Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   23   24   25   26   27   28   29   30   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
51 
4. Landşaft planlaşdırılmasına aid metodik tövsiyələr 
4.1. Ümumi müddəalar 
Landşaft  planlaşdırması  prosedurlarının  həyata  keçirilməsi  ölkənin  inzibati  bölgüsünə  və 
qaununçuluğuna  uyğunlaşdırılmalıdır.  Azərbaycan  Respublikasında  inzibati  bölgü  Alamniyanın 
federal  quruluşundan  əsaslı  surətdə  fərqlənir.  Hər  şeydən  əvvəl  bu  fərq  özünü  hakimiyyət 
dairələrinin  səlahiyyətində  və  ganunverici  siyasətdə  özünü  göstərir.  Đnkişaf  etmiş  alman 
cəmiyyətində  daha  vacib  rol  aşağı    məişət  səviyyəsindədir.  Postsovet  məkanında  bu  səviyyə  az 
inkişaf  etmişdir  və  hüquq  müstəvisində  onun  konturları  və  funksiyası  zəifdir.    Məsələn, 
Azərbaycanda  landşaft  planlaşdırmasının  prosedurlarının  həyata  keçirilməsi  üçün  ən  yaxşı  imkan 
bələdiyyələrin  əraziləridir.  Bu  səviyyədə  “aşağıdan”  və  “yuxaridan”  irəli  sürülən  maraqlar  axının 
assimlasiya  etmək  olar.  Eyni  zamanda  landşaft  və  şəhərsalma  planlarının  uyğunlaşdırılması  da 
tamamilə  mümkündür.  Belə  inteqrasiya    prosesində  informasiya  zənginləşir  və  hüquqi  məsuliyyət 
artır (cədvəl 3.1).   
Cədvəl 3.1. Landşaft və şəhərsalma planlarının Azərbaycan şəraitinə tövsiyə olunan səviyyələri və 
miqyasları 
Đ
nzibati səviyyə 
Şə
hərsalma  planının 
səviyyələri 
Landşaft 
planlaşdırması 
Landşaft 
planlaşdırılmasını
n miqyasları 
Təbii-coğrafi 
rayonlar 
Təbii-coğrafi  rayonun 
ə
razi  planlaşdırmasının 
sxemi 
Landşaft proqramı  1: 1 000 000-dən 
1: 200 000-ə qədər 
 
Đ
qtisadi-coğrafi 
rayonlar, inzibati 
rayonlar qrupu 
Đ
qtisadi-coğrafi 
rayonun ərazi 
planlaşdırmasının 
sxemi 
Landşaft proqramı  1: 200 000-dən 
1: 50 000-ə qədər 
 
Đ
nzibati rayon 
Đ
nzibati  rayonun  ərazi 
planlaşdırmasının 
sxemi 
Çərçivə 
landşaft 
planı 
1: 100 000-dən 
1: 50 000-ə qədər 
 
Yerli özünü 
idarəetmənin ərazisi 
Baş plan 
Landşaft planı 
1: 50 000-dən 
1: 25 000-ə qədər 
 
Şə
hər  dairəsinin  bir 
hissəsi, 
məhəllə, 
mikrorayon  və  digər 
elementlər  
Ə
razinin plan proyekti 
“Yaşıl” plan 
1: 23 000-dən 
1: 5 000-ə qədər 
 
Sonradan təqdim olunacaq metodikadan əvvəl, plan sənədlərində istifadə olunan əsas 
terminlər və onlara uyğun anlayışların  siyhısı aşağıda verilir.  
Landşaft planlaşdırması  
•  Birinci,  bu  konkret  landşaftda  cəmiyyətin  fəaliyyətinin  ərazi  təşkilndə  istifadə  olunan 
metodik vasitələrin toplusudur. Həyat təminatının əsası kimi, bu vasitələr təbiətdən davamlı 
istifadəni və bu landşaftların əsas funksiyalarını saxlayır; 
•  Đkinci,  bu  kommunikativ  prosesdir,  bura  planlaşdırma  ərazisindəki  təbiəti  mühafizə  və 
təsərrüfat  fəaliyyətinin  bütün  subyektləri  cəlb  olunur  və  bununla  da  təbiətdən  istifadə 
edənlərin  hamısının  marağı təmin olunur, konfliktlər  həll edilir,  fəaliyyət və tədbirlər üçün 
razılaşdırılmış plan işlənir.  


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
52 
Landşaft proqramı 
•  Bu  regional  səviyyədə  xülasəli  plan  sənədidir  (xəritələr  və  izahlı  mətn),  landşaft 
planlaşdırması aparılan ərazinin əsas  funksional  landşaft zonalarını  və təbiətdən  istifadənin 
ə
sas  istiqamətlərini  müəyyənləşdidir.  Landşaft  proqramını  Azərbaycanda  təbii-coğrafi  və 
iqtisadi-coğrafi rayonlar üçün işləmək tövsiyə olunur.   
Çərçivə landşaft planı 
•  Bu  təbiəti  mühafizə  məsələlərinin  və  ərazinin  real  istifadəsinin,  onun  təbii-resurs 
potensialının orta miqyaslı səciyyəsini əhatə edən xəritə və mətnlərin toplusudur. Bura həm 
də ekoloji baxımdan məqsədyönlü təbiətdən istifadə və ərazinin inkişaf planının məqsədləri 
daxildir. Azərbaycanda çərçivə planını inzbati rayonlar və yaxd inzibati rayonlar qrupu üçün 
tərtib etmək tövsiyə olunur.     
Landşaft planı 
•  Bu  tərkibinə  görə  çərçivə  planına  oxşayan  xəritə  və  mətnlərin  toplusudur,  ancaq  təbiəti 
mühafizə  və  torpaqdan  istifadə  məsələlərinin  təsərrüfat  fəaliyyəti  subyektləri  və    aşağı 
səviyyəli  ərazi-inzibati  idarə  təşkilatları  arasında  razılaşdırılmanın  həllinə  yönəlmişdir. 
Burada landşaft planının qiymətləndirməsi və tövsiyələr planlaşdırma ərazisinin iri miqyaslı 
(kifayət  qədər  ətraflı)  analizinə  əsaslanır.  Onlar  konkret  proqramlarin  və  təbiətdən  istifadə 
layihələrinin realizasiyasını və ərazinin inkişafını təmin edir.   
Ümumilikdə  landşaft  planlaşdırması  ierarxiya  sistemi  kimi  realizasiya  olunur.  Burada 
planalaşdırma  qaydaları  və  göstərişlər  bir  birinə  zidd  olmur,  amma  bir-birini  tamamlayır.  Çərçivə 
tövsiyələri  (“yuxarıdan”  təkliflər)  aşağı  mərhələli  planlaşdırma  üçün  təkcə  ətraflı  göstərişlərdən 
ibarət olmur, eyni zamanda “aşağıdan” təsirdən özü formalaşır.   
Landşaft  proqramını  müvafiq  miqyaslı  xülasə  xəritələri  və  bu  xəritələrə  aid  izah  mətninin 
broşurası  kimi  hazırlamaq  məsləhətdir.  Landşaft  proqramının  çap  olunması  məcburi  deyildir, 
amma, imkan daxiulində marağı olan bütün strukturlar və vətəndaşlar onu əldə edə bilməlidirlər.  
Landşaft planı (çərçivə  və  yaxud  iri  miqyaslı)  izah  mətni  ilə  birgə  müvafiq  miqyaslı 10-20 
xəritədən  ibarətdir,  həcmi  2-5  çap  vərəqi  ola  bilər.  Xəritələr  və  mətn  tamamlandıqdan  və  onlarla 
yerli  nümayəndələr,  və  yaxud  icra təşkilatlarlı tanış olduqdan sonra,  broşura və  ya kitab şəkilində 
çap  olunması  məsləhətdir.  Planlaşdırma  ərazisinin  inkişaf  məqsədləri  və  tədbirlər  xəritələri  hələ 
ilkin tərtib məthələsində bütün marağı olan təşkilatlar və şəxslər üçün əldə edilən olmalıdır.   
Landşaft  planlarının  tərtibatı  bir  tiplidir,  və  bir  qayda  olaraq  aşağıdakı  beş  əsas  mərhələdə 
həyata keçirilir (şəkil 4.1):  
-  ərazinin  təbii  mühiti,  ounu  sosial-iqtisadi  şəraiti,  strukturu  və  torpaqdan  istifadənin 
xüsusiyyətləri  haqqında  bütün  məlunatların  toplalanması,  inventarlaşdırılması  və 
ümumiləşdirilməsi,  və  həm  də,  ərazinin  ekoloji  problemlərinin  konteksində  təbiətdən 
istifadənin konfliktlərinin müəyyənləşdirilməsi; 
-  təbii  şəraitin  və  planlaşdırma  ərazisinin  potetnsialının  əhəmiyyətlilik  və  həssaslıq 
kateqoriyalarına  görə,  və  həm  də,  torpaqdan  istifadə  səciyyəsinə  görə 
qiymətləndirilməsi; 
-  ayri-ayri  təbii  komponentlər  üçün  təbii  resurslardan  istifadənin  sahə  məqsədli 
konsepsiyasının işlənilməsi; 
-  ərazinin  istifadəsinin  inteqrasiya  olunmuş  (birləşmiş)  məqsədli  konsepsiyasının 
işlənilməsi; 
-  fəaliyyət və tədbirlərin əsas istiqamətlərinin proqramlarının işlənməsi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə