Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə37/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   285

 

 

78 



təşkilatın  mexanizmlərindən  istifadə  etmək  imkanları  yaradır.  ÜTT 

çərçivəsində  ölkələrin  bir-birinə  qarşı  ticarət  sanksiyaları  tətbiq  etməsinə 

icazə verən, məcburi olan qaydalar işləyib hazırlayan mübahisələrin nizama 

salınması  mexanizmi  mövcuddur.  Demək  olar  ki,  bu  dünya  təsərrüfatında 

yeganə məcburiyyət mexanizmidir. 

 ___________________________________________________ 

Dünya təsərrüfatının altsistemlərinin qurumları 

 

Dünya  təsərrüfatında  və  onun  ayrı-ayrı  altsistemlərində  baş  verən 

proseslərin  tənzimlənməsində  altsistemlərin  iqtisadi  inkişaf  problemləri  ilə 

məşğul  olan  təşkilatlar:  İƏİT  (İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı), 

BMSİT (BMT-nin Sənaye və İnkişaf Təşkilatı) mühüm rol oynayır. 

Fəaliyyətinin  miqyasına  və  istiqamətlərinin  müxtəlifliyinə  görə, 

inkişaf etmiş və inkişaf etməkdə olan ayrı-ayrı ölkələrin daxil olduğu İƏİT 

xüsusi  yer  tutur.  Bu  qurum  1948-ci  ildə  "Marşall  planını"nın  həyata 

keçirilməsi üçün yaradılmış Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının 1961-

ci ildə yenidən qurulması nəticəsində meydana gəlmişdir. 

İƏİT-nin  işində  əsas  yeri  inkişaf  etmiş  ölkələrin  daxili  iqtisadi 

siyasətinin işlənib hazırlanması və əlaqələndirilməsi tutur. Bu zaman tələbin 

tənzimlənməsinə  və  inkişafın  uzunmüddətli  meyillərinə  təsir  göstərdikləri 

üçün,  valyuta  və  büdcə  konsepsiyalarının  hazırlanmasına  xüsusi  diqqət 

yetirilir.  Fəaliyyətin  digər  istiqaməti  struktur  siyasətidir.  Bu  siyasət  üzv-

ölkələrin  dünya  iqtisadiyyatında  təzahür  edən  meyillərə  müvafiq  kanallar 

vasitəsilə  vaxtında  uyğunlaşması  qabiliyyətini  gücləndirir.  Bu  məqsədlə 

İƏİT  müxtəlif  sahələrdə  tənəzzül  əlamətlərini  müəyyən  edir,  kapitallar 

bazarının tənzimlənməsinin yeni alətlərindən istifadəni stimullaşdırır. 

İƏİT  dünya  iqtisadiyyatının  tənzimlənməsinin  mərkəzlərindən  biri 

qismində çıxış edir. O, dünyada göstərilən yardımın ümumi həcmində əsas 

hissəni  təşkil  edən  inkişaf  etmiş  ölkələrin  yardımlarını  əlaqələndirir.  18 

dövləti özündə birləşdirən İnkişafa Yardım Komitəsində ayrı-ayrı ölkələrin 

və 


onların  beynəlxalq  təşkilatlardakı  nümayəndələrinin  inkişafın 

dəstəklənməsi  problemlərinin  həlli  üzrə  fəaliyyəti  əlaqələndirilir.  Bir  sıra 

müstəqil  təşkilatlar,  o  cümlədən  Beynəlxalq  Energetika  Agentliyi,  Atom 

Enerjisi üzrə Agentlik da İƏİT ilə əməkdaşlıq edirlər. 



___________________________________________________ 

"Böyük səkkizlik" 

 

İnkişaf  etmiş  altsistemin  problemləri  ilə  məşğul  olan  təşkilatlar 

sistemində qeyri-formal  qurum  -  "böyük  yeddilik"  unikal  yer tutur.  İnkişaf 

etmiş  dövlətlərin  əhəmiyyəti  baxımından  ümumdünya  əhəmiyyətinə 

malikdir.  1970-ci  illərin  ortalarında  yaradılmış  "böyük  yeddiliyə"  ABŞ, 

Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiyanın dövlət 




 

 

79 



başçıları  daxildir.  Təşkilat  inkişaf  etmiş  aparıcı  ölkələrin  siyasətinin 

əlaqələndirilməsi  üzrə  addımlar  atır.  Onun  fəaliyyətinin  forması  dövlət 

başçıları səviyyəsində keçirilən zirvə görüşləridir və son onilliklərdə burada 

RF-nin  Prezidenti  də  iştirak  edir  ("böyük  səkkizlik").  Bu  görüşlərin  əsas 

məqsədi  dünya  təsərrüfatının  ən  kəskin  iqtisadi  problemlərinin  həlli  üzrə 

tövsiyələrin hazırlanmasıdır. 

İqtisadi  problemlərin  yaratdığı  siyasi  gərginlik  keçirilən  iclasların 

əsas  mövzularını:  iqtisadiyyatın  sağlamlaşdırılması  yolları,  energetika 

problemləri,  beynəlxalq  ticarət,  valyuta  sisteminin  sabitləşdirilməsi  yolları, 

inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrin  münasibətləri  -  müəyyən 

edir. 

Valyuta-maliyyə sahəsində problemlərin mürəkkəbləşməsi bu qeyri-



formal  təşkilat  çərçivəsində  əlavə  orqanın  yaradılmasını  zəruriləşdirmişdir. 

1985-ci  ildə  maliyyə  nazirlərinin  və  mərkəzi  bankların  sədrlərinin  ayrıca 

qrupu  təsis  olunmuşdur.  Onların  üzərinə  ayrı-ayrı  ölkələrin  iqtisadi 

siyasətinin  məqsədlərini  və  iqtisadi  inkişaf  proqnozlarını  qarşılıqlı 

əlaqələndirmə baxımından təhlil və müqayisə etmək vəzifəsi qoyulmuşdur. 

İnkişaf  etmiş  yeddi  aparıcı  ölkənin  dövlət  və  hökumət  başçılarının, 

maliyyə  nazirlərinin  hər  il  keçirilən  görüşləri  dünya  iqtisadiyyatında 

əlaqələndirmə  mexanizminin  mühüm  elementidir.  Bu  görüşlərdə  valyuta 

məzənnələrinin  sabitləşdirilməsi  tədbirləri  üzrə  razılaşmalar  əldə  edilmiş 

(1985-ci il La Plaza Sazişi və 1987-ci il Luvr Sazişi), ən yoxsul ölkələrə və 

gəliri  orta  səviyyədə  olan  ölkələrə  münasibətdə  uzunmüddətli  strategiya 

işlənib  hazırlanmış  (1988-ci  il  Toronto,  1989-cu  il  Paris,  1999-cu  il  Köln, 

2005-ci  il  Edinburq),  Şərqi  Avropa  ölkələrində  aparılan  islahatların 

dəstəklənməsi yolları müəyyən edilmişdir (1990-cı il Paris) və s. Son illərdə 

bu qurumun əhəmiyyəti azalmışdır. 

 

___________________________________________________ 



Sahələr üzrə dövlətlərarası təşkilatlar 

 

Sahələr  üzrə  dövlətlərarası  təşkilatlar  dünya  təsərrüfatının  müəyyən 



sektorlarının  və  sahələrinin  tənzimlənməsinə  imkan  yaradır.  Bunlardan  ən 

mühümü neft hasil olunan 12 ölkənin daxil olduğu Neft İxrac Edən Ölkələr 

Birliyidir  (OPEK).  Bu  təşkilat  kartel  funksiyalarını  yerinə  yetirir,  neftin 

qiymətlərinin  tənzimlənməsi  mexanizminin  mahiyyətini  təşkil  edən  hasilat 

kvotalarını  müəyyənləşdirir  və  onlara  riayət  olunmasına  nəzarəti  həyata 

keçirir.  Kakao,  qəhvə,  cut,  şəkər,  təbii  kauçuk  üzrə  razılaşmalar  da 

mövcuddur. 

 

 



 


Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə