Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
23 
2.3. Davamlı inkişafın mahiyyəti və məqsədi, onun reallaşmasında landşaft plnlaşdırılmasının 
rolu  
Davamlı inkişaf, hazırkı dövrdə bütün tələbatları ödəməklə yanaşı, gələcək nəsillərin də öz 
tələbatlarını  ödəmək  qabiliyyəti  və  istəyini  təhlükə  altında  qoymayan  inkişafdır.  Davamlı  inkişaf 
konsepsiyası  iki amilin təsiri altında  yaranıb.  Birinci  amil ondan  ibarətdir ki,  son zamanlar diqqət 
daha  çox  ətraf  mühitin  mühafizəsindən  ətraf  mühitin  lazımi  ekoloji  səviyyədə  saxlanılmasına 
yönəlib  (ətraf  mühitin  mühafizəsi  təbiətin  müxtəlif  təmizləyici  texnologiyalar  vasitəsilə  mənfi 
antropogen  təsirdən  ayırıb  qorunmasını,  ətraf  mühitin  lazımi  ekoloji  səviyyədə  saxlanılması  isə 
daha az enerji və material sərf edən yeni texnologiyalara keçidi, ekoloji təfəkkürü və iqtisadiyyatın 
inkişafı  vasitəsilə  təbii  mühitin  qayğısına  qalmağı  nəzərdə  tutur).  Digər  amil  ondan  ibarət  idi  ki, 
ə
traf  mühitin  mühafizəsi  və  cəmiyyətin  sosial-iqtisadi  problemlərinin  həlli  bir-birilə  zəif 
ə
laqələndirildiyindən bazar iqtisadiyyatı şəraitində təbiətin mühafizəsinə maliyyə vəsaitin alınması 
çətinləşmişdir.  
Davamlı  inkişaf  konsepsiyasının  əsasını  ahəngdar  şəkildə  əlaqələndirilmiş  ekoloji,  iqtisadi 
və  sosial  məsələlərdən  ibarət  üçlük  (triada)  təşkil  edir.  Bu  konsepsiyanın  hazırlanıb  həyata 
keçirilməsində isə digər bir üçlük – hökumət, işgüzar və ictimai strukturlardan ibarət triada əsas rol 
oynayır.  Davamlı  inkişafın  üç  məqsədi  var:  ekoloji  vəhdət,  effektivlik  və  ədalət.  Belə  ki,  iqtisadi 
nöqteyi-nəzərdən  nemətlər  nəsildən-nəslə  keçdikdə  azalmamalıdır.  Davamlı  inkişaf  nəzərdə  tutur 
ki, əsas (kapital) aktivlərin ehtiyatı  ya dəyişməz  qalır,  ya da ki  zaman keçdikcə artır. Bu aktivlərə 
aşağıdakılar  daxildir:  istehsal  edilmiş  və  ya  elmi-texniki  tərəqqi  nəticəsində  yaradılmış  kapital, 
insan kapitalı (insanların  biliyi,  bacarığı, təcrübəsi  və s.), ekoloji  və  ya təbii kapital, sosial kapital 
(cəmiyyətin mədəniyyət, hüquq və təsisat aktivləri).  
Davamlı  inkişafın  iki  modeli  vardır.  Birinci  (zəif  dayanıqlı)  modelə  görə  ümumi  aktivlər 
(nemətlər) zaman keçdikcə azalmamalı, müxtəlif kapital növlərinin bir-birini əvəz etməsinə imkan 
verilməlidir:  məsələn,  istehsal  edilmiş  texnogen  kapitalın  hesabına  təbii  kapitalın  azalmasına  yol 
verilir,  çünki  elmi-texniki  tərəqqi  mənfi  nəticələri  aradan  qaldırmaq  iqtidarındadır.  Đkinci  (çox 
dayanıqlı)  modelə  görə  zaman  keçdikcə  nəinki  ümumi,  həm  də    təbii  kapital    dəyişməməlidir: 
bərpaolunmaz  təbii  resursların  azalması  onların  satışından  əldə  edilən  gəlirin  bir  hissəsinin 
bərpaolunan  təbii  kapital  ehtiyatının  çoxalmasına,  bərpaolunmaz  təbii  resursların  yeni  növlərinin 
istifadəsinə  (məsələn,  alternativ  enerji  mənbələrə  keçid  üçün)  sərmayə  qoyuluşu  ilə  müşayiət 
olunmalıdır.  
Davamlı  inkişaf konsepsiyasının  əsaslandırılmasında Birləşmiş Millətlər Təşkilatı  nəzdində 
“Ətraf  mühit  və  inkişaf”  üzrə  beynəlxalq  komissiyanın  böyük  rolu  olmuşdur.  Bu  komissiya  onun 
sədri  –  Norveçin  sabiq  baş  naziri,  xanım  Gro  Harlem  Brutlandın  adı  ilə  “Brutland  komissiyası” 
adlanırdı.  Komissiyanın  1987-ci  ildə  hazırladığı  “Bizim  ümumi  gələcəyimiz”  adlı  məruzəsində 
davamlı  inkişaf  konsepsiyasının  anlayışı  verilmişdir.  Davamlı  inkişaf  konsepsiyası  Birləşmiş 
Millətlər Təşkilatının təşəbbüsü  ilə 1992-ci  ildə  Braziliyada (Rio-de-Janeyro şəhərində) keçirilmiş 
“Ətraf  mühit  və  inkişaf”  üzrə  beynəlxalq  RĐO-92  konfransının  iştirakçıları  tərəfindən  yekdilliklə 
dəstəklənən konsepsiyadır,  yəni  bu  məsələdə  artıq ümumi konsensus  formalaşıb.  Bütün dövlətlərə 
davamlı inkişaf üzrə öz milli strategiyasını hazırlayıb qəbul etmək tövsiyə olunmuşdur. Strategiya, 
gələcək  nəsillərin  səadəti  üçün  ətraf  mühitin  və  resurs  bazasının  qorunması  ilə  yanaşı,  sosial 
yönümlü  iqtisadi  inkişafın  təmin  edilməsinə  istiqamətləndirilməlidir.  Strategiya  hökumət, 
ictimaiyyət  və  işgüzar  dairələr  daxil  olmaqla  əhalinin  geniş  iştirakı  ilə  işlənib  hazırlanmalıdır.  O, 
ölkədə  mövcud  olan  şəraitin,  irəli  sürülən  təşəbbüslərin  hərtərəfli  təhlilinə  əsaslanmalıdır. 
Strategiyanın  müddəaları  qanunların,  habelə  iqtisadi  və  sosial  qərarların  qəbulu  zamanı  nəzərə 
alınmalıdır.  
Davamlı inkişaf strategiyasının əsas prinsipləri bunlardan ibarətdir:  
-  biosferə insanların təsiri öz dərəcəsinə görə biosferin potensial tutumunu aşmamalıdır;  


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
24 
-  bərpaolunan resursların qorunması:  biosferdə gedən əsas  biogeokimyəvi, hidroiqlim  və 
s.  proseslərin  qorunması,  biomüxtəlifliyin  qorunması,  bərpaolunan  resurslardan  onların 
artım imkanı dairəsində istifadə edilməsi;  
-  bərpaolunmaz resurslar üçün əvəzedicilərin yaradılma sürətini aşmamaqla bərpaolunmaz 
resursların işlədilməsi, gələcəkdə bu resurslardan istifadənin dayandırılması;  
-  təbiətin  istifadəsinə  sərf  olunan  xərclərin  və  ondan  əldə  edilən  gəlirlərin  həm  ölkə 
daxilində, həm də ölkələr arasında düzgün və ədalətli şəkildə bölünməsi;  
-  sənaye,  energetika,  kənd  təsərrüfatı  və  digər  sahələrdə  daha  effektiv  texnologiyaların 
tətbiq olunması;  
-  ekoloji dəyərləri nəzərə alan iqtisadi mexanizm və vasitələrin istifadə edilməsi;  
-  təbiətdən  istifadədə  idarəetmənin təkmilləşdirilməsi:  müvafiq qanunvericilik sisteminin 
inkişafı,  ekoloji  məsələlər  də  daxil  olmaqla  perspektiv  planlaşdırılma,  “təsirə  cavab 
vermək  və  nəticələri  aradan  qaldırmaq”  əvəzinə  “qabaqcadan  görmək  və  qarşısını 
almaq”  prinsipinin  gözlənilməsi,  ekoloji  məsələlərə  cavabdeh  olan  şəxslərin  dövlət 
hakimiyyəti sistemində yüksək mövqe tutması;  
-  əxlaqi-etik  faktor  və  prinsiplərin  inkişafı:  davamlı  inkişaf  etikasının  formalaşdırılması, 
bütün  səviyyələrdə  ekoloji  təhsilin  təkmilləşdirilməsi,  ictimai-ekoloji  şüur  ənənələrinin 
möhkəmləndirilməsi.  
Davamlı  inkişaf  strategiyasına  keçid  tədricən  təbii  ekosistemlərin  ətraf  mühitin  stabilliyini 
təmin  edəcək  səviyyəyədək  bərpasını  nəzərdə  tutur.  Buna  bəşəriyyətin  yalnız  birgə  səyləri 
nəticəsində  nail  olmaq  mümkündür.  Lakin  bu  məqsədə  doğru  hər  bir  ölkə  müstəqil  surətdə 
irəliləməyə başlamalıdır. Ona görə də Azərbaycanın konkret sosial-iqtisadi şəraiti və ətraf mühitinin 
vəziyyəti  əsasında  ölkəmizin  davamlı  inkişafa  keçidinin  konsepsiyası  işlənib  hazırlanmışdır. 
Azərbaycan  Respublikası  prezidentinin  26  dekabr  2001-ci  il  tarixli  612  saylı  fərmanının  19-cu 
bəndinə əsasən hazırlanmış “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli proqram” 
18  fevral  2003-cü  il  tarixli  “Azərbaycan  Respublikasında  ekologiyaya  dair  Milli  Proqramların 
təsdiq  edilməsi  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı  ilə  qüvvəyə 
minmişdir.   
 
2.4. Davamlı inkişafa dair beynəlxalq sənədlərin mahiyyəti və şərhi  
Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf (ekoinkişaf) anlayışının tərifi ilk dəfə 1972-
ci ildə Đsveçin Stokholm şəhərində keçirilmiş Ətraf Mühit üzrə Birinci Ümumdünya Konfransında 
verilmişdi.  Tərifə  görə,  ekoinkişafda  maddi  rifahın  artması  ətraf  mühitin  pisləşməsi  və  təbii 
sistemlərin deqradasiyası ilə müşayiət olunmur. Ekoinkişafın gerçəklənməsi olduqca mürəkkəb bir 
məsələdir.  O,  iqtisadi  və  beynəlxalq  münasibətlərinin,  inkişaf  prosesinin  və  resursların  istifadə 
edilmə  strategiyasının  kökündən  dəyişməsini  nəzərdə  tutur.  Lakin  Stokholm  Deklarasiyasında 
həmin məsələlər yalnız ümumi şəkildə təsvir edilirdi.  
Ekoinkişafın  həyata  keçirilməsi  üçün  yollarının  axtarılması  ayrıca  bir  proqramın  (UNEP  – 
Ə
traf Mühit üzrə Birləşmiş Millətlər Təşkilatının Proqramının) yaradılmasını tələb etdi. Đlkin olaraq 
UNEP-in  vəzifəsi  ən  kəskin  ekoloji  problemlər  (səhralaşma,  torpaqların  deqradasiyası,  meşələrin 
qırılması, içməli su ehtiyatının azalması, okeanın çirklənməsi, biomüxtəlifliyin itirilməsi və s.) üzrə 
tövsiyələr  işləyib  hazırlamaqdan  ibarət  idi.  Lakin  konkret  sosial-ekoloji  ziddiyyətlərin  həlli  üçün 
ə
traf  mühit və  inkişafın  beynəlxalq  idarə edilmə  mexanizmi  lazım  idi. Belə bir  mexanizm 1992-ci 
ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş RĐO-92 Birləşmiş Millətlər Təşkilatının Ətraf 
Mühit  və  Đnkişaf  üzrə  Konfransının  qərarı  ilə  yaradıldı.  Dünya  birliyinin  davamlı  inkişafa  keçmə 
prosesində milli və ümumbəşər maraqlarının uyğunlaşdırılmasına, sosial-ekoloji sahədə qlobal idarə 
etmənin  təmin  olunmasına  yardım  edəcək  bir  orqan  –  Davamlı  Đnkişaf  üzrə  Komissiyanın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə