Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə29/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   285

 

 

61 



____________________________________________  

Modernləşmə və neo-təkamül nəzəriyyəsi 

 

Bu  nəzəriyyə  tarixdə  mövcud  olan  insan  cəmiyyətlərinin  ikiqütblü: 

ənənəvi və müasir - olduğuna istinad edir. Nəzəriyyə ənənəvi cəmiyyətdən 

müasir  cəmiyyətə  keçidi  onların  müxtəlif  tərzdə  başa  düşülməsinə 

əsaslanmaqla  izah  edir.  Bu  nəzəriyyə  müasir  iqtisadi  artıma  keçidi  təkcə 

maddi  maraqla  deyil,  həmçinin  mənəvi  dəyərlərlə,  sosial  strukturun 

səfərbərlik tipinə keçidlə əlaqələndirir. Ənənəvi cəmiyyətlər yeniliklərə qarşı 

hazır  olmayan  fərdlər,  müasir  cəmiyyətlər  isə  xarici  aləmə  açıq,  dərin 

təfəkkürün  və  praktiki  təcrübənin  təsiri  altında  yeni  ideyaları  və  əşyaları 

tətbiq  edə  bilən  şəxslər  tərəfindən  idarə  olunur.  Modernləşmə  nəzəriyyəsi 

müxtəlif cəmiyyətlərin müasir hala düşməsini şərtləndirən və yaranan sosial 

quruluşun xüsusiyyətlərini müəyyənləşdirən insan mexanizmlərini və sosial-

struktur  proseslərini  nəzəri  baxımdan  açmaq  cəhdidir.  O,  qarşılıqlı 

beynəlxalq  əlaqələrin  ümumi  dəyişiklikləri  məcrasında  baş  verən  mədəni-

siyasi  və  iqtisadi  inkişafın,  müstəqil  inkişaf  meyilləri  kimi  təfsir  olunan 

sosial  və  psixoloji  səfərbərliyin  müxtəlif  cəhətlərini  əhatə  edir.  Nəzəriyyə 

"Avropalaşdırma",  "Amerikalaşdırma",  yaxud  "Qərbçilik"  kimi  anlayışları 

dəyişdirmiş,  tərəqqi  haqqında  etnomərkəzçi  təsəvvürləri  sıxışdırmışdır. 

Modernləşmə  nəzəriyyəsinin  metodoloji  əsasları  M.Veberin,  T.Pirsonun, 

Ş.Eyzenştadın  baxışlarına  istinad  edir.  M.Veber  kapitalizmin  yüksəlişini 

protestantlıqla  əlaqələndirməyə  və  başqa  mənsəb  sistemlərinin  müasir 

cəmiyyətin inkişafına necə mane olduğunu göstərməyə çalışırdı. 

Müasir  zamanda  modernləşmə  konsepsiyaları  ictimai-iqtisadi 

dinamikanın,  cəmiyyətdə  baş  verən  dəyişikliklərin  ayrı-ayrı  cəhətlərinə 

istinad  edirlər.  Bəzi  tədqiqatçılar  modernləşməni  istehsalın  adambaşına 

düşən  həcminin  artmasını  normaya  çevirən  ictimai  və  sosial  mühitin 

yaradılması  kimi  başa  düşürlər.  Bu  halda  təkcə  istehsalın  kəmiyyətcə 

artımında  deyil,  həmçinin  insanın  istehsal  fəaliyyətinin  yönəldiyi  dəyərlər 

sistemində  də  dəyişikliklərin  baş  verməsi  mühüm  sayılır.  İnstitusional 

çərçivədə  modernləşmə  ilk  növbədə  inkişaf  etməkdə  olan  ölkələrin  sosial-

iqtisadi  orqanizminin  yenidən  qurulması  kimi  nəzərdən  keçirilir 



(Q.Myurdal).  

Son  illərdə  modernləşmə  nəzəriyyəsi  o  qədər  də  geniş  yayılma-

mışdır.  Ənənəvi  və  müasir  anlayışlarının  arxasında  maddi  marağın, 

dəyərlərə müasir yanaşmaların dura bilməsi ehtimalı olduğuna görə, onların 

arasındakı fərqdən nəzəri baxımdan istifadə edilməsi çətindir. Bu nəzəriyyə 

inkişafa  kömək  edən,  yaxud  onu  ləngidən  siniflərin,  yaxud  maraqlar 

qrupunun rolunu aşağı salır, bir çox ziddiyyətlərə əhəmiyyət vermir və onda 

adətən fərdi xüsusiyyətlərə əsaslanan izahatlara xas olan məntiqsizlik vardır. 




 

 

62 



Modernləşmə nəzəriyyəsi çox vaxt ənənəvi və müasir cəmiyyətlərin 

təhlilinə  tarixi  mövqedən  yanaşan  neo-təkamül  nəzəriyyəsi  ilə  birləşdirilir. 

Neo-təkamül  nəzəriyyəsi  müasir  cəmiyyətin  sosial  təbəqələşmə  yolu  ilə 

ənənəvidən müasirə keçməklə inkişaf etməsi fikrinə əsaslanır. Ən bəsitdən 

nisbətən  mürəkkəbə,  "ən  aşağıdan  ali  qütbə"  doğru  inkişaf  edən  bioloji 

orqanizmlərdə  olduğu  kimi,  müasir  cəmiyyətlər  də  sosial  və  institusional 

baxımdan təbəqələşmişdir. XIX əsrin təkamül nəzəriyyəsindən fərqli olaraq, 

neo-təkamül  nəzəriyyəsi  xətti  ehkamı  təkzib  edir  və  ənənəvidən  müasirə 

keçidin  çoxsaylı  yollarının  olduğunu  təsdiqləyir.  Lakin  bu  konsepsiya 

kapitalizm yolunun ABŞ və Qərbi Avropa ölkələrində olduğu kimi, plüralist 

demokratiyadan keçməsinin alternativlərdən ən  yaxşısı olması fərziyyəsinə 

əsaslanır,  yəni  modernləşmə  ilə  vesternləşdirməni  (Qərbləşməni) 

eyniləşdirir.  Modernləşmə  və  neo-təkamül  nəzəriyyəsi  XX  əsrin  birinci 

yarısında üstün mövqe tuturdu. Onun məntiqinə görə, yeni millətlər inkişaf 

etmiş ölkələrə çevrilən kimi, avtomatik surətdə onların ailəsinə daxil olurlar. 

1950-ci  illərdən  Qərb  alimlərinin  təklif  etdikləri  modernləşmə  sxemləri 

azadlığa çıxmış və müstəmləkə ölkələrin reallıqları ilə bir araya sığmadıqları 

üçün, artan şübhə ilə qarşılanmağa başladı. 1960-cı illərdə Asiya və Afrika 

ölkələrində  antiimperialist  mübarizəsi  genişləndikcə,  başqa  konsepsiyalar 

funksional ortodoksluğa üstün gəlməyə başladı. 



__________________________________________________ 

Asılılıq nəzəriyyəsi 

 

1960-1970-ci  illərdə  qlobal  sistemin  inkişafının  ən  nüfuzlu 



konsepsiyası  asılılıq  nəzəriyyəsi,  yaxud  asılılıq  metanəzəriyyəsi  olmuşdur. 

Asılılıq metanəzəriyyəsi və periferiya inkişafı Latın Amerikasının bir qrup 

iqtisadçısı  və  sosioloqu  tərəfindən  irəli  sürülmüşdü.  Onun  banisi  məşhur 

Argentina  iqtisadçısı  R.Prebiş  idi.  Həmin  dövrdə  kütlələri  inkişaf  etmiş 

kapitalist  ölkələrinin  bəlalarından  azad  olan,  milli  və  müstəqillik  əsasında 

"ideal bazar cəmiyyəti" qurmaq naminə fədakarlığa çağıran milli kapitalizm 

və inteqral modernləşmə ehkamları 1959-cu il Kuba inqilabının təsiri altında 

nüfuzdan düşürdü.  

Metanəzəriyyə üç istiqamətə bölünür: (1) asılı geridə qalma, (2) asılı 

inkişaf  və  (3)  asılılığın  təkrarlanması.  Onun  ilkin  məqamı  kapitalist 

sisteminin  dünya  miqyasında  iqtisadi  inkişaf  doğurması  ilə  yanaşı 

beynəlxalq, milli və yerli səviyyələrdə inkişafı ləngitməsi barədə müddəadır. 

Asılılıq  və  geridə  qalma  nəzəriyyəsinin  tərəfdarları  iddia  edirlər  ki, 

kapitalizm sistemi inkişaf etməkdə olan ölkələrin geriliyinin səbəbkarıdır və 

o  mövcud  olanadək  həqiqi  inkişaf  qeyri-mümkündür.  Məsələn,  A.Frank 

göstərirdi  ki,  metropoliya  özündən  asılı  ölkələrin  izafi  iqtisadi  resurslarını 

mənimsəyərək,  onlardan  öz  inkişafı  üçün  istifadə  edir.  Asılı  ölkələr  isə  öz 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə