30
qrup əzələlərin arası ilə baldırın dərin
toxuma sahəsinə yayıla bilər.
Dorello kanalı gicgah sümüyünün daş-
lıq hissəsində beyinin sərt qişası ilə aşağı
daşlıq cib şırımı arasında əmələ gəlir, daxi-
lindən uzaqlaşdırıcı sinir və mağaralı cibə
açılan venalar keçir.
Dördtərəfli dəlik (foramen quadrila-
terum) yuxarıdan kürəkaltı və kiçik girdə
əzələ, aşağıdan böyük girdə əzələ, içəridən
üçbaşlı əzələnin uzun başı, bayırdan isə bazu
sümüyünün cərrahi boynu ilə əhatə olunur
(
şək.48,A
). Bu dəlikdən qoltuq siniri və bazu
sümüyünü dolanan arxa arteriya keçir
(şək.
48,B)
. Bazu sümüyünün cərrahi boyununun
sınıqlarında bu damar – sinir dəstəsi zədələ-
nə bilər. Həmçinin, dördtərəfli dəlik irinli –
iltihabi proseslərin yayılmasında mühüm rol
oynayır. Belə ki, irinli – fleqmonoz proseslər
zamanı irin dördtərəfli dəliyin fassial arakəs-
məsini dağıdaraq qoltuq nahiyəsinin arxa
divarının dərisi altına və deltayabənzər əzə-
ləaltı nahiyəyə keçir.
Duqlas boşluğu – kişilərdə düz bağırsaq –
sidiklik çalası – excavatio rectovesicalis, qa-
dınlarda isə düz bağırsaq – uşaqlıq çalası –
excavatio rectouterina adlanır (
şək. 49
). Ki-
şilərdə periton sidik kisəsinin arxa səthi ilə
aşağıya doğru enərək, sidikliyin arxa səthini,
toxumdaşıyıcı axacaq ampulunun içəri kəna-
rını və toxum kisəciklərinin zirvəsini örtüb
Səkil 48. Üçtərəfli və dördtərəfli dəliklər və bu dəliklərdən keçən damar – sinir dəstələri
A: 1 – dördtərəfli dəlik; 2 – üçtərəfli dəlik; B: 1 – m.infraspinatus; 2 – m.teres minor; 3 – m.teres major;
4 – a.brachialis;5 – r.muscularis a.brachii profundus; 6 – n.cutaneus brachii medialis; 7 – caput longum m.tripitis brachii;
8 – r.muscularis n.radialis; 9 – caput laterale m.triceps brachii; 10 – caput mediale m.tricipitis brachii; 11 – tendo
m.tricipitis brachii; 12 – n.radialis et a.collateralis ulnaris superior; 13 – n.cutaneus antebrachii posterior; 14 – a.collateralis
mediana;15 – m.anconeus; 16 – m.flexor carpi ulnaris; 17 – m.trapezius; 18 – scapula; 19 – m.deltoideus; 20 – n.axillaris
et a.circumflexa brachii posterior; 21 – a.circumflexa scapulae; 22 – humerus; 23 – n.radialis et a.brachii profundus.
31
düz bağırsağın üzərinə keçir. Bunun sayə-
sində düz bağırsaqla sidiklik arasında düz
bağırsaq – sidiklik çalası adlanan bir çökək-
lik əmələ gəlir. Bu çalaya kəskin appen-
disitlər zamanı iltihabi ekssudat, mədə xora-
sının deşilməsi və parenximatoz orqanların
zədələnmələri zamanı qan toplana bilər.
Qadınlarda düz bağırsağın ön səthi ilə
uşaqlığın arxa səthi arasında peritondan
əmələ gəlmiş çökəklik isə düz bağırsaq –
uşaqlıq çalası (arxa Duqlas boşluğu) adlanır
və klinik baxımdan böyük əhəmiyyət kəsb
edir. Belə ki, arxa Duqlas boşluğu uşaqlıq
yolunun arxa tağından palpasiya edilir və
burada toplana bilcək patolo-ji mayenin olub –
olmaması yoxlanılır. Həmçinin, arxa Duqlas
boşluğu uşaqlıq yolunun arxa tağından keçil-
məklə punksiya olunur və burada olan pato-
loji mayenin xarakteri aydınlaşdırılır. Hətta
zərurət yaranan zaman uşaqlıq yolunun arxa
tağı kəsilərək açılır (kolpotomiya) və arxa
Duqlas boşluğuna toplanmış patoloji maye
boşaldılır.
Ənsəaltı üçbucaq (trigonum subocci-
pitalis) boyunun arxa səthində yerləşir. Bu
üçbucaq yuxarıdan və bayırdan başın yuxarı
çəp əzələsi, aşağıdan başın aşağı çəp əzələsi,
yuxarıdan və içəridən isə başın arxa düz əzə-
ləsi ilə əhatə olunmuşdur (
şək. 50,6
). Üçbu-
cağın hüdudları daxilində onurğa arteriyası,
ənsəaltı sinir, II və III boyun sinirlərinin arxa
şaxələri keçir.
Şəkil 49. Qadın (A) və kişi (B) çanağının sagital kəsiyi
1 – uşaqlıq borusu, 2 – yumurtalıq; 3 – uşaqlıq; 4 – düz bağırsaq; 5 – düz bağırsaq – uşaqlıq çalası (arxa Duqlas boşluğu);
6 – uşaqlıq yolu; 7 – sidik kanalı; 8 – qasıq bitişməsi; 9 – sidik kisəsi 10 – sidiklik – uşaqlıq şalası (ön Duqlas boşluğu);
11 – sidiklik – düz bağırsaq çalası.
Səkil 50. Ənsəaltı üçbucaq
1 – n.suboccipitalis; 2 – II boyun sinirinin arxa şaxəsi;
3 – III boyun sinirinin arxa şaxəsi; 4 – m.obliquus inferior
capitis; 5 – a.vertebralis; 6 – trigonum suboccipitalis;
7 – m.rectus posterior capitis; 8 – m.obliquus superior
capitis.
32
Fallop boruları (uşaqlıq boruları – tu-
bae uterinae) uzunluğu 10 – 12 sm boru-
şəklli cüt üzvlərdən olub, uşağlığın yan tə-
rəflərində, enli bağın yuxarı kənarında yer-
ləşmişdir (
şək. 51,3
). Vəzifəsi yumurta hü-
ceyrəsini qəbul etmək, mayalandırmaq və
uşaqlıq borusuna ötürməkdir. Divardaxili,
boğaz, ampul və qıf hissələrdən təşkil olun-
muşdur. Uşaqlıq boruları vasitəsilə kiçik ça-
naq boşluğu xarici mühitlə əlaqələndiyindən
infeksion və irinli iltihabı proseslər asanlıqla
xaricdən periton boşluğuna keçə bilər.
Fallop kanalı (üz siniri kanalı – cana-
lis n.facialis) gicgah sümüyünün daşlıq his-
səsində olan ən uzun və geniş kanal olub da-
xili qulaq keçəcəyinin dibindən başlayır. Əv-
vəlcə üfiqi istiqamətdə arxadan önə, sonra
isə bayıra doğru gedir. Böyük daşlıq siniri ka-
nalı səviyyəsində yuxarı dizcik – geniculum
superius canalis nervi facialis adlanan genişlik
və əyrilik əmələ gəlir. Daha sonra bir qədər
geriyə dönərək, təbil boşluğunun içəri diva-
rında olan üz siniri hündürlüyü səviyyəsində
aşağı dizciyi ( geniculum inferius canalis
nervi facialis) əmələ gətirir və biz – məmə-
yəbənzər dəliklə sona çatır (
şək. 52,9
). Biz –
məməyəbənzər dəlikdən bir qədər yuxarıda
üz siniri kanalında təbil teli kanalcığının də-
liyi yerləşir və buradan eyni adlı sinir keçir.
Farabef üçbucağı yuxu üçbucağının
bir hissəsini təşkil edir və yuxarıdan dilaltı
sinirlə, yanlardan isə daxili vidaci vena və
üzün ümumi venası ilə hüdudlanır (
şək. 53,5
).
Bu üçbucaqdan xarici yuxu arteriyasını əldə
Şəkil 51. Uşaqlıq və uşaqlıq boruları
1 – isthmus tubae uteri; 2 – ovarium; 3 – tuba uterina;
4 – fimbriae tubae ; 5 – lig.latum uteri; 6 – a.uterina;
7 – lig.ovarii proprium
Şəkil 52. Üz siniri kanalı (Fallop kanalı)
1 – məməyəbənzər mağara; 2 – məməyəbənzər hücrələr; 3 –
biz – məməyəbənzər dəlik; 4 – girdə pəncərə;
5 – hündürlük; 6 – yuxu kanalı; 7 – üçlü sinir qanqlionuna
məxsus basıqlıq; 8 – ilbizəbənzər çıxıntı; 9 – üz siniri kanalı.
Şəkil 53. Başın və boyunun venaları və arteriyaları
1 – v.facialis; 2 – n.hypoglossus; 3 – a. carotis communis;
4 – v.jugularis interna; 5 – Farabef üçbucağı.
Dostları ilə paylaş: |