Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə19/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   285

 

 

41 



Metropoliyalar  əsarət  aparatının  saxlanılması  üçün  müstəmləkə  altında 

yaşayan  xalqların  üzərinə  xərac  qoyurdu.  Müstəmləkələrdə  sahibkarlıq 

fəaliyyətini böyük iqtisadi imkanları öz əlində cəmləşdirən müstəmləkəçilər 

həyata  keçirirdilər.  Bunun  nəticəsində  müstəmləkələrin  gəlirləri  orada 

yaşamaqla  yanaşı,  metropoliyaya  pensiya  və  başqa  şəkildə  pul  vəsaitləri 

köçürən  əcnəbilərin  əlində  toplanırdı.  Hindistandan  köçürmələrin  həcmi 

onun ÜDM-nin 1,5%-nə,  İndoneziyadan isə  - milli  gəlirin 13%-nə  çatırdı. 

Müstəmləkəçilərin  mənimsədiyi  maddi  sərvətlər  metropoliyalara  daxil 

olaraq,  kapitala  çevrilirdi.  Hesablamalara  görə,  XVI  əsrdə  yeni  ərazilərin 

istismarından əldə olunan gəlirlər orta hesabla, Qərbi Avropa dövlətlərinin 

ümumi  məhsulunun  1%-nə  bərabər  idi.  Başqa  qiymətləndirməyə  görə, 

1492-1739-cu  illərdə  Asiya,  Afrika  və  Latın  Amerikası  ilə  ticarətdən  əldə 

edilən gəlirlər XVI-XVIII əsrlərdə Qərbi Avropada həyata keçirilən kapital 

qoyuluşlarının 1/5 hissəsindən də az olmuşdur. 

Qeyd olunmalıdır ki, əsrimizin başlanğıcı ilə müqayisədə XIX əsrin 

ortalarında  orta  ölçülü  müəssisənin  açılması  üçün  yüz  dəfələrlə  az  vəsait 

tələb olunurdu. Məsələn, müvafiq müqayisə aparıldıqda, ağır sənayedə ilkin 

kapital  qoyuluşları  425  dəfə,  o  cümlədən  qara  metallurgiyada  2  min  dəfə 

aşağı idi. 

Karl Marksın sözləri ilə desək, Qərb ölkələrinin iqtisadi tərəqqi tarixi 

"qanın  alovlanan  dilləri"  ilə  yazılmışdır.  Təkcə  təşəkkül  tapma  dövründə 

deyil,  iqtisadi  quruluşun  yetkin  formalarının  inkişafı  dövründə  də 

varlanmanın  qeyri-iqtisadi  metodları  təsərrüfatçılığın  inkişafının  mühüm 

mənbəyi kimi çıxış edirdi. 



Proteksionizm siyasəti ilkin yığımın mühüm tədbirləri sırasında əsas 

yer tuturdu. İqtisadi liberallıq doktrinasının yayıcısı və ixracatçısı olmazdan 

öncə  İngiltərə  ticarət  hegemonluğunu  azad  bazar  əməliyyatları  sayəsində 

əldə  etməmişdi.  1651-ci  ildə  qəbul  edilib,  iki  əsr  ərzində  qüvvədə  olan 

məşhur  "Naviqasiya  aktları"ndan  başlayaraq,  ölkənin  beynəlxalq  siyasəti 

rəqiblərin bütün mümkün üsullarla aradan qaldırılmasına yönəlmişdi. Adam 

Smitin azad ticarət ideyaları Britaniya sənayesinin kapitanlarının və iqtisadi 

siyasətin müqəddəratını müəyyən edənlərin davranışına cüzi təsir göstərirdi. 

XVI-XVII  əsrlərdə  hazır  məhsulların  idxalına  yüksək  rüsumlar  müəyyən 

edilmiş, xammalın, ərzağın ixracı qadağan olunmuşdu. Bu qaydalar 1820-ci 

illərədək mövcud olmuşdur. Məsələn, pambıq mallarından tutulan rüsumlar 

onların dəyərinin 75%-i, kətan parçaların isə 183%-i miqdarında idi. Bu cür 

tədbirlər  vasitəsilə  İngiltərə  daxili  bazarında  öz  məhsullarının  yüksək 

qiymətlərini qoruyub saxlayırdı. 

Avropanın bir sıra ölkələrində xarici ticarətin inhisarlaşdırılması  da 

vəsaitlərin  toplanmasına  şərait  yaradırdı.  Britaniyada  Şərqi  Hindistan, 

Afrika,  Yaxın  Şərq  ilə  aparılan  bütün  ticarət  əməliyyatları  kapitalları 



 

 

42 



səhmdar  ticarət  cəmiyyətlərində  birləşdirilmiş  Ost-Hind,  Türkiyə,  Afrika 

ticarət  şirkətlərinin  əlində  toplanmışdı.  Ticarət  inhisarı  prinsipi  XVII  əsrdə 

yaradılan Ost-Hind şirkətinin fəaliyyətində daha aydın görünürdü. Bu şirkət 

1813-cü  ilədək  Hindistan  və  Çinlə  ticarətdə  müstəsna  hüquqlara  malik  idi. 

O,  XVIII  əsr  ərzində  Hindistanda  bir  çox  əraziləri  zəbt  etməklə,  ölkənin 

müxtəlif  bölgələrində  vergiləri  toplamaq  hüququnu  özündə  saxlamışdı. 

Birbaşa qarət və ədalətsiz ticarət ona böyük mənfəət verirdi. 

Bu  dövrdə  texnikada  mühüm  irəliləyişlər  baş  vermişdi.  Artıq  XV 

əsrin birinci yarısında domna sobaları, ikinci yarısında isə məftil çəkilməsi 

üçün  qurğular,  yayma  dəzgahları,  metalın  kəsilməsi  üçün  mexanizmlər 

meydana çıxdı. 

XVI-XVIII  əsrlər  məhsuldar  xərclərin  artması  ilə  səciyyələnir. 

Kapital qoyuluşları norması XI-XII əsrlərdəki 3-5%-dən XVI-XVII əsrlərdə 

ÜDM-n  5-7%-nə  yüksəldi.  XVI  əsrdə  ilin  1/4  -  1/3  hissəsini,  Roma 

imperiyasının son dövrlərində isə 1/3-1/2 hissəsini təşkil edən bayramların 

sayı  xeyli  azaldıldı.  Bir  məşğul  adama  düşən  iş  vaxtının  miqdarı  XII-XIII 

əsrdəki 2400-2600 saatdan XVIII əsrdə 2700-2800 saatadək artırıldı. 

1500-1800-cü  illərdə  Şimali-Qərbi  Avropada  iqtisadi  inkişafın 

templəri  nəzərə  çarpacaq  dərəcədə  sürətləndi.  Qiymətləndirmələrə  görə, 

ÜDM-in  adambaşına  düşən  həcmi  əvvəlki  iki  əsr  ərzində  5-10%  artdığı 

halda, bu dövrdə 45-55% çoxalmışdı. 

XVIII əsrin sonlarında Qərb ölkələri iqtisadi inkişaf səviyyəsinə görə 

Şərq ölkələrini xeyli (1,6-1,8 dəfə) ötüb keçmişdi. Başqa qiymətləndirməyə 

görə isə, Qərb hətta XIX əsrin əvvəlində ÜDM-in adambaşına düşən həcmi 

göstəricisi üzrə Asiyanı o qədər də yüksək deyil, cəmi 1,2 dəfə üstələmişdi. 

Şərqin  daha  çox  inkişaf  etmiş  ölkələri  kapitalizmdən  əvvəlki  sənaye 

sahəlinin və istehsalların tam toplusuna, "Nuh əyyamından qalma kapitala" 

malik  idi,  onların  tacir  -  xırda  sənətkar,  muzdlu  işçi  münasibətləri  barədə 

təsəvvürləri vardı və təsərrüfatları Avropa dövlətləri ilə müqayisədə heç də 

aqrar  və  kustar  deyildi.  XIX  əsrin  əvvəlinədək  onlar  Avropa  bazarlarına 

təkcə  ədviyyat  və  ekzotik  əşyalar  deyil,  həmçinin  hazır  məmulatlar 

(parçalar, sənətkarlıq məhsulları) ixrac edir, Qərb ölkələri ilə ticarətdə aktiv 

ticarət  balansına  malik  idi.  Avropanın  pambıq  parça  sənayesi  ucuz  işçi 

qüvvəsi tərəfindən və yüksək ustalıq səviyyəsində buraxılan Hindistan, Çin 

məhsulları ilə rəqabət apara bilmirdi. XIII-XIX əsrlərdə Şərqin urbanizasiya 

səviyyəsi də nəzərə çarpırdı. Bu isə, əməyin peşələr üzrə bölgüsünün, ticarət 

və sələm kapitalının mövcudluğunu sübut edirdi. 

 

 



 

 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə