143
uretranın xarici səthi mexaniki təsirə məzur qalır ki, bu da uropatogen
mikrobların keçməsinə şərait yaradır.
İnfeksiyalaşmanın hematogen yolla yoluxması nadir hallarda olur və
ən çox sepsis və apostematoz nefrit zamanı mümkün olur.
Limfogen
yolla
infeksiyalaşma
məsələsi
mübahisəlidir.
Mikroorganizmlərin limfogen miqrasiyası barədə bir hipoteza vardır ki,
burada mikroorqanizmlərin bağırsaqdan mezenteral limfa düyünlərinə,
oradan da qan damarlarına translokasiyası güman olunur.
Sistit. Xitam olunmanın SYİ-nın inkişafına təsiri. Bəzi ölkələrdə adət
olaraq oğlan uşaqlarının xitam edilməsi onlarda sidik sistemi
infeksiyalarının rastgəlmə tezliyini xeyli azaltmışdır. Bu da xitam zamanı
uropatogen mikroorqanizmlərin rezervuarı olan prepusial kisənin kəsilməsi
ilə əlaqədardır.
Sidik kisəsində infeksiyanın inkişafı, uropatogen bakteriyanın sidik
kisəsinə düşməsi hər zaman iltihabi proseslə müşayiət olunmur.
Sidik yaxşı qidalı mühit olmasına baxmayaraq, sağlam uşaqlarda
uretranın distal hissəsi istisna olmaqla sidik sistemi sterildir. Sidik
ifrazınının mikrobları mexaniki yolla yumasından başqa, sidik kis əsinin
selikli qişasının tamlığını qoruyan bir sıra faktorlar vardır. Keçid epitelinin
hüceyrə qatı mukopolisaxarid (hidrofil qlikozaminqlikan) səthi ilə örtülüdür.
Mukopolisaxarid qatı bakteriyaların uroepiteli ilə əlaqəsinə mane olur və
onların adgeziyasını çətinləşdirir. Ekzogen mexaniki və kimyəvi təsirlər
mukopolisaxarid qatını dağıda bilər. Lakin, eyni zamanda bu qat sutka
ərzində bərpa olunur və öz xüsusiyyətlərini saxlayır.
Normada sidik kisəsində bakteriyalar 15 dəqiqə ərzində məhv olur.
Qalıq sidiyin miqdarı artdıqca, sidik kisəsinin yerli müdafiəsi kəskin azalır.
Məlumdur ki, sidik kisəsinin tez-tez boşalması zamanı orada bakteriyaların
konsentrasiyası bir neçə dəfə azalır ki, bundan da SSİ-nın profilaktikasında
istifadə olunur. Yalnız 4-5 yaşa kimi uşaqlarda fizioloji sidik kisəsinin tam
144
boşalması müşahidə olunur. Bu hal adətən, xroniki qəbizlikdə müşahidə də
olunur.
Sidiyin antimikrob xüsusiyyəti onun yüksək osmolyarlığı, aşağı PH,
sidik turşusu və üzvi turşuların yüksək miqdarı ilə əlaqədardır. Bu
xüsusiyyətlər südəmər uşaqlarda aşağı olduğuna görə, onların SSİ-na qarşı
həssaslığı da xeyli artır. Normal sidikdə olan uromukoidlər və
oliqosaxaridlər bağırsaq çöplərinin mannozaya həssas ştammlarının
uroepiteliyə
adheziyasına
mane
olur.
İnkişaf
anomaliyalarında
mikroorqanizmlər birbaşa sidik kisəsinə düşə bilər (kisə uşaqlıq boynu, kisə
bağırsaq svişlərində).
İnfeksiyanın böyrək parenximasında inkişafı. Normada bakteriyaların
sidik axarlarına və oradan da ləyənə keçməsinə sidik axarlarının aşağı
istiqamətli peristaltikası və sfinkterlər mane olur. Bu faktorların pozulması
və ya istənilən başqa sidik axarlarının dilatasiyasına səbəb olan normal
urodinamika pozğunluqları mikroorqanizmlərin qayıdan transportunu
asanlaşdırır.
Böyrək parenximasında infeksiyanın inkişafı eyni zamanda O və K
antigenlərə və R-fimbriy E.Coli ya qarşı antibakterial antitellərin sintezi ilə
müşayət olunur. Qan zərdəbənda antitellərin konsentrasiyası böyrək
parenximasında iltihab və büzüşmə ocaqlarının əmələ gəlməsi ilə birbaşa
əlaqəlidir.
Antitel sintezi ilə yanaşı faqositoz da aktivləşir. Damardaxili
qranulositlərin aqreqasiyası və ödemin nəticəsi olaraq gələcək skleroz
sahəsinin əsasını qoyan işemiya əmələ gəlir. IgG və IgA-nın
konsentrasiyasının artması komplbmentin əmələ gəlməsini stimulə edir ki,
bu da öz növbəsində iltihab mediatorların aktivliyini artırır. Lokal
iltihablaşma infeksiyanın ocaqdan kənara yayılmasına və inkişafına mane
olur. Böyrək kanalcıqların mənfəzində iltihabın təsiri altında O
2
radikallarının əmələ gəlir. Həmin radikallar isə nəinki bakteriyalara, eləcə
də tubulyar hüceyrələrə toksik təsir göstərir.
145
Böyrək məməcikləri və beyin qatı mikrob iltihabi prosesə daha çox
cəlb olunur. Bu da qabıq qatla müqayisədə burada aşağı intensivlikli qan
axını, aşağı PH, yüksək osmolyarlıq və daha yüksək osmolyarlıg və daha
yüksək azot konsentrasiyası ilə izah olunur. Sadalanan faktorlar
leykositlərin hemotaksisi zəiflədir və bakteriyaların inkişafı üçün əlverişli
şərait yaradır. Məlumdur ki, tam formalaşmış immun reaksiyaya malik
olmayan yenidoğulmuşlarlda böyrək parenximasında gələn infeksion proses
septik gedişli generalizasiyaya meyllidir. Belə yaş qrupunda, böyrəkdə qan
axınının aşağı olması böyrək büzüşməsinin inkişafına meyllilik yaradır.
Uşaqlarda SYİ-ı çoxlu risk faktorları olan xəstəliklər qrupuna aiddir.
Endogen risk faktorları arasında ilk 2 il ərzində uşaqlarda aparıcı faktor
sidik yollarının inkişaf anomaliyasıdır, əsasən də sidik kisəsi-sidik axarı və
pielorenal reflüksu. Yaş artdıqca ekzogen ətraf mühitin ekoloji pozğunluğu,
rasional olmayan qidalanma, ailədə və uşağın əhatəsində olan xronik
infeksiyalar, stress vəziyyətlər kimi risk faktorlarının rolu da artır.
Uşaqlarda SYİ-nin endogen risk faktorları:
1. III (B), IV (AB) qan qrupu
2. HLA-antigen B
13
, A
2
-A
10
, A
II
-A
19
, B
13
-B
15
, A
2
-B
16
, A
9
-B
13.
3. erkən yaş
4. sidik yollarının inkişaf anomaliyaları
5. urogenetal sahənin inkişaf anomaliyası (kisə uşaqlıq yolu və kisə
bağırsaq svişləri) urogenetal sinus
6. yüklənmiş irsiyyət (ailədə və ya qohumlarda inkişaf
anomaliyaları, mübadilə nefropatiyası və böyrək daşı xəstəliyi
olan uşaqların olması)
7. yarımçıqdoğulma
8. MSS-nin perinatal zədələnməsi nəticəsində sidik kisəsinin
neyrogen disfunksiyalası
9. bətndaxili infeksiyalar
10. konstitusiya anomaliyaları
Dostları ilə paylaş: |