L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   41   42   43   44   45   46   47   48   ...   74

 
150 
  10 000 mikrob hüceyrələri/ml proteus vulgaris; 
Lazımi  məlumat  almaq  üçün  sidiyin  müayinəsi  antibakterial 
terapiyadan əvvəl aparılmalıdır. 
SYİ  olan  uşaqların  laborator  diaqnostikası  biokimyəvi  müayinə 
üsulları  sidikdə  leykositlərin  esterazasını  və  nitritləri  təyin  edən  skrininq 
testlər vasitəsi ilə də aparıla bilər. Esteraza və nitritlərin eyni vaxtda olması 
SYİ-nı inkar etməyə imkan verir. Skrininq testlər vasitəsilə SYİ-na spesifik 
olmayan  proteinuriya  və  hematuriyanı  da  təyin  etməyə  imkan  verir.  Bu 
testlər ambulator bakteriuriyanın ambulator təyinində də istifadə oluna bilər. 
Sidiyin mikroskopik müayinəsi 
Bu  zaman  sidik  düzgün  yığılmalı  və  dəqiq  müayinə  olunmalıdır. 
Məlumdur  ki,  sidiyin  3  saatdan  çox  saxlanılması  nəticəni  35%-z  qədər 
keyfiyyətdən  salır.  Buna  görə  də  vaxtında  müayinə  oluna  bilməyən  sidiyi 
soyuducuda saxlamaq lazımdır. 
Sidikdə  leykosituriyanı  müəyyən  etmək  üçün  görmə  sahəsində  olan 
leykositləri saymaq kifayət edir (g/s). 
 Leykosituriyanın kriteriyaları: 
  Sidiyin ümumi müayinəsində 5 g/s 
  Niçiporenko sınağı – 2000/ml (2x106/l) 
  Addis-Kakovski 2.000.000/sutka 
 Leykosituriyanın tipləri: 
  Neytrofil leykosituriya 90% və çox 
  Qarışıq leykosoturiya: Neytrofil > 90%, Limfosit 10-50% 
  Limfositar leykosituriya – 50% və çox 
SYİ-nın,  xüsusən  PN  və  sistitin  instrumental-diaqnostika  üsullarına 
USM, sistouroqrafiya və sintiqrafiya müayinələri aiddir. 
USM  –  sadə  və  təhlükəsiz  üsuldur.  USM-də  xəstələrə  heç  bir  vaxt 
məhdudiyyət  qoyulmur.  Yeganə,  əsas  şərt  10-15  ml/kq  maye  verilməklə 
fizioloji 
hidrotasiyanın 
aparılmasıdır. 
Rəngli 
və 
doppleroqrafik 
impulslardan  istifadə  USM-nin  imkanlarını  xeyli  genişləndirir.  USM-də 


 
151 
hidronefroz,  sidik  axarının  distal  hissəsinin  dilatasiyası,  sidik  kisəsi 
divarının  hipertrofiyası,  ureterosele,  sidikdaşı  xəstəliyi  kimi  patologiyaları 
aşkar  etmək  mümkündür.  Ekskretor  USM-nin  və  uroqrafiyanın  aparılması 
göstərişlərinə  bunlar  aiddir:  PN  olan  uşaqlarda,  aparılan  müalicə  fonunda 
yaxşılaşma  əldə  etmək  mümkün  olmadıqda  obstruksiya  və  absesi  inkar 
etmək.  USM  –  digər  instrumental  müayinələr  kimi  dəqiq  olmasa  da  kəskin 
böyrək iltihabını və büzüşməsi aşkar edə bilir. 
Sistouroqrafiya  –  uşaqlarda  sidik  kisəsi-sidik  axarı  reflüksunun  çox 
tez-tez  rast  gəlməsi  ilə  əlaqədar  olaraq  2  yaşa  gədər,  SYİ  olan  bütün 
uşaqlara  sistouroqrafik  müayinə  aparılmalıdır.  Bu  üsul  vaxtında  düzgün 
müalicə  seçiminə  və  SYİ-nın  residiv  verməsinə  qarşı  profilaktikaya  çox 
böyük kömək edir. 
Sistouroqrafiyaya əsas göstərişlər: 
1.  USM-nin  nəticələrindən  asılı  olmayaraq  bütün  2  yaşa  qədər  SYİ 
olan uşaqlar 
2.  yuxarı yaşlı uşaqlarda SYİ-nın residivləri 
3.  2  yaşdan  yuxarı  uşaqlarda  USM  dəyişiklikləri  ilə  (toplayıcı 
sistemin dilatasiyası) 
4.  böyrəyin toplayıcı sisteminin infeksiyası 
5.  enurez. 
Böyrəklərin  sintiqrafiyası  99mTe-DMSA  –  statik  nefrosintiqrafiya 
SYİ-nın böyrəkdə qoyduğu fəsadlıları aşkar etməyə imkan verir: pielonefrit 
və  funksiya  göstərməyən  ocaqlar  şəklində  böyrək  büzüşməsi.  Bu  üsul 
böyrək  büzüşməsini  aşkar  edən  ən  dəqiq  üsuldur.  Bundan  fərqli  olaraq 
dinamik  nefrosintiqrafiya  sidik  sisteminin  obstruksiyasını  və  yumaqcıq-
kanalcıg aparatının funksional vəziyyətini qiymətləndirməyə imkan verir. 
Ekskretor  uroqrafiya  –  əvvəllər  bu  müayinə  üsulunun  anomaliyaları 
aşkarlayan yeganə üsul olmağına baxmayaraq USM kəşf olunandan sonra öz 
əhəmiyyətini bir qədər itirdi. Çünki, USM-si daha dəqiq, ağrısız və fəsadsız 
və daha ucuz müayinə üsulu hesab olunur. 


 
152 
Ekskretor uroqrafiyaya əsas göstərişlər: 
1.  USM-də sidik sistemi organların anomaliyası, konkrementlər. 
2.  SS orqanlarında arterial hipertenziya. 
3.  Qarın bozluğunda palpasiya olunan törəmə. 
Kontrast maddə kimi ən əlverişli maddə - yodiksanoldur. 
Sistografiyaya göstərişlər: 
1.  sistitin uzunsürən və residivləşən gedişi. 
2.  böyrək zədələnməsi olmadan residivləşən hematuriya. 
3.  sidik kisəsində daşlar. 
4.  digər  müayinələrdə  aşkar  edilən  sidik  axarlarının  inkişaf 
anomaliyası. 
Müalicə  
SYİ-nın müalicə prinsipləri: 
1.  SYİ olan uşaqların müalicəsində əsas məsələ kəskin infeksiyanı 
aradan  götürmək,  urosepsisə  qarşı  xəbərdarlıq,  böyrək 
zədələnməsi ehtimalını azaltmaq. 
2.  SYİ  zamanı  uşaqlara  antimikrob  müalicə  mümkün  qədər  tez 
başlanılmalıdır. 
3.  qızdırmalı,  toksikozlu,  dərman  qəbul  edə  bilməyən  uşaqlara 
dərhal  klinik  yaxşılaşma  alana  kimi  parenteral  antimikrob 
müalicə başlanılmalıdır. 
4.  böyrək  funksiyasının  pozğunluğu  olan  uşaqlarda  nefrotioksik 
antimikrob  preparatlarla  müalicə  qanda  sidik  cövhəri  və 
kreatininə nəzarət etməklə aparılmalıdır. 
5.  qanda  terapevtik  konsentrasiyaya  çatmayan  və  sidiklə  tez 
ekskresiya  olunan  aktiv  fazada  deyil  antimikrob  dərman 
vasitələrindən  yalnız  residivlərin  profilaktikasında  istifadə 
olunmalıdır. 
İlk  növbədə,  düzgün  rejim  və  qidalanma  təyin  edilməlidir.  Xronik 
infeksiya  ocaqlarının  sanasiyası  aparılmalı,  orqanizmin  müqavimət 


 
153 
qabiliyyəti  qaldırılmalıdır.  Kəskin  fazada  xəstə  yataq  rejimində  olmalı, 
temperatur  normallaşdıqda  yataq  rejimi  azaldılmalıdır.  Pəhrizə  xüsusi  fikir 
verilməlidir.  Bəzi  alimlər  şəkər-meyvə  günlərini  təklif  edirlər.  Son  illər 
pəhrizdə  kartofa  mühüm  yer  verilir  (xüsusilə,  oksalaturiya  zamanı)  bu 
zaman  1500  q  kartof,  40-50  q  yağ,  15  q  şəkər,  150-200  q  çovdar  çörəyi 
məsləhət görülür. 1,5-2 l-ə qədər kompot, kisel, çay,şirələr təyin edilir. Süd, 
kəsmik,  pendir,  ət,  balıq,  kolbasa  və  undan  hazırlanmış  yeməklər  verilmir, 
xiyar, turp, salat, kələm kimi qidalar isə məhdudlaşdırılır. Pielonefrit residiv 
xarakter  daşıdıqda,  kalium  duzları  azalır,  asidoz  meydana  çıxır.  Bu  zaman 
badımcan, yerkökü, balqabaq, pomidor, qarpız təyin etmək lazımdır. 
Antibakterial  terapiyaya  xüsusi  yer  verilməlidir.  İlk  növbədə 
antibiotiklər  təyin  olunmalıdır,  bu  zaman  mikrobların  antibiotiklərə 
həssaslığı  yoxlanılmalıdır.  Nefrotoksik  təsirə  malik  antibiotiklərin  təyini 
məsləhət  deyildir.  Antibiotiklərlə  yanaşı  nitrofuran  törəmələri  (furadonin, 
furagin və s.) nalidiksin turşusu (neqram, neviqramon), 5-NOK, biseptol, C, 
B qrup vitaminləri təyin olunmalıdır. 
Ümumiyyətlə,  PN-in  müalicəsində  antibakterial  terapiya  aşağıdakı 
qaydada təyin edilir:  
1) 10-14 gün antibiotiklər;  
2) 10-14 gün furadonin, furagin; 
3) 14-21 gün neviqramon; 
4)  35  gündən  sonra  sulfanilamid  preparatları  (biseptol,  sulfazol, 
urosulfan vs s.) çoxlu maye ilə birgə təyin olunur; 
5) fitoterapiya 
Prosesin sönməsi dövründə nikotin 0,075-0,1 q/kq çəkiyə sutkada 4-6 
dəfə  2-3  həftə  ərzində  qəbul  edilir.  Stimuləedici  terapiya  məqsədilə 
retabolil,  nerabol,  Stimol  təyin  olunur.  Son  illər  pielonefritin  müalicəsində 
immun- 
modulyasiyaedici 
preparatlardan 
(pentoksil, 
metilurasil, 
prodigiozan,  imunofan,  siklosporin,  likopid  və  s.)  istifadə  edilir.  Beləliklə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə