Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
39 
 4.  Landşaft  planı  ətraf  mühitin  keyfiyyət  kiteryalarını  irəli  sürməlidir,  hansı  ki,  ərazinin 
inkişafı  planı  və  digər  planlara  istiqamət  verir,  ətraf  mühitə  təsirin  tənzimlənməsi  və  ekoloji 
ekspertizalara xidmət edir;  
5.  Landşaftın  planlaşdırılması  landşafta  qulluğ  tədbirlərini  və  mühafizə  tələblərini 
birləşdirməli və sintez etməli, istifadə olunan ərazilərin planlarında tələb və təklifin balansını təmin 
etməylı,  təbiətdən  istifadə  edənlərin  niyyətlərinin  mümkünlüyü  haqqında  qərar  qəbul  etmək 
bazasını yaratmalıdır.  
 
Şə
kil 3.1.  Landşaft planlaşdırmasının mərhələləri və addımları. 
 
 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
40 
3.3. Planlaşdırmanın mərhələləri və addımları 
Obyektin  təsviri  və  planlaşdırma  məqsədlərinə  uyğun  olaraq  landşaft  planlaşdırılmasında 
aşağıdakı    iş  mərhələlərini  ayırmaq  olar:  obyektin  təsviri,  onun  qiymətləndərəlməsi,  məqsədlərin 
hazırlanması,  fəaliyyət  proqramı  və  onların  həyata  keçirilməsi  üçün  tədbirlər.  Digər  tərəfdən 
planlaşdırmanın  sosial  funksiyaları  ilə  əlaqədar  “addımlar”,  yəni:  ictimaiyyətin  məlumatlandırılması 
və,  bu  proses  kimlərin  maraqlarına  toxunursa,    hamının  planlaşdırma  prosesinə  cəlb  olunması,  o 
cümlədən  də  ixtisaslı  planlaşdırıcılar,  müxtəlif  təşkilat  və  məsləhətçilərin  nümayəndələri  dəvdət 
olunurlar (şəkil 2.1.) 
Planının  işlənməsində  atılan  addımların  nəticələri  ilə  bu  prosesdə  iştirak  edənlər 
məlumatlandırılmalıdırlar.  Bu  prosesdə  iki  əsas  faza  ayrılmalıdır:  planın  tərtib  olunması  və  onun 
təkliflərindən  istifadə  olunması.  Çox  vaxt  onlar  kəsişdiyindən  həyatda  bu  iki  fazanı  bir-birindın  tam 
ayırmaq  olmur.  Bir  çox  hallarda,  artıq  planın  işlənməsi  vaxtı,  məsləhət  görülən  bəzi  yerli  tədbirlərin 
icrasına başlamaq məqsədə uyğundur.  
 
3.4. Landşaft planlaşdırılmasının təbiəti mühafizə və ətraf mühitə verdiyi töhfə 
3.4.1. Təbiətin və landşaftın dəyərlərinin qiymətləndirilməsi 
Landşaft planlaşdırılması təbiətin  və  landşaftın  müasir  vəziyyəti  və tarixi  inkişafı  haqqında 
kifayət  qədər  tam  təsəvvür  verməlidir.  Bununla  birlikdə  Vətənin  bir  hissəsi  olan  landşaftın 
mənzərəsini formalaşdıran xüsusi səciyyəvi elementləri (qədim xiyabanlar, rütubətli çəmənliklər və 
bataqlıqlar)  ancaq  landşaft  planlaşdırılması  vasitəsi  ilə  lazımı  qədər  dərk  edilə  bilər.  Landşaftın 
məhv  olmaq  təhlükəsinin  qarşısını  landşaft  planı  ilə  almaq  imkanı  haqda  cəmiyyəti  və 
mütəxəssisləri  məlumatlandırmaq,  təbiət  və  landşaftın    dəyərini  qiymətləndirməkdə  tamami  ilə 
başqa yanaşmalara gətirə bilər.  
 
3.4.2. Təbiət və landşaft haqqında ümumiləşdirici məlumatlar 
Ə
saslı  qərarları  qəbul  etmək  üçün  ekoloji  əlaqələri  və  ümumiləşdirici  məlumatları  bilmək 
vacibdir. Mövcud ziyanlı təsirləri və təzyiqləri aradan qaldırmaq və yeni təhlükələrin qarşısını almaq, 
və həm də, landşaft və təbiətin itirilmiş keyfiyyətlərini bərpa etmək üçün təbiətin və landşaftın müasir 
vəziyyəti haqqında biliyə malik olmaq lazımdır.  
Ona  görə  də  landşaft  planlaşdırması  çərçivəsində  əhali,  mütəxəssislər  və  siyasətçilər  təbii 
proseslər  və  landşaftın  strükturu,  təbiəti  mühafizə  problemləri  və  onları  aradan  qaldırmaq  haqqında 
müxtəlif  informasiyalar  alırlar.  Beləliklə  landşaft  planlaşdırması  təbiət  və  landşaft  haqqında  bilik 
dairəsini genişləndirir və proqramın seçilməsində bizim kompetentliyimizi artırır.  
 
3.4.3. Planlaşdırma və qərarların qəbul olunmasının koordinasiyası 
Çox  hallarda  neqativ  təsirlərə  təbiətin  dözümlüyünün  azalması  ayrı-ayrı  antropogen  təsirlə 
deyil, onları cəmi ilə əlaqədardır. Ona görədə çoxlu sayda təsir olduqda və gözlənildikdə proqnostik 
və  koordinasiya  olunan  planlaşdırma  lazımdır.  Ümumi  ərazi  planlaşdırmasınin,  yəni  regionlar 
səviyyəsində  planlaşdırmanın,  və  həm  də,  komunal  səviyyədə  tikinti  planlaşdırmasının 
məsuliyyətlərindən biri ekoloji tələblərə uyğun olaraq bütün xüsusi məqsədləri razılaşdırmaqdır. Bu 
razılaşma  üçün  landşaft  planlaşdırması  lazımi  materialları  təmin  edir.  Demək  olar  ki,  o  təbiətdən 
istfadənin  bütün  formaları  üçün  əsaslı  töhfə  verir  və  onların  nəticələrini  davamlı  inkişafın  ekoloji 
kriteriyalarına görə “bərabərləşdirir”.  
Eyni  zamanda  planlaşdırmanın  digər  növləri  də  (məsələn,  su  mühafizəsi  planı)  ümumi 
planlaşdırmaya öz töhfəsini verir, ona ətraf mühitin ayrı-ayrı komponentləri barədə məlumat verir, 
landşaft  planlaşdırması  onların  hamısını  qarşılıqlı  təsirdə  əks  etdirir.  Beləliklə  bu  təbiəti 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
41 
mühafizənin  bütün  istiqamətlərini  -  növlərdən  və  biotoplardan,  torpaq  və  iqlimdən  rekreasiyaya 
qədər, analiz edən və onu konkret fəza formasında təqdim edən yeganə planlaşdırma metodudur. 
 
3.4.4. Konfliktlərin həlli və planlaşdırma işlərinin səmərəliliyinin artırılması 
Yuxarida  deyildiyi  kimi  landşaft  planlaşdırması  digər  sahə  planlaşdırmalarına  təbiəti 
mühafizə  üzrə  öz  tədbirlərini  hazırlamağa  və  qiymətləndirməyə  fundamental  baza  verir.  Bu  baza 
xüsusi  təbiəti  mühafizə  vasitələrini,  məsələn,  ekoloji  ekspertizanı  tətbiq  etmək  və  həm  də,  ətraf 
mühitə  təsiri  nizamlamaq  və  qiymətləndirmək  üçün  əsasdır.  Bununla  da  landşaft  planlaşdırması 
sahə  planlaşdırmlarına  təbiəti  mühafizə  tədbirlərindən  yaranan  konfliktləri  əvvəlcədən  təsəvvür 
etmək  imkanı  verir  və  bu  da  potensial  istifadəçilərə  və  sahə  plançılarına  öz  vaxtlarına  və 
vəsaitlərinə  qənaət  etməyə  imkan  verir.  Başqa  sözlə,  landşaft  planlaşdırması  təkcə  təbiətdən 
istifadəçilərin  fəaliyyətini  koordinasiya  etmir,  o  həm  də  təbiətdən  istifadə  sferasında  konfliktləri 
azaldır və yaxud aradan qaldırır və davamlı inkişafın əsasını qoyur.   
 
3.4.5 Əhalinin və hakimiyyətin ekolji şüurunun möhkəmlənməsi  
Cəmiyyət və regionların hakimiyyətləri landşaft planlaşdırmasında iştirak etdikdə ətraf mühit 
və  təbiəti  mühafizə  problemləri  ilə  qrşılaşırlar,  bununla  qarşılıqlı  ekoloji  problemləri  anlamağa 
yaxınlaşır  və  yerli  landşaft  haqqında  qiymətli  məlumat  alirlar,    bu  problemləri  həll  etmək  yolları 
axtarırlar.  Çox  vaxt  təbıəti  mühafizə  tədbirlərinə  olan  neqativ  və  yaxud  qərəzli  münasibətin 
pozitivlə  dəyişməsi  də  landşaft  planlaşdırmasının  əlavə  nəticəsidir.  Bu  effekt  özünü  müxtəlif 
təşkilatların  və  maraqların,  ayrı-ayrı  vətəndaşların  və  ictimai  cəmiyyələrin,  bir  birini  başa 
düşməsinin yaxşılaşmasında özünü göstərir.  
Ümumiyyətlıə  landşaft  planlaşdırması  öz  tövsiyələri  ilə  ətraf  mühiti  mühafizə  tələbləri  ilə 
iqtisadi  tələblər,  və  həm  də,  insanların  sosial  və  mədəni  maraqları    arasında  əlaqənin 
möhkəmlənməsinə yardım edir, onları regionun davamlı inkişafı məqsədlərinə getməyə təhrik edir. 
 
3.4.6. Təbiəti mühafizə və rekreasiyanın planlı əsası 
Xüsusi  təşkilatlar  həm  müxtəlif  suallarda  çevik  qərar  qəbul  etmək  üçün,  həm  də, 
uzunmüddətli  xüsusi  proqramların  hazırlanmasında,  məsələn,  mühafizə  olunan  ərazilərin 
şə
bəkəsinin  formalaşdırmaq  üçün,    landşaft-planlaşdırma  təklifləri  və  landşaft  planlaşdırmasının 
informasiya  bazasından  istifadə  edə  bilərlər.  Eyni  ilə  landşaft  planları  əsasında  təbiət  yönəmli  və 
ekoloji məsuliyyətli təkliflər hazirlana bilər. 
 
3.5. Planların növləri və səviyyələri 
Landşaft  planlaşdırılması  abstrakt  anlayış  deyil.  O  landşatı  insanların  yaşayış  məkanı  kimi 
araşdırır.  Bu  məkanla  ərazi  planlaşdırması  (daha  dəqiq,  torpaq),  regional  və  tikinti  (torpaqdan 
istifadənin planları və tikililər şəkilində) planları, və həm də xüsusi sahə planlaşdırmaları (məsələn, 
nəqliyyat  və  yaxud  meşə)  ilə  məşğul  olur.  Onların  hamısı  bir  qayda  olaraq  ərazi-inzibati  bölgüyə 
uyğun  müxtəlif  miqyaslı  səviyyələrdə  icra  olunur.  Cədvəl  3.1-də  Almaniya  Federativ 
Respublikasında landşaft planlaşdırılmasının ümumi ərazi və başqa sahə planlaşdırmaları ilə nisbəti 
verilmişdir.  Almaniyada  bu  prinsipə  görə  də  landşaft  planlaşdırılması  təşkil  olunmuşdur.  Təbiəti 
mühafizə haqqında federal qanuna uyğun olaraq o üç, ən azı iki, səviyyədə icra olunmalıdır.  
Fedral  torpaqda  təbiəti  mühafizə  və  landşafta  qulluğa  aid  yerli  tələblərdən  və  tədbirlərdən 
üstünləri  landşaft  proqramında  verilməlidir.  Regional  səviyyəli  ayrı-ayrı  ərazilər  üçün  (dairələr, 
vilayətlər)  çərçivə  landşaft  planı  hazırlanır.  Đcma  səviyyəsində  bir  qayda  olaraq  landşaft  planı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə