Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə40/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   285

 

 

84 



Qətnamələrin qəbuluna nail oldu. 

YBİQ  dövlətlərin  beynəlxalq,  siyasi  və  iqtisadi  münasibətlərdə 

bərabərliyini,  onların  öz  resursları  üzərində  suveren  və  səmərəli  nəzarəti 

həyata keçirmək hüquqlarını təsbit edirdi. Onun əsas konsepsiyalarından biri 

xammal və sənaye məhsulları arasında ədalətli nisbətlərin müəyyənləşdiril-

məsi,  xammala  olan  tələbatda  enib-qalxmaların  kəskinliyin  azaldılması 

tələbinin  qoyulması  idi.  Qiymətin  əmələ  gəlməsi  mexanizminin  dəyiş-

dirilməsi yollarından biri kimi indeksləşdirmə sistemi, yəni ən vacib xammal 

növlərinin  qiymətləri  ilə  hazır  və  emal  olunmuş  məhsulların  qiymətlərinin 

əlaqələndirilməsi, bu məhsulların ixracı zamanı  preferensiyaların müəyyən 

edilməsi  təklif  edilirdi.  İnkişaf  etmiş  ölkələrin  ÜDM-in  1%-i  həcmində 

məbləğin  heç  bir  şərt  qoyulmadan  hər  il  yardım  kanalları  vasitəsilə 

ötürülməsi təklifi də bu tələblərə daxil edilmişdi. 

İnkişaf  etməkdə  olan  ölkələrə  yeni  texnologiyaların  ötürülməsi, 

onlara  öz  ərazilərində  iqtisadi  fəaliyyətə  nəzarət  etmək,  o  cümlədən  xarici 

şirkətləri  milliləşdirməkdə  suveren  hüquqların  verilməsi  tələbləri  də  irəli 

sürülürdü. 

YBİQ  dünya  təsərrüfatının  və  beynəlxalq  iqtisadi  münasibətlərin 

gələcəkdə beynəlxalq rəqabətin kortəbii təsiri altında yarana bilməyəcəyini, 

inkişafın  özbaşına  buraxılmış  meyillərinin  istehsal  vasitələrinin  planetar 

miqyasda  səmərəli  yerləşməsini  təmin  etmədiyini,  dünyada  təsərrüfat 

əlaqələrinin  müəyyən  dərəcədə  dövlətlərarası  səviyyədə  tənzimlənməsinə 

ehtiyacın  olduğunu  təsdiqləyirdi.  Bu  zaman  beynəlxalq  bazarların  kortəbii 

qüvvələrinin zərər vurduğu ölkələrin maraqları nəzərə alınmalıdır. 

İnkişaf  etməkdə  olan  ölkələrin  əlavə  vəsaitlərin  verilməsi  barədə 

tələbləri  dünyada  gəlirlərin  onların  xeyrinə  yenidən  bölüşdürülməsi  ilə 

nəticələnə bilərdi, lakin Qərbin aparıcı dövlətləri məsələlərin həllini ikitərəfli 

və çoxtərəfli münasibətlər səviyyəsinə keçirərək, onları əhəmiyyətli blokada 

etdi.  Bu,  inkişaf  etməkdə  olan  ölkələrin  böyük  qisminin  Qərblə  müəyyən 

əlaqələndirmə  münasibətlərini  onlara  inkişaf  etmiş  ölkələrin  bazarlarında 

əlavə  imkanlar  verən  ümumi  preferensiyalar  sistemi  vasitəsilə  qurmasına 

gətirib çıxardı. 



___________________________________________ 

Yeni dünya qaydaları 

 

1980-ci illərdə  ABŞ həmin dövrədək bərqərar olmuş, sosial-iqtisadi 



irəliləyişləri və dünyada güclər arasındakı nisbətləri nəzərə alan beynəlxalq 

iqtisadi  qaydalara  münasibətini  dəyişdi.  Amerikanın  hakim  dairələri  hesab 

edirdilər ki, dünyanın iki sosial sistemə bölünməsi qlobal problemləri əsassız 

kəskinləşdirir,  beynəlxalq  razılaşmaların  etibarlılığını  azaldır  və  buna  görə 

də  ABŞ-ın  dünya  iqtisadiyyatında  hakim  mövqeyi  yenidən  bərpa 

olunmalıdır.  1991-ci  ilin  əvvəlində,  Qərb  ölkələrinin  İraqa  qarşı  hərbi 




 

 

85 



əməliyyatlar apardığı vaxt ABŞ prezidenti "dünyada  yeni qaydalar" fikrini 

irəli sürdü. 

"Yeni  dünya  qaydaları"  ABŞ-ın  üstün  mövqedə  durmasının 

dəstəklənməsini  nəzərdə  tuturdu.  Sosializm  birliyinin  və  SSRİ-nin 

süqutundan  sonra  ABŞ  dünyada  yeganə  fövqəldövlət  kimi  qaldı.  ABŞ 

qoşunlarının 1993-cü ildə Somali və Haitiyə, 1996-cı ildə BMT-nin bayrağı 

altında  keçmiş  Yuqoslaviyaya  yeridilməsi,  NATO-nun  aparıcı  ölkələrinin 

1999-cu  ilin  baharında  Yuqoslaviyaya  qarşı  təcavüzü,  2003-cü  ildə  İraqın 

işğalı  bunu  sübut  edir.  Yeni  dünya  qaydaları  iqtisadi  sistemin  sabitliyinin 

yalnız  aşkar  liderin  dominant  mövqe  tutduğu  xüsusi  dünya  təsərrüfatı 

strukturu daxilində təmin edilə biləcəyi barədə müddəaya əsaslanır. 

Əsrimizin birinci onilliyində inkişaf etməkdə olan ölkələrdə iqtisadi 

vəziyyətin  dəyişməsi,  Çinin  dünyada  ikinci  iqtisadi  qüvvəyə  çevrilməsi, 

"böyük  iyirmiliyin"  yaranması  bir  ölkənin  hakim  mövqe  tutmasına 

əsaslanan qaydaya yenidən baxılması üçün əsas verir. Dünya ictimaiyyətinə 

qlobal problemlər üzrə ağlabatan razılaşmaların  əldə olunmasını və onların 

həllində  bütün  dövlətlərin  vicdanlı  əməkdaşlığına,  sosial  və  geosiyasi 

ədalətə təminat verən demokratik qaydalar bunun alternativi ola bilər.  

 

 

Mövzu üzrə suallar: 



 

1. "Dünya təsərrüfatı mexanizmi" anlayışının mahiyyətini 

izah edin; 

2. Dünya təsərrüfatı mexanizmi hansı funksiyaları yerinə 

yetirir? 

3.  Dünya  qiymətlərinin  dünya  təsərrüfatına  təsirini 

səciyyələndirin; 

4. Ssuda faizi kapitalın hərəkətinə necə təsir göstərir? 

5.  Valyuta  məzənnəsinin  iqtisadiyyata  təsir  mexanizmini 

izah edin. 

6.  TMK  dünya  təsərrüfatına  hansı  alətlər  vasitəsilə  təsir 

göstərir? 

7.  Dünya  təsərrüfatına  təsir  göstərmək  üçün  dövlətlər 

hansı alətlərə malikdir? 

8. Regional inteqrasiya qruplaşmaları dünya təsərrüfatının 

fəaliyyətinə necə təsir göstərir? 

9. Beynəlxalq iqtisadi qurumların rolunu səciyyələndirin; 

10.  Dünyada  iqtisadi  qaydanın  xarakterik  xüsusiyyətləri 

nədən ibarətdir? 

11.  Yeni  Beynəlxalq  İqtisadi  Qaydalarla  Yeni  Dünya 

Qaydaları arasında prinsipial fərqlər nədən ibarətdir?  



 

 

86 



 

Fəsil 4 

________________________________________________ 

Dünyada təkrar istehsal prosesi 

 

 



Təsərrüfat  sisteminin  fəaliyyətinin  əsasını  insan  cəmiyyətinin 

varlığını  təmin  edən  malların  və  xidmətlərin  istehsalı  təşkil  edir.  Tarixən 

istehsal dövlətlərlə məhdudlaşan ərazilərdə inkişaf etmiş, dünya miqyasında 

isə pərakəndəlik, səpələnmə ilə səciyyələnmişdir. Dünya istehsal prosesinin 

maddi-təşkiledici  məzmunu  məhsuldar  qüvvələrin  (istehsal  amillərinin) 

beynəlmiləlləşməsi,  dünya miqyasında  yayılmasıdır. Təsərrüfatın bu  təzah-

ürü müxtəlif, lakin bir-biri ilə əlaqədar formalarda, o cümlədən beynəlxalq 

istehsalın genişlənməsi, ssuda kapitalının hərəkəti, texnologiyalar, mallar və 

xidmətlərlə mübadilə şəklində inkişaf edir. 

 

4.1. Beynəlxalq istehsal 

 

Təsərrüfat  birliklərinin  bilavasitə  beynəlxalq  istehsalı  dünya 



iqtisadiyyatının əsas sistem yaradan amilinə çevrilmişdir. 

_________________________________________________ 

Beynəlxalq istehsal anlayışı 

 

Beynəlxalq istehsal dedikdə, xarici sahibkarlıq kapitalının birbaşa və 

portfel  kapital  qoyuluşları  formasında  iştirakı  ilə  malların  buraxılması  və 

xidmətlərin göstərilməsi başa düşülür. 

Şirkətin  səhmdar  kapitalının  10%-dən  az  olmayan  məbləğində 

yerləşdirilən,  başqa  ölkələrin  sahibkarlıq  subyektlərinə  onun  Direktorlar 

Şurasının  formalaşmasında  və  istehsal  fəaliyyətinin  idarə  olunmasında 

əhəmiyyətli  dərəcədə  iştiraka  imkan  verən  pay  birbaşa  kapital  qoyuluş-

larıdır.  Nəzarət  hüququ  verməyən,  qiymətli  kağızlarda  yerləşdirilən  xarici 

kapital  portfel  kapital  qoyuluşlarına  aid  edilir.  Birbaşa  kapital  qoyuluşları 

səhmlərin  əldə  olunması,  firmalararası  borcların  alınması  və  xaricdə 

yerləşən  törəmə  müəssisələrin  mənfəətinin  yenidən  investisiyalara 

yönəldilməsi nəticəsində meydana çıxan kapital axınından yaranır.  

Birbaşa  kapital  qoyuluşlarının  artımı  əsasən  mövcud  olan  xarici 

şirkətlərin  birləşdirilməsi  və  bir-birinə  qovuşması  nəticəsində  baş  verir  və 

bu,  xarici  birbaşa  kapital  qoyuluşlarının  (XBKQ)  60-70%-ni  təşkil  edir. 

1990-cı  illərdə  inkişaf  etmiş  ölkələrdə  yeni  yaradılan  müəssisələr  onların 

ümumi dəyərinin 10-20%-dən çox olmurdu. 

Beynəlxalq  istehsal  bir  sıra  göstəricilərlə,  o  cümlədən  toplanan 

XBKQ-nin  həcmi,  onların  dinamikası  və  nisbi  kəmiyyətlərlə  müəyyən 

olunur. 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə