Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
19 
daşlarından təşkil olunmuşdur. Relyefi Qusar maili düzənliyi hissəsində akkumulyativ-denudasion, 
Dəvəçi  rayonu  sahəsində  struktur-erozion,  Talış  zonasında  denudasion-struktur  mənşəlidir.  Đqlimi 
mülayim-istidir. Orta temperatur yanvarda -3°C-dən +2°C-yədək, Đyulda 18°C-dən 26°C-yədəkdir. 
Đ
llik yağıntı Böyük Qafqaz hissəsində 600 mm-ə, Talış zonasında 1900 mm-ə qədərdir. Karbonatlı 
və  tipik  qəhvəyi  dağ-meşə,  Talış  zonasında  podzollaşmış  dağ-sarı  torpaqlar  geniş  yayılmışdır. 
Meşələrin  növ  tərkibi  çox  müxtəlifdir.  Böyük  Qafqaz  hissəsində  palıd  və  vələs,  Talış  zonasında 
Hirkan  tipli  relikt  növlər  -  dəmirağac,  şabalıdyarpaq  palıd,  azat  və  s.  üstünlük  təşkil  edir.  Cüyür, 
çöldonuzu,  dələ,  oxlu  kirpi,  süleysin,  qırqovul,  kəklik  və  s.  var.  Meşə  olmayan  sahələr 
heyvandarlıqda və bitkiçilikdə istifadə olunur. 
8. Ön dağlığın kserofit və çöl landşaftı.
 Bu landşaft tipi  Qusar  maili düzənliyinin şərqində, 
Ceyrançöl və Acınohur ön dağlığının cənub kənarında və s. ərazilərdə inkişaf etmişdir. 100 m-dən 
1100  m-ə  qədər  hünd.-ləri  əhatə  edir.  Neogenin  dəniz  karbonatlı-terrigen,  kontinental-allüvial 
çöküntülərindən  təşkil  olunmuşdur.  Dağlar  arid-denudasion  struktur  mənşəlidir.  Bedlend,  yarğan-
qobu  şəbəkəsi,  gil  karstı  inkişaf  etmişdir,  Đqlimi  mülayim-istidir.  Hər  iki  sahəda  yay  quraq  keçir. 
Orta temp-r  yanvarda  -2°C-dən  0°C-yədək,  iyulda  19°C-dən  23°C-yədəkdir.  Đllik  yağıntı  500-600 
mm-dir. Dağ şabalıdı, dağ boz-qəhvəyi, boz-qonur və s. torpaqlar yayılmışdır. Bitkiləri yarımsəhra 
tiplidir (ardıc, saqqızağacı, qara-tikan kolları və s.). Canavar, tülkü, dovşan, çölsiçanı, kəklik, turac 
və s. var. Relyefi əlverişli olan sahələrdə bağçılıq inkişaf etmişdir. 
Düzənlik landşaftları:  
9.  Ovalıq-düzənliklərin  meşə-çəmən  landşaftı
.  Qanıx-Əyriçay  çökəkliyində,  Lənkəran 
ovalığının cənub, Samur-Dəvəçi ovalığının şimali-qərb hissəsində (Şollar düzü), dəniz sahillərində -
27  m-dən  200  m-ədək  hündürlükləri  əhatə  edir.  Antropogenin  allüvial-prolüvial,  dəniz-kənarı 
hissələrdə isə Holosenin dəniz çöküntülərindən təşkil olunmuşdur. Đqlimi Şollar düzündə mülayim-
isti  yarımsəhra  və  quru-çöl,  qalan  yerlərdə  mülayim-istidir.  Orta  temperatur  yanvarda  -2°C-dən 
+5°C-yədək,  iyulda  20°C-dən  26°C-yədəkdir.  Đllik  yağıntı  Şollar  düzündə  300-400  mm,  Qanıx-
Ə
yriçay  çökəkliyində  600-900  mm,  Lənkəran  ovalığının  cənub-qərbində  1400  mm-ə  qədərdir. 
Qrunt  suları  səthə  yaxındır.  Şollar  düzündə  allüvial  çəmən-meşə,  Qanıx-Əyriçay  çökəkliyində 
allüvial  çəmən  və  allüvial  çəmən-meşə  torpaqları,  Lənkəran  ovalığında  isə  podzollu  və  qleyli-
podzollu sarı torpaqlar yayılmışdır. Meşələrin növ tərkibi müxtəlifdir. Qanıx-Əyricay çökəkliyi və 
Samur-Dəvəçi  ovalığı  meşələrində  palıd,  vələs,  qarağac,  yalanqoz  və  s.,  Lənkəran  ovalığında  isə 
ş
abalıdyarpaq palıd, dəmirağac, azat və digər ağac növləri üstünlük təşkil edir. Çöldonuzu, canavar, 
oxlu kirpi, süleysin, qırqovul və s. var. Tütünçülük, meyvəçilik, tərəvəzçilik və s. inkişaf etmişdir. 
Lənkəran ovalığında subtropik bitkilər (çay, sitrus bitkiləri) becərilir. 
10.  Düzənliklərin  quru-çöl  landşaftı.
  Gəncə-Qazax  düzənliyini,  Şirvan  düzünün  şimal,  Mil 
və  Qarabağ  düzlərinin  alçaq  dağlığa  qovuşduğu  cənub  hissələrini,  gətirmə  konuslarını, 
konuslararası  çökəklikləri,  terrasları  və  allüvial-prolüvial  düzənlikləri  əhatə  edir.  Mülayim-isti 
yarımsəhra  və  quru  çöl  iqliminə  malikdir.  Orta temperatur  yanvarda  -2°C-dən  -1
0
C-yədək,  iyulda 
25°C-dən  27°C-yədəkdir.  Đllik  yağıntı  400  mm-ə  yaxındır.  Çəmən-boz-qonur,  şorlaşmış  boz  və 
açıq-şabalıdı  torpaqlar  yayılmışdır.  Əsas  bitki  qrupları  yovşan-daşdayan,  yovşan-daraqotudan 
ibarətdir. Canavar, tülkü,  müxtəlif qumsiçanı, qırqovul, kəklik, turac və s. var. Suvarma əkinçiliyi 
inkişaf etmişdir. Qış otlağıdır. 
11.  Ovalıqların  və    dağarası  düzən1iklərin  yarımsəhra  landşaftı
.  Azərbaycan 
Respublikasındakı bu landşaft zonası ən geniş sahəyə malikdir (ərazinin təqribən 25%-i). Kür-Araz 
ovalığının  çox  hissəsini,  Naxçıvan  MR-ın  Arazboyu  düzənliklərini,  Abşeron  yarimadasını  və 
Samur-Dəvəçi  ovalığının  cənub-şərq,  yarısını  əhatə  edir.  Hündürlük  -27  m-dən  (Xəzər  dənizi 
sahilində)  600-1000  m-ə  (Naxçıvan  MR-də)  qədərdir.  Antropogenin  allüvial-prolüvial,  Holosenin 
allüvial, prolüvial-delüvial çöküntülərindən təşkil olunmuşdur. Mülayim-isti yarımsəhra və quru çöl 
iqliminə,  Naxçıvan  MR-ın  Arazboyu  düzənliklərində  isə  soyuq  yarımsəhra  və  quru  çöl  iqliminə 
malikdir.  Hər  iki  sahədə  yay  quraq  keçir.  Orta  temperatur  yanvarda  1-4°C,  Naxçıvan  MR-in 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
20 
Arazboyu  düzənliklərində  -4°C-dən  2°C-yədək,  iyulda,  müvafiq  olaraq,  21°C-dən  27°C  və  23°C-
dən 28
0
C-yədəkdir. Đllik yağıntı 130 mm-dm 300 mm-ə qədərdir. Boz-çəmən, boz, boz-qonur və s. 
torpaqlar  yayılmışdır.  Yovşanlı,  kəngizli,  yovşanlı-şoranotulu,  gəvənli  yarımsəhra  bitkiləri 
üstündür.  Bu  landşaft  tipi  daxilində  çəmən-bataqlıq  (Kür  çayı  yatağı  boyundakı  çalalarda,  qrunt 
sularının  səthə  çıxdığı  yerlərdə,  axmazlarda  və  s.),  şorakət (okean  səviyyəsindən  alçaqda  yerləşən 
sahələrdə) landşaft yarımtipləri də ayrılır. Ceyran, canavar, tülkü, boz dovşan, müxtəlif qumsiçanı, 
qırqovul,  turac,  kəklik  və  s.  var.  Ərazi  Antropogen  təsirlərə  məruz  qalmışdır,  çox  hissəsi 
ş
umlanmışdır. Pambıqçılıq, üzümçülük, bağçılıq, heyvandarlıq inkişaf etmişdir.  
Azərbaycan  Respublikasında  təbii  landşaftların  yüksəkliyə  görə  dəyişilməsində  Böyük  və 
Kiçik Qafqaz, Talış (Lənkəran),   Naxçıvan   MR   landşaft    strukturu qrupları ayrılır. Böyük və 
Kiçik Qafqazın landşaft sıruklurunda alçaq dağlıqdan yüksək dağlığa doğru yarımsəhra, dağ çölləri, 
dağ meşələri, dağ çəmənləri və nival landşaft qurşaqları bir-birini əvəz edir. Bunlardan fərqli olaraq 
Talışda landşaft inversiyası baş verir - alçaq dağlığın meşə landşaftı yüksəkliyə doğru dağ-kserofit 
landşaftına  keçir.  Düzənliklərin  meşə-çəmən  landşaft  strukturunda  iqlimin  quraq  keçməsi  əsas  rol 
oynayır. Naxçıvan MR-ın Arazboyu düzənliklərinin yarımsəhra və orta dağlıq hissəsində quru çöl, 
yüksək dağlıq hissəsində dar zonada dağ çəmənləri, ondan yüksəkdə isə nival qurşaq yerləşir. 
Torpaq  örtüyü.  Təbii-coğrafi  xüsusiyyətlərinin  müxtəlifliyi  ilə  seçilən  Azərbaycan 
Respublikasının  ərazisi,  tropik  meşə  və  savanna  tipli  landşaftlar  istisna  olunmaqla,  Yer  kürəsində 
yayılmış  bütün  torpaq-iqlim  zonalarının  mövcudluğu  ilə  səciyyələnir.  Bununla  yanaşı,  hər  zona 
daxilində torpaqəmələgətirici ana süxurların və çöküntülərin, bioloji amillərin və insanın təsərrüfat 
fəaliyyətinin müxtəlifliyi burada çoxsaylı torpaq tip və növlərinin formalaşmasına səbəb olmuşdur. 
Ə
razidə  relyefin  morfogenetik  və  morfometrik  xüsusiyyətlərinin  mürəkkəbliyi  geosistemlərdə 
hidrotermik rejimin,  maddələr  mübadiləsinin  və  başqa amillərin kəskin dəyişilməsinə, beləliklə də 
torpağın  zonallıq  qanunauyğunluğunun  yaranmasına  və  bir-birini  əvəz  edən  müxtəlif  torpaq 
tiplərinin formalaşmasına, onların kimyəvi, fiziki-kimyəvi və mineraloji xassələrinin müxtəlifliyinə 
səbəb olmuşdur. 
Azərbaycan  Respublikası  torpaqlarını  onların  yayılmasının  coğrafi  və  geomorfoloji 
xüsusiyyətlərinə, əsasən, dağlıq və düzənlik torpaqlarına bölmək olar. 
Torpaqəmələgəlmə  şəraitindən  asılı  olaraq,  Böyük  Qafqaz,  Kiçik  Qafqaz  və  Talış  dağlıq 
ə
razilərinin torpaqları, əsasən, morfoloji cəhətdən profilinin nisbətən qısalığı, əksərən yuxa və daşlı-
çınqıllı olması ilə fərqlənir. Tərkibində çox zaman müxtəlif süxur qırıntılarına və zəif aşınmış ilkin 
minerallara  təsadüf  edilir.  Dağlıq  qurşaqlar  üçün  eroziya  vo  denudasiya,  həm  də  ibtidai  torpaq 
ə
moləgəlmə  prosesi  səciyyəvidir.  Kür-Araz,  Orta  Araz  dağarası  va  Qusar-Dəvəçi  ön  dağlıq 
çökəklikləri  düzənliklərinin  torpaqları  əksərən  çökmə  süxurlar  üzərində  əmələ  gələrək,  torpaq 
layının  qalınlığı,  müxtəlif  dərəcədə  şoranlaşması,  şorakətləşməsi  və  bataqlaşması  ilə  səciyyələnir. 
Burada  torpaqların  struktur-morfoloji  xüsusiyyətlərinin  dəyişilməsinə  suvarma  rejiminin  də  təsiri 
böyükdür. 
Təbii torpaqəmələgəlmə şəraitindən asılı olaraq respublika ərazisində müxtəlif torpaq tipləri, 
yarımtipləri  vo  növlərindən  ibarət  dağ-tundra,  dağ-çəmən,  dağ-meşə,  sarı  və  qleyli-podzollu, 
qaratorpaq, şabalıdı, boz vo boz-qonur torpaqları formalaşmışdır. 
Bitgi  örtüyü.  Azərbaycan  Respublikası  zəngin  floraya  malikdir.  Burada  4500-dən  çox  ali 
sporlu  və  çiçəkli  bitki  növü  yayılmışdır.  Đbtidai  bitkilər  də  geniş  növ  müxtəlifliyi  ilə  səciyyələnir. 
Bu  bitkilərin  Azərbaycanda  yüzlərlə  növü  aşkar  edilmişdir.  Geniş  yayılmış  yosunlar  hərtərəfli 
öyrənilmişdir.  Yosunlara  Xəzər  dənizində,  göllərdə,  şirin  sularda,  şibyələrə  isə  ən  çox  qayalıq  və 
daşlıq  sahələrdə,  ağaclarda,  mamırlara  bataqlıqlarda,  alp  qurşaqlarında,  papaqlı  və  mikroskopik 
göbələklərə  isə  hər  yerdə  rast  gəlinir.  Ümumiyyətlə,  respublikada  məlum  olan  bitki  növləri  say 
etibarıilə  Qafqazdakı  məlum  bitki  növlərinin  66%-ini  təşkil  edir.  Respublikanın  bitki  aləminin 
zənginliyi və rəngarəngliyi ərazinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, təbiətinin inkişaf tarixinin 
mürəkkəbliyi və eləcə də kənar floranın təsiri altında formalaşması ilə əlaqədardır. Burada Üçüncü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə