Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə33/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   285

 

 

70 



gəlməsinə mühüm təsir göstərir və bunun nəticəsində inhisar qiymətlərinin 

meydana  çıxması  mümkündür.  Bu  halda  TMK  satdıqları  mallara  yüksək, 

aldıqları mallara isə aşağı inhisar qiymətləri müəyyən edir. Qiymətin faktiki 

yüksək həddi tələb və istehsal imkanları ilə deyil, yeni rəqabət riski əsasında 

müəyyən  edilir.  Təcrübədə  TMK  qiymətləri  üstəlik  mənfəət  əldə 

olunmasına  imkan  verən,  lakin  bununla  yanaşı,  texnoloji  və  təşkilati 

xarakterli  yüksək  maneələr  olmadığı  hallarda  təhlükəli  yeni  rəqiblərin 

bazara girməsini stimullaşdırmayan səviyyədə müəyyənləşdirməyə çalışır.  

Çox  vaxt  əmtəənin  dünya  və  daxili  qiymətləri  üst-üstə  düşmür. 

İnkişaf  səviyyəsindən  asılı  olmayaraq,  demək  olar  ki,  bütün  ölkələrdə 

əmtəənin  daxili  qiyməti  onun  dünya  qiymətlərindən  yüksəkdir.  Xarici 

bazarlara  əmtəə  göndərişləri  rəqabət qabiliyyəti  daha  yüksək  olan ixracatçı 

ölkələr tərəfindən  həyata  keçirilir.  Bir sıra ölkələrin öz  əmtəəsinin ixracını 

açıq və gizli formalarda subsidiyalaşdırması da ixrac qiymətlərinin nisbətən 

aşağı səviyyədə olmasına imkan yaradır. 

_______________________________________________ 

Ssuda faizi 

 

Dünyada  təkrar  istehsal  prosesi  struktur  baxımından  eyni  tərkibli 



olmayaraq,  sahələr  və  bölmələr,  sahibkarlıq  fəaliyyətinin  növləri, 

kapitalların tipi, malların və xidmətlərin xarakterinə görə fərqlənir. Bu isə, 

kapitalın  hərəkətində  fasilələrin  yaranmasına,  diskretliyə  gətirib  çıxarır. 

Sahibkarlıq  subyektlərində  kapital  çatışmazlığı  səbəbindən  yaranan 

məhdudiyyətlər kredit vasitəsilə aradan qaldırılır. Təkrar istehsal prosesinin 

gedişi bir çox hallarda ssuda kapitalları bazarında tələb və təklifdən, kredit 

birliklərinin sahibkarlıq siyasətindən asılıdır. Bu təsir ssuda faizi, yaxud faiz 

dərəcələri  vasitəsilə  özünü  biruzə  verir.  Bunların  norması  gəlirin  ssudaya, 

borca verilən kapitalın məbləğinə nisbəti kimi müəyyən olunur: 

 

 

  



 

burada: i - faiz dərəcəsi; 



s - borcun ilkin məbləği; 

p - borcun artırılmış məbləğidir. 

 

Milli  təsərrüfatlar  çərçivəsində  ssuda  faizinin  aşağı  düşməsi  kreditə 



ehtiyacı  artırır,  investisiya  və  istehlak  mallarına  tələbatı  genişləndirir. 

Əksinə,  kreditin  bahalaşması  ona  olan  ehtiyacı  və  deməli,  istehsal 

vasitələrinə və istehlak mallarına olan tələbi də azaldır. Dünya təsərrüfatında 

isə, uçot dərəcələri əks təsir göstərir. Onların dəyişməsi məbləği milyardlarla 

      s-p 

        p 



i

 



 

 

71 



hesablanan,  "isti  pullar"  adlandırılan  qısamüddətli  əmanətləri  hərəkətə 

gətirir. Məsələn, 1980-ci illərin əvvəlində ABŞ-da uçot dərəcələrinin kəskin 

şəkildə artırılması buraya başqa ölkələrdən 420 milyard dollar məbləğində 

ssuda  kapitalının  axınına  səbəb  olmuşdur.  Bu  məbləğ  isə  həmin  dövrdə 

ABŞ-ın daxili investisiyalarının 22%-nə bərabər idi. 

_______________________________________________ 

Valyuta məzənnəsi 

 

Beynəlxalq  iqtisadi  əməliyyatlar  əksər  hallarda  bir  milli  valyutanın 



digərinə  dəyişdirilməsi  ilə  bağlıdır.  Valyutalar  arasında  mübadilə 

münasibətləri  nəticəsində  valyuta  məzənnəsi  (E



n

),  yəni  milli  pul  vahidinin 

(S

d

) qiymətinin başqa ölkələrin milli pul vahidləri (S



f

) ilə ifadəsi yaranır:  

 

Valyuta  məzənnələrinin  enib-qalxması  ixracın  və  idxalın  fiziki 



həcmlərinin  dəyişməsinə,  cari  əməliyyatlar  üzrə  tədiyyə  balanslarının 

tədricən  inkişafına,  xarici  investisiyaların  məbləğinə  və  istiqamətlərinə 

əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Valyutanın  dəyərdən  düşməsi  həmin 

ölkənin  ixracatçılarına  öz  məhsullarının  xarici  valyuta  ilə  ifadə  olunan 

qiymətini  ucuzlaşdırmağa  və  dəyişdirilməsi  zamanı  onun  məbləğinə 

bərabər,  yaxud  daha  çox  milli  valyuta  əldə  etməyə  imkan  yaradır.  Bu  isə 

onların  əmtəəsinin  satışını  asanlaşdırır  və  ixracın  artması  ilə  nəticələnir. 

Amma belə vəziyyətdə xarici ixracatçılar eyni məbləği öz milli valyutasında 

əldə  etmək  üçün  öz  əmtəəsinin  qiymətlərini  bahalaşdırmağa  məcbur 

olduqlarına  görə,  idxal  çətinləşir.  14  aparıcı  ölkə  üzrə  ekonometrika 

hesablamaları  göstərir  ki,  valyuta  məzənnəsinin  10%  dəyişməsi  ixracın 

həcmini  ABŞ,  Yaponiya,  Fransa,  İsveçdə  7%,  başqa  ölkələrdə  isə  3-4% 

azaldır, yaxud artırır. Eyni şərtlər daxilində idxalın həcmi 1%-i6% həddində 

dəyişir.  Ticarətdə  bu  cür  dəyişmələr  iki-üç  ildən  az  olmayan  dövrdə  baş 

verir.  Bəzi  ölkələr  valyuta  məzənnələrinin  tənzimlənməsi  üçün  "kollektiv 

müdaxilə"  metodundan,  yəni  valyuta  bazarlarında  məzənnəsi  onlar  üçün 

əlverişsiz  tərzdə  dəyişən  pul  vahidinin  alınması  və  ya  satılması  yolundan 

istifadə edirlər. 

Valyuta 


məzənnələrinin 

dinamikası 

sahibkarlıq  kapitalının 

hərəkətinə  də  mühüm  təsir  göstərir.  Valyutanın  məzənnəsinin  yüksəlməsi 

xarici  qiymətli  kağızların  əldə  olunması  xərclərini  azaltdığına  görə, 

investisiyaların  xarici  ölkələrin  iqtisadiyyatına  yatırılmasını  stimullaşdırır. 

Əksinə,  valyuta  məzənnəsinin  aşağı  düşməsi  milli  istehsalı  daha  cəlbedici 

edir və investisiyaların xaricə axıdılması stimullarını zəiflədir. 

Ümumiyyətlə,  faiz  dərəcələrinin  dəyişməsi  və  valyuta  məzən-

nələrinin  hərəkəti  dünya  iqtisadiyyatı  agentlərinin  investisiya  və  ticarət 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə