Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
82
4.10. Landşaft planlaşdırmasının sosial-iqtisadi məqsədləri
Landşaft planlaşdırmasının yekun mərhələlərindən biri hazırlanmış təkliflərin ərazinin
sosial-iqtisadi inkişaf planına tətbiqi və yaxud inteqrasiyasıdır. Bu mərhələ bələdiyyə qurumunun
inkişafının iqtisadi və sosial strategiyasına nəzəri və praktiki texnologiyaların tətbiq olunmasında
kəmiyyətcə yeni keçid mərhələsidir.
Đş
lənmələrin aktuallığı regionların hüquqlarının genişlənməsi və özünütəşkilin,
özünümaliyyələşdirmənin və özünüidarənin rolunun artması ilə əlaqədardır. Bu proseslərin təminatı
üçün elmi praktiki tələbata ehtiyac vardır. Yuxarıda yazılanlarla əlaqədar konsepsiyaya,
proqnozlara, layihələrə və balanslaşdırılmış inkişaf məqsədli proqramlara ehtiyaclar yaranır. Eyni
zamanda regionların kompleks tədqiqatına, onların inkişaf konsepsiyasının əsaslandırılmasına,
konkret regionların depressiv vəziyyətdən çıxarmaq üçün proqramın işlənməsinə də ehtiyac vardır.
Đ
stənilən ərazinin balanslaşdırılmış inkişafı sosial-iqtisadi və təbii-ekoloji amillərin çoxluğu
ilə müəyyən olunur. Bunlardan hər hansı birini nəzərə almamaq disbalansa gətirir və inkişaf prosesi
pozulur. Yüksək təbiyət əhəmiyyətinə malik ərazilərdə ekoloji tələbləri nəzərə almaq məcburidr.
Yuxarida deyilənlərlə əlaqədar ictimai və ekoloji sistemlərin müasir inkişaf mərhələsində qarşılıqlı
ə
laqəli strateji landşaft (ekoloji) və sosial-iqtisadi ərazi planlaşdıtılması xüsusi əhəmiyyət kəsb edir.
Bu konsepsiya konfliktləri nizamlama məqsədinə yönəlmişdir: iqtisadi və sosial maraqlar - ərazinin
ekoloji məhdudlaşdırılması.
Bu zaman aşağıdakı məsələlər qoyulur:
1. Resursdan istifadənin balanslı modelləşdirilməsi.
2. Đctimai və təbii sistemlərin münasibətlərinin optimallaşdırılması üçün fəaliyyətlərin
koordinasiya vasitəsinin hazırlanması, ekoloji yönəmli torpaqdan istifadənin hüquqi-
normativ nizamlanması.
3. Milli maraqların balansına nail olmaq və ərazinin inkişafının yeni resurslarının
axtarılması (alternativlər).
4. Model regionlarda strateji landşaft və sosial-iqtisadi planlaşdırmanın təcrübəsinin tətbiq
perspektivləri.
5. Đdarəetmə təşkilatlarının elmi-informasiya təminatı.
Bələdiyyə qurumuna ərazi idarəetməsinin birinci səviyyəsi kimi baxılır. Bununla yanaşı o
mürəkkəb ərazi təbii-təsərrüfat sistemidir, onun inkişafı, əsasən, təbii, iqtisadi, sosial mühitlərin və
idarəetmə təşkilatlarının daxili inteqrasiya əlaqələri ilə müəyyən olunur. Ərazi inkişafının
qanunauyğunluqlarının analizi rayon sistemi və onun ayrı-ayrı elementlərinin xarici amillərin
təsirinə reaksiyasını əvvəlcədən görməyə və diaqnozunu verməyə imkan verir. Ona görə də, böhran
şə
raitini proqnozlaşdırmaq üçün imkan yaranır, bunun nəticəsi kimi onların aradan qaldırılması
üçün vaxtında tədbirlər görülür, bu da öz növbəsində ərazi inkişafının idarəsinin adaptasiya
məsələridir.
Ə
razi inkişafının balanslaşdırılmış planlaşdırılması ərazi proqnazlaşdırılmasının yuxarıda
qeyd olunan ümumi prinsipləri əsasında qurulur və aşağıdakı bölmələrin icrasına söykənir:
1. Rayonun ümumi səciyyəsi. Bura rayonun iqtisadi-coğrafi vəziyyətinin qiymətləndirilməsi,
texniki-iqtisadi göstəriciləri və rayonun sosial və iqtisadi sferasının ümumi vəziyyəti, hansılar
ki, rayonun ölkədə yerini xarakterizə edir, daxildir.
2. Təbii-resurs, əmək və istehsal potensialının analizi və qiymətləndirilməsi, məhsuldar
qüvvələrin cəlb olunması və onlardan istifadə, sosial və mühəndis-nəqliyyat infrastrukturunun
inkişafının səciyyəsi və inkişaf dərəcəsinin qiymətləndirilməsi.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
83
3. Ərazinin idarəsinin ilkin mənbələri, potensialı, investisiya cazibədarlığı və iqtisadi və
sosial inkişafını əks etdirən sahə və kompleks xəritələrin işlənməsi.
4. Sosial-iqtisadi inkişafın strategiyasının işlənməsi. Bloka rayonun sosial-iqtisadi inkişafının
mümükün ssenarilərini işləmək, sahə strategiyalarını razılaşdırmaq daxildir: kənd təsərrüfatı
və sənaye, investisiya kompleksi, sosial və mühəndis-nəqliyyat infrastrukturu, torpaq
münasibətləri, yerli büdcə və maliyyə axınlarının rasionallaşdırılması.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
84
5. Şirvan Milli Parkı və onun ətraf ərazilərinin landşaft planı
5.1. Ümumi müddəalar
5.1.1. Model ərazisinin seçilməsinin əsasları və qısa təqdimatı
ĐĐ
fəsildə qeyd olunduğu kimi, 2003-cü ildə Qafqaz ölkələrində landşaft planlaşdırılması
üzrə mütəxəssilər hazırlamaq üçün Almaniyanın Federal Təbiəti Mühafizə Đdarəsi tərəfindən
Almaniya (Drezden, 2004) və Cənubi Qafqazda (Tbilisi, bir neçə dəfə) layihə iştirakçıları və həmin
ölkələrin Ekologiya Nazirliklərinin əməkdaşları üçün treninqlər təşkil olundu. Daha sonra,
tərəflərin hər birinə öz ölkəsində icra üçün model ərazinin seçilməsini və müvafiq nazirliklə
razılaşdırılması təklif olundu.
“Davamlı inkişaf” daha doğrusu
balanslaşdırılmış
sosio-eko-iqtisadi
inkişaf həm anlayış, və həm də,
imperativ kimi beynəlxalq səviyyədə
qəbul
olunduğu
yuxarıda
qeyd
olunmuşdur. Burada təbiət və ətraf
mühitin mühafizəsi iqtisadiyyətlə yanaşı
eyni məqsəd daşıyırlar.
“RĐO-92” konfransından sonra
2001-ci ildə Azərbaycanda ölkənin
davamlı sosial-iqtisadi inkişafı üzrə
proqram qəbul olunduğu da yuxarıda
qeyd
olunmuşdur.
Mövcud
ekosistemlərin mühafizəsi, və indiki və
gələcək
nəsillərin tələblərini eyni
dərəcədə ödəmək üçün lazım olan, təbii
resurslardan rasional istifadə bu Milli
Proqramın əsas məqsədlərindən biridir.
Həm də, regionların inkişafı üçün
ekoloji
ə
saslara
söykənmiş
milli
proqram qəbul olunmuşdur.
Digər
tərəfdən,
landşaft
planlaşdırılmasının
mexanizm
və
vasitələri xüsusi mühafizə olunan
ə
razilərin təşkili və mhafizəsində xeyli
dərəcədə faydalıdır. Milli park halında
landşaft planlaşdırılması ilə aşağıdakı
ə
sas sullara cavab tapmaq olar:
mühafizəyə ehtiyacı olan dəyərli nə var;
onlara hansı mövcud və ehtimal olunan
təsirlər
vardır;
hansı
konfliktlər
mövcuddur və onları necə həll etmək olar; inkişafın hansı məqsədləri olmalıdır; hansı tədbirlərə
ehtiyac vardır. [A. Antipov və b., 2005).
Ekoloji istifadə forması yönəmli ərazilərdə landşaft planlaşdırılmasının məqsədi landşaftların
mühafizəsi və inkişafıdır. Belə ekoloji istifadə üsulunda təbii mühit və resurslar mühafizə olunur.
Bu halda landşaft planlaşdırılmasının əsas funksiyalarından biri mədəni landşaftın növ və biotopları
üçün xüsusi əhəmiyyətli ərazilərin ayrılmasıdır.
Yuxarida yazılanları və Almaniyanın Federal Təbiəti Mühafizə Đdarəsinin təklifini nəzərə
alaraq azərbaycanda landşaft planlaşdırılması aparmaq üçün Şirvan Milli Parkı və onun ətraf zonası
Şə
kil 5.1.Şirvan Milli Parkı və ətraf əarzilərin
inzibati xəritəsi
Dostları ilə paylaş: |