Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə28/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   285

 

 

59 



XXI əsrin əvvəli MDM-in həcminin 2009-cu ildə 2,2%, inkişaf etmiş 

ölkələrdə isə - 3,5% ixtisar olunması ilə yadda qalmışdır. 

Qeyd  olunmalıdır  ki,  istehsalın  dalğavari  xarakteri  mənfəət  dalınca 

qaçaraq  kapitalın  həddən  artıq  artırılmasını  və  buna  müvafiq  olaraq 

istehsalın  lüzumsuz  dərəcədə  genişləndirilməsini  ifadə  edir.  Böhran 

nəticəsində  istehsalın  ixtisar  olunması  əsas  kapitalın  kütləvi  surətdə 

yeniləşdirilməsi  ilə  müşayiət  olunur.  Bunlar  iqtisadi  enib-qalxma 

dalğalarının  və  dövrlərinin  əsasını  təşkil  edir,  məhsuldar  qüvvələrin 

səviyyəsinin  yüksəldiyini,  kapitalın  təkrar  istehsalın  yeni  şəraitinə  uyğun-

laşdığını  göstərir.  Beləliklə,  böhranlar  təkrar  istehsalın  ziddiyyətlərinin 

(istehsal və istehlak, istehsal və dövriyyə aralarında) həm milli təsərrüfatlar 

çərçivəsində, həm də bütövlüklə dünyada zorakılıq yolu ilə həll olunmasıdır. 

XX  əsrin  ikinci  yarısında  dalğada  əhəmiyyətli  dəyişikliklər  baş 

vermişdir.  İstehsalın  ixtisar  olunmasının  dərinliyi  və  davametmə  müddəti 

azalmışdır. Məsələn, ABŞ-da 1845-1945-ci illər ərzində orta iqtisadi böhran 

21 ay, 1945-2000-ci illərdə isə 11 ay davam etmişdir. Bunun əsas səbəbləri 

istehsalın strukturunda baş verən dəyişikliklər, xüsusən də, ixtisara nisbətən 

az  məruz  qalan  xidmətlər  sektorunun  genişlənməsi,  habelə  istehsalın 

azalması dövrlərində tələbin səviyyəsini saxlamağa imkan verən pul-kredit 

və maliyyə tənzimlənməsinin güclənməsidir.  

Milli  təsərrüfatların  istehsalın  sənaye  üsuluna  keçməsi  ilə  əlaqədar 

olaraq,  K.Marks  və  K.Juqlyar  tərəfindən  ətraflı  öyrənilmiş  ortamüddətli 

dalğalardan  başqa,  iqtisadi  inkişafın  inkişaf  templərində  uzunmüddətli 

dalğalar (ilk növbədə inkişaf etmiş ölkələrdə) müşahidə olunmağa başlandı. 

Rus  alimi  N.  Kondratyevin  adı  ilə  bağlı  olan  Kondratyev  dalğaları  40-50 

illik  dövrü  əhatə  edir.  Onların  əsasında  istehsalın  elmi-texniki  rejimlərinin 

dəyişməsi  durur.  İstehsalda  uzunmüddətli  tənəzzüllərin  baş  verməsi  1814-

1848-ci,  1873-1896-cı,  1920-1930-cu  və  1980-1990-cı  illərdə  müşahidə 

olunmuşdur. Bu mərhələlər kapitalın 3 formasının: pul, məhsuldar və əmtəə 

-  hərəkətini  əhatə  edən  struktur  böhranlarının  meydana  çıxması  ilə 

səciyyələnir.  Struktur  böhranı  məfhumu  istehsal  prosesinin  bütün 

həlqələrini:  bilavasitə  istehsalı,  beynəlxalq  əmək  bölgüsünü,  xarici  iqtisadi 

sahələri  -  əhatə  edən  böhran  kimi  təfsir  olunur.  Dünyada  təsərrüfat 

prosesinin mövcud sosial-iqtisadi parametrlərinin həm ümumdünya, həm də 

milli səviyyələrdə baş verən dəyişiklikləri də buraya daxil edilir. Bu zaman 

təsərrüfat  mexanizmlərində  dəyişikliklər  baş  verir.  İqtisadi  strukturun  bu 

köklü  dəyişiklikləri  müddətinin  uzun  olması  fərqlənir  və  ortamüddətli  bir 

dalğanın hüdudlarından kənara çıxır.  

  

 

 




 

 

60 



 2.6. Qlobal iqtisadi sistem konsepsiyası 

Qlobal  sistem  kimi,  dünya  təsərrüfatı  iqtisadi,  inkişaf  edən  və 

dinamik kateqoriyadır. Onun təkamülü, inkişafın bir mərhələsindən digərinə 

keçməsi  həmin  dəyişiklikləri  izah  edən  nəzəri  konsepsiyaları  ön  plana 

çıxarırdı.  Ölkələr  arasında  iqtisadi  münasibətlərin  inkişafını  və  ayrı-ayrı 

ölkələrin,  ölkə  qruplarının  dünya  təsərrüfatında  tutduğu  mövqeyi 

aydınlaşdıran  iki  qrup  konsepsiya  mövcuddur.  Birinci  qrupa  sahibkarlıq 

subyektləri  arasında  beynəlxalq  iqtisadi  münasibətlərin  inkişafını,  dünya 

təsərrüfatı  sisteminin  yaranmasının  və  inkişafının  səbəblərini  izah  edən 

nəzəriyyələr daxildir. Bunlar nisbi üstünlüklər (xərclər), istehsal amillərinin 

nisbəti, texnoloji fərqlər, kapitalın hərəkəti nəzəriyyələridir. 

Tarixən,  dünya  təsərrüfatı  milli  təsərrüfatların,  yaxud  onların 

müəyyən  qruplarının  sistemi  kimi  nəzərdən  keçirilmişdir.  Buna  görə  də, 

milli  təsərrüfatların  dünya  sistemində  tutduğu  mövqe  beynəlxalq  əmək 

bölgüsü  nəzəriyyələri  ilə  yanaşı,  bir  çox  başqa  konsepsiyaların  təhlilinin 

əsasında  durur.  Bu  nəzəriyyələrin  ümumi  mahiyyəti  milli  təsərrüfatların 

dünyada  fərqli  mövqe  tutmasıdır.  Qlobal  sistemin  aparıcı  konsepsiyaları 

sırasına  imperializm  və  neo-imperializm,  modernləşmə  və  neo-təkamül 

nəzəriyyələri, asılılıq, artım mərhələləri nəzəriyyələri, dünya sistemi, istehsal 

üsulları, qarşılıqlı asılılıq, əməkdaşlıq, qloballaşma nəzəriyyələri daxildir. 



_________________________________________________ 

İmperializm və neo-imperializm nəzəriyyələri 

 

Bu  nəzəriyyə  dünyanın  strukturunu  aparıcı  dövlətlər  arasında  yeni 



bazarlar,  xammal  mənbələri,  kapitalın  tətbiqi  sahələri,  siyasi  və  mədəni 

təsirin gücləndirilməsi uğrunda gedən mübarizə kimi izah edir. İmperializm 

deyildikdə,  inkişafın  "inhisarların  və  maliyyə  kapitalının  hökmranlığının 

bərqərar olduğu, kapital ixracının mühüm  əhəmiyyət kəsb etdiyi, dünyanın 

beynəlxalq  trestlər  tərəfindən  bölgüsünün  başlandığı  və  onun  bütün 

ərazisinin ən iri kapitalist dövlətləri arasında parçalanmasının başa çatdığı" 



(V.İ.Lenin)  mərhələ  başa  düşülür.  İmperializm  nəzəriyyəsinin  baniləri 

O.Bauer, R.Qilferdinq, V.Lenindir

İmperializm  nəzəriyyəsinin  bir  necə,  o  cümlədən  Britaniya 

imperiyasındakı  prosesləri  tədqiq  etmiş  C.Qobsonun  təmsil  etdiyi  sosial-

liberal istiqamətləri mövcuddur. İmperializmin marksist nəzəriyyəsi bir çox 

dünya  nəzəriyyələrinə  təsir  göstərmişdir.  Müstəmləkə  imperiyaları 

dağıldıqdan sonra  imperializm nəzəriyyələrinin populyarlığı  azaldı.  Amma 

imperializmin  sadəcə  müstəmləkə  tabeçiliyi  sistemi  deyil,  kapitalın 

təcavüzünün  təzahürü  olduğu  nəzərə  alınsa,  iqtisadi  imperializmin  bəzi 

formalarının  müstəmləkə  imperiyaları  dağıldıqdan  sonra  da  mövcudluğu 

mümkündür. 

 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə