əsas  patogen  kulturası  E.Coli-dir.  Patogen 
mikrofloraya həmçinin enterokokklar, Stp. pneumoniae, Stp. pyogenes, Stp. 
qrupa  B,  Staph.  aureus,  Klebsiella,  Sitrobakter,  protey,  enterobakter, 
neisseria, Meningitidis, Salmonella, göy-yaşıl çöplər də aiddir. 
Tipik  kontaminantlara  aiddir:  qızılı  olmayan  stafilokokk,  yaşıl 
streptokokk, mikrokoklar, lorinobakteriya və laktobasillər. 
Bakteriuriyanın diaqnostik kriteriyaları: 
  100 000  və  daha  çox  mikrob  hüceyrələri/ml  sərbəst  ifraz  olunan 
sidikdə; 
  10 000 və daha çox mikrob hüceyrələsi/ml kateterdə yığılmış sidikdə; 
  Punksiyadan alınmış 1 ml sidikdə istənilən miqdar koloniya; 
  1  yaşlı  uşaqlarda  sərbəst  sidik  ifrazı  zamanı  diaqnostik  əhəmiyyətli 
bakteriuriya; 
  50 000 mikrob hüceyrələri/ml E.Coli; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə