117
cəmləşmişdir, planetimizin başqa hissələrində isə adda-budda xarakter
daşıyır.
Beynəlxalq istehsalın bir qədər artmasına baxmayaraq, BXKQ
dünyada daxili istehsalın nisbətən kiçik hissəsini təmin edir. Bu zaman
xarici müəssisələrin fəaliyyəti, ilk növbədə, onları qəbul edən ölkələrin,
yaxud regionların daxili bazarına xidmət göstərilməsinə yönəlmişdir.
Belə ki, Amerikanın TMK-nın xarici müəssisələrinin mallarının satışının
63%-i və göstərdiyi xidmətlərin 82%-i yerli, lokal xarakter daşıyır.
Yalnız az sayda korporasiya dünya miqyaslı istehsal və satış şəbəkəsinə
malikdir. Bunlar əsasən avtomobil, elektron və neft şirkətləri, habelə
rabitə, nəqliyyatın ayrı-ayrı (dəniz nəqliyyatı və aviasiya) növləridir.
Sahibkarlıq kapitalının hərəkətinin qloballaşma dərəcəsini dərk
etmək üçün bu prosesin miqyasının tarixi baxımdan müqayisəsi lazımdır.
Beynəlxalq istehsalın XIX əsrin sonu - XX əsrin əvvəlindəki nisbi
göstəricilərinin, demək olar ki, hamısını yalnız 1990-cı illərin ikinci
yarısında geridə qoymaqla təzələmək mümkün olmuşdur.
_________________________________________________
Xarici ticarət mübadiləsinin göstəriciləri
Xarici ticarət mübadiləsi sürətli templərlə inkişaf etmişdir. XX
əsrin ikinci yarısında onun inkişaf templəri MDM-in artımından 2,8 dəfə
yüksək olmuşdur. Bu dövrdə XIX əsrin sonunda - XX əsrin əvvəlində
mövcud olmuş, lakin 1920-1930-cu illərdə pozulmuş meyil bərpa
edilmişdir. Aparılan hesablamalara görə, 1990-cı illərdə ixrac həcminin
ÜDM-ə nisbəti 1913-cü ilin səviyyəsini 1,5 dəfə üstələmişdir. Lakin XX
əsrin ikinci yarısında dünya ticarətinin sürətli artımı əsasən yüksəlməyə
meyil göstərən regiondaxili ticarət sayəsində əldə olunmuşdur. Belə ki,
dünyada ixracatın həcmində Aİ ölkələrinin regiondaxili ticarətinin payı
1960-cı ildəki 23%-dən 2007-ci ildə 26%-dək artmış, Şimali Amerikanın
payı 10,5%-dən 7%-dək azalmış, ASEAN-nın payı 1%-dən 6%-dək
artmışdır. Qloballaşma prosesləri regionlaşma ilə qonşuluqdadır.
_________________________________________________
Ssuda kapitalının hərəkətinin göstəriciləri
Dünya təsərrüfatı sisteminin qarşılıqlı əlaqəsinin digər tərəfi ssuda
kapitalının hərəkəti, beynəlxalq kredit bazarlarının fəaliyyəti ilə bağlıdır.
1980-1990-cı
illərdə beynəlxalq kapital bazarlarında aparılan
əməliyyatların mütləq həcmi sürətlə artırdı və müvafiq göstəricilər
onların bütün sektorlarında yüksəlirdi. Burada nəzərə alınmalıdır ki,
statistik göstəricilər qiymətli kağızların məzənnəsinin, faiz dərəcələrinin
yüksəlməsini nəzərə aldığına görə, əqdlərin fiziki həcminin artımı
118
nisbətən aşağı olmuşdur.
Kapitallar bazarlarında aparılan beynəlxalq əməliyyatların nisbi
göstəriciləri də sürətlə artırdı. Sərhədləri aşıb keçən əməliyyatların və
ÜDM-in həcmləri arasındakı nisbət də kapitallar bazarının bey-
nəlmiləlləşməsi və dünya miqyasında yayılması meyillərinin möv-
cudluğunu sübut edir. Belə ki, dünya üzrə xarici aktivlərin məbləği
MDM-in 104,3%-ə, inkişaf etmiş ölkələrdə isə ÜDM-in 215%-ə
çatmışdır və bu göstəricilər 1970-ci il səviyyəsindən xeyli yüksəkdir.
Eyni zamanda empirik tədqiqatlar inkişaf etmiş aparıcı dövlətlərin
investorlarının indiyədək öz ölkələrinə bağlı olduğunu, aktivlərinin
beynəlxalq
diversifikasiyasına nisbətən məhdud məbləğdə yol
verdiklərini göstərir. Onlar aktivlərinin əsas hissəsini milli qiymətli
kağızlar formasında saxlayırlar. Bunu xarici investorların Qərb ölkələ-
rinin dövlət borcunda malik olduqları pay da sübut edir. Qiymət-
ləndirmələrə əsasən, XX əsrin əvvəlində ssuda kapitalı bazarlarının
beynəlmiləlləşmə səviyyəsi əsrin sonuna nisbətən daha yüksək olmuşdur.
Bunun bir səbəbi də həmin vaxt qızıl standartının mövcudluğu olmuşdur.
Beləliklə, XX əsr ərzində dünya təsərrüfatı sisteminin istehsal
vahidliyi güclənmişdirmi? Avropanın aparıcı ölkələrində birbaşa
investisiyaların ixracının ÜDM-ə, ümumi kapital qoyuluşlarına nisbətinin
qiymətləndirilməsi bu payın XXI əsrin əvvəlində XX əsrin başlanğıcı ilə
müqayisədə artmasını göstərir. Malların beynəlxalq miqyasda hərəkətinin
nisbi göstəriciləri də xeyli dəyişmişdir. Aparıcı sənaye ölkələrində
malların ixracının və idxalının ÜDM-ə nisbəti 1913-cü ilin səviyyəsini
əhəmiyyətli dərəcədə ötüb keçir. Bu cür vəziyyət inkişaf etməkdə olan,
periferiya ölkələri üçün də səciyyəvidir. Qloballaşma proseslərini
qiymətləndirərkən, keçən əsr ərzində milli təsərrüfatların xırdalanmasının
baş verməsini də nəzərə almaq lazımdır. Əsrin yalnız ikinci yarısı ərzində
onların sayı 2 dəfədən çox artmışdır. Nisbətən iri qurumların əvəzində,
əksər hallarda xarici istehsal amilləri olmadan öz resursları hesabına
inkişaf edə bilməyən milli təsərrüfatlar meydana çıxmışdır.
__________________________________________________
İşçi qüvvəsinin hərəkəti
İstənilən təsərrüfat sisteminin ən vacib istehsal amillərindən biri
kimi
işçi qüvvəsi çıxış edir. Onun beynəlxalq miqyasda hərəkəti sahib-
karlıq və ssuda kapitallarının, əmtəə bazarlarının beynəlmiləlləşməsi ilə
müqayisədə geri qalır. XX əsrin sonunda işçi qüvvəsinin beynəlxalq
miqyasda səfərbər olunma dərəcəsi XIX əsrin ikinci yarısı ilə
müqayisədə çox aşağı olsa da, insanların milli sərhədlərin hüdudlarını
müvəqqəti tərk etməsi, beynəlxalq turizm xeyli artmışdır (dünya