Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
25 
yaradılması təklif olundu. Konfransda qəbul edilmiş ən mühüm sənəd ingiliscə “Agenda 21” (“21-ci 
ə
srin gündəliyi”) adlanır. O, dünyada davamlı inkişafa dair ümumi bir fəaliyyət proqramıdır.  
“Agenda  21”  dörd  bölmədən  ibarətdir.  Birinci  bölmə  “Sosial-iqtisadi  aspektlər”  adlanır. 
Bölmədə bu kimi məsələlərə toxunulur: inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Yeni Müstəqil 
Dövlətlərdə  davamlı  inkişafın  sürətləndirilməsi  məqsədilə  müvafiq  milli  siyasət  və  beynəlxalq 
ə
məkdaşlıq; yoxsulluqla mübarizə; tələbat strukturunun dəyişilməsi; əhalinin dinamikası və davamlı 
inkişaf;  insan  sağlamlığının  qorunması  və  möhkəmləndirilməsi;  yaşayış  məskənlərinin  davamlı 
inkişafına  yardım;  qərarların  qəbul  edilməsində  ətraf  mühit  və  inkişaf  məsələlərinin  nəzərə 
alınması. 
“Davamlı  inkişafı  təmin  etmək  məqsədilə  təbii  resurslardan  səmərəli  istifadə  və  onların 
mühafizəsi”  adlanan  ikinci  bölmədə  müzakirə  edilən  məsələlər  bunlardır:  atmosferin  mühafizəsi; 
torpaq  resurslarının  planlaşdırılması  ilə  səmərəli  istifadəsinə  kompleks  yanaşma;  meşələrin 
qırılmasına  qarşı  mübarizə;  səhralaşma  və  quraqlığa  qarşı  mübarizə;  dağ  rayonlarının  davamlı 
inkişafı;  kənd  təsərrüfatında  davamlılığın  yaradılmasına  və  kənd  rayonlarının  inkişafına  kömək; 
biomüxtəlifliyin  qorunub  saxlanılması;  ekoloji  cəhətdən  təhlükəsiz  biotexnologiyalardan  istifadə; 
okeanların, bütün dənizlərin (qapalı və yarımqapalı), sahil rayonlarının qorunması və onların canlı 
resurslarından səmərəli  istifadə; şirin su ehtiyatının  və onun keyfiyyətinin qorunması,  bu ehtiyatın 
istifadə olunmasında kompleks yanaşmanın tətbiqi; zəhərli kimyəvi maddələrin istifadəsinin ekoloji 
cəhətdən təhlükəsiz idarə edilməsi; zəhərli və təhlükəli məhsulların, zəhərli tullantıların beynəlxalq 
miqyasda  dövriyyəsinin  aradan  qaldırılması,  təhlükəli  tullantıların  ekoloji  cəhətdən  təhlükəsiz 
şə
kildə  kənarlaşdırılması;  çirkli  suların  təmizlənməsi  və  bərk  tullantıların  ekoloji  cəhətdən 
təhlükəsiz  şəkildə  kənarlaşdırılması;  radioaktiv  tullantıların  təhlükəsiz  və  ekoloji  cəhətdən 
ə
saslandırılmış şəkildə kənarlaşdırılması. 
Üçüncü  bölmə  “Əsas  insan  qrupları  rolunun  möhkəmləndirilməsi”  adlanır.    Bölmədə  bu 
aspektlərə  diqqət  yetirilir:  davamlı  və  ədalətli  inkişafın  təmin  edilməsi  məqsədilə  qadınların 
mənafeyi  naminə  qlobal  fəaliyyət;  davamlı  inkişafın  təmin  edilməsi  prosesində  uşaq  və  gənclərin 
maraqlarının  nəzərə  alınması;  yerli  icma  rolunun  möhkəmləndirilməsi;  qeyri-hökumət 
təşkilatlarının  rolunun  möhkəmləndirilməsi;  yerli  idarəetmə  orqanlarının  (bələdiyyələrin) 
təşəbbüskarlığı  və  fəallığı;  işçilər  və  həmkarlar  ittifaqları  rolunun  möhkəmləndirilməsi;  sənayenin 
davamlı inkişafı və iş adamlarının fəaliyyəti rolunun möhkəmləndirilməsi; elmi və texniki dairələrin 
fəaliyyəti; fermerlərin rolunun möhkəmləndirilməsi.   
Đ
rəli  sürülən  məsələlərin  həyata  keçirilməsi  üçün  müxtəlif  vasitələr  (maliyyə  ehtiyatları  və 
mexanizmlər; ekoloji cəhətdən təmiz texnologiyaların əldə edilməsi sahəsində əməkdaşlıq və bunun 
üçün  potensialın  yaradılması;  davamlı  insan  inkişafının  təmin  edilməsində  elmin  rolu;  kadr 
hazırlığı,  əhalinin  məlumatlandırılması  və  maarifləndirilməsinə  yardım;  inkişafda  olan  ölkələrdə 
potensialın  yaradılması  üçün  milli  mexanizmlər  və  beynəlxalq  əməkdaşlıq;  beynəlxalq  təşkilat 
mexanizmləri;  beynəlxalq  hüquq  sənədləri  və  mexanizmləri;  qərarların  qəbul  edilməsi  üçün 
informasiya bankının yaradılması) “Agenda 21”-in dördüncü bölməsində nəzərdən keçirilir.  
RĐO-92  konfransında  həm  də  “Rio  Bəyannaməsi”  qəbul  edildi.  Bəyannamədə  qeyd  olunur 
ki,  hər  bir  dövlət  BMT-nin  Nizamnaməsi  və  beynəlxalq  hüququn  prinsiplərinə  müvafiq  olaraq  öz 
təbii  sərvətlərindən  istifadə  etməyə  suveren  hüquqa  malikdir,  ətraf  mühit  və  inkişaf  məsələləri 
sahəsində  özünün  xüsusi  siyasətini  apara  bilər.  Bununla  belə  o,  əgər  onun  fəaliyyəti  digər 
dövlətlərin təbiətinə zərər vurursa, məsuliyyət daşıyır. Đnkişaf hüququ həyata keçirilərkən indiki və 
gələcək nəslin tələbatının ödənilməsi də nəzərdə tutulmalıdır. Davamlı inkişafa nail olmaqdan ötrü 
ə
traf  mühitin  mühafizəsi  inkişaf  prosesinin  ayrılmaz  hissəsinə  çevrilməlidir.  Bütün  dövlətlər 
yoxsulluqla  dilənçiliyin  aradan  qaldırılmasında  əməkdaşlıq  etməlidir.  Bu,  davamlı  inkişafın  zəruri 
şə
rtidir. Bu cür əməkdaşlığın məqsədi həyat səviyyələri arasındakı fərqi aradan qaldırmaq və dünya 
ə
halisinin  əsas ehtiyaclarını ödəməkdir. Đnkişaf etməkdə olan ölkələrin,  birinci  növbədə  az  inkişaf 
etmiş  ölkələrlə  ətraf  mühiti  çox  həssas  olan  ölkələrin  tələbatları  xüsusi  prioritetə  malik  olmalıdır. 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
26 
Ə
traf  mühitin  müdafiəsi  və  inkişaf  sahəsində  beynəlxalq  fəaliyyət  bütün  ölkələrin  maraq  və 
ehtiyaclarına  cavab  verməlidir.  Dövlətlər  Yer  ekosisteminin  bütövlüyü  və  qorunması,  sağlamlığın 
bərpası  məqsədilə  əməkdaşlıq  etməlidir.  Dövlətlər  davamlı  inkişafa  və  bütün  xalqlar  üçün  daha 
yüksək həyat səviyyəsinə nail olmaqdan ötrü davamlı inkişafa yol verməyən istehsal modellərindən 
imtina  etməlidir.  Davamlı  inkişafa  çatmaq  üçün  dövlətlər  qarşılıqlı  anlaşma  yolu  ilə  elmi-texniki 
biliklərin  mübadiləsi,  işlənməsi,  tətbiqi,  yayılması,  texnologiyanın  verilməsi,  o  cümlədən  ən  yeni 
texnologiyaların  verilməsi  sahəsində  əməkdaşlıq  etməlidir.  Ətraf  mühitin  müdafiəsi  məsələləri 
bütün vətəndaşların iştirakı ilə uğurla həll oluna bilər. Hər bir vətəndaş ümummilli səviyyədə ətraf 
mühitin vəziyyəti haqqında məlumatları əldə etmək imkanına malik olmalıdır. Buraya təhlükəli və 
riskli  işlərlə  əlaqədar  məlumatlar  da  daxildir.  Eyni  zamanda,  vətəndaşlar  məsələlərin  həlli  ilə 
ə
laqədar  tədbirlərin  müzakirəsində  iştirak  etmək  hüququna  da  malik  olmalıdırlar.  Dövlət  bütün 
vətəndaşlarını, bütövlükdə cəmiyyəti informasiya ilə təmin etməyə borcludur. Dövlət ətraf mühitin 
mühafizəsi  sahəsində  effektli  qanunvericilik  həyata  keçirməlidir.  Regional  və  qlobal  ekoloji 
problemlərin  həllinə  yönəldilmiş  ətraf  mühitin  mühafizəsinə  dair  tədbirlər  beynəlxalq  konsensus 
ə
sasında  qəbul  edilməlidir.  Dövlətlər  ətraf  mühitin  çirklənməsindən  zərər  çəkən  və  eləcə  də  digər 
ekoloji itkilərə məruz qalanlar üçün kompensasiya və məsuliyyət nəzərdə tutan milli qanunvericilik 
işləyib  hazırlamalıdır.  Eyni  zamanda,  onlar  ətraf  mühitə  vurulan  zərərə  görə  kompensasiya  və 
məsuliyyət  sahəsində  beynəlxalq  hüququn  işlənib  hazırlanmasında  əməkdaşlıq  etməlidir.  Dövlət 
başqa dövlətlərin ətraf mühiti üçün gözlənilməz mənfi nəticələrə gətirib çıxara bilən təbii fəlakət və 
digər  fövqəladə  situasiyalar  barədə  vaxt  itirmədən  digər  dövlətləri  xəbərdar  etməlidir.  Beynəlxalq 
birlik həmin dövlətlərə kömək etmək məqsədilə bütün mövcud imkanlardan istifadə edilməlidir.  
“Rio Bəyannaməsi” bildirir ki, başqasının əsarəti və işğalı altında olan xalqın təbii resursları 
və  ətraf  mühiti  mühafizə  edilməlidir.  Müharibə  öz  mahiyyətinə  görə  davamlı  inkişafı  pozur.  Ona 
görə  də  dövlətlər  silahlı  münaqişə  dövründə  ətraf  mühitin  mühafizəsini  təmin  edən  beynəlxalq 
hüquqa  hörmət  etməlidir.  Sülh,  inkişaf  və  ətraf  mühitin  mühafizəsi  bir-biri  ilə  qarşılıqlı  surətdə 
bağlıdır  və  ayrılmazdır. Dövlətlər ətraf  mühitin  mühafizəsi  ilə əlaqədar  bütün  mübahisələri  BMT-
nin nizamnaməsinə müvafiq olaraq sülh yolu və dinc vasitələrlə həll etməlidirlər.  
“RĐO-92”  konfransından  sonra  davamlı  inkişaf  konsepsiyasını  həyata  keçirmək  məqsədilə 
Dünya Şurası yaradıldı, 1997-ci ildə isə “RĐO-92+5” şərti adı ilə BMT Baş Məclisinin xüsusi 19-cu 
sessiyası  keçirildi.  Sessiyada  dövlətlərə  davamlı  inkişafın  milli  strategiyalarının  hazırlanmasını 
2002-ci  ilədək  basa  çatdırmaq  tövsiyə  olundu.  BMT-nin  2000-ci  ildə  keçirdiyi  toplantısında 
“Minilliyin  Bəyannaməsi”  imzalandı  və  Davamlı  Đnkişaf  üzrə  Ümumdünya  Sammitinin  (zirvə 
görüşünün)  keçirilməsi  qərara  alındı.  Davamlı  Đnkişaf  üzrə  Ümumdünya  Sammit  2002-ci  ildə 
Cənubi  Afrika  Respublikasında  Yohannesburq  səhərində  keçirildi.  Sammitdə  “RĐO-92” 
konfransından  sonra  tərəqqi  və  nəticələrin  əldə  edilməsinə  mane  olan  səbəblər  təhlil  olundu, 
qərarların  icrası  üçüm  konkret  tədbirlərdən  ibarət  “Yohannesburq  Planı”  qəbul  edildi.  Bu  plan 
“Agenda  21”-dən  daha  ünvanlı  və  müəyyən  məqsədlərə  yönəldilmiş  bir  sənəddir.  Yohannesburq 
zirvə  görüşündə  əməli  fəaliyyətin  təməli  qoyuldu  və  bunun  üçün  yaxşı  zəmin  yaradıldı,  həmçinin 
bəzi  yeni  məqsədlər  də  müəyyən  edildi:  məsələn,  biomüxtəlifliyin  itirilmə  tempinin  əhəmiyyətli 
dərəcədə  azalmasına  2010-cu  ilədək  müvəffəq  olmaq,  tükənmiş  balıq  ehtiyatının  qorunub 
saxlanılmasına və ya tutulan balıq miqdarının sabitliyini təmin edə biləcək səviyyəyədək bərpasına 
2015-ci  ilə  qədər  nail  olmaq,  kimyəvi  maddələrin  istehsalı  və  istifadəsinin  insan  sağlamlığına  və 
ə
traf mühitə vurduğu ziyanı 2020-ci ilədək minimuma endirmək və s.  
 
2.5. Azərbaycanda “Davamli inkişaf” yolunun seçilməsində landşaft planlaşdırılmasının 
vacibliyi və yeri 
 “RĐO-92” konfransından sonra bir çox ölkələr davamlı inkişafa dair öz milli proqramlarını 
hazırlayıb  həyata  keçirməyə  başladı.  Azərbaycan  Respublikası  prezidentinin  26  dekabr  2001-ci  il 
tarixli  612  saylı  fərmanının  19-cu  bəndinə  əsasən  “Ekoloji  cəhətdən  dayanıqlı  sosial-iqtisadi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə