Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   2   3   4   5   6   7   8   9   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 

Beləliklə torpaqdan istifadədə düzgün olmayan siyasətə və  bunun nəticəsi ikmi onların itirilməsinə 
zəmin  yaranır.  Ona  görə  də  torpağin  tam  keyfiyyət  mahiyyətini  təsnifləşdirə  bilən  və  müxtəlif 
səviyyələrdə qərarların qəbul edilməsində faydalı olan effektiv instrumentlər hazırlanmalıdır.  
Digər  tərəfdən,  indiyə  qədər  azərbaycanda  landşaft  planlaşdırılmsından  istifadə 
edilməmişdir, onun tətbiq edilməsi üçün birbaşa hüquqi əsas yoxdur. Landşaft planlaşdırılması, hər 
ş
eydən əvvəl  metodik əsas kimi, ekoloji  yönəmli  torpaqdan istifadə  layihələrinin təkmilləşməsi  və 
unfikasiya olunmasına və onların Azərbaycanda tətbiq olunmasına istiqamətlənməlidir.  Bu sahədə 
mövcud boşluqlar artıq torpaq siyasətində müəyyən problemlər yaratmışlar. Sonralar isə, dövlətdən 
hüquqi  və  fiziki  şəxslər  tərəfindən  torpaqlar  alındıqda  onların  sayı  çoxala  bilər.  Landşaft 
planlaşdırılması torpaq dövriyyəsində bütün maraqları nəzərə almalı və sistemləşdirməlidir, bununla 
belə xalqın böyük kütləsinin torpaq siyasətinin planlaşdırılması və reallaşdırılmasına cəlb edilməsi 
üçün şərait yaratmalıdır. 
 
1.2. Regional siyasətdə ekoloji yanaşma 
Landşaft  planlaşdırmasının  əsasları  və  metodlarına  regonal  siyasətin  və  panlaşdırmanın 
ekoloji aspektlərindən baxmaq lazımdır, və yaxud ən azı, bu onlarla uyğunlaşdırılmalıdır. Dövlətin, 
ölkənin iqyisadi, sosial və siyasi inkişafının idarəçiliyində onun konkret rayonlarının xüsusiyyət və 
maraqlarını nəzərə alan siyasət regional siyasət adlanır. Belə idarəçiliyin vasitələrindən biri, adətən 
ümumi ərazi planlaşdırılması çərçivəsində tərtib olunan, regional planlaşdırmadir. Keçən əsrin 70-ci 
illərindən  başlayaraq  Avropada  regional  siyasət  və  planlaşdırma  kəsgin  ekoloji  səciyyə  daşımağa 
başladı.  Onun  mənbəyində  bir  tərəfdən  cəmiyyət  tərəfindən  aydın  dərk  olunan  ekoloji  imperativ, 
digər tərəfdən torpaqdan istifadə də planlaşdırma ənənələri durmuşdur. 
Müasir zamanda regional siyasətdə strateji tendensiyaları müəyyən edən güclü amil ekoloji 
baxımdan davamlı inkişaf ideyasıdır. BMT-nin 1992-ci ildə Rio-de-Janeyroda keçirdiyi Konfransın 
yekun  sənədində,  yəni  “21 əsrin gündəliyində”   bu  ideya ümumi  şəkildə öz əksini tapdı.  Davamlı 
inkişaf  konsepsiyası  bir  çox  ölkələrin  hökumətləri  tərəfindən  regional  inkişaf  planına  daxil 
edilmişdir.    Avropa  ölkələrində  bu  problemlər  üzrə  əməkdaşlığı  Avropa  Şurası  idarə  edir  və 
isitiqamətləndirir.  Məsələn,  bu  şurada  ətraf  mühit  və  yerli  idarəçilik  Direktoratı  fəaliyyət  göstərir 
(Directorate of Environment &  Local  Authorities). Avropa Đttifaqının üzvü olan  bir çox ölkələrdə 
regional  planlaşdırma  üzrə  nazirlik  və  digər  təşkilatlar  yaradılmışdır,  onlar  Şuranın  himayədarlığı 
ilə avropa ölkələrinin davamlı  ərazi inkişafı problemləri üzrə daimi konfranslar keçirirlər.  
Hazırda  regional  inkişafın  mərkəzi  istiqamətlərindən  biri,  ətraf  mühitə  və  təbii  resurslara 
təzyiqi  azaltmaq  tələbini  ortaya  qoymaqla,  irəli  gedən  və  geridə  qalan  regionların 
bərabərləşdirilməsi  siyasətidir.  Təbii  ki,  bu  problemin  həllində  yanaşma  universal  ola  bilməz. 
Ümumi yol, ancaq, bütün region və ölkələr üçün vahid sayılan klassik urbanlaşma və sənayeləşmə 
modeli  təsəvvüründən  imtina  etməkdir.  Regional  baxımdan  səciyyəvi  olan  və  ekoloji  olaraq  dərk 
edilmiş proqramın inkişafında landşaft planlaşdırması hiss ediləcək rol oynaya bilər.  
Məsələn,  Rusiyanın  ölçüləri,  onun  təbii,  təsərrüfat,  mədəni  müxtəlifliyi  və  federativ 
quruluşu  güclü  regional  siyasətin  həyata  keçirilməsinin  zəruriliyini  göstərir.  Federal  mərkəzin 
regional siyasətində ekoloji istiqamətli, sistemli proqram hələlik formalaşmamışdır. XX əsrin 90-cı 
illərində RF-nin Təbiəti Mühafizə üzrə Dövlət Komitəsi, Đqtisadiyyət Nazirliyi və onun Məhsuldar 
Qüvvələrinin Yerləşməsi  və Đqtisadi Əməkdaşlıq  üzrə Şurası,  həm də digər dövlət və qeyri-dövlət 
təşkilatlarının cəhdi bir nəticə vermədi, heç olmasa konseptual təkliflər yaranmadı. Yeni XXĐ əsrin 
başlanğıcı  ağılabatan  ekoloji  dövlət  siyasətinin  yaranmasında  daha  çox  problemlərlə  səciyyələndi. 
Təbəiəti  mühafizə  sahəsində  ölkədə  keçirilən  yeni  təşkilatı  qurmlar  təsərrüfat  münasibətlərində 
ekoloji  əsas  yaratmadı. Federal  və regional təbiəti mühafizə təşkilatlarında  nəzarət və icazə  vermə 
funksiyalarının bir əldə olması əsas problem kimi qaldı.  


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 

Bunlarla  birlikdə,  RF-də  regional  ekosiyasətin  inkişafı  üçün  müəyyən  əsaslar  yaranmışdır. 
Bununla əlaqədar rusiya  hüquqi  fəaliyətlərinin tədricən ekoloqlaşdırılmsı prosesisnin  başlanmasını 
göstərmək olar. Son zamanlar təsərrüfat münasibətlərini ekoloji əhəmiyyət baxımindan nizamlayan 
bir neçə vacib qərar qəbul olunub, və ya, buna cəhd göstərilib: “Təbiəti mühafizə haqqında qamun” 
(2002),  RF-nin  Torpaq  Kodeksi  (2001)  və  s.  Reginal  səslənməsinə  baxmayaraq  “Baykal  gölünün 
mühafizəsi  haqqında qanun”  böyük  federal  və  beynəlxalq  əhəmiyyətə  malikdir. Eyni zamanda  bir 
çox hüquqi aktlar çərçivə xarkteri daşıyır və yaxud keçid rolunu oynayırlar, oların həyata keçməsi 
üçün sistemli metodik üsullar və vasitələr yoxdur. Ona görədə ekoloi yenidənqurmada rusiyanın da 
avropa ölkələrinin təcrübəsindən öyrənməyə ehtiyacı vardır. Bu kontekstdə, qanunverici sənədlərin 
sistemli şəkildə həyata keçirilməsində landşaft planlaşdırılması faydalıdır. 
 
1.3. Landşaft və ərazi planlaşdırılması 
 “Davamlı  inkişaf”  bir  anlayış  və  tələb  kimi  beynəlxalq  aləmdə  artıq  qəbul  edilmişdir. 
Bununla  yanaşı  təbiətin  və  ətraf  mühitin  qorunması  iqtisadiyyatla  bir  sırada,  eyni  dərəcədə  vacib 
məqsəd  kimi  baxılır.  Ona  görə  də  bir  çox  dövlətlərdə  ərazi  inkişafının  daimi  təmin  olunmasına 
yönələn, elmi tədqiqatlara əsaslanan həllərin axtarışı siyasət və idarəçiliyin fundamental məsələləri 
hesab  olunur.  Avropada  landşaft  planlaşdırılması  bu  məsələlərin  həllini  əhəmiyyətli  dərəcədə 
həyata  keçirməyə  çağırır.  Onun  böyük  və  hərtərəfli  təcrübəsi  bütün  ölkələrdə,  müxtəlif 
səviyyələrdə, ərazi planlaşdırılması sistemini işləyib hazırlamağa və zənginləşdirməyə qabildir.  
Avropa Đttifaqı və Avropa Şurasına daxil olan ölkələrdə təbiətin və ətraf mühitin qorunması 
və  eyni  zamanda  ərazi  planlaşdırılması  sahəsində  olan  əməkdaşlıq  aşağıdakı  səbəblərdən  yavaş, 
lakin durmadan, inkişafdadır və böyük əhəmiyyət kəsb edir: 
•  Avropa Đttifaqının  siyasəti  ərazi  inkişafının ekoloji aspektlərinə ketdikcə daha çox təsir 
göstərir. 
•  Ətraf  mühitin  Avropa  standartları  vahid  prinsiplərə  əsaslanmalıdır,  ekoloji  “dempinq” 
istisna olunmalıdır və iqtisadiyyətə qoyulmuş investisiyalara zəmanət verməlidir.  
•  Əgər təbiətin və ətraf mühitin qorunması bütün qitənin miqyasında həyata keçirilırsə və 
transsərhəd xarakteri alırsa, onda o daha effektiv olur.  
•  Ümumi  Avropa  tətbiqinin  nəticəsində  landşaft  planlaşdırılması  siyasi  əhəmiyyət  kəsb 
edir. 
Milli  planlaşdırma  sistemləri  bu  şərtləri  nəzərə  almaqla  inkişaf  etməlidirlər.  Đspaniya  və 
Portuqaliyada demək olar ki, bütün təbiəti qoruma qanunları, Danimarkada isə bu qanunların ancaq 
yarısı  avropa  standrtlarına  əsaslanır.  Artıq  indi  avropa  qanuni  göstərişləri  (“qanuni  xətt”adlanır) 
Avropa  Đttifaqına  daxil  olmaq  niyyətində  olan  ölkələrdə  reallaşır.  Hal  hazırda  müvafiq  tələblər 
hazırlanır. 
Bu  proses  Rusiyaya  və  Cənubi  Qagqaz  ölkələrinə  də  aiddir.  Avropa  Şurasının  üzvü  və 
avropa  ölkələrinin  vacib  siyasi  və  təsərrüfat  tərəfdaşı  kimi  Azərbaycan  da  beynəlxalq  təbiəti 
mühafizə standartları və planlaşdırma sistemlərini qəbul etməlidir. 
Aşağıdakı  xülasədə  ümumi  avropa  səviyyəsində  və  ayrı-ayrı  ölkələrdə  landşaft 
planlaşdırılmasının  əsasları  verilmişdir.  Şübhəsiz,  Avropada  landşaft  planlaşdırmasının  ayrı-ayrı 
ideyaları və alınmış nəticələri Azərbaycanda belə planlaşdırmanın inkişafı üçün əhəmiyyətlidir. 
 
1.4. Landşaft planlaşdırması nəyə faydalı ola bilər?  
Landşaft  planlaşdırması,  fiziiki  və  biloji  mühiti  sağlam  saxlamaq  məqsədi  ilə,  torpaqdan 
istifadəyə dair tövsiyələr sistemidir. Landşat planlaşdırılması prosesi ətraf mühitin müasir vəziyyəti, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə