68
münasibətlərinin konkret formaları dəyişmədən, onların inkişaf etməsi
qeyri-mümkündür. Məhsuldar qüvvələr inkişaf etdikcə, təsərrüfat
münasibətlərində də müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklər
kortəbii surətdə, dərin ziddiyyətlər şəraitində baş verir. Bununla da, istehsal
münasibətləri məhsuldar qüvvələrin yüksəlmiş səviyyəsinə uyğunlaşır, lakin
ziddiyyətlərin aradan qaldırılmaması məhsuldar qüvvələrin gələcək inkişafı
üçün stimul yaradır.
Dünya təsərrüfatının əsas təşkiledici qüvvəsi kimi daxili, xarici və
beynəlxalq bazarların məcmusundan ibarət olan, daim genişlənən dünya
bazarı çıxış edir.
Bazar əmək bölgüsünün miqyasını səciyyələndirir və ictimai
tələbatların göstəricisi qismində xidmət edir. Malların və xidmətlərin burada
satılması buraxılan məhsul çeşidinin cəmiyyətin tələblərinə uyğunluq
dərəcəsini müəyyən edir. Tələbat təsərrüfat strukturunun daxili ehtiyaclara
və beynəlxalq bazarlara nə dərəcədə istinad etməsi barədə informasiya verir.
Təkrar istehsal prosesinin ilkin və sonuncu komponentləri olan
istehsal və istehlak arasındakı əlaqələrin təhlili təsərrüfatların əmtəə
formalarının səviyyəsini, əməyin daxili və beynəlxalq bölgülərinin gəlirlərin
bölgüsünə, şəxsi və istehsal məqsədlərinə yönəldilən istehlaka, təsərrüfatın
ümumi nisbətlərinin dəyişməsinə təsirini göstərir.
Bazarın əsas həlqəsi olan rəqabət yeni, müəyyən dövrədək əlçatmaz
olan tələbatlar, vasitələr və texnologiyalar haqqında məlumatların aşkar
olunmasına, yayılmasına, onlardan səmərəli istifadə edilməsinə imkan
yaradır. Rəqabət bir tərəfin böyük ziyan çəkməsi, digər tərəf üçün isə qazanc
əldə edilməsi ilə bağlıdır.
Bazarın fəaliyyəti son nəticədə rəqabət və inhisar kimi qüvvələrin
əlaqələndirilməsindən və bir-birinə qarşılıqlı təsir göstərməsindən asılıdır.
Yetkin sahənin xalis inhisar kimi təşkil olunması meyli rəqabət və inhisarçı
qüvvələrin qarşılıqlı fəaliyyətinə əsaslanan yeni oliqopoliya mexanizminin
yaradılması ideyası ilə əvəz olunmuşdur. Oliqopolist mexanizmin ən başlıca
cəhəti tənzimləyici qüvvələr olan inhisarın və rəqabətin bir-birinə müəyyən
dərəcədə uyğunlaşmasıdır. Bazarların xüsusiyyətindən asılı olaraq, bunlar
arasındakı nisbət fərqi müxtəlif ola bilər. Oliqopoliya məhdud sayda iri
şirkətlərin hakim olduğu sahələrin strukturu əsasında meydana çıxır.
________________________________________________
Mexanizmin alətləri
Dünya təsərrüfatı mexanizminin alətləri qismində kapitalların (əmtəə
və pul) dünya təsərrüfatında hərəkətinin konkret formaları çıxış edir.
Bunlara beynəlxalq qiymət, ssuda faizinin dərəcəsi, valyuta məzənnəsi və
sair iqtisadi kateqoriyalar aiddir.
69
_______________________________________________
Qiymətin əmələ gəlməsi sistemi
Bu, bazar mexanizminin həlledici hissəsidir. Məhz qiymətlər və
onların dinamik surətdə enib-qalxması istehsal agentlərinin maraqlarını və
stimullarını müəyyənləşdirir, ictimai tələbatların dəyişməsinə cavab olaraq
istehsalı dəyişdirir. Qiymətin əmələ gəlməsi mexanizmi istehsalın
səmərəliliyi ilə bağlı olan əsas məsələləri:
(1) müxtəlif malların istehsalının beynəlxalq tələbata uyğunluğunu
qiymətləndirməyə;
(2) istehsalda tələbat meyarlarına uyğunlaşmaq istiqamətində
dəyişikliklərin həyata keçirilməsini stimullaşdırmağa həll etməyə imkan
yaradır.
Beləliklə, qiymətin əmələ gəlməsinin təkcə istehsal və mübadilənin
tənzimləyicisi kimi deyil, həm də istehsalın dünya miqyasında təşkilatçısı
qismində çıxış etməsi qlobal sistemin tarazlaşmasına xidmət edir.
Beynəlxalq bazarlarda qiymətin əmələ gəlməsinə iqtisadi, sosial və
siyasi qəbildən olan səbəblər təsir göstərir.
Beynəlxalq dəyərin kəmiyyəti müxtəlif ölkələrdə ixrac məhsulları
istehsal edən müəssisələrdə əmək məhsuldarlığı tərs mütənasib olaraq
dəyişir. Bu, müəyyən əmtəənin beynəlxalq dəyərinin inkişaf etmiş
ölkələrdəki milli dəyərindən yüksək, nisbətən zəif inkişaf etmiş ölkələrdəki
milli dəyərindən isə aşağı olması ilə nəticələnir. Buna görə də dünya
qiymətləri beynəlxalq orta xərcləri deyil, səviyyəsi əsas istehsalçıların
xərclərinə yaxın olan, nisbətən aşağı xərcləri əks etdirir.
Əmtəənin beynəlxalq qiymətlərlə satılması daha çox inkişaf etmiş
malgöndərənlərə və ölkələrə mənfəət əldə etməyə imkan yaradır, iqtisadi
baxımdan nisbətən zəif inkişaf etmiş ölkələr isə mallarını milli istehsal
qiymətləri səviyyəsindən ucuz verməyə məcbur olur. Nəticədə iqtisadiyyatı
nisbətən zəif inkişaf etmiş ölkələrdə yaradılan dəyərin bir hissəsi beynəlxalq
mübadilə vasitəsilə inkişaf etmiş ölkələrə köçürülür. Bu, əsasən qiymətin
əmələ gəlməsi mexanizmindəki kənarlaşmalar hesabına həyata keçirilir.
Məsələn, inkişaf etməkdə olan, bir növ bitkinin yetişdirilməsi üzrə
ixtisaslaşan ölkələr lazımi malları almaq məqsədilə valyuta vəsaitləri əldə
etmək üçün çox vaxt öz əmtəəsini istənilən şərtlərlə satmağa məcburdur.
Başqa xarakterli fikirlər də mövcuddur. Bunlar nisbi üstünlüklər
konsepsiyasının formal qaydada başa düşülməsinə əsaslanır. Belə ki, inkişaf
etmiş ölkənin daha aşağı nisbi xərclərlə buraxdığı əmtəənin inkişaf etməkdə
olan ölkəyə ixrac edə bilməsi onun bu malların istehsalında nisbi üstünlüyə
malik olduğunu göstərir və inkişaf etməkdə olan ölkə bunları daha ucuz
qiymətlə almaqla heç nə itirmir, əksinə, faydalanır.
TMK-nın beynəlxalq bazarlarda hökmranlığı da qiymətin əmələ