Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə21/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   285

 

 

45 



Hindistana  iplik  parça  ixracı  1618-1835-ci  illərdə  65  dəfə  artmışdı.  XIX 

əsrin  ortalarında  ixrac  olunan  parçaların  1/4  hissəsi  məhz  ora  göndərilirdi. 

Qərb  ölkələrinin  ucuz  sənaye  malları  yerli  sənətkarları  müflisləşdirirdi. 

Bundan  başqa,  müstəmləkəçilər  yerli  malların  istehsalına,  daşınmasına  və 

ticarətinə  ayrı-seçkilik  salan  vergilər  tətbiq  etməklə,  milli  istehsalı 

sarsıdırdılar.  

Şimal yarımkürəsində sənayedə çevriliş baş verməsi və onun sürətli 

inkişafı  müstəmləkələrin  təsərrüfatında  vəziyyəti  dəyişdirirdi.  Qərb 

ölkələrində  maşın  vasitəsi  ilə  istehsalın  (ilk  növbədə  resurstutumlu 

sahələrdə)  sürətlə  inkişaf  etməsi  xammala  olan  tələbatı  daim  artırırdı. 

Müəyyən ərazi üzərində hökmranlıq metropoliya şirkətlərinə xammalı aşağı, 

inhisar  qiymətləri  ilə  istehsal  etməyə  və  satın  almağa  imkan  verirdi.  İşçi 

qüvvəsinin  ucuzluğu,  istismarın  kapitalizmdən  əvvəlki  metodlarından 

istifadə  üçün  geniş  imkanların  mövcudluğu  (məcburi  qaydada  cəlbetmə, 

borcun işləməklə ödənilməsi və s.) böyük mənfəət təmin edirdi. 

_________________________________________________ 

Kapitalın ixracı 

 

XIX əsrin ortalarından etibarən Avropa ölkələrindən geniş miqyasda 

kapital  çıxarılmağa  başlandı.  Çıxarılan  vəsaitlərin  yarısından  çoxu  Şimal 

ölkələrinə,  o  cümlədən  24%-i  Şimali  Amerikaya,  digər  hissəsi  isə  Asiya, 

Latın Amerikası, Okeaniya, Afrika ölkələrinə gedirdi. Kapitalın əsas hissəsi 

infrastrukturun, ilk növbədə dəmir yollarının inkişafına yönəldilən istiqrazlar 

üzrə  borclardan  ibarət  idi.  Bu  dövrdə  kapital  bazarının  nəzərəçarpan 

cəhətlərindən biri dövlət istiqrazlarının üstünlük təşkil etməsi olmuşdur. 

Müstəmləkə  ölkələrində  yerləşdirilən  kapitalın  öz  xüsusiyyətləri 

vardı.  Bir  sıra  hallarda  kapital  qoyuluşlarının  əsas  hissəsi  onun 

metropoliyadan  çıxarılması  hesabına  deyil,  müstəmləkələrdə  dövlət  borcu 

formasında səfərbər olunması vasitəsilə təmin edilirdi. Bu borclar həmçinin 

müstəmləkə administrasiyasının xərcləri ilə bağlı olaraq yaranırdı. Kapitalın 

bu  tərzdə  ixrac  olunması  iqtisadi  inkişafı  ləngidirdi.  Yalnız  sonrakı 

dövrlərdə borcun tərkibində yol tikintisi ilə əlaqədar olan məhsuldar xərclər 

meydana çıxdı. 

Bu  dövrdə  sahibkarlıq  kapitalının  beynəlxalq  miqyasda  hərəkət 

etməsi  dünyada  inkişafın  səciyyəvi  cəhəti  olmuşdur.  Onun  çıxarılmasında 

portfel investisiyaları üstünlük təşkil edirdi, xarici investisiyaların 1/3 hissəsi 

isə  birbaşa  kapital  qoyuluşlarının  payına  düşürdü.  1913-cü  ildə  onların 

məcmu həcmi MDM-in 9%-dən çox olmuşdur. 1875-ci ildən sonra birbaşa 

kapital  qoyuluşlarının  hərəkəti  mütəmadi  xarakter  aldı.  Birbaşa  kapital 

qoyuluşlarının  təqribən  55%-i  indi  inkişaf  etməkdə  olan  ölkələrə,  o 

cümlədən  böyük  bir  hissəsi  Latın  Amerikasına  yönəldilirdi.  Sənayeləşmiş 




 

 

46 



altsistemdə  təqribən  bərabər  olan  axınlar  Avropa  və  Şimali  Amerikaya 

yönəlmişdi. 

Birbaşa  kapital  qoyuluşlarının  çox  hissəsi  (55%-i)  xammal 

sahələrinə,  20%-i  dəmir  yollarına,  10%-i  ticarətə  və  bölgü  şəbəkəsinə, 

nisbətən  az  hissəsi  isə  (15%)  emal  sənayesinə  yönəlirdi.  Emal  sənayesinə 

investisiya  qoyuluşları  Avropa  və  Şimali  Amerikada  cəmləşirdi.  Mə-

dənçıxarma  sənayesinə  və  plantasiya  təsərrüfatının  "bal  dövrü"  keçirdiyi 

kənd təsərrüfatına kapital qoyuluşları xüsusi əhəmiyyət kəsb edirdi. 

Sahibkarlıq kapitalının ixracı beynəlxalq istehsalın meydana çıxması 

ilə  nəticələndi.  Beynəlxalq  iqtisadi  mübadilə  münasibətlərinə  istehsal 

sahəsinin  əlavə  olunması  dünya  təsərrüfatının  keyfiyyətcə  yeni  mərhələyə 

qədəm  qoyduğunu  göstərirdi.  Bunun  nəticəsində  ölkələrin  iqtisadi 

təcridolunmadan  çıxması  sürətləndi,  sahələr səviyyəsində  beynəlxalq  əmək 

bölgüsü gücləndi. Beynəlxalq istehsalın inkişafında təbii maneələrin aradan 

qaldırılmasında  nəqliyyatın  inkişafı  mühüm  rol  oynayırdı.  XX  əsrin 

əvvəllərində  beynəlxalq  dəmir  yolu  şəbəkəsi  yaradılmış,  buxarla  işləyən 

gəmilərin  ixtirası  nəticəsində  dəniz  nəqliyyatı  təkmilləşdirilmişdi.  Okean 

daşımalarına çəkilən xərclər 2,3 dəfəyədək ixtisar olunmuşdu. 

Müstəmləkəçilik  sistemi,  ssuda  və  sahibkarlıq  kapitallarının  ixracı 

bir- birindən kəskin fərqlənən ölkələri və əraziləri nisbətən vahid təsərrüfat: 



dünya  təsərrüfatı  sistemində  -  birləşdirdi.  Burada  özünəməxsus  iqtisadi 

strukturun 

yaradılması 

müstəmləkələri 

və 

yarımmüstəmləkələri 



metropoliyaların  iqtisadi  əlavələrinə  çevirirdi.  Müstəmləkələrin  iqtisadiy-

yatına xaricdən gətirilən kapitalizm ukladı daxili bazarla yalnız orada çalışan 

yerli  işçilərin  ənənəvi  sektorların  buraxdığı  məhsullara  göstərdiyi  maraq 

çərçivəsində  bağlı  idi.  Bu  uklad  əsarət  altına  alınmış  ölkələrin 

iqtisadiyyatında  yad  cisim  idi.  Ümumiyyətlə  isə,  müstəmləkələrdə  təkrar 

istehsal  prosesi  istehsal  vasitələrinin  gətirildiyi  və  məhsulların  satıldığı 

metropoliyalardakı analoji prosesin davamına çevrilmişdi. 

Beləliklə,  XIX  əsrin  son  üç  onilliyində  uzunmüddətli  tarixi  proses 

başa çatdı. Beynəlxalq mübadilə, sahibkarlıq kapitalının ixracı ümumdünya 

xarakteri  aldı.  Yaranan  dünya  təsərrüfatı  sistemi  sənayecə  inkişaf  etmiş 

kapitalist  ölkələrindən,  müstəmləkə  və  asılı  vəziyyətdə  olan  çoxlu  sayda 

aqrar-xammal  ölkələrindən  ibarət  olmuşdur.  Qərb  dövlətlərinin  inkişafının 

qanunauyğunluqları  dünyada  təsərrüfat  münasibətləri  məcmusunun  əsas 

istiqamətlərini  müəyyən  etməyə  başladı.  İqtisadi  inkişafın  impulsları  məhz 

onlardan  gəlirdi.  Sosial-iqtisadi  baxımdan  dünya  təsərrüfatının  yaranması 

kapitalist  münasibətlərinin  zor  tətbiq  olunması  yolu  ilə  bütün  dünyaya 

yayılması prosesi kimi çıxış edirdi. 

 

 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə