Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
44 
planlaşdırılmasının    tərtibatının  məsuliyyəti  ya  icmanın  (onlar  həm  də  tikinti  planlarının 
daşıyıcılarıdır), ya da aşağı pilləli təbiəti mühafizə idarələrinin üzərinə düşür. 
 
Şə
kil 3.2. Təbiəti mühafizə və landşafta qulluğun planla əlaqəsi 
3.11. Landşaft planlaşdırmasının ünvançıları 
Landşaft  planlaşdırması  ilə  formalaşmış  inkişaf  məqsədləri  və  təbirlərin  ünvançıları  bütün 
birliklər  və  hakimiyyət  dairələri,  öz  fəaliyyətlərində  lndşafta  və  təbiətə  təsir  göstərə  bilən 
mütəxəssislər,  ya  da  ayrı-ayrı  şəxslərdir  (şək  3.2).  Landşaft  planlaşmasının  tövsiyələrini    öz 
işlərində  istifadə  eməyə  məcbur  ictimai  idarələrdən,  yəni  ünvançılardan,  aşağdakıları  misal 
göstərmək olar: 
•  regional və tikinti planlarının daşıyıcıları, 
•  təbiəti mühafizə təşkilatları, 
•  sahə planlaşdırılması ilə məşğul olan digər xüsusi idarə və təşkilatlar. 
Bu  təşkilatlar  təbiəti  mühafizə  və  landşafta  qulluq  məsələlərində  qanuni  şəkildə  landşaft 
planlaşdırılmasında yazılmış göstərişləri nəzərə almalı və icra etməlidirlər. Bununla yanaşı regional 
planlaşdırma  daşıyıcıları  bu  tələbləri  və  təbiətdən  istifadənin  ehyiyaclarını  nəzərə  almalı,  öz 
aralarında  razılaşdırmalı,  və  onları  müxtəlif  səviyyəli  ərazi  inkişafı  konsepsiyalarına  daxil 
etməlidirlər. 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
45 
Tikinti planlarının daşyıcıları landşaft planlaşdırmasının əsas daşıycılarından biridir. Federal 
torpaqların  bir  çoxlarında  komunal  səviyyəli  landşaft  planlarının  göstərişləri  tikinti  planları  ilə 
inteqrasiya olur və bunula da məcburi xarakter daşıyır. 
Təbiəti  mühafizə  idarələri  landşaft  planlaşdırılmasının  səviyyəsindən  asılı  olmayaraq  onun 
həm daşıyıcıları, həm də ünvançısı olurlar. 
Xüsusi  sahə  planlaşdırılması  ilə  məşğul  olan  digər  idarələr  federal  və  torpaq  qanunlarına 
uyğun  olaraq  təbiəti  mühafizə  işlərininin  və  landşafta  qulluq  edilməsinin  məqsədlərinin  icra 
olunmasına dəstək verməlidirlər.  
Ə
traf  mühiti  mühafizə,  landşaftı  və  təbiəti  yaxşılaşdırma  və  inkişaf  etdirmə  bəzi  sahə 
planlaşdırmaları  üçün  (nəqliyyat,  sənaye-enerji,  hərbi)  məhdudiyyət  qoyur.  Başqa  növ 
planlaşdırmalar üçün isə, məsələn meşə və kənd təsərrüfatı, bu tələblər elə çox vaxt məqsədin özü 
ilə uzlaşır və ümumi plana daxil olur.   
 
3.12. Landşaft planlaşdırılmasınım mütləqliyi  
Almamniyanın on altı federal torpaqlarında landşaft planlaşdırılmasının mütləqliyi və icrası 
müxtəlifdir.  Bununla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  regional  səviyyədə,  yəni  regional  planlara 
daxil  olan  çərçivə  planlaşdırılması  səviyyəsində,  onların  göstərişləri  federal  torpaqların  əksərində 
rəsmi idarələr üçün məcburidir. Bu mütləqlik ən aşağı planlara da, yəni landşaft və “yaşıl” planalara 
da şamil edilir. 
 
3.13. Landşaft planlaşdırılmasının prosedurları   
3.13.1. Birgə iş 
Landşaft planının tərtibində aşağıdakı müxtəlif “oyunçular” iştirak edə bilərlər:  
•  siyasətçilər və hakimiyyət təşkilatlarının bu iş tapşırılmış əməkdaşları; 
•  özəl təşkilatlardan olan landşaft planlaşdırıcıları; 
•  landşaft  planlaşdırılmasının  daşıyıcıı  və  yaxud  məsləhətçisi  olan  təbiəti  mühafizə 
təşkilatlarının nümayəndələri; 
•  sahə  planlaşdırılması  təşkilatlarının  (şəhərsalma,  kənd,  meşə  və  su  təsərrüfatları, 
nəqliyyat sahəsi və s.) nümayəndələri; 
•  peşəkar təşkilatların (kəndlilər ittifaqı, sənaye və yaxud ticarət palataları) nümayəndələri; 
•  ictimai qruplar (ekoloqlar birliyi, təbiəti qoruyanlar, diyarşünaslar, idmançılar, balıqçılar, 
bağçılar, məscidlər və kilsələr); 
•  maraqlanan fiziki şəxslər. 
Birgə  iş  forması  tamamilə  müxtəlif  ola  bilər  –  məlumat  mübadiləsi,  müxtəlif  sahənin 
mütəxəssisləri  və  yaxud  komissiya,  işçi  qrupu  ulə  periodik  razılaşdırma.  Bu  razılaşdırılmalarda 
landşaft planlaşdırıcıları  moderator kimi çıxış edirlər. Bu görüşlərdə  işlərin  bölünməsi  və qarşlıqlı 
fəaliyyət əvvəlcədən razıladırıla bilər. Belə ki, federal torpaqlar və regionlar səviyyəsində aparılan 
planlara  daşıyıcılarla  yanaşı  yerli  təbiəti  mühafizə  və  sahə  təşkilatlarının  nümayəndələrinin  daxil 
edilməsi məqsədə uyğundur. 
 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
46 
3.13.2. Məlumatlandırma, iştiraketmə, dəstəkvermə və birgə iş landşaft planlaşdırılması 
ümumi məqsəd kimi 
Landşaft  planlaşdırılmasınin  keyfiyyəti,  onun  tanınması  və  realizasiya  olunması  bütün 
maraqlanan tərəflərin cəlb olunma dərəcəsindən asılıdır. Planlaşdırma üçün vacib olan məlumatlara 
kənd,  meşə  və  su  təsərrüfatı  idarələri  malikdirlər.    Torpaq,  su  və  hava  haqqında  eyni  dərəcədə 
ə
həmiyyətli məlumatlar yerquruluşu, torpağı mühafizə və meteoroloji xidmət idarələrindədir.  Əgər 
təbiəti  mühafizə  təşkilatları  planladırmanın  iştirakçısı  deyilsə,  onda  onlar  biotopların,  mühafizə 
olunan  ərazilərin  xəritələrini,  aerofotoşəkilləri  və  faydalı  məsləhətlər  verə  bilərlər.  Đctimai 
təşkilatlar,  vətəndaşlar  və  torpaq  sahibləri  çox  vaxt  qimətli  informasiyaya  malikdirlər  və  onlar 
planlaşdırma prosesində öz maraqlarını və məqsədlərini təqdim edə bilərlər.   
 
3.13.3. Đctimaiyyətlə iş 
Bu  məqam  landşaft  planının  qəbul  olunması  və  reallaşması  üçün  çox  vacibdir.  Mətbuat 
vasitəsi ilə planların hazırlanması haqqında məlumat verilməsi və onun mahiyyətinin izah olunması, 
ictimai  tədbirlər  və  bu  hallarda  lazım  olan  xüsusi  materialların  təqdim  olunması  da  vacibdir.  Bu 
xüsusən o zaman lazmıdır ki, planlar əvvəlcədən geniş şəkildə tanınmır və yaxud müəyyən tənqidə 
rast  gəlir.  Belə  halda  vətəndaşlar  planlara  öz  münasibətini  və  arzularını  bildirmək,  və  həm  də 
planların qəbulu haqqındakı siyasi qərarlara qədər lazımi izah almaq imkanlarına malik omalıdırlar.     
Artıq  qəbul  olunmuş  plan  təklflərinin  icrası  ilə  ictimaiyyəti  daimi  məlumatlandırmaq 
vacibdir, bu onların reallaşmasına ictimaiyyətin maksimal şəkildə cəlb olunmasına imkan verir.  
 
3.13.4. Đşləyib hazirlama 
Planın  işlənməsinin  (landşaft  proqramı,  çərçivə  planı)  baza  mərhələsi  məlumatların 
toplanması  və  sistemləşdirilməsi,  və  həm  də  onların  qiymətləndirilməsidir.  Son  nəticədə  bu 
məlumatların hamısı xəritələrə “keçirilməlidir”.  
Sonra, ayrica planlaşdırma kimi, ərazinin  inkişafının  məqsədli konsepsiyasının  işçi  variantı 
hazlrlanır. Burada hələlik bu konsepsiyanın istifadəçilərin marağı və siyasi prioritelər ilə müqayisəsi 
aparılmır, bu işin sonrakı mərhələləriniə aiddir.  
Landşaft planlaşdırmasının nəticələri planın  icra fazasına qədər yazılı və xəritələr şəkilində 
təqdim olunmalıdır.   
Müxtəlif federal torpaqlarda landşaft planlaşdırılmasının maliyyəsinin 40-60, və hətta 80%-
i, müxtəlif xüsusi mənbələtrdən təmin olunur.  
 
3.13.5. Đcra olunma 
Tövsiyə  olunmuş  landşaft  planının  icrası  ilə  onun  daşyıcıları  ilə  yanaşı  xüsusi  idarə  və 
marağı  olan  şəxslər  maraqlanırlar.  Bu  iş  planlaşdırma  tamamlanana  qədər  həyata  keçirilə  bilər. 
Ayrı-ayrı iri tədbirlərin həyata keçirilməsi zamanı görülən bu iş sonrakı fəaliyytlərdə onları səmərəli 
edir.  Landşaft  planlaşdırılması  tərəfindən  nəzərdə  tutulmuş  tələblərin  və  tədbirlərin  icrası  hüquqi 
ə
saslı  planlı  fəaliyyət  tədbirləri  ilə  baş  verir.  Hüquqi  əsaslı  fəaliyyət  tədbirləri  təbiətı  mühafizə 
qanunçuluğu ilə müəyyənləşdirilir və aşağıdakı kimidir: 
•  landşaft  planının  yerin  ümumi  ərazi  planı  və  regional,  və  yaxud  tikinti  planı  (məsələn, 
ə
razinin  yer  quruluşunun  təşkili  proramının  ərazinin  təşkili  planı,  bölgənin  inkişafının 
regional planı ilə, torpaqdan istifadə planı ilə) ilə inteqrasiya olunması;   
•  digər  sahə  planları  (məsələn,  nəqliyyat  planı,  su  ayrıcıların  genişləndirilməsi  planı,  yer 
quruluşu planı) və ayrı-ayrı tədbirlər (məsələn, meşəsalma) planı ilə inteqrasiya; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə