Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə26/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   285

 

 

55 



payı təqribən 4 dəfə - 17%-dən 4,5%-ə, Hindistanın payı təqribən 3 dəfə - 

12,1%-dən 4%-dək aşağı düşmüşdü (cədvəl 2.2).  

İnkişaf  etmiş  ölkələr  isə  öz  qüdrətini  durmadan  artırırdı.  Bu  artım 

əsasən ABŞ-ın sürətli iqtisadi inkişafı sayəsində baş verirdi. Qərb ölkələrinin 

ümumdünya  məhsulundakı  payı  1870-ci  ildəki  33%-dən  1950-ci  illərin 

əvvəlində 28%-ə  qədər  azalmışdı. Qərbi  Avropanın payının aşağı düşməsi 

onun  aparıcı  ölkələrinin,  xüsusilə  də  Böyük  Britaniyanın  nisbətən 

zəifləməsi, payının 1870-ci ildəki 9%-dən 1950-ci ildə 6,5%-ə azalması ilə 

izah edilir. 

 

Cədvəl 2.2. MDM-də ayrı-ayrı ölkələrin payı (AQP üzrə), % 



 

 

1870 



1913 

1950 

1973 

2001 

Britaniya 

9,0 

8,2 


6,5 

4,2 


3,2 

Almaniya 

6,5 

8,7 


5,0 

5,9 


7,1 

İtaliya 


3,8 

3,5 


3,1 

3,6 


3,0 

Fransa 


6,5 

5,3 


4,1 

4,3 


3,4 

Keçmiş SSRİ 

7,5 

8,5 


9,6 

9,4 


3,6 

Yaponiya 

2,3 

2,6 


3,0 

7,8 


7,1 

Hindistan 

12,1 

7,5 


4,2 

3,1 


5,4 

Çin 


17,1 

8,8 


4,5 

4,6 


12,3 

ABŞ 


8,8 

18,9 


27,3 

22,1 


21,4 

 

Mənbə:  Maddison  A.  The  World  Economy.  Historical  Statistics. 



OECD. P., 2003. P. 261.  

_____________________________________________ 

İqtisadi inkişaf səviyyələrinin dəyişməsi 

 

Dünya  təsərrüfatının  yaranması  və  sonrakı  inkişaf  mərhələlərində 



iqtisadi artım templərinin bütövlükdə sürətlənməsi onun inkişaf səviyyəsinin 

yüksəlməsi ilə müşayiət olunurdu. XX əsrdə  əhalinin sayı 4 dəfə  çoxaldığı 

halda, MDM-in adambaşına düşən həcmi 4,7 dəfə artmışdı. Amma iqtisadi 

artım  templəri  ilə  müqayisədə  ÜDM-in  adambaşına  düşən  həcminin 

dinamikası  müxtəlif  mərhələlərdə  qeyri-bərabər  olmuşdur.  Bu  göstərici 

1913-1950-ci illərdə və 1973-2000-ci illərdə aşağı düşmüşdür (cədvəl 2.3). 

 

Cədvəl 2.3. 1870-ci - 2001-ci illərdə adambaşına düşən  



MDM-in artım templəri  

  

 

1820-1870 

1870-1913 

1913-1950 

1950-1973 

1973-2001 

0,54 


1,30 

0,88 


2,92 

1,41 


 

Mənbə: Maddison A. Op. cit. 2003. P. 263. 

 



 

 

56 



Dünya  təsərrüfatının  əsas  altsistemlərinin  iqtisadi  inkişaf  səviy-

yələrində  də  mühüm  dəyişikliklər  baş  verdi.  Artım  templərindəki  fərqlər 

müstəmləkələrin və asılı ölkələrin inkişafda geridə qalmasına səbəb olurdu. 

1913-1950-ci  illərdə  Asiyada  ən  böyük  ölkələr  olan  Çində  və  Hindistanda 

istehsalın adambaşına düşən həcminin azalması nəticəsində orada ÜDM-in 

adambaşına  düşən  həcminin  artım  tempi  mənfi  göstəricilərlə  ifadə 

olunmuşdur.  Sənayecə  inkişaf  etmiş  ölkələrdə  isə  inkişaf  səviyyəsi 

yüksəlirdi.  Ölkələrin  iki  qrupunun  inkişaf  səviyyələri  arasındakı  fərqlər 

onlarda  istehsalın  adambaşına  düşən  göstəriciləri  arasında  aralanmanı  da 

genişləndirirdi.  ÜDM  AQP  üzrə  hesablandıqda,  adambaşına  düşən 

göstəricilər  arasındakı  fərqlər  1870-ci  ildəki  3  dəfədən  1950-ci  ildəki  3,9 

dəfəyədək və 2001-ci ildəki 6,3 dəfəyədək artmışdır. 

Ayrı-ayrı ölkələr arasındakı fərqlər daha çox nəzərə çarpır. 1820-ci 

ildə  ÜDM-in  adambaşına  düşən  həcmi  göstəricisinə  görə  dünyada  ən  çox 

inkişaf etmiş ölkə ən geridə qalan ölkəni 5 dəfə üstələyirdi. 1913-cü ildə bu 

nisbət 13 dəfəyədək, 1950-ci ildə 33 dəfəyədək, 2000-ci ildə 140 dəfəyədək 

artmışdır.  Bu  göstəricilər  arasında  fərqlər  əsasən  ölkələrin  sosial-iqtisadi 

quruluşundan,  dövlət  qurumlarının  və  xüsusi  təsisatların,  işçi  qüvvəsinin 

vəziyyətindən asılıdır. 

___________________________________________ 

Güc mərkəzləri 

 

Dünya  təsərrüfatının  ayrı-ayrı  hissələrinin  qeyri-bərabər  inkişaf 



etməsi  nəticəsində  burada  güc  mərkəzləri  formalaşdı.  Demək  olar  ki,  əsr 

yarım  ərzində  ABŞ  dünyada  aparıcı  mövqeləri  tutur  və  indiyədək  texniki 

tərəqqinin  istiqamətlərini,  dünyada  istehsalın  dinamikasını  əhəmiyyətli 

dərəcədə müəyyən edir. ABŞ-ın iqtisadi lider kimi irəli çıxması ilk növbədə 

kapital 

qoyuluşlarının 

həcminin 

artması, 

idarəçilik 

sisteminin 

təkmilləşdirilməsi,  texniki  tədqiqatların  aparılması,  daxili  bazarın 

genişləndirilməsi  sayəsində  mümkün  olmuşdur.  1880-cı  ildə  ABŞ-da 

məhsuldar vəsait qoyuluşlarının səviyyəsi o zaman dünyada aparıcı iqtisadi 

qüvvə olan Britaniya ilə müqayisədə təqribən 2 dəfə çox olmuşdu. XX əsrin 

əvvəlinə yaxın bu fərq 16% olmuşdur. 

ABŞ-ın yüksəlişi təkcə yeni məhsulların buraxılmasına deyil, həm də 

istehsalın  və  məhsul  satışının  yeni  üsullarının  işlənilib  hazırlanmasına 

əsaslanan  yeni  texnologiyaların  (teylorizm,  fordizm  və  s.)  inkişafı  ilə 

bağlıdır. 

Amerika iqtisadiyyatında peşəkar idarəçiliyi olan, yeniliklərə böyük 

diqqət verildiyinə görə tədqiqat işlərinin aparılması üçün təşkilati strukturlar 

yaradan  iri  korporasiyalar  təşəkkül  tapdı.  Aparıcı  universitetlərdə  tədqiqat 

şöbələri  yaradılır  və  məşhur  alimlər  Avropadan  buraya  dəvət  olunurdu. 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə