Lentali konveyerləRİn hesablanmasi



Yüklə 400,41 Kb.
səhifə23/45
tarix05.02.2022
ölçüsü400,41 Kb.
#83477
1   ...   19   20   21   22   23   24   25   26   ...   45
İEQ. yanacaq.yan. nəz. v. təs.

10.4Mazut nasosxanası.

Mazut çənlərindən mazutun verilməsi üçün mazut nasosxanalarından istifadə olunur.Bundan ötrü ayrıca mazut nasosxanası tikilir.Mazut nasosxanası mazutları yanmağa hazırlayan bir qurumdur.Mazut nasosxanasında mazut təmizlənir, qızdırılır, lazım olan təzyiq verilir.Mazut nasosxanaları bir pilləli və iki pilləli olurlar.Pillələrin sayı qazanın forsunkalarının qarşısındakı təzyiqdən, resirkulyasiya üsulundan asılıdır.

İES-in mazut nasosxanasına nasos şöbəsi, idarə etmə mərkəzi, paylayıcı elektirik mərkəziŞ transformatorlar kamerası, ventilyasiya qurğusu və s daxildir.

Mazut nasosxanasında 0,00 m səviyyəsində 2-ci pillə nasosları və narın təmizləmə filtirləri yerləşdirilir. 0,00m səviyyəsindən 2, 10 m aağıda isə 1-ci pillə nasosları sirkulyasiya nasosları, kondensat nasosları, drenaj və s. nasoslar yerləşdirilir. Mazut nasosxanasından kənarda mazut qızdırıcılıarı, kondensat çənlər, mazut tutucuları, mazutla çirklənmiş drenaj çənləri və s.yerləşdirilir.

İES-də hər bir pilləüçün 3 nasos (1-i ehtiyyat), hər nənaye qazanxanasının mazut təsərrüfatı hər bir pilləüçün 2 nasos (1i ehtiyyat0 quraşdırılır.

Mazut nasosxanasından hər bir qurğudan ehtiyyat nəzərdə tutulur. Belə kiş 1-ci və 2-ci pillə nasoslardan hərəsindən 1-i, bir ehtiyyat qızdırıcı, sirkulyasiyalı qızdırmaq üçün 1 nasos və 1 qızdırıcı 1 filtir və s.

Mazutu çənlərdən vurmaq üçün istifadə olunan mazut nasoslarıüfiqi valüzərində yerləşmiş və mayeyə batırılan nasoslar olurlar. Hər iki nasosun elektrik mühərriki kip silindr içərisində yerləşdirir.

Əgər mazut yer səthində yerləşdirilirsə, (yerüstü) onda 2 pilləli (qaldırıcı) nasoslardan istifadə olunur. I qaldırıcı nasoslar mazut çəni və mazut qızdırıcıları arasında yerləşdirir və yaratdığı təzyiq 0,5-0,6 MPa qədər olur.II qaldırıcı nasoslar isə mazut qızdırıcılarından sonra qoyulur və yaratdığı təzyiq 4-5 MPa, maksimum 6,4 MPa olur.

Əgər mazut çanları yer səthundən aşağıda yerləşdirilərsə, onda ikinci qaldırıcı nasoslar qoyulur, I qaldırıcı nasosları isəçənə salınmış mayeyə batırılan nasoslar əvəz edir.I və II qaldırıcı nasosların hər birinin sayı 3 ədəd götürülür.Bunlardan ikisi işlək, 1i isə ehtiyatda olur.

Nasosun məhsuldarlığı stansiyanın mazut sərfindən 20-25% artıq götürülür. Bu 20-25% resurklyasiya olunan mazutun miqdarına bərabərdir.

Yanğın təhlükəsinə qarşı tədbir olaraq mazut nasosxanası baş binadan 200-1000 m uzaqda tikilir. Mazut nasosxanası partlayışı təhlükəsi yaradan obyektlər kateqoriyasına aiddir.

Mazut nasosxanaları yerləşdirilməsinə görə 2 cür olur

1.Yerüstü

2.Yeraltı

Orta və böyük güclüİES-lərdəəsasən yerüstü mazut nasosxanalarından istifadə olunur.Bu mazut nasosxanalarının tikilməsində məqsəd böyük həcmli çənlərə xidmət göstərməkdir.

Yeraltı mazut nasosxanaları isə kiçik güclü qazanxanalar üçün məqsədə uyğundur. Bu tip mazut nasosxanalarının istisması zaman nasosxananın temperaturunu 250C-yə yaxın saxlamaq lazımdır. Binanın ventilyasiyası vacib şərtlərdən biridir.

Qazanın qarşısındakı qorelkada mazutun təzyiqin asılı olaraq, mazut nasosxanasının sxemləri 2 cür olur.

1.Bir pilləli

2.İki pilləli

Şəkil 10.32-də bir pilləli mazut nasosxanasının prinsipal sxemi göstərilmişdir.Burada mazut (5) nasosları vasitəsiləəsas çəndən (2) əsas mazut qızdırıcısına verilir.Burada qazanxanaya verilmək üçün qızdırılır.Bütün avadanlığın normal işləməsini təmin etmək üçün mazut mexaniki qarışıqlardan təmizləməlidir.Bu məqsədlə, sorma xəttində nasoslardan əvvək kobud filtrlər (4) yerləşdirilir.Əsas mazut qızdırıcısından sonra isə narın filtr (3) yerləşdirilir.Mazutun temperaturunu lazımı həddə saxlamaq üçün resirkulyasiya sistemindən istifadə olunur.Resirkulyasiya konturunda nasos (6) iki qızdırıcı (1) yerəşdirilir.Resirkulyasiya xəttində də mazutu təmizləmək üçün (4) kobud filtrdən istifadə olunur.Mazut təsərrüfatında qızdırıcı istilik daşıyıcı kimi buxarsan istifadə olunur.

Kondensat mazut nasosxanasından (8) çəninə verilir.Kondensat çənindən kondensat (7) nasosları vasitəsilə kimyəvi təmizləməyə göndərilir.

Şəkil 10.32 Bir pilləli mazut nasosxanasının prinsipal sxemi

1-qızdırıcı 2-əsas qızdırııcı 3-narın filtr 4-kobud filtr 5-əsas nasos 6-nasos 7-kondensat nasosu 8-kondensat bakı


Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə