Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
10 
Ə
traf  mühit,  nəqliyyat  və  regionlar  nazirlikləri  baza  strategiyasını  formalaşdırır  və  aşağı 
səviyyəli  qurumlar  ona  uyğun  fəaliyyət  göstərirlər.  Xüsusi  proqram  və  tədbirləri  “yarımdövlət” 
təşkilatları  icra  edir.  Bununla  belə,  milli  səviyyə  maliyyələşdirməyə  və  hüquqi  mübahisələrə  
nəzarət  funksiyasına  malikdir.  Đdarəteməni  regionlara  keçirmək  istəmək  cəhdlərinə  baxmayaraq 
hələlik  ərazi  planlaşdırılmasında  regional  səviyyə  nəzərə  çarpacaq  rol  oynaya  bilmir.  Tapşırıqlar 
lokal səviyyədə strateji plan hazırlayan rayonlar və torpaqdan istifadə üçün xüsusi plan hazırlayan 
bələdiyyələr arasında bölünmüşdür. Urbanlaşmış rayonlarda belə funksiya bölgüsü yoxdur. 
Torpaqdan  istifadə  planı  kənd  təsərrüfatının  və  məskunlaşma  yerlərinin  maraqlarını  yaxşı 
nəzərə  alır.  Təbiəti  mühafizə  məqsədlərinə  onlar  məhəl  qoymurlar.  Təbiəti  mühafizə 
planlaşdırılması  mühafizə  olunan  əraziləri  ayirmaqla  kifayətlənir,  və  bu  da,  bu  işdə 
müvəffəqiyyətlərə  baxmayaraq, onların  “ada  şəkilində  izolyasiya” olmasına gətirir.  Kənd  və  meşə 
təsərrüfatında ekoloji tələblər kifayət qədər nəzərə alınmır.  
Britaniyalıların təsvirində landşaft vizual-estetik kateqoriya kimi görünür. Ona görə də çox 
vaxt  landşaft planlaşdırması  landşaftın zahiri görünüşünün  formalaşması  ilə qurtarır. Planlaşdırma 
sistemində  o  zəif  mövqeyə  malikdir  və  qanuni  əsaslanmamışdır.  O  bir  çox  vacib  siyasi  səndlərdə 
xatırlanılır,  ancaq  hüquqi  əsasa  söykənmir.  Beləliklə,  təbiəti  mühafizənin  dövlət  idarəetməsində 
kifayət  qədər  kök  salmamsı  və  xüsusi  mülkiyyət  sahiblərinin  güclü  mövqeyi  Böyük  Britaniyada 
landşaft  planlaşdırmasının  inkişafını  müəyyənləşdirir.    Burada  icrası  məcburi  və  yaxud  sərbəst 
landşaft planı və yaxud proqramı yoxdur.  
Landşaft  planlaşdırılmasının  məsələləri  müxtəlif  planlaşdırmanın  müxtəlif  sahələrinə 
səpələnmişdir.  Məsələn,  torpaqdan  istifadəni  planlaşdırdıqda  landşaft  planlaşdırması  informasiya 
bazası kimi lazım ola bilər.  
Beləliklə, Böyük Britaniyada Landşaft planlaşdırması formal olaraq hələlik sistemdə özünün 
“qanuni” yerini axtarır. Praktikada isə o yaşayır, fəaliyyət göstərir və çox vaxt yaxşı nəticələrə nail 
olur.  Onun  və  britaniyalıların  ekoloji  hüquqlarının  inkişafına  ĐB  göstərişləri  təhrik  edir  (Rydin, 
1994).
 
Ümumiyyətlə  götürdükdə  landşaft  planlaşdırmasının  potensialı  və  perspektivi  Böyük 
Britaniyada cəmiyyət tərəfindən dərk olunmuşdur.  
 
1.6.2. Niderland 
Ə
n  six  məskunlaşmış  avropa  ölkələrindən  biri  kimi  Niderland  təbiətə  və  landşaftların 
inkişafına  nəzarət  etməkdə,  xüsusən  dəniz  sahillərinin  mühafizəsi  və  mənimsənilməsində,  çoxdan 
bəri  ənənəyə  malikdir.  Ancaq  ərazinin  planlaşdırılmasında  təbiəti  mühafizə  yox,  dəyişmə  və 
layihələşdirmə  ideyası  üstünlük  təşkil  edir.    Ona  görədə  burada  siyasətdə,  idarəetmədə  və 
cəmiyyətdə stabil tanınmış ciddi diferensasiya olunan planlaşdırma sistemi formalaşmışdır (Foludi 
and Falk, 1994).  
Nidelandda landşaft planlaşdırması məsələləri üç planlaşdırma vasitəsi və müvafiq qanunlar 
arasında paylanmışdır: ərazi planlaşdırması, ekoloji yönəmli planlaşdırma və su ehtiyatlarının idarə 
olunması.  Ekoloji  tələblərin  bütün  aspektlərini  nəzərə  alan  ümumiləşdirici  sənəd  yoxdur. 
Almaniyaya  nisbətən  burada  ərazi  və  landşaft  planlaşdırılması  arasındakı  əlaqə  dərindir.  Bununla 
yanaşı  ekoloji  yönəmli  planlaşdırma  Niderlandda  aydın  və  səlist  sahə  xarakteri  daşıyır.  Məsələn, 
növ və biotopların və su təsərrüfatının xüsusi planlaşdırılması mövcuddur. Hava və iqlimə gəldikdə, 
onlara ətraf mühiti mühafizə planlarında baxılır.   
Cəmiyyət və, planlaşdırma maraqlarına toxunanan hamı, AĐ ittifaqında görünməməş şəkildə 
planların  işlənilməsinə  cəlb  olunur.  Ümumiyyətlə  götürdükdə  planlaşdırma  konsensus  təmin  edən 
qərarların axtarılmasına yönəlir.   
Planlaşdırmanın  üç  səviyyısi  mövcuddur.  Niderlandda  idarəetmə,  təbiəti  mühafizə  landşaft 
planlaşdırılmasının  xeyli  dərəcədə  desentralizasiya  olunmasına  baxmayaraq  onların  hamısı  əsas 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
11 
inkişaf  impulsunu  dövlətdən  alır.  Ərazi  planlaşdırmasının  məsuliyyəti  üç  nazirliyin  üstünə  düşür. 
Bütün  plan  sisteminin  (sahələr  və  planlaşdırma  səviyyələri)  matris  sxemində  ərazi  planlaşdırması 
hər səviyyədə inteqrasiya etmək funksiyasını oynayır və plan təkliflərinin razılaşmasını təmin edir.   
Landşaftın,  təbiətin  mühafizəsi  və  inkişafı,  və  həm  də  ümumilikdə  təbiətin  mühafizəsi 
məsələlərinə  həsr  olunmuş  müxtəlif  proqramlar  tərtib  olunmuşdur.  Alman  landşaft 
planlaşdırılmasına uyğun proqramlardan biri “Təbiətə ziyanın qarşısının alınması planıdır”. Bu plan 
təbiəti mühafizə məqsədlərinə yönəlmişdir və növ və biotopların mühafizəsi məsələlərini müəyyən 
edir. Ərazi planlaşdırılması milli proqramın müxtəlif planlarını cəmləşdirir və inkişaf planının dörd 
baza kriteriyasını verir: “yaşıl kurs” əsasən təbiəti mühafizə yönəmlidir, “sarı kurs” – intensiv kənd 
təsərrüfatına həsr olunmuşdur, “mavi kurs” – iqtisadi və ekoloji tələbləri birləşdirir, “qəhvəyi kurs” 
– kənd təsərrüfatı və başqa inkişaf planlarını birləşdirir.  
Beləliklə  milli  səviyyədə  planlaşdırmaya  cavabdeh  olan  nazirliklər  planlaşdırmanın  əsas 
istiqamətini  və  məsələlərini  təyin  edirlər,  sonra  isə  işləyib  hazırlamaq  üçün  tabeçiliklərində  olan 
səviyyələrə  ötürürlər.  Niderlandda  təbiəti  mühafizə  üzrə  milli  qanun  yoxdur.  Bu  milli  parkların 
möhkəm  hüquqi  əsaslarının  sərbəst  element  kimi  mövcud  ola  bilməməsini  və  nə  üçün  landşaft 
planlaşdırmasının  sərbəst  instrument  kimi  olmadığını  izah  edir.  Milli  parklar  ancaq  konkret  siyasi 
qərarlar nəticəsində meydana gəlir. Baxmayaraq ki təbiəti mühafizəni növ və biotopların mühafizəsi 
kimi dar çərçivədə başa düşülür, o son dərəcədə effektlidir. 
Regional  səviyyədə  təbiəti  mühafizə  və  regional  planlar  tərtib  olunur.  Onları  müvafiq 
təşkilatlar icra edirlər. Hal-hazırda ölkədə səlahiyyətlərin yerli orqanlara verilməsi meyli müşahidə 
olunur.  Buna  görə  də  gələcəkdə  regional  səviyyə  vacib  əlaqələndirmə  funksiyasını  öz  üzərinə 
götürə  bilər.  Bütövlükdə  həm  milli,    həm  də  regionl  səviyyədə  konkret  layihələr  Almaniyaya 
nisbətən daha çox yerinə yetirilir. 
Bütövlükdə  Niderlandda  planlaşdırma  sistemi  landşaft  planlaşdırılmasının  bütün  əsas 
məsələlərini  birləşdirir.  Amma  sərbəst  instrument  kimi  o  burada    Almaniyaya  nisbətən  dar 
çərçivədə müəyyələşdirilir. Landşaft planlaşdırmasının bir çox məsələlərini, ərazi planlaşdırması öz 
üzərinə götürür. Buna görə də landşaft planlaşdırması  milli  və regional  səviyyədə rəsmən  mövcud 
deyil. Lakin axır zamanlar Niderlandda ekoloji yönəmli  strateji planlaşdırma inkişaf edir.  
Niderlandda  təbiəti  mühafizə  siyasətinin  daha  bir  xüsusiyyəti  effektivliyə  müntəzəm 
nəzarətdir.  Təbiəti  mühafizə  instrumentləri  burada  hər  dörd  ildən  bir  qiymətləndirilir.  Nəzarət 
nəticəsində  məlum olur ki, təbiəti  mühafizə  məsələlərinin üç  müxtəlif  vasitə  və qanunlar arasında 
bölünməsi bəzi çatışmamazlıqlara səbəb olur  
Sonda  qeyd  etmək  lazımdır  ki,  Niderlandda  ekoloji  tələblərin  sahə  planlaşdırmasına 
inteqrasiyası  yüksək  səviyyəyə    çatıb.  Planlaşdırma  sisteminin  daha  bir  güclü  xüsusiyyəti  onun 
ə
məkdaşlığa  yönəmi  və  müxtəlif konfliktləri  bütün səviyyələrdə konsensus  yolu  ilə  həll etməsidir. 
Belə ki, burada təbiəti mühafizə birlikləri hətta milli səviyyədə də mühüm rol oynayırlar. Bu kiçik 
ölkənin  ərazilərinə  güclü  təsərrüfat  təzyiqlərinin  olmasına  baxmayaraq  onun  cəmiyyəti  ”yaşıl 
ürəyə” malikdir və landşaftın inkişafı üçün əllərindən gələni edirlər.    
 
1.6.3. Fransa 
Fransada  səlahiyyətlərin  yerli  orqanlara  veilməsi  cəhdlərinə  baxmayaraq,  onun  siyasi  və 
planlaşdırma  sistemi  hələdə  ənənəvi  olaraq  güclü  şəkildə  mərkəzləşmişdir.  Ölkənin  inzibati-ərazi 
səviyyələri  ilə  regionlar,  departament  və  kommunalar  arasında  məsuliyyətlərin  dəqiq  bölgüsü 
mövcud  olmasına  baxmayaraq,  onlar  arasında  heç  bir  əlaqə  yoxdur.  Ancaq  son  vaxtlar  burada 
dövlət  və  bu  səviyyələr  arasında  tərəfdaşlıq  münasibətlərini  inkişaf  etdirmək  meyilləri  xeyli 
güclənmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə