Lentali konveyerləRİn hesablanmasi



Yüklə 400,41 Kb.
səhifə45/45
tarix05.02.2022
ölçüsü400,41 Kb.
#83477
1   ...   37   38   39   40   41   42   43   44   45
İEQ. yanacaq.yan. nəz. v. təs.

Tərkibində suyun olması.

İstismar zamanı su yağın tərkibində xaricdən müxtəlif kimyəvi reaksiyaların nəticəsində daxil olur. Su yağın keyfiyyət göstəricilərini, yağın yağlama qabiliyyətini pisləşdirir, metal hissələri korroziyaya uğradır. Ona görədə yağın tərkibində su yol verilməzdir.

Tərkibindəki mexaniki qarışıqlar.

Mexaniki qarışıqların yağın tərkibində olan bərk cisimlərin çökməsi və ya asılı vəziyyətdə olmasıdır. Onların yağın tərkibində olması sürtünmə zamanı işlək hissələrin qızmasına və sürtünərək sıradan çıxmasına gərib çıxarır.

Tərkibində həll olan turşu və qələvilərin olması

Bu göstərici yağın korroziya aktivliyini xarakterizə edir. Suda həll olan turşular, alçaq molekulyar üzvi turşuların qarışığıdır. Bunlara sirkə qarrışqa turşuları aiddir. Bu turşular yüksək molekulları suda həll olan karbohidratların oksidləşməsi zamanıəmələ gəlir. Yağın tərkibindəki qələvi həmin yağı emal edərkən su ilə təmiz emal yuyulmadıqda qalır. Yağın tərkibində qələvinin olmasıçöküntüyə səbəb olur ki, bu da həmin yağın keyfiyyətinə mənfi təsir göstərir. İstismar şəraitinə görə yağın tərkibində olması metalların korroziyasına gətirib çıxarır. Yağın analizi pH=7 olduqda yağ istismara yararlı götürülür. Yağın turşuluğu deyildikdə onun tərkibində suda həll olan və olmayan yüksək molekulyar naften turşuları nəzərdə tutulur. Yağın tərkibinfə turşu oksidləşmə nəticəsində yaranır. Yağın tərkibində olan naften turşuları yüksək temperaturda su ilə birləşərək metalda korroziyaya səbəb olur. Yağın turşuluğunu xarakterizə edən turşu ədədi "K" yağın keyfiyyətini xarakterizə edən əsas paremtrlərdəndir.



Yağın küllülüyü; yağın küllülüyü onun tərkibində olan duz və digər mineral qarşıqların olması ilə xarakterizə olunur. Bu yağlsrın dərin təmizlənməsi zamanı yağın tərkibində qalır. Yağı buxarlanıb, yandırıb soyutduqdan sonra olan çəkisinə uyğun maddə olun küllüyüdür.

Oksidləşmə stabillik xassəsi

Bu xassə yanğın havanın tərkibində oksigenə qarşı müqaviməti ilə xarakterizə olunur. Yağın oksidləşməsi onun temperaturunu kəskin artırır. Bu prosesi sürətləndirən amilllər isə metalla kontakt, işığın təsiri və təzyiqdir.Yağ oksidləşən zaman onun tərkibində turşu və neytral maddələr əmələ gəlir. Neytral maddələrə asfaltenlər aiddir. Onlar yağın özlülüyünü artırırlar. Turş maddələrə isəüzvi turşular və fenollar aiddir.
Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə