Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
25
yaradılması təklif olundu. Konfransda qəbul edilmiş ən mühüm sənəd ingiliscə “Agenda 21” (“21-ci
ə
srin gündəliyi”) adlanır. O, dünyada davamlı inkişafa dair ümumi bir fəaliyyət proqramıdır.
“Agenda 21” dörd bölmədən ibarətdir. Birinci bölmə “Sosial-iqtisadi aspektlər” adlanır.
Bölmədə bu kimi məsələlərə toxunulur: inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Yeni Müstəqil
Dövlətlərdə davamlı inkişafın sürətləndirilməsi məqsədilə müvafiq milli siyasət və beynəlxalq
ə
məkdaşlıq; yoxsulluqla mübarizə; tələbat strukturunun dəyişilməsi; əhalinin dinamikası və davamlı
inkişaf; insan sağlamlığının qorunması və möhkəmləndirilməsi; yaşayış məskənlərinin davamlı
inkişafına yardım; qərarların qəbul edilməsində ətraf mühit və inkişaf məsələlərinin nəzərə
alınması.
“Davamlı inkişafı təmin etmək məqsədilə təbii resurslardan səmərəli istifadə və onların
mühafizəsi” adlanan ikinci bölmədə müzakirə edilən məsələlər bunlardır: atmosferin mühafizəsi;
torpaq resurslarının planlaşdırılması ilə səmərəli istifadəsinə kompleks yanaşma; meşələrin
qırılmasına qarşı mübarizə; səhralaşma və quraqlığa qarşı mübarizə; dağ rayonlarının davamlı
inkişafı; kənd təsərrüfatında davamlılığın yaradılmasına və kənd rayonlarının inkişafına kömək;
biomüxtəlifliyin qorunub saxlanılması; ekoloji cəhətdən təhlükəsiz biotexnologiyalardan istifadə;
okeanların, bütün dənizlərin (qapalı və yarımqapalı), sahil rayonlarının qorunması və onların canlı
resurslarından səmərəli istifadə; şirin su ehtiyatının və onun keyfiyyətinin qorunması, bu ehtiyatın
istifadə olunmasında kompleks yanaşmanın tətbiqi; zəhərli kimyəvi maddələrin istifadəsinin ekoloji
cəhətdən təhlükəsiz idarə edilməsi; zəhərli və təhlükəli məhsulların, zəhərli tullantıların beynəlxalq
miqyasda dövriyyəsinin aradan qaldırılması, təhlükəli tullantıların ekoloji cəhətdən təhlükəsiz
şə
kildə kənarlaşdırılması; çirkli suların təmizlənməsi və bərk tullantıların ekoloji cəhətdən
təhlükəsiz şəkildə kənarlaşdırılması; radioaktiv tullantıların təhlükəsiz və ekoloji cəhətdən
ə
saslandırılmış şəkildə kənarlaşdırılması.
Üçüncü bölmə “Əsas insan qrupları rolunun möhkəmləndirilməsi” adlanır. Bölmədə bu
aspektlərə diqqət yetirilir: davamlı və ədalətli inkişafın təmin edilməsi məqsədilə qadınların
mənafeyi naminə qlobal fəaliyyət; davamlı inkişafın təmin edilməsi prosesində uşaq və gənclərin
maraqlarının nəzərə alınması; yerli icma rolunun möhkəmləndirilməsi; qeyri-hökumət
təşkilatlarının rolunun möhkəmləndirilməsi; yerli idarəetmə orqanlarının (bələdiyyələrin)
təşəbbüskarlığı və fəallığı; işçilər və həmkarlar ittifaqları rolunun möhkəmləndirilməsi; sənayenin
davamlı inkişafı və iş adamlarının fəaliyyəti rolunun möhkəmləndirilməsi; elmi və texniki dairələrin
fəaliyyəti; fermerlərin rolunun möhkəmləndirilməsi.
Đ
rəli sürülən məsələlərin həyata keçirilməsi üçün müxtəlif vasitələr (maliyyə ehtiyatları və
mexanizmlər; ekoloji cəhətdən təmiz texnologiyaların əldə edilməsi sahəsində əməkdaşlıq və bunun
üçün potensialın yaradılması; davamlı insan inkişafının təmin edilməsində elmin rolu; kadr
hazırlığı, əhalinin məlumatlandırılması və maarifləndirilməsinə yardım; inkişafda olan ölkələrdə
potensialın yaradılması üçün milli mexanizmlər və beynəlxalq əməkdaşlıq; beynəlxalq təşkilat
mexanizmləri; beynəlxalq hüquq sənədləri və mexanizmləri; qərarların qəbul edilməsi üçün
informasiya bankının yaradılması) “Agenda 21”-in dördüncü bölməsində nəzərdən keçirilir.
RĐO-92 konfransında həm də “Rio Bəyannaməsi” qəbul edildi. Bəyannamədə qeyd olunur
ki, hər bir dövlət BMT-nin Nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq öz
təbii sərvətlərindən istifadə etməyə suveren hüquqa malikdir, ətraf mühit və inkişaf məsələləri
sahəsində özünün xüsusi siyasətini apara bilər. Bununla belə o, əgər onun fəaliyyəti digər
dövlətlərin təbiətinə zərər vurursa, məsuliyyət daşıyır. Đnkişaf hüququ həyata keçirilərkən indiki və
gələcək nəslin tələbatının ödənilməsi də nəzərdə tutulmalıdır. Davamlı inkişafa nail olmaqdan ötrü
ə
traf mühitin mühafizəsi inkişaf prosesinin ayrılmaz hissəsinə çevrilməlidir. Bütün dövlətlər
yoxsulluqla dilənçiliyin aradan qaldırılmasında əməkdaşlıq etməlidir. Bu, davamlı inkişafın zəruri
şə
rtidir. Bu cür əməkdaşlığın məqsədi həyat səviyyələri arasındakı fərqi aradan qaldırmaq və dünya
ə
halisinin əsas ehtiyaclarını ödəməkdir. Đnkişaf etməkdə olan ölkələrin, birinci növbədə az inkişaf
etmiş ölkələrlə ətraf mühiti çox həssas olan ölkələrin tələbatları xüsusi prioritetə malik olmalıdır.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
26
Ə
traf mühitin müdafiəsi və inkişaf sahəsində beynəlxalq fəaliyyət bütün ölkələrin maraq və
ehtiyaclarına cavab verməlidir. Dövlətlər Yer ekosisteminin bütövlüyü və qorunması, sağlamlığın
bərpası məqsədilə əməkdaşlıq etməlidir. Dövlətlər davamlı inkişafa və bütün xalqlar üçün daha
yüksək həyat səviyyəsinə nail olmaqdan ötrü davamlı inkişafa yol verməyən istehsal modellərindən
imtina etməlidir. Davamlı inkişafa çatmaq üçün dövlətlər qarşılıqlı anlaşma yolu ilə elmi-texniki
biliklərin mübadiləsi, işlənməsi, tətbiqi, yayılması, texnologiyanın verilməsi, o cümlədən ən yeni
texnologiyaların verilməsi sahəsində əməkdaşlıq etməlidir. Ətraf mühitin müdafiəsi məsələləri
bütün vətəndaşların iştirakı ilə uğurla həll oluna bilər. Hər bir vətəndaş ümummilli səviyyədə ətraf
mühitin vəziyyəti haqqında məlumatları əldə etmək imkanına malik olmalıdır. Buraya təhlükəli və
riskli işlərlə əlaqədar məlumatlar da daxildir. Eyni zamanda, vətəndaşlar məsələlərin həlli ilə
ə
laqədar tədbirlərin müzakirəsində iştirak etmək hüququna da malik olmalıdırlar. Dövlət bütün
vətəndaşlarını, bütövlükdə cəmiyyəti informasiya ilə təmin etməyə borcludur. Dövlət ətraf mühitin
mühafizəsi sahəsində effektli qanunvericilik həyata keçirməlidir. Regional və qlobal ekoloji
problemlərin həllinə yönəldilmiş ətraf mühitin mühafizəsinə dair tədbirlər beynəlxalq konsensus
ə
sasında qəbul edilməlidir. Dövlətlər ətraf mühitin çirklənməsindən zərər çəkən və eləcə də digər
ekoloji itkilərə məruz qalanlar üçün kompensasiya və məsuliyyət nəzərdə tutan milli qanunvericilik
işləyib hazırlamalıdır. Eyni zamanda, onlar ətraf mühitə vurulan zərərə görə kompensasiya və
məsuliyyət sahəsində beynəlxalq hüququn işlənib hazırlanmasında əməkdaşlıq etməlidir. Dövlət
başqa dövlətlərin ətraf mühiti üçün gözlənilməz mənfi nəticələrə gətirib çıxara bilən təbii fəlakət və
digər fövqəladə situasiyalar barədə vaxt itirmədən digər dövlətləri xəbərdar etməlidir. Beynəlxalq
birlik həmin dövlətlərə kömək etmək məqsədilə bütün mövcud imkanlardan istifadə edilməlidir.
“Rio Bəyannaməsi” bildirir ki, başqasının əsarəti və işğalı altında olan xalqın təbii resursları
və ətraf mühiti mühafizə edilməlidir. Müharibə öz mahiyyətinə görə davamlı inkişafı pozur. Ona
görə də dövlətlər silahlı münaqişə dövründə ətraf mühitin mühafizəsini təmin edən beynəlxalq
hüquqa hörmət etməlidir. Sülh, inkişaf və ətraf mühitin mühafizəsi bir-biri ilə qarşılıqlı surətdə
bağlıdır və ayrılmazdır. Dövlətlər ətraf mühitin mühafizəsi ilə əlaqədar bütün mübahisələri BMT-
nin nizamnaməsinə müvafiq olaraq sülh yolu və dinc vasitələrlə həll etməlidirlər.
“RĐO-92” konfransından sonra davamlı inkişaf konsepsiyasını həyata keçirmək məqsədilə
Dünya Şurası yaradıldı, 1997-ci ildə isə “RĐO-92+5” şərti adı ilə BMT Baş Məclisinin xüsusi 19-cu
sessiyası keçirildi. Sessiyada dövlətlərə davamlı inkişafın milli strategiyalarının hazırlanmasını
2002-ci ilədək basa çatdırmaq tövsiyə olundu. BMT-nin 2000-ci ildə keçirdiyi toplantısında
“Minilliyin Bəyannaməsi” imzalandı və Davamlı Đnkişaf üzrə Ümumdünya Sammitinin (zirvə
görüşünün) keçirilməsi qərara alındı. Davamlı Đnkişaf üzrə Ümumdünya Sammit 2002-ci ildə
Cənubi Afrika Respublikasında Yohannesburq səhərində keçirildi. Sammitdə “RĐO-92”
konfransından sonra tərəqqi və nəticələrin əldə edilməsinə mane olan səbəblər təhlil olundu,
qərarların icrası üçüm konkret tədbirlərdən ibarət “Yohannesburq Planı” qəbul edildi. Bu plan
“Agenda 21”-dən daha ünvanlı və müəyyən məqsədlərə yönəldilmiş bir sənəddir. Yohannesburq
zirvə görüşündə əməli fəaliyyətin təməli qoyuldu və bunun üçün yaxşı zəmin yaradıldı, həmçinin
bəzi yeni məqsədlər də müəyyən edildi: məsələn, biomüxtəlifliyin itirilmə tempinin əhəmiyyətli
dərəcədə azalmasına 2010-cu ilədək müvəffəq olmaq, tükənmiş balıq ehtiyatının qorunub
saxlanılmasına və ya tutulan balıq miqdarının sabitliyini təmin edə biləcək səviyyəyədək bərpasına
2015-ci ilə qədər nail olmaq, kimyəvi maddələrin istehsalı və istifadəsinin insan sağlamlığına və
ə
traf mühitə vurduğu ziyanı 2020-ci ilədək minimuma endirmək və s.
2.5. Azərbaycanda “Davamli inkişaf” yolunun seçilməsində landşaft planlaşdırılmasının
vacibliyi və yeri
“RĐO-92” konfransından sonra bir çox ölkələr davamlı inkişafa dair öz milli proqramlarını
hazırlayıb həyata keçirməyə başladı. Azərbaycan Respublikası prezidentinin 26 dekabr 2001-ci il
tarixli 612 saylı fərmanının 19-cu bəndinə əsasən “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi
Dostları ilə paylaş: |