Lentali konveyerləRİn hesablanmasi


Energetik yağlar haqqında ümumi məlumat



Yüklə 400,41 Kb.
səhifə37/45
tarix05.02.2022
ölçüsü400,41 Kb.
#83477
1   ...   33   34   35   36   37   38   39   40   ...   45
İEQ. yanacaq.yan. nəz. v. təs.

Energetik yağlar haqqında ümumi məlumat.

Texniki yağların funksiyası maşın və mexanizmlərdə sürtünməni azaltmaq, sürtünən hissələri soyutmaq, detalların sıradan çıxmasının qarşısını almaq və onları korroziyadan qorumaqdır. Sürtünmə azalan zaman mexanizmin faydalı işəmsalı artır. Onların köhnələmə sürəti aşağı düşür. İşlək hissələrin yağlanması onların sürtünən zamanı artmış temperaturunu aşağı salır, bununla da işləmək üçün sürtünən hissələrdə normal temperaturşəraiti yaradır.

Yanğın tənzimləmə sistemlərində adətən yağlar işçii və sürtgü mayesi kimi istifadə olunur. Elektrik avadanlıqlarında,izoləedici və soyuducu cisim kimi , daxili yanma mühərriklərin­də, kompressorlarda və başqa porşenli maşınlarda kipləyici mühit kimi də istifadə olunur. Qatı sürtgü yağları adətən sürtünmənin, korroziyanın qarşısını almaq üçün istifadə olunur.

Məlumdur ki, heç bir bərk cisim ideal hamar olmur. Kələ-kötürlülük dalğalılıq metallar bir0birinə sürtünən zaman daxili sürtünməni yaradır. Bu müqavimətə qarşı yönəlmiş qüvvə sürtünməsi qüvvəsi adlanır. Hər bir sürtünmə maşın mexanizminin f.i.ə-ni aşağı salır. Sürtünmə sürtünən səthlərin tez sıradan çıxmasına, maşın mexanizmlərinin işləmə müddətinin azalmasına səbəb olur və onların istismarına sərf olunan xərcləri artırır. Bəzi hallarda sürtünmə faydalıdır, tormoz qurğularında ötürücü mexanizmlərdə və s.




Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə