Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   2   3   4   5   6   7   8   9   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq) 
 
iv 
5.3.2. Torpaqların qiymətləndirilməsi.................................................................................. 112 
5.3.3. Hidrogeoloji və hidroloji qiymətləndirmə .................................................................. 115 
5.3.4. Aqroiqlim ehtiyatlarının qiymətləndirilməsi............................................................... 115 
5.3.5. Fauna......................................................................................................................... 118 
5.3.6. Torpaqdan istifadə ..................................................................................................... 120 
5.4. Sahə və inteqrasiya olunmuş məqsədlər ........................................................................125 
5.5. Konfliktlər və inteqrasiya olunmuş məqsədlər ..............................................................131 
5.6. Fəaliyyət və tədbirlər ....................................................................................................133 
 
Nəticə .................................................................................................................................138 
 
Ə
dəbiyyat...........................................................................................................................139
 
 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 

ÖN SÖZ 
Avropa  Şurasının  fəal  üzvü  kimi  Azərbaycan  öz  fəaliyyətinin  müxtəlif  sahələrində  avropa 
standartlarından maksimal dərəcədə müxtəlif sahələrdə istifadə etməyə çalışır. Bu istigamətdə vacib 
misallar  kimi  Azərbaycan  tərəfindən  insanın  yaşayış  mühitiminin  strateji  mühafizəsinə  aid  olan 
beynəlxalq  konvensiyalara  qoşulmasını  və  protokolları  imzalamasını  qeyd  etmək  olar.  Artıq  bir 
neçə ildir ki, biz alman həmkarlarımızla təbiəti mühafizə sahəsində əməkdaşlıq edirik, hökumətlər 
arasında  bu  sahədə  müqavilə  imzalanmışdır,  qorunan  ərazilər  şəbəkəsinin  yardaılmasında  onlar 
Azərbaycana kömək göstərirlər. 
Oxuculara təqdim olunan bu kitab bizim əməkdaşlığımızın daha bir vacib nəticəsidir. Alman 
mütəxəssisləri  avropa  üçün  adi,  bizim  üçün  isə  yeni,  saylılan  landşaft  planlaşdırılmasının 
vasitələrinin  yaradılmasına on  ildən artıq  vaxt sərf etmişlər, sonradan bu təcrübəni  həm də Rusiya 
Federasiyasında həyata keçirmişlər və onu Azərbaycanda da həyata keçirmək arzusunda idilər.  
Davamlı  inkişaf  bir  anlayış  və  imperativ  kimi  beynəlxalq  aləmdə  artıq  qəbul  edilmişdir. 
Burada  təbiət  və  ətraf  mühitin  qorunmasına  iqtisadiyyatla  bir  sırada,  eyni  dərəcədə  vacib  məqsəd 
kimi  baxılır.  Ona  görə  də  bir  çox  dövlətlərdə  ərazi  inkişafının  daimi  təmin  olunmasına  yönələn, 
elmi  tədqiqatlara  əsaslanan,  həllərin  axtarışı  siyasət  və  idarəçiliyin  fundamental  məsələləri  hesab 
olunurlar.  Avropada  landşaft  planlaşdırılması  bu  məsələlərin  həllini  əhəmiyyətli  dərəcədə  həyata 
keçirməyə çağırır. Onun böyük və hərtərəfli təcrübəsi bütün ölkələrdə, müxtəlif səviyyələrdə, ərazi 
planlaşdırılması sistemini işləyib hazırlanmağa və zənginləşdirməyə qabildir.  
Azərbaycan  təbiəti  mühafizə  sahəsində  yaxşı  qanunçuluq  bazasına  malikdir.  1999-cu  ildə 
“Azərbaycanda  ətraf  mühitin  mühafizəsi  haqqında”  qanun  qəbul  edilmişdir.  Bu  qanunun 
maddələrində avropa ideya və istiqamətləri ilə uyğun gələn çoxlu sayda yeni ideyalar tapmaq olar. 
Ancaq,  bu  hüquqi  məqamları  real  tədbirlər  müstəvisinə  keçirə  biləcək  yeni  metodik 
konstruksiyaların  yaranmasına  ehtiyac  vardır,  və  burada  landşaft  planlaşdırılması  öz  yerini  tapa 
bilər.   
Landşaft  planlaşdırılması  torpağı  sağlam  saxlamaq  və  onun  fiziki  və  bioloji  mühitini 
mühafizə etmək  məqsədi  ilə onun  istifadəsi üçün  tövsiyələrin  hazırlanmasına  sistemli  yanaşmadır. 
Landşaft  pllanlaşdırılması  həm  də  elə  bir  prosesdir  ki,  burada  ətraf  mühitin  müasir  vəziyyəti, 
ə
həmiyyəti  və  həssaslığı    haqqında  məlumatlar  sistemləşdirilir  və  məqsədli  araşdırılır.  Sonradan 
mövcud  və  inkişafda  olan  layihələrin  planlaşdırma  ərazisindəki  bu  komponentlərə  təsiri  nəzərə 
alınır,  və  nəhayət  ərazinin  inkişafı  üçün  hansı  paramerləri  əsas  tutmaq  və  təbii  mühitin  həyat 
fəaliyyətini təmin etməkdən ötəri görüləcək tədbirlər müyyənləşdirilir. Bir qayda olaraq bu prosesin 
nəticəsi ərazi landşaftının istifadəsi və idarəsi üçün tövsiyələr əks olunmuş xəritələrdir.  
Bu kitab 2007-ci ilin yanvar ayından 2008-ci ilin iyul ayına qədər olan dövrdə Almaniyanın 
Federal  Təbiəti  Mühafizə  Cəmiyyətinin  (BfN)  dəstəyi  ilə  Cənubi  Qafqazda  landşaft 
planlaşdıdılması  mövzusunda  icra  olunmuş  layihənin  tədqiqatlarının  nəticəsinin  bir  hissəsidir. 
Tədqiqatların  məqsədlərindən  biri,  ərazi  planlaşdırmasının  potensial  köməkçi  mexanizmi  kimi, 
uzun illər Almaniyada istifadə olunan landşaft planlaşdırılmasını, Azərbaycanda sınaqdan keçirmək 
idi.  Təbii  ki  bu  plan  regional  və  bələdiyyə  planları  ilə  yanaşı  tutulur,  onun  vasitəsi  ilə  layihələrin 
ekoloji qiymətləndirilməsi aparılır.  
Kitabın  birinci  fəsli  landşaft  planlaşdırılmasının  konsepsiyası  və  onun  formalaşmış 
modelinin  Avropa  ölkələrində  tətbiqinə    həsr  olunmuşdur.  Burada  aparılmlş  təhlil  göstərir  ki, 
müxtəlif avropa ölkələrində landşaft planlaşdırmasının məqsədləri müxtəlif formada yerinə yetirilir. 
Landşaft  planlaşdırması  məsələlərinə  və  mərhələlərinə  müxtəlif  ölkələrdə  müxtəlif  cür  əhəmiyyət 
verilir. Bütövlükdə landşaft planlaşdırması gələcəkdə avropa ölkələrinin qarşısında duran ən gərgin 
aktivlik sahəsi kimi görünür. 
Sonra  Avropa  regional  siyasətində  ekoloji  yanaşmaya  baxılır.  Müasir  zamanda  regional 
siyasətdə  strateji  tendensiyaları  müəyyən  edən  güclü  amilin  ekoloji  baxımdan  davamlı  inkişaf 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə